Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə100/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   96   97   98   99   100   101   102   103   ...   200

207

Tarixdə bu gün 

İYUN

15

15

Milli Qurtuluş Günü 

1993 

1991-ci ilin oktyabrında     Azərbay-

can müstəqillik  əldə etsə  də, 

Ermənistanın işğalçılıq niyyəti güdən 

təcavüzü respublikada vəziyyəti 

gərginləşdirmişdi. 1993-cü il iyunun 

4-də  Gəncədə polkovnik Surət Hü-

seynovun nəzarəti altında olan hərbi 

hissənin hakimiyyətə itaətsizliyi ölkəni 

tamamilə xaosa sürükləmişdi. Situasi-

yanı nəzarətə almaq üçün hakimiyyətin 

atdığı  tələsik addımlar vəziyyəti 

düzəltməmiş,  əksinə, Gəncəyə yola 

düşən dövlət nümayəndələri girov gö-

türülmüşdü. Qiyamçı  hərbi hissənin 

rəhbərliyi, Baş nazir və Milli Məclis 

Sədrinin, sonra isə Prezidentin istefa-

sını  tələb edirdi. Vəziyyət nəzarətdən 

çıxmış,  ətraf rayonların icra başçıla-

rı zorla dəyişdirilmiş, Surət Hüsey-

novun qiyamı  məhdud Gəncə civar-

larından çıxaraq, üzü Bakıya doğru 

geniş miqyas almışdı. Belə böhranlı 

və  ağır vəziyyətdə ölkə  vətəndaşları 

yeganə  çıxış yolunu yenə  də müdrik 

rəhbərinin hakimiyyət sükanı arxasına 

keçməsində görürdü. Bu taleyüklü sı-

naq anında xalqın çağırışına səs verən, 

dövlətin gələcək taleyinə biganə qal-

mayan böyük strateq Heydər  Əliyev 

Bakıya dönərək respublikada yaranmış 

hakimiyyət böhranının aradan qaldırıl-

ması istiqamətində  əməli fəaliyyətə 

başlamışdır. Ümummilli liderin bir 

qrup ziyalı ilə  Gəncəyə  səfər etməsi 

və heç bir riskdən çəkinməyərək si-

lahlanmış qüvvələrlə danışıqlar apar-

ması vətəndaş müharibəsi təhlükəsinin 

qarşısının alınmasında mühüm addım 

olmuşdur. Bundan bir neçə gün son-

ra - iyun ayının 15-də isə ulu öndər 

parlamentdə səslənən təkidli xahişləri, 

ən əsası xalqın istəyini nəzərə alaraq o 

zamankı Azərbaycan Respublikası Ali 

Sovetinin Sədri vəzifəsinə seçilməsinə 

razılıq vermişdir. Bu tarixi hadisə res-

publika həyatında xaos və anarxiyadan 

qurtuluşa doğru yeni mərhələnin baş-

lanğıcına çevrilmişdir. Beləliklə də, 15 

iyun Azərbaycanın tarixinə Milli Qur-

tuluş Günü kimi daxil olmuşdur.

Ulu öndərin Ali Sovetin Sədri 

seçilməsi Azərbaycanda eyni za-

manda mütərəqqi parlamentarizm 

ənənələrinin formalaşmasını  təmin 

etmişdir. Heydər  Əliyev parlamentin 

cəmiyyətdəki nüfuzunun sağlamlaşdı-

rılması  tədbirlərinə başlamış, yüksək 

idarəçilik keyfiyyətləri sayəsində ali 

qanunverici orqanda xoşagəlməz si-

yasi çəkişmələrin, qeyri-etik davra-

nışların qarşısını almışdır. Müzakirə 

və diskussiyaların sivil, demokratik 

meyarlar çərçivəsində aparılması üçün 

şəxsi nümunə göstərmiş, parlament 

idarəçiliyinə yeni ruh və müasirlik 

gətirmişdir. Milli Məclisin iclasla-

rı, mətbuat konfransları, respublika 

əhəmiyyətli müşavirələr birbaşa ya-

yımla televiziya ekranlarına verilmiş-

dir.

Sonralar millət vəkilləri 15 iyun 



tarixinin təqvimə Azərbaycanın Qur-

tuluş Günü kimi salınması  təklifi 

ilə  çıxış etmişlər və Milli Məclis bu 

təklifi bəyənmişdir. O vaxtdan Heydər 

Əliyevin yenidən hakimiyyətə qayıdışı 

Milli Qurtuluş Günü kimi qeyd edilir. 



Ə d ə b i y y a t

Əliyeva, N. Milli Qurtuluş 

Günü - millətin özünə ina-

mının bərqərar olduğu gün 

/N.Əliyeva //Səs .-2015.- 13 

iyun.- S. 11.

Hacalıyev, E. Müasir 

Azərbaycanın Milli Qurtu-

luş salnaməsi  /E.Hacalıyev 

//Azərbaycan.-2016.- 15 

iyun.- S.1.

Həbibbəyli, İ. Böyük 

xilaskarlıq missiyası - 

Milli Qurtuluş /İ.Həbibbəyli        

//Azərbaycan.- 2016.- 15 

iyun.- S.3.

Nağıyev, M. 15 İyun Milli 

Qurtuluş Günü   müstəqilli-

yimizin zəfər yürüşü 

/M.Nağıyev //Səs.- 2015.- 10 

iyun.- S. 6.

15 İyun Milli Qurtuluş 

Günü çağdaş tariximizin 

dönüş nöqtəsidir  Heydər 

Əliyev zəkası müasir 

Azərbaycanın etibarlı 

bünövrəsini yaratdı //Səs.-

2016.- 11 iyun.- S.13.

İ n t e r n e t d ə

http://www.anl.az/down/me-

qale/ses/2016/iyun/495569.

htm


208

Tarixdə bu gün 

İYUN

18

15

Azərbaycanda İnsan Hüquqları 

Günü 

2007 

18 iyun Azərbaycanda İnsan Hüquq-

ları Günüdür. 1998-ci il iyunun 18-də 

Azərbaycan Respublikasında “İnsan 

hüquqlarının müdafiəsinə dair Dövlət 

Proqramı” qəbul edilib. Əlamətdar gün 

Prezident İlham Əliyevin 18 iyun 2007-

ci il tarixli Sərəncamı ilə təsis olunub.

Fərman  əsasında Azərbaycan Res-

publikası Prezidentinin 1998-ci il 18 

iyun tarixli Sərəncamı ilə  təsdiq olun-

muş insan hüquqlarının müdafiəsi 

sahəsində Dövlət Proqramı çərçivəsində 

isə qanunvericilik və institusional isla-

hatlar həyata keçirildi. Həmçinin qeyd 

olunan Dövlət Proqramı əsasında, eləcə 

də ölkəmizin Avropa Şurası qarşısında 

götürdüyü öhdəliklərə uyğun olaraq, 

2002-ci ildə Azərbaycan Respublika-

sının  İnsan Hüquqları üzrə Müvəkkili 

(ombudsman) institutu təsis edildi.

Müasir dövrümüzdə Azərbaycan Pre-

zidenti cənab  İlham  Əliyev tərəfindən 

insan hüquqları istiqamətində ciddi işlər 

görülür. Azərbaycan Respublikası insan 

hüquqlarının müdafiəsinin beynəlxalq 

mexanizmləri ilə  sıx  əməkdaşlıq edir. 

Belə ki, dövlətimiz insan hüquqla-

rı sahəsində 300-dən çox beynəlxalq 

müqavilənin iştirakçısı  və mühüm nü-

fuzlu beynəlxalq təşkilatların BMT, Av-

ropa Şurası, Beynəlxalq Əmək Təşkilatı, 

Müstəqil Dövlətlər Birliyi, İslam Konf-

ransı Təşkilatı və s. üzvüdür. Təkcə bir 

faktı qeyd etmək lazımdır ki,  BƏT-in 

70-ə yaxın Konvensiyasına qoşulan 

dövlətimiz həmin təşkilatın ən mühüm 

partnyorlarından hesab edilir. 

Müasir dövrdə Azərbaycanda in-

san hüquqlarının təminatı sahəsində 

ölkəmiz dünyaya nümunə ola biləcək 

məkandır. Prezident İlham Əliyevin bir 

əsas  fikri bizim üçün çox önəmli-dir 

ki, fəaliyyətimizin əsasında insan amili 

durur və bütün fəaliyyətimizin məqsədi 

də Azərbaycan vətəndaşı üçün, onun bu 

gerçəklikdə rahat, əmin-aman yaşaması 

üçündür.


Bugünkü Azərbaycan vətəndaşı 

hüquqlarını bilən və onun təminatı 

üçün hər bir şeyi tələb edən müba-

riz vətəndaşdır. Bu imkanı yaradan 

dövlətdir. Ümummilli lider Heydər 

Əliyevin insan hüquqlarının qorunması 

istiqamətində  həyata keçirdiyi siyasət 

onun layiqli davamçısı - Prezident İl-

ham  Əliyev tərəfindən uğurla davam 

etdirilir. Bunu çoxlu sayda qəbul edilən 

qərar və  sərəncamlardan daha aydın 

görmək mümkündür.

   

Ə d ə b i y y a t

18 iyun - Azərbaycan Respublikasında “İnsan Hüquqları Günü”nə, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının, 

Əhali məsələləri üzrə Qahirə konfransının, Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının 20 illiyinə, BMT-nin Qadınlara qarşı ayrı-

seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Konvensiyasının 35-ci ildönümünə həsr edilmiş “Qadın hüquqlarının təmin 

edilməsində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların XII Bakı Beynəlxalq Konfransının materialları: 

18-20 iyun, 2014-cü il /red. E.Süleymanova (Ombudsman) (ön söz); tərt.ed. Z.Əliyev, G.Rəhimova.- Bakı, 2014.-311 s.

Məhərrəmli, Z. Azərbaycanda Milli İnsan Hüquqları Günü /Z.Məhərrəmli //525-ci qəzet.- 2015.- 19 iyun.- S.2.

18 iyun Azərbaycanda İnsan Hüquqları Günüdür //Mədəniyyət.- 2015.- 12 iyun.- S.12.



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə