Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi
www.qesam.org
5
sələrə öz təsirini göstərirdi. Bu erməni terrorçularının Türkiyə və Azərbaycan ərazilərində “Böyük
Ermənistan” yaratmaq iddialarından irəli gəlirdi.
Erməni terrorizminin keçdiyi yolu bir neçə mərhələyə ayırmaq olar:
a) XIX əsrin 30-cu illərindən 1920-ci illərədək olan dövr;
b) 1920-1970-ci illər;
c) 1970-ci ildən sonrakı erməni terrorizmi.
Qeyd etdiyimiz kimi, ermənilər terror birləşmələri halında XIX əsrin II yarısından fəaliyyət gös-
tərməyə başlamışlar. Yaranan bu cəmiyyətlər, təşkilatlar və partiyaların bəziləri gizli fəaliyyət göstərir,
rəsmi dövlət nümayəndələrinə, dövlət idarələrinə hücumlar edir, qətllər törədir, ərazilərdə terror
aktları və üsyanlar etməklə məşğul olurdular.
Erməni terrorçu birləşmələrinin və partiyaların həyata keçirdiyi qanlı aksiyalar özünü yalnız
Türkiyə və Azərbaycanda deyil, eyni zamanda dünyanın bir çox ölkələrində göstərmişdir. Bir faktı
qeyd etmək lazımdır ki, sadəcə 1980-1990-cı illərdə ABŞ-da baş verən terror aktlarının təqribən
25%-ni erməni terror təşkilatları həyata keçirmişlər. Onu da qeyd edək ki, bu gün dünyada bir dənə
də olsun türk terror qrupu yoxdur. Çox hallarda isə ermənilərin törətdikləri cinayətlər cəzasız qalır.
1
Bugünkü ermənilər etnik təmizləmə dərsini əsrlərin ayrıcında yaşamış sələflərindən öyrənmişlər.
1992-ci ildə Azərbaycana etdikləri xaincəsinə hücum nəticəsində ölkənin 20%-ni işğal edəndən sonra
onların gördüyü ilk iş terrordan gen-bol istifadə edərək bir milyondan artıq müsəlmanı hes bir əvəz
ödəmədən öz ev-eşiyindən qovmaq oldu.
Erməni burjuaziyasının və terrorçu şəbəkənin özünütəsdiqə doğru ilk addımları, təbiidir ki, ru-
hanilərin hökmlanlığının məhdudlaşdırılmasına doğru yönəldildi; o, şəhər sənətkarlarına arxalanaraq
kilsəni, əsas etibarilə Konstantinopol patriarxını və patriarxatlığı dünyəviləşdirmək uğrunda mübarizə-
yə başladı. Bu mübarizə müvəffəqiyyətlə nəticələndi: patriarxatlıqda və kilsə mərkəzlərində yaradılmış
“erməni nümayəndəliyi” adlı təşkilatda ruhanilər və maliyyə burjuaziyası ilə yanaşı, orta burjuaziya da
yer aldı. Maliyyə, ədliyyə və maarif işlərinə həmin nümayəndəlik baxırdı. Erməni terror təşkilatlarının
maddi bazası bu nümayəndəlikdən dəstək alırdı.
XIX əsrin 70-80-ci illərində Osmanlı dövlətinin tənəzzülü prosesi artıq başlamışdı. Erməni bir-
likləri bu prosesdən çox məharətlə istifadə edərək təşkilatlanmağa başladılar. Onların fəaliyyət prinsipi
yalnız terrorçuluq idi və onun üzərində qurulmuşdur. Bu dövrdə yaranmış və fəaliyyət göstərmiş ter-
ror təşkilatları əsasən erməni mənşəli idilər və aşağıdakılardan ibarətdirlər:
“Xeyriyyəçilər Cəmiyyəti—(Benevolent Union)” 1860-cı ildə Osmanlı dövlətinin Kilikiya (Çu-
kurova) bölgəsində yaradılıb. Sonra bu cəmiyyəti “Fədakarlar cəmiyyəti” əvəz etmişdir. Bu təşkilat
əsasən üsyanlar, iğtişaşlar yaratmaqla məşğul olurdu. “Xeyriyyəçilər Cəmiyyəti”nin fəal üzvləri olan
Hasip Şişmanyan və Mıqırtıç Beşiktaşyanın 1862-ci ildə Osmanlı dövlətinin Zeytun (Süleymanlı) şə-
hərində üsyan törətdikləri aşkar edilmişdir.
2
Bu isə təşkilatların separatçı-terrorçu olduğunu sübut
edir.
1872-ci ildə çar Rusiyasının yardımı ilə “İttihad və Halas” və 1878-ci ildə “Qara Xaç” cəmiy-
yətləri qurulmuşdur. Bu təşkilatların məqsədi Osmanlı dövlətinin şərq hissəsini ondan ayırıb müstəqil
dövlət qurmaq idi. “Qara Xaç” təşkilatı daha irəli gedərək öz erməni soydaşlarına qarşı terror həyata
keçirirdi.
3
Belə ki, onlar bu təşkilatın prinsiplərinə uymayan və onlarla işbirliyində olmayan, onların
qanlı planlarını açıb onu dövlətə verənlərin siyahısını tutur, həmin siyahıda o şəxslərin adları qarşısın-
da qara xaç çəkib onları qətlə yetirirdilər.
1870-1880-ci illər ərzində Vanda “Ararat”, Muşda “Məktəbsevərlər”, “Şərqli” və “Ermənistana
doğru”, Adanada “Kilikiya” cəmiyyətləri qurulmuş və 1880-ci ildə onların hamısı birləşərək “Birləş-
miş Erməni Cəmiyyəti—(Miyasiyal Enikorotyan Noyotis)” meydana çıxarmışlar. Məqsədləri “Böyük
Ermənistan” yaratmaq idi. Bu əsassız məqsəd uğrunda hər cür cinayətlər törətmişlər. Hətta müstəqil
1
Армянский геноцид: миф и реальность. Б., 1992, стр.40.
2
Жаринов К.В. Терроризм и террористы. Минск, 1999, стр.47-48.
3
Борьба с терроризмом—общая самооборона.//Азия и Африка, N 3, 2002, с.18.
Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi
www.qesam.org
6
dövlətdə olla biləcəkləri hüquq və azadlıqları onlara verən Osmanlı dövlətində təxribatçılıq edib, onu
parçalamaq fikrinə düşmüşdülər.
1
Qərbin hakim dairələri tərəfindən şirnikləndirilən erməni terrorçuları Türkiyənin Zeytun (1862,
1878 və 1884-cü illərdə), Sasun (1880-ci ildə), Van (1884-cü ildə) vilayətlərində qanlı faciələr və qır-
ğınlar törətmişdilər. Lakin öz məkrli məqsədlərinə çata bilməmiş, türklər tərəfindən lazımi cavablarını
almışdılar. Bundan sonra erməni millətçiləri mübarizənin ağırlıq mərkəzini Qafqaza keçirdilər
2
.
1881-ci ildə Ərzurumda “Şura-i-Ali” adlı cəmiyyət yaradılır. Sonra adı dəyişdirilərək “Müdafi-i
vətəndaşlar” olmuşdur. Bu vilayətdə 1882-ci ildə “Ana Vətən müdafiəçiləri”, “Silahlılar” və “Millətçi
qadınlar” cəmiyyətləri yaradılır
3
. Bu təşkilatların hamısının gizli silahlı qrupları vardı. Bu cəmiyyətlər-
dən “Ana Vətən müdafiəçiləri” təşkilatının qeyri-qanuni, gizli fəaliyyətləri aşkarlanmış və o 1882-ci il-
də ləğv edilmişdir.
Hələ 1887-ci ildə ermənilərin Rusiya, Türkiyə, İran, Bolqarıstan və Rumıniyada fəaliyyət göstə-
rən “Hnçak” (Zəng) adlı millətçi-terrorçu partiyaları yaradılmışdı. 1890-cı ildə isə Tiflisdə Daşnaksüt-
yun partiyası yaradıldı. Bundan sonra ermənilərin “Böyük Ermənistan” yaratmaq iddiaları yeni, daha
kəskin mərhələyə daxil oldu. XX əsrin əvvəllərində bu partiyanın Rusiyada 2311, Türkiyədə 693,
İranda 90 və s. yerli təşkilatları fəaliyyət göstərirdi. Bu partiyanın Cenevrədə “Droşak” (Bayraq) adlı
qəzeti nəşr olunurdu
4
. Daşnaklar ilk gündən erməni milləti daxilində millətçilik və terrorçuluq meylini
qızışdırmış, onlarda başqa millətlərə düşmənçilik və nifrət hissi oyatmağa çalışmış, Qafrazlarda və Os-
manlı dövləti ərazisində çar Rusiyasının müttəfiqi rolunu oynamışdılar.
Hər dəfə ruslar qərbə tərəf hərəkət edərək ilıq sulu limanlar axtaranda müləlmanları doğma tor-
paqlarından zorakılıqla uzaqlaşdırıblar və əgər onlar müqavimət göstərirdisə, onda rus siyasətinin
qaydalarına əsasən soyqırıma düçar edilirdilər. On doqquzuncu əsr Balkanlarda, Qafqazda və Anado-
luda yaşayan müsəlmanlar üçün terror dövrü olmuşdur
5
. Basqınlar və etnik təmizləmələr nəticəsində
əsrin əvvəllərində həmin torpaqlarda yaşayan müsəlmanlar əsrin sonunda öz əhalisinin əsas hissəsini
itirmişdilər. Osmanlı imperiyası üçün XX əsr bəd gəlmişdir. Orada çoxsaylı soyqırımlar və zorakılıqla
torpaqdan köçülürmələr baş vermişdir. Xristian dünyasının hər tərəfində yunanların, ermənilərin və
bolqarların ölümləri haqqında çox tez-tez danışılır. Deyilməyən yeganə şey müsəlmanların başına gəti-
rilənlərdir. Müsəlmanların mərhumiyyətləri isə bütün xristian itkilərindən qat-qat çox olmuşdur.
Rusiya-Osmanlı münaribələrinin hər birində Osmanlı erməniləri adi qaydalar əsasında döyüş
xətlərini keçir və xəbərçilik edərək düşmənə—ruslara hərbi məlumat çatdırırdılar. Məhz ruslara fəal
kömək göstərməyin ucbatından, ruslar geri çəkilərkən müsəlmanların təbii münasibətindən qorxuya
düşən minlərlə erməni Anadolunu tərk edirdi. Ta I Dünya müharibəsi dövründə, 1915-ci ildə işğalçı
rus ordusuna fəal köməyinə görə nəhayət osmanlılar erməniləri Şərqi Anadoludan köçürənə kimi bu
davranış davam etmişdir.
6
İnqilabçı Erməni Federasiyası yarandığı ilk gündən terrorçu təşkilat olmuşdur. Bu, I Dünya mü-
haribəsindən sonra Ermənistana nəzarəti ələ keçirmiş təşkilat idi; onlar dövlətin himayəsi altında ter-
rorizmi bu gün də davam etdirirlər. Erməni kilsəsi isə həmişə erməni terrorizmini himayə və müdafiə
etmişdir. 1882-ci ilin dekabrında Ərzurumda 76 erməni həbs edilmişdi. Həbs olunan həmin adamlar
“Vətəni müdafiə cəmiyyəti”nin üzvləri idilər. Osmanlı dövləti həmin 76 müdafiəçinin qırx nəfərini təq-
sirkar bildi. Terrorçu fəaliyyətlərinə görə onlara beş ildən on beş ilə qədər həbs cəzası verildi. Buna
baxmayaraq, müdafiəçilərin əksəri patriarx Nerses və bişop Ormanyanın xahişi əsasında növbəti il sul-
tan tərəfindən əfv edildi. Həbsdə saxlanılanlar isə 1886-cı ildə əfv olundular.
7
1
Дашнаки (Из материалов департамента полиции). Б., 1990, стр.6-8.
2
Siyasi tarix (mühazirə kursu). I hissə, B., 1995, səh.55.
3
Жасмин М.К. Армянский терроризм: как яд и противоядие, Анкара, 1984, стр.44-45.
4
Салахи Р.Соньел. Оттоманские армяне, Лондон (К.Рустам и братья), 1987, стр.44.
5
Турки обвиняют Грецию в предоставлении убежища армянскому боевику, только что освобожденному из
тюрьмы югославскими властями –"Американ рипортер", 30 июля, 1987.
6
Hacıyev S. Türkiyə-Rusiya münasibətləri-erməni terroru (XIX əsrin sonu—1920-ci ilə qədər),B.,1998, səh.21-22.
7
Kennet Kartman. Terörizm: Orta Doğuda terör örçütleri ve terörü destekleyen devletler.//Avrasiya Dosyası, Ankara,
2002, N 7, s.56-57.