Terror doc


Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi



Yüklə 249,36 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix14.04.2018
ölçüsü249,36 Kb.
#38451
1   2   3   4   5   6   7

Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

www.qesam.org 

 

 



sələrə  öz  təsirini  göstərirdi.  Bu  erməni  terrorçularının  Türkiyə  və  Azərbaycan  ərazilərində  “Böyük 

Ermənistan” yaratmaq iddialarından irəli gəlirdi. 

Erməni terrorizminin keçdiyi yolu bir neçə mərhələyə ayırmaq olar:  

a) XIX əsrin 30-cu illərindən 1920-ci illərədək olan dövr; 

b) 1920-1970-ci illər; 

c) 1970-ci ildən sonrakı erməni terrorizmi. 

Qeyd etdiyimiz kimi, ermənilər terror birləşmələri halında XIX əsrin II yarısından fəaliyyət gös-

tərməyə başlamışlar. Yaranan bu cəmiyyətlər, təşkilatlar və partiyaların bəziləri gizli fəaliyyət göstərir, 

rəsmi  dövlət  nümayəndələrinə,  dövlət  idarələrinə  hücumlar  edir,  qətllər  törədir,  ərazilərdə  terror 

aktları və üsyanlar etməklə məşğul olurdular. 

Erməni  terrorçu  birləşmələrinin  və  partiyaların  həyata  keçirdiyi  qanlı  aksiyalar  özünü  yalnız 

Türkiyə  və  Azərbaycanda  deyil,  eyni  zamanda  dünyanın  bir  çox  ölkələrində  göstərmişdir.  Bir  faktı 

qeyd  etmək  lazımdır  ki,  sadəcə  1980-1990-cı  illərdə  ABŞ-da  baş  verən  terror  aktlarının  təqribən 

25%-ni  erməni  terror  təşkilatları  həyata  keçirmişlər.  Onu da qeyd edək ki, bu gün dünyada bir dənə 

də olsun türk terror qrupu yoxdur. Çox hallarda isə ermənilərin törətdikləri cinayətlər cəzasız qalır.

1

 

Bugünkü ermənilər etnik təmizləmə dərsini əsrlərin ayrıcında yaşamış sələflərindən öyrənmişlər. 



1992-ci ildə Azərbaycana etdikləri xaincəsinə hücum nəticəsində ölkənin 20%-ni işğal edəndən sonra 

onların  gördüyü  ilk  iş  terrordan  gen-bol  istifadə  edərək  bir  milyondan  artıq müsəlmanı  hes  bir  əvəz 

ödəmədən öz ev-eşiyindən qovmaq oldu.  

Erməni  burjuaziyasının və terrorçu şəbəkənin özünütəsdiqə doğru ilk addımları, təbiidir ki, ru-

hanilərin  hökmlanlığının  məhdudlaşdırılmasına  doğru  yönəldildi;  o,  şəhər  sənətkarlarına  arxalanaraq 

kilsəni, əsas etibarilə Konstantinopol patriarxını və patriarxatlığı dünyəviləşdirmək uğrunda mübarizə-

yə başladı. Bu mübarizə müvəffəqiyyətlə nəticələndi: patriarxatlıqda və kilsə mərkəzlərində yaradılmış 

“erməni nümayəndəliyi” adlı təşkilatda ruhanilər və maliyyə burjuaziyası ilə yanaşı, orta burjuaziya da 

yer aldı. Maliyyə, ədliyyə və maarif işlərinə həmin nümayəndəlik baxırdı. Erməni terror təşkilatlarının 

maddi bazası bu nümayəndəlikdən dəstək alırdı. 

XIX əsrin 70-80-ci illərində Osmanlı dövlətinin tənəzzülü prosesi artıq başlamışdı. Erməni bir-

likləri bu prosesdən çox məharətlə istifadə edərək təşkilatlanmağa başladılar. Onların fəaliyyət prinsipi 

yalnız terrorçuluq idi və onun üzərində qurulmuşdur. Bu dövrdə yaranmış və fəaliyyət göstərmiş ter-

ror təşkilatları əsasən erməni mənşəli idilər və aşağıdakılardan ibarətdirlər: 

“Xeyriyyəçilər  Cəmiyyəti—(Benevolent Union)” 1860-cı ildə Osmanlı dövlətinin Kilikiya (Çu-

kurova)  bölgəsində  yaradılıb.  Sonra  bu  cəmiyyəti  “Fədakarlar  cəmiyyəti”  əvəz  etmişdir.  Bu  təşkilat 

əsasən üsyanlar, iğtişaşlar yaratmaqla məşğul olurdu. “Xeyriyyəçilər Cəmiyyəti”nin fəal üzvləri olan 

Hasip  Şişmanyan  və Mıqırtıç Beşiktaşyanın 1862-ci ildə Osmanlı dövlətinin Zeytun (Süleymanlı) şə-

hərində  üsyan  törətdikləri  aşkar  edilmişdir.

2

  Bu  isə  təşkilatların  separatçı-terrorçu  olduğunu  sübut 



edir. 

1872-ci  ildə  çar  Rusiyasının  yardımı  ilə “İttihad  və  Halas” və  1878-ci  ildə  “Qara  Xaç” cəmiy-

yətləri qurulmuşdur. Bu təşkilatların məqsədi Osmanlı dövlətinin şərq hissəsini ondan ayırıb müstəqil 

dövlət qurmaq idi. “Qara Xaç” təşkilatı daha irəli gedərək öz erməni soydaşlarına qarşı terror həyata 

keçirirdi.

3

  Belə  ki,  onlar  bu  təşkilatın  prinsiplərinə  uymayan  və  onlarla  işbirliyində  olmayan,  onların 



qanlı planlarını açıb onu dövlətə verənlərin siyahısını tutur, həmin siyahıda o şəxslərin adları qarşısın-

da qara xaç çəkib onları qətlə yetirirdilər.  

1870-1880-ci illər ərzində Vanda “Ararat”, Muşda “Məktəbsevərlər”, “Şərqli” və “Ermənistana 

doğru”, Adanada  “Kilikiya”  cəmiyyətləri qurulmuş və  1880-ci  ildə onların hamısı birləşərək “Birləş-

miş Erməni Cəmiyyəti—(Miyasiyal Enikorotyan Noyotis)” meydana çıxarmışlar. Məqsədləri “Böyük 

Ermənistan” yaratmaq idi. Bu əsassız məqsəd uğrunda hər cür cinayətlər törətmişlər. Hətta müstəqil 

                                                        

1

 Армянский геноцид: миф и реальность. Б., 1992, стр.40. 



2

 Жаринов К.В. Терроризм и террористы. Минск, 1999, стр.47-48. 

3

 Борьба с терроризмом—общая самооборона.//Азия и Африка, N 3, 2002, с.18. 




Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

www.qesam.org 

 

 



dövlətdə olla biləcəkləri hüquq və azadlıqları onlara verən Osmanlı dövlətində təxribatçılıq edib, onu 

parçalamaq fikrinə düşmüşdülər.

1

 



Qərbin hakim dairələri tərəfindən şirnikləndirilən erməni terrorçuları Türkiyənin Zeytun (1862, 

1878 və 1884-cü illərdə), Sasun (1880-ci ildə), Van (1884-cü ildə) vilayətlərində qanlı faciələr və qır-

ğınlar törətmişdilər. Lakin öz məkrli məqsədlərinə çata bilməmiş, türklər tərəfindən lazımi cavablarını 

almışdılar. Bundan sonra erməni millətçiləri mübarizənin ağırlıq mərkəzini Qafqaza keçirdilər

2



1881-ci ildə Ərzurumda “Şura-i-Ali” adlı cəmiyyət yaradılır. Sonra adı dəyişdirilərək “Müdafi-i 



vətəndaşlar” olmuşdur. Bu vilayətdə 1882-ci ildə “Ana Vətən müdafiəçiləri”, “Silahlılar” və “Millətçi 

qadınlar” cəmiyyətləri yaradılır

3

. Bu təşkilatların hamısının gizli silahlı qrupları vardı. Bu cəmiyyətlər-



dən “Ana Vətən müdafiəçiləri” təşkilatının qeyri-qanuni, gizli fəaliyyətləri aşkarlanmış və o 1882-ci il-

də ləğv edilmişdir. 

Hələ 1887-ci ildə ermənilərin Rusiya, Türkiyə, İran, Bolqarıstan və Rumıniyada fəaliyyət göstə-

rən “Hnçak” (Zəng) adlı millətçi-terrorçu partiyaları yaradılmışdı. 1890-cı ildə isə Tiflisdə Daşnaksüt-

yun partiyası yaradıldı. Bundan sonra ermənilərin “Böyük Ermənistan” yaratmaq iddiaları yeni, daha 

kəskin  mərhələyə  daxil  oldu.  XX  əsrin  əvvəllərində  bu  partiyanın  Rusiyada  2311,  Türkiyədə  693, 

İranda 90 və s. yerli təşkilatları fəaliyyət göstərirdi. Bu partiyanın Cenevrədə “Droşak” (Bayraq) adlı 

qəzeti nəşr olunurdu

4

. Daşnaklar ilk gündən erməni milləti daxilində millətçilik və terrorçuluq meylini 



qızışdırmış, onlarda başqa millətlərə düşmənçilik və nifrət hissi oyatmağa çalışmış, Qafrazlarda və Os-

manlı dövləti ərazisində çar Rusiyasının müttəfiqi rolunu oynamışdılar. 

Hər dəfə ruslar qərbə tərəf hərəkət edərək ilıq sulu limanlar axtaranda müləlmanları doğma tor-

paqlarından  zorakılıqla  uzaqlaşdırıblar  və  əgər  onlar  müqavimət  göstərirdisə,  onda  rus  siyasətinin 

qaydalarına əsasən soyqırıma düçar edilirdilər. On doqquzuncu əsr Balkanlarda, Qafqazda və Anado-

luda  yaşayan müsəlmanlar üçün terror dövrü olmuşdur

5

. Basqınlar və etnik təmizləmələr nəticəsində 



əsrin əvvəllərində həmin torpaqlarda yaşayan müsəlmanlar əsrin sonunda öz əhalisinin əsas hissəsini 

itirmişdilər. Osmanlı imperiyası üçün XX əsr bəd gəlmişdir. Orada çoxsaylı soyqırımlar və zorakılıqla 

torpaqdan  köçülürmələr  baş  vermişdir.  Xristian  dünyasının  hər  tərəfində  yunanların,  ermənilərin  və 

bolqarların ölümləri haqqında çox tez-tez danışılır. Deyilməyən yeganə şey müsəlmanların başına gəti-

rilənlərdir. Müsəlmanların mərhumiyyətləri isə bütün xristian itkilərindən qat-qat çox olmuşdur. 

Rusiya-Osmanlı  münaribələrinin  hər  birində  Osmanlı  erməniləri  adi  qaydalar  əsasında  döyüş 

xətlərini  keçir  və  xəbərçilik  edərək  düşmənə—ruslara hərbi  məlumat  çatdırırdılar.  Məhz  ruslara  fəal 

kömək  göstərməyin  ucbatından,  ruslar  geri  çəkilərkən  müsəlmanların  təbii  münasibətindən  qorxuya 

düşən  minlərlə  erməni  Anadolunu  tərk  edirdi.  Ta  I Dünya  müharibəsi dövründə, 1915-ci ildə işğalçı 

rus ordusuna  fəal  köməyinə  görə  nəhayət osmanlılar erməniləri Şərqi Anadoludan köçürənə kimi bu 

davranış davam etmişdir.

6

 



İnqilabçı Erməni Federasiyası yarandığı ilk gündən terrorçu təşkilat olmuşdur. Bu, I Dünya mü-

haribəsindən sonra Ermənistana nəzarəti ələ keçirmiş təşkilat idi; onlar dövlətin himayəsi altında ter-

rorizmi bu gün də davam etdirirlər. Erməni kilsəsi isə həmişə erməni terrorizmini himayə və müdafiə 

etmişdir.  1882-ci  ilin  dekabrında  Ərzurumda  76 erməni həbs  edilmişdi.  Həbs olunan  həmin  adamlar 

“Vətəni müdafiə cəmiyyəti”nin üzvləri idilər. Osmanlı dövləti həmin 76 müdafiəçinin qırx nəfərini təq-

sirkar  bildi.  Terrorçu  fəaliyyətlərinə  görə onlara beş ildən  on  beş  ilə  qədər  həbs cəzası verildi. Buna 

baxmayaraq, müdafiəçilərin əksəri patriarx Nerses və bişop Ormanyanın xahişi əsasında növbəti il sul-

tan tərəfindən əfv edildi. Həbsdə saxlanılanlar isə 1886-cı ildə əfv olundular.

7

  

                                                        



1

 Дашнаки (Из материалов департамента полиции). Б., 1990, стр.6-8. 

2

 Siyasi tarix (mühazirə kursu). I hissə, B., 1995, səh.55. 



3

 Жасмин М.К. Армянский терроризм: как яд и противоядие, Анкара, 1984, стр.44-45. 

4

 Салахи Р.Соньел. Оттоманские армяне, Лондон (К.Рустам и братья), 1987, стр.44.  



5

 Турки обвиняют Грецию в предоставлении убежища армянскому боевику, только что освобожденному из 

тюрьмы югославскими властями –"Американ рипортер", 30 июля, 1987. 

6

 Hacıyev S. Türkiyə-Rusiya münasibətləri-erməni terroru (XIX əsrin sonu—1920-ci ilə qədər),B.,1998, səh.21-22. 



7

 Kennet Kartman. Terörizm: Orta Doğuda terör örçütleri ve terörü destekleyen devletler.//Avrasiya Dosyası, Ankara, 

2002, N 7, s.56-57. 



Yüklə 249,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə