Terror doc


Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi



Yüklə 249,36 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix14.04.2018
ölçüsü249,36 Kb.
#38451
1   2   3   4   5   6   7

Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

www.qesam.org 

 

 



Təşkilatın  üzvləri  real  təhlükələrlə  üzləşirlər,  cəmiyyətdən  izolə  edilmiş  vəziyyətdə  yaşayırlar.  Möv-

cudluqlarını saxlamaq üçün onların bir-birindən və öz qruplarından asılı olmaları zəruridir.

1

 



Terrorizmin  özü  qeyri-adi,  ələkeçməz  bir  düşmən  olduğu  kimi,  yeni  antiterror  alyansı  da  yeni 

və çevik formalar almışdır ki, orada ayrı-ayrı ölkələr müxtəlif səviyyələrdə addım atır və öz üzərlərinə 

məsuliyyət  götürür.  Elə  indinin  özündə,  qlobal  terrorizmə  qarşı  mübarizə  mühüm  müvəffəqiyyətlər 

qazanıb. Diplomatik cəbhədə, misal üçün BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul olunmuş bir 

qətnaməsi  bütün  189  üzv  qarşısında  vəzifə  qoyur  ki,  terrorçulara  qarşı  hamı  mübarizəyə  qalxaraq, 

terrorçuları ədalət mühakiməsi qarşısına gətirsinlər. “Biz bu mühüm qətnamənin əhəmiyyətini həddən 

artıq yüksək qiymətləndirə bilirik”,—deyə ABŞ-ın dövlət katibi Kolin Pauell söyləmişdi: “Heç bir və-

saitin və sığınacağın olmaması, son nəticədə heç bir qurtuluşun olmamasına bərabərdir”.

2

 

Onu  da  qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  erməni  terrorizminin  simasında  bu  dəhşətli  feno-



menin nə olduğunu çox yaxşı bilir və təsadüfi deyildir ki, ABŞ-ın başçılığı altında antiterror koalisiya-

sının ən fəal  üzvlərindəndir. Bu nöqteyi-nəzərdən aparılan elmi araşdırmalar Azərbaycan həqiqətləri-

nin öyrənilməsi, erməni terrorizminin iflası, Ermənistanın terrorizmi müdafiə edən dövlət imicinin üzə 

çıxarılması  və  təbliğatı  baxımından  da  böyük  siyasi  aktuallıq  kəsb  edir.  Nəhayət,  tədqiq  etdiyimiz 

problem xronoloji çərçivəsi baxımından da yeni olduğundan indiyədək xüsusi tədqiqat predmeti olma-

mışdır. Düzdür, mövzunun bəzi istiqamətlərinin öyrənilməsinə dair müəyyən addımlar atılsa da, prob-

lem indiydək kompleks şəkildə öyrənilməmişdir. Ermənistanın apardığı dövlət terrorizminin hərbi qa-

nadı isə 1993-cü ilin yayına qədər aktiv şəkildə davam etmiş və nəticədə Dağlıq Qarabağla yanaşı, bö-

yük  bir  ərazi  işğal  olunmuşdur.  Erməni  işğalında  terrorizm  ünsürlərinin  olduğunu  göstərmək  üçün, 

terrorizmin  yuxarıda  yer  alan  nəzəri  izahı  əsas  götürülərək,  bir  neçə  konkret  fakt  irəli  sürülə  bilər. 

Əvvəla, terrorizmin səciyyəvi xüsusiyyətlərindən biri təhdid edərək qəbul etdirmədir ki, erməni işğalı 

zamanı bunun saysız-hesabsız nümunəsi görülmüşdür. Ən dəhşətli nümunəsi isə 26 fevral 1992-ci ildə 

Xocalı şəhərində törədilən misli görünməyən qətllərdir. Burada ermənilərin hədəfi sadəcə Azərbaycan 

Silahlı Qüvvələri deyil, həm də dinc əhali olmuşdur. 

Erməni  terrorizminin tarixi kökləri çox qədimdir. Lakin bu terrorizmin təşkilatlanması “erməni 

məsələsi” deyilən məsələnin yaranması ilə bağlı olmuşdur. “Erməni məsələsi” isə Şərq məsələsi adlan-

dırılan  məsələnin  bir  hissəsidir  və  ona  iki  nöqteyi-nəzərdən  yanaşmaq  lazımdır.  Birincisi,  məsələnin 

zahiri  mahiyyətidir:  böyük  dövlətlər  Türkiyəni  daha  asanlıqla  istismar  etməkdən  ötrü  onun  mərkəz-

dənqaçma  qüvələrini  gücləndirməyə,  beləliklə  ölkəni  zəiflətməyə  çalışırdılar.  Daxili  mahiyyət  isə  öz 

burjuaziyasının rəhbərliyi altında ermənilər milli müqəddəratın müstəqil təyin edilməsi uğrunda, elə si-

yasi-iqtisadi amillər əldə olunması uğrunda mübarizə aparırdılar ki, bu amillərin təsiri altında burjuazi-

ya sərbəst inkişaf edə bilsin. Erməni məsələsinin zəmini hələ XVIII əsrdə, İstanbulun maliyyə aristok-

ratiyası  erməni millətinə rəhbərlik etməyə başlayanda yaranmışdı.

3

 Türkiyənin hər yerinə səpələnərək 



öz  terrorçu  fəaliyyət  şəbəkəsini  genişləndirməklə  məşğul  olan  ermənilərin  öz  arasından  varlı burjua 

nümayəndələri  yetişmişdi.  Konstantinopolu  fəth  edəndən  (1453-cü  ildə)  sonra  türklərin  göstərişi  ilə 

yaradılmış teokratik erməni icmasının başında duran Konstantinopol patriarxı dövründə Notabllar şu-

rası (maliyyə aristokratiyasının nümayəndələrindən ibarət) vardı, erməni xalqının “rəhbəri” əslində bu 

şura idi. Erməni terrorizmi mütəşəkkil və yaxşı təşkilatlanmış bir terrorizm olmaqla, beynəlxalq terro-

rizminin geniş qanadı və şəbəkəsidir. Yarandığı ilk gündən onun məqsədi və hədəfi sülhün təhlükəsiz-

liyi, mübafiəsiz  və  köməksiz türk xalqı və azərbaycanlılar, kürdlər və bütün müsəlmanlar olmuşdur.

4

 



Hələ XVIII əsrin I yarısında dünyanın yenidən bölüşdürülməsi uğrunda böyük dövlətlər arasında mü-

haribə gedirdi. Bir tərəfdə Almaniya, Avstriya, Macarıstan və İtaliya, digər tərəfdə Fransa, İngiltərə, 

Rusiya  dayanmışdı.  Bu  müharibədə  “erməni  amili”  meydana  çıxmışdı.  Aydındır  ki,  tarixən  erməni 

dövlətinin  yaranmasında,  ermənilərin  siyasətə atılmasında Rusiyanın böyük rolu olub, I Pyotr zama-

nından  “erməni  amili”  daim  bu  ölkənin  siyasi həyatında gündəmdə dayanıb. Birinci Dünya  üharibəsi 

                                                        

1

 Тейлор Ф.К. Терроризм: полемика и контрмеры США//www.usinfo.state.gov (journals). р.121. 



2

 Юрин А.Б. США наступит год “слона”//Международная жизнь, N 12, 2002, стр.43. 

3

 Qurko-Kryajin V. Erməni məsələsi. B., 1990, səh.7 (BSE-nin 1926-cı il nəşrindən məqalə. 1926-cı il. 



4

 Gunter M. Contemparary Armenian Терроризм. Терроризм: An international йournal, vol.8, N 3, 1986, р.24. 




Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

www.qesam.org 

 

 



başlamazdan əvvəl bu siyasətə sadiq qalan II Nikolay Qafqaza səfərindəki çıxışının sonunda belə de-

mişdi: “Qoy rus bayrağı Bosfor və Dardanel boğazlarında sərbəst hərəkət etsin. Qoy erməni xalqı Ru-

siyanın  köməyi  ilə  Osmanlı  dövləti  ərazisində  öz  müstəqil  dövlətini  qursun”.  Bu,  ermənilərə  onları 

Rusiya  tərəfinə  çəkmək  üçün  bir  mesaj  idi.  Əlbəttə,  söhbət  Rusiya  ərazisindəki  ermənilərdən  yox, 

Türkiyədə  yaşayan  ermənilərdən  gedirdi.  O  vaxt  ermənilər  Türkiyənin  iqtisadi  həyatında  fəal  iştirak 

edir və böyük maliyyə imkanlarına malik idilər. Onlar II Nikolayın çağırışından çox böyük məharətlə 

istifadə etdilər. Türk vətəndaşları kimi guya Türkiyənin cəlb olunduğu müharibədə iştirak etdilər, əs-

lində isə Türkiyəyə arxadan zərbə vurdular. Rus ordusu hücuma keçən zaman ermənilər ruslarla bir-

ləşdilər və türklərə qarşı müharibəyə başladılar.

1

 

Ermənilərin türk xalqlarına, o cümlədən Azərbaycan və Anadolu türklərinə qarşı soyqırım tarixi 



çar Rusiyasının Cənubi Qafqaza doğru irəliləməsindən başlayır. I Pyotr Hindistana yetişmək və dünya 

imperiyası  yaratmaq  istəyirdi.  Bu  imperiyanın  paytaxtı  Tsarqrad  (Konstantinopol)  olmalı  idi.  Yəni 

Türkiyəni aradan götürmək, İstanbulu ələ keçirmək onun planında idi. I Pyotrun məşhur Xəzər yürü-

şünü xatırlamaq lazımdır. Bu planın tərkib hissəsi Cənubi Qafqazda çar Rusiyasına arxa duracaq bir 

xristian dövlət yaratmaq idi. Bu mənfur planı həyata keçirmək üçün Azərbaycanda əvvəlcə Türkiyəyə 

meylli sünnü əhalini, sonra İrana meylli şiə əhalini məhv etmək xətti aparılırdı. Gülüstan və Türkmən-

çay müqavilələrindən sonra Rusiya Cənubi Qafqazı işğal edərək öz məqsədini açıq şəkildə yerinə ye-

tirməyə  başladı.

2

  Elə  soyqırımların  ilk  tarixi  də  bu  dövrə  aiddir.  Rusiyanın  buradakı  qanlı  siyasətini 



həyata keçirən  general  Sisianov  mənşəcə  gürcü knyazları  nəslindən  idi. Ona da böyük gürcü dövləti 

yaratmaq  vədi  verilmişdi,  şimal-qərbi  Azərbaycan  gürcülərin  olmalı idi.  Bu  səbəbdən  Sisianov  insan 

təfəkkürünə sığmayan cəlladlıqları Azərbaycan ərazisində etdi. Erməni əsilli olan generallar Madatov 

və  Melikov  İrana  və  Türkiyəyə  qarşı  müharibə  aparmaqla  yanaşı,  yerli  əhalini  məhv  edirdilər.

3

  Hər 


yerdən Azərbaycana erməni toplanırdı. Çox keçməmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisi hesa-

bına  Türkiyə  ilə  İran sərhədində erməni vilayəti yaratdılar. Cənubi Qafqazdakı erməni dövlətinin bü-

növrəsi bu zaman qoyuldu. Tarix də məhz bu dövrdən təhrif olunmağa başladı. O vaxt çar Rusiyası-

nın işğal etdiyi, Türkmənçay müqaviləsinə düşən ərazi İrəvan və Naxçıvan xanlıqları idi, orada Ermə-

nistan yox idi. Dağlıq Qarabağa, Zəngəzura elliklə köçürülən erməni əhalisi yerli azərbaycanlıları qət-

lə  yetirdilər,  orada  məskunlaşdılar,  yaşayış  məntəqələrimizin  adını  dəyişdirib  erməniləşdirdilər.  Mən-

fur  ermənilər  hətta  Dağlıq  Qarabağa köçürülmələrinin  150  illiyinə  aid  70-ci  illərdə  abidə ucaltmışdı-

lar.


4

  

Erməni  terrorizminin  inkişafında  və  çiçəklənməsində  erməni  qriqoryan  və  ortodoks  kilsəsinin 



xidmətləri  böyükdür.  1808-ci  ildə  çar  I  Aleksandr  (1801-1825)  ruslara  kömək  məqsədi  ilə  apardığı 

casusluq fəaliyyətinə görə erməni kilsəsinin katolikosu Danieli birinci dərəcəli Müqəddəs Anna ordeni 

ilə  təltif  etdi.  Ruslar  qərbə  hücum  edib  Osmanlı  torpaqlarının  dərinliklərinə  irəliləyəndə  də  Erməni 

Kilsəsi daim onlara kömək edir və ardıcıl olaraq rusların onları “müsəlman zülmündən” xilas etməsinə 

səsləyirdi.

5

 Xristian erməniləri ilə müsəlman Osmanlıları arasındakı nifrətin artmasının kökləri Erməni 



Kilsəsinin fəaliyyəti və cəhdləri ilə bağlıdır. Hər halda, ruslar Osmanlı torpaqlarını zəbt edən kimi Er-

məni Kilsəsi ilə birlikdə işləyərək oradakı müsəlman əhalini kompensasiya ödəmədən qovmuş, keçmiş 

müsəlman evlərinə və torpaqlarına erməniləri köçürmüşdür. 

1828-ci  ildə  başlayaraq  Azərbaycanın  tarixi  torpaqlarına  ermənilərin  köçürülməsi  başlanıldı. 

Bununla da ziddiyyətlərin yeni dalğası və erməni terrorçuluğunun yeni bölgəsi meydana çıxdı. Ermə-

nilər ilə türklər arasında ermənilərin xəyanəti nəticəsində başlanan ziddiyyətlər də regionda olan hadi-

                                                        

1

 “Ермяниляр терроризмин ян ийрянъ формасындан истифадя едирляр”//“Азярбайъан” гязети, 28 феврал 2004-



ъц ил. 

2

 Мяммядов И. Тарихимиз, торпаьымыз, талейимиз. Б., 2002, сящ.31-32. 



3

 Онуллащи С.М. Ермяни миллятчиляри вя Иран. Б., 2002, сящ.39-40. 

4

 Щясянов Н.Ф. Террорчулуг вя онун мащиййяти. Азярбайъан Республикасында дювлят вя щцгуг гуруъулуьунун 



актуал проблемляри (елми мягаляляр мяъмуяси), Б., 2004, сящ.21. 

5

 Самуел А.Уимс. Ермянистан террорчу “христиан” юлкянин эизлинляри. Ермянилярин бюйцк фырылдаг сери-



йалары—I ъилд, Б., 2004, сящ.34. 


Yüklə 249,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə