Terror doc


Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi



Yüklə 249,36 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix14.04.2018
ölçüsü249,36 Kb.
#38451
1   2   3   4   5   6   7

Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

www.qesam.org 

 

 



müharibənin əvvəllərində bir çox erməni xadimləri rus hökumətinə müraciət edərək “Böyük Ermənis-

tan”  uğrunda  ərazi  iddiası  ilə  Türkiyədə  üsyan  hazırlamağa,  hətta  Ərzurum,  Qars  və  b.  vilayətlərdə 

türklərə və kürdlərə divan tutmağa başlamışdılar. Yüz minlərlə türk və kürd əhalisini vəhşicəsinə qır-

mışdılar.  Ərazinin  parçalanması  təhlükəsini  görən  Türkiyə hökuməti 1915-ci ilin yazında ermənilərin 

hazırladıqları qiyamın qarşısını almaq məqsədilə onları cənub-qərb vilayətlərinə, Mesopotamiyaya kö-

çürüldü. Erməni daşnaklarının təqsiri üzündən həyata keçirilən bu kampaniya zamanı dəqiq hesabla-

malara görə bir neçə yüz min erməni tələf olmuşdu. Sonralar və indi də erməni millətçiləri bu hadisəni 

dünyaya soyqırım (genosid) siyasəti kimi təqdim edir, beynəlxalq miqyasda onun tanınmasına çalışır-

lar.


1

 

XIX  əsrin  sonlarında  sırf  iqtisadi  zəmində  kəskinləşən  erməni  məsələsi  “böyük  dövlətlərin”—



Rusiyanın və İngiltərənin faciəli müdaxiləsi nəticəsində daha da mürəkkəbləşdi. Rusiya ticarət-sənaye 

kapitalının  Qara  dənizi,  Bosforu  və  Dardaneli  zəbt  etmək  səyi  “xristianları  müsəlman  Türkiyəsinin 

zülmündən xilas etmək uğrunda mübarizə” şüarları ilə pərdələnirdi, “milli-siyasi müqəddəratı” müstə-

qil təyin etmək məqsədi ilə bu şüarlardan istifadə edəcəyinə ümid bəsləyən erməni burjuaziyasının ək-

səriyyəti nəinki özü Rusiya istiqamətini götürdü, üstəlik, Türkiyə Ermənistanı erməniləri arasında hə-

min  istiqamətdə  təşviqat  aparmağa  başladı.

2

  Bu  mövqe  Türkiyə  hökumətinin  erməni  burjuaziyasını 



nəinki təqib eləmirdi, əksinə, hətta adlı-sanı ermənilər böyük dövlət vəzifələri tutmalarına şərait yara-

dırdı. Türkiyə ilə sülh şərtlərinin müzakirəsi zamanı Rusiya ermənilərinin Qafqaz canişini böyük knyaz 

Mixail Nikolayeviçə məktub göndərməsi və patriarx Nerses başda olmaqla Türkiyə ermənilərinin rəs-

mi müraciət etməsi—onların Rusiyadan kömək istəməsi bu münasibətləri daha da kəskinləşdirdi.

3

  

Rusiya Aralıq dənizinin ilıq sularına çıxmaq arzusunun həyata keçməsində ermənilərdən istifadə 



edir,  bununla  həm  də  İngiltərənin  Hindistana  yolunu  kəsməyi düşünürdü. Rusiya və Fransanı kənara 

itələyərək protestant ermənilərdən istifadə edən Britaniya isə onu Hindistanla birləşdirən həyat yolunu 

qorumağa  çalışırdı.  Katolik  ermənilərdən  istifadə  edən  Fransa  Yaxın  Şərqdəki  öz  maraqlarını  düşü-

nürdü. Yalnız Amerikanın aydın işlənmiş milli marağı yox idi.  

Xarici dövlətləri Osmanlı imperiyasına gətirmək, arzuladıqları torpaqları hərb yolu ilə ələ keçir-

mək  və  Şərqi  Anadolunun  altı  əyalətindəki  ərazini  ələ  keçirmək  üçün ermənilər  əllərindən  gələn  hər 

şeyi  edirdilər.  Ermənilər  həmin  torpaqların  onların  “qədim”  vətəni  olduğunu  iddia  edirdilər.  Onlara 

qulaq asmaq istəyənlərin hamısına ermənilər uydurduqları bir nağılı danışmağı çox xoşlayırdı: erməni-

ləri əhalinin azlıqda qalan hissəsinə çevirmişlər! 1892-ci ildə Britaniya Xarici İşlər Nazirliyinin Coğra-

fiya bölməsi ermənilərin iddia etdikləri torpaqlarda yaşadığı əhali haqqında aşağıdakı məlumatı yaydı: 

Daşnak  terror  təşkilatı  həmin  altı  əyalətdə  öz  inqilabı üçün  hazırlaşmağa  başladı. Türklərin əleyhinə 

silah toplamaq və terror kampaniyası aparmaq üçün mərkəz kimi daşnaklar rus Ermənistanından isti-

fadə  edirdi.  Artıq  Erməni  kilsəsi  daşnaklara  böyük  kömək  göstərirdi.  Kilsənin  din  xadimləri  vacib 

ayinləri  yerinə  yetirmək  pərdəsi  altında  tez-tez Osmanlı-Rusiya  sərhəddini  keçirdilər.

4

 Çoxsaylı  kilsə 



rəsmisi erməni inqilabi hərəkatına kömək üçün öz vəzifəsindən istifadə edirdi; kilsə Cənubi Qafqazda-

kı  və  Anadoludakı  terrorçu  daşnaklarla  terrorçuların  və  rus  hökumətinin  arasında  əlaqələndirici  rol 

oynayırdı. Erməni kilsəsi dindarların və yepiskopların bu cür fəal müdaxiləsi və iştirakı nəticəsində er-

mənilərin, kilsənin və nasionalizmin birgə silahlı qüvvəsi meydana gəldi. 

Erməni  terrorçu  birləşmələri  XX  əsrin  əvvəllərində həm  Türkiyədə,  həm də  Qafqazlarda  qanlı 

terror aksiyaları həyata keçirirdilər. “Hnçak” partiyası XX əsrin əvvəllərində Osmanlı dövləti ərazisin-

də “Osmanlı bankı”na basqın, 1904-cü il Sasun üsyanı və s. cinayətlərin birbaşa təşkilatçısı və iştirak-

çısı olmuşdur. Partiyanın 1919-cu ildə İrəvanda toplanan “IX Daşnak Dünya Konqresi”ndə çıxarılan 

                                                        

1

 Laury Н. Nineteentщ and Twentietщ Century Armenian теrrоrisм. Symposium on International Теrrоrisм. Ankara, 



Turkey (Ankara University Press), 1984, р.98.) 

2

 Тейлор Ф.К. Терроризм: полемика и контрмеры США//www.usinfo.state.gov (journals), р.41. 



3

 Gunter M. Нistorial Origins of Contemparary Armenian Теrrоrisм. Journal of South Asian and Middle Eastem 

Studies, vol.9, N 1 Fall, 1985. 

 

4



 General Й.C.Нarbord: American Military Mission to Armenia, International Coclusion, N 151, june, 1920, New 

York, р.141. 




Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

www.qesam.org 

 

 



10 

qərara əsasən “İntiqam hərəkatı” (şifrəli adı “NEMSES”) qrupu yaranır. Bu hərəkatın rəhbərliyinə er-

məni  əsilli  ABŞ  vətəndaşı  Şahan  Natali  adlı  birisi  gətirilir.  Onlar  15  mart  1921-ci  ildə  Tələt  Paşanı 

Berlində, 5 dekabr 1921-ci ildə Səid Səlim Paşanı Romada, 17 aprel 1922-ci ildə Bahaddin Şakir və 

Caman  Azmi  bəyi  Berlində,  25  iyul  1922-ci ildə  Camal  Paşanı Tiflisdə  qətlə  yetirdilər.  “Daşnaksüt-

yun” 1905-1906-cı illər və 1918-ci il mart-aprel ayları Azərbaycan şəhərlərindəki qırğınların da törə-

dicilərindən olmuşdur.

1

 Bundan əlavə, I Dünya müharibəsi illərində Cənubi Azərbaycan ərazisinin bir 



hissəsini  işğal  edən  rus  ordusu  ilə  bərabər bura gələn və yerli ermənilərin törətdikləri cinayətlərin də 

başında  “Daşnaksütyun”  partiyasının  rəhbərləri  və  sıravi  üzvləri  durmuşlar.  1918-ci  il  mart  ayında 

Novruz bayramı günlərində 150 min nəfər əhalisi olan Urmiyada bir gecədə 1500 nəfər dinc insan ev-

lərindəcə  qətlə  yetirilmişlər.  Yepremlərin,  şaumyanların,  stepanyanların,  petrosların  başçılığı  ilə  Ma-

ku,  Xoy,  Səlmasda  yüzlərlə  dinc  sakin,  qadın,  uşaq,  qoca  qılıncdan  keçirilmişdir.  Bu  partiya  nəinki 

türk  və  ümumiyyətlə,  müsəlmanlara  qarşı qətllər törətmişdir, hətta öz mənfur niyyətlərini həyata ke-

çirmək üçün öz soydaşlarını da qırmışlar. Leonard Ramoden Hartil Ohannes Appkesiyan adlı bir er-

məni  zabitinin  həyatından  bəhs  edən “Men  are like  that” (İnsanlar bunu xoşlayırlar) adlı əsərində bu 

haqda geniş məlumat verilmişdir: “İnqilabçı hərəkatın başlanmasından bir neçə il sonra Türkiyədə er-

mənilər tərəfindən qurulmuş və türk hökumətinə qarşı silahlı mübarizəyə hazır güclü bir hökumət var-

dı.  Bu  hökumətin  öz  qanunları,  orqanları  və  bu  orqanların  əmrlərini  həyata  keçirəcək  olan  “manse-

rit”lər  adlı  peşəkar  qatillər  ordusu  vardı. Rus-yapon  müharibəsindən sonra  baş verən  inqilab  zamanı 

bir  müddət  Rusiya  Ermənistanının  müstəqilliyinə nail  olmaq  mümkün  oldu.

2

  Daşnaklar  bu  fürsətdən 



istifadə edərək öz inqilabçı hərəkətlərini buraya—Rusiya Ermənistanınına yaydılar. Burada terror fəa-

liyyətinə başladılar. Bu terror fəaliyyəti 1918-ci ilin mart qırğınları ilə leqallaşdı.  

1919-cu  ildə Qafqaza səyahət edən ingilis jurnalisti Daşnaksütyun partiyası və onun əməllərin-

dən bəhs edərək yazmışdı ki, “bu uzun illər ərzində qabaqcadan düşünülmüş şəkildə erməniləri müsəl-

manların  üstünə  hücuma  qaldıran  terrorçu  təşkilatdır.  Daşnak  üçün  öldürülmüş  erməni  qiymətlidir.

3

 



Əgər bu istənilən dərəcədə istifadə edilsə, təbliğat işi üçün səmərə gətirə bilər”. 

İngilis  jurnalistinin  bu  fikri  onun  qələmə  aldığı  nəinki  1918-1919-cu  illərin  erməni-müsəlman 

qırğınını və indiki Ermənistan-Azərbaycan müharibəsi dövründə də daşnakların və bütövlükdə erməni 

millətçilərinin təbiətini çox düzgün xarakterizə edir.  

1917-ci  ildə  Rusiyada  baş  vermiş  fevral  inqilabı  siyasi  partiyaların  leqal  fəaliyyətinə  də  imkan 

yaratdı. Zaqafqaziyanın o zamankı şəraitində milli partiyalar fəal siyasi mübarizə meydanına atıldılar. 

Zaqafqaziyanın  müsəlman  əhalisi  içərisində  ən  nüfuzlu  siyasi  partiya  “Müsavat”  partiyası  idi.  Gürcü 

menşevikləri və qatı millətçi “Daşnaksütyun” partiyası diyar əhalisinin müəyyən hissəsi içərisində öz-

lərinə tərəfdan tapmışdılar. Daşnak partiyası öz mürtəce millətçi sifəti ilə milli ehtirasları qızışdırmaq, 

terror və zorakılıq siyasəti yeritməsi ilə bütün digər siyasi partiyalardan fərqlənirdi. 

1918-ci  ilin  martında  Bakıda və Azərbaycanın bəzi qəzalarında bolşeviklərin fitvası ilə erməni-

daşnak hərbi dəstələrinin törətdikləri milli qırğın uzun bir dövr ərzində sovet hakimiyyətinin möhkəm-

ləndirilməsi  uğrunda  və  əksinqilab  üzərində böyük  qələbə kimi qələmə verilmişdir. Başqa tərzdə dü-

şünənlər, əsil həqiqəti gizlətməyənlər də olmuşdur. Elə həmin günlərdə daşnak dəstələrinin dinc əhali-

yə  divan  tutmasını  müsəlmanlara qarşı görünməmiş cinayət adlandıranlar da var idi. Bolşeviklər ara-

sında  da  həmin  faciəni  sovet  hakimiyyəti üçün  qara ləkə  hesab  edənlər də olmuşdur. Tarixi həqiqət-

dən uzaq olan məlumatlar qəsdən heç də mart hadisələrinin real mənzərəsini yaratmırdı. Bir neçə yüz 

nəfərlik  müsəlman  diviziyası  sovet  hərbi  hissələri  və  çoxminlik  daşnak  erməni  hərbi  hissələri  ilə  bir 

cərgədə qoyulur, güc-bəla ilə əlinə ibtidai silah almağa macal tapmış dinc əhali isə “silahlı müsəlman 

quldur dəstələri” adlandırılırdı.

4

 

Mart  hadisələri  ərəfəsində  Bakıda  sovet  hərbi  hissələri  ilə  yanaşı,  xeyli silahlı erməni əsgərləri 



də var idi. Şaumyanın özünün qeyd etdiyi kimi, 10 minə nədər (6 min sovet, 4 min daşnak) Bakıda si-

                                                        

1

 “Terrorizm bəşəri bəladır”.//“Azərbaycan” qəzeti, 21 aprel 2004-cü il. 



2

 Нartill L.R. Men are like that. Indianopolis, 1928, р.97-99. 

3

 Siyasi tarix, cild I, B., 1995, səh.58. 



4

 31 mart—Azərbaycanlıların soyqırımı günüdür”.//“Azərbaycan” qəzeti, 26 mart 2004-cü il. 




Yüklə 249,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə