Terror doc


Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi



Yüklə 249,36 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix14.04.2018
ölçüsü249,36 Kb.
#38451
1   2   3   4   5   6   7

Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

www.qesam.org 

 

 



1895-ci ildən başlayaraq ermənilərin ardıcıl terrorçuluq seriyalarına rəvac verildi. Osmanlı döv-

ləti  məlumat  verir  ki,  terrorlar nəticəsində 1828 müsəlman kişi, qadın və uşaq öldürülmüş, 1433 nə-

fərdən çox adam yaralanmışdı; 8828 müsəlman olmayan kişi, qadın və uşaq məhv edilmiş, 2238 nəfər 

yaralanmışdı.  1895-ci ildən başlayaraq bütün Şərqi Anadoluda ardıcıl surətdə erməni üsyanları və ya 

üsyana cəhdlər olmuşdur.

1

 

Erməni  terrorçuluğu  XX  əsrin  əvvəllərindən  başlayaraq  genişləndi.  Daşnaksütyunun  əli  ilə 



1905-1906-cı  illərdə  Azərbaycanda  süni  surətdə  erməni-müsəlman  qırğını  törədilmiş  və  çoxlu  qan 

axıdılmışdı. Bu qırğın tədricən, illərdən bəri hazırlanmışdı. Rusiyanın himayəsindən və hər cür hiylə və 

siyasətdən istifadə edən erməni millətçiləri Azərbaycan iqtisadiyyatında və ictimai-siyasi həyatında öz 

mövqelərini  tədricən  möhkəmləndirmişdilər. Erməni  millətçiləri  Azərbaycanda müsəlman əhalini Ru-

siya ilə qorxudaraq şiə məsləkli müsəlmanların İrana, sünnilərin isə Türkiyəyə köçürülməsini məsləhət 

görürdülər.  

1905-1906-cı illərdəki erməni-müsəlman qırğını zamanı ilk toqquşma Bakıda baş vermişdi. Bu-

na bəhanə kimi, Ağarza adlanan bir azərbaycanlının fevralın 2-də Bakıda Quba meydanında daşnaklar 

tərəfindən, fevralın 6-da isə digər bir azərbaycanlının istintaqa aparılarkən erməni əsgəri tərəfindən öl-

dürülməsi  oldu.  1905-ci  ilin  fevralında  Bakıda  polis  və  ordunun  etinasız  münasibəti  nəticəsində  üç 

gün erməni-müsəlman  qırğını  və  qarəti baş verdi. M.S.Ordubadi 1905-1906-cı illərdə erməni-müsəl-

man  qırğınına  konkret tarixi faktlar və sənədlər əsasında həsr etdiyi “Qanlı illər” əsərində bu hadisə-

dən  bəhs  edərkən  yazır:  “...süni  və  çoxdan  bəri  hər  iki  millətin  zatına  qondarılma  iğtişaş  bombası 

partladı  və  bütün  Qafqaz  aləmi  bu  bombanın  təsiri  şiddətindən  yanıb  yaxıldı...  Görəsən  o  partlayıcı 

maddə  həqiqətdə  bomba  imiş?  Bəli,  bu  bomba  fevralın  altısında  baş  verən  Bakı  faciəsidir  ki,  bütün 

Qafqaza  buradan  atəş  açıldı.

2

  ”    Bununla  da  təxminən  iki  il  davam  edən  erməni-azərbaycanlı  qırğını 



başlandı. 

1905-ci  ilin  sentyabrın  axırlarında erməni-müsəlman toqquşması nəticəsində Qazax şəhəri yan-

dırıldı.  15-18  noyabrda  Gəncədə,  20-24  noyabrda  isə  Tiflisdə  qanlı  erməni-müsəlman  toqquşmaları 

baş verdi. 

Gürcüstanın Borçalı qəzası əhalisinə erməni-müsəlman qırğını nəticəsində 2 milyon manata qə-

dər məbləğdə ziyan dəymiş və yüzlərlə adam yaralanmış və ölmüşdü.

3

 

1904-1906-cı  illərdə  Tiflis,  Bakı  və  Türkiyənin  Van  vilayətləri  çərçivəsində  daşnaklar  ölümlə 



nəticələnmiş  105  miyasi  sui-qəsd  aktı  həyata  keçirmişdilər.  Öldürülənlər  içərisində  türklər,  azərbay-

canlılar, rus və hətta dinc və sülhməramlı kürdlər, talışlar da olmuşdur. Belə bir vəziyyət Azərbaycan 

ictimaiyyəti arasında böyük qəzəb doğurmuşdu. Erməni terrorunu, fitnə-fəsadını dəf etmək üçün “Di-

fai” partiyası yaradılmışdı. Bu partiyanın Qarabağda, Şuşada, Gəncədə yerli komitələri fəaliyyət gös-

tərirdi.  “Difai”  partiyasının  Qafqaz  baş  valisinə  göndərdiyi  bəyannamədə  deyilirdi:  “Daşnak”  firqəsi 

əmin olsun ki, heç bir vaxt biz öz millətimizin xarabazarlığı və külü üzərində erməni millətinin səadət 

və xoş güzəran qurmasına yol vermərik”. 

Daşnaklar  “Böyük  Ermənistan” yaratmaq  arzularına  çatmaq  üçün  daha böyük miqyaslı terror-

çuluq planları hazırlamışdılar. 1908-ci ildə tərtib olunmuş polis departamentinin materiallarında gös-

tərilir  ki,  daşnaklar  İranda  və  Türkiyədə  fəaliyyət  göstərən  öz  tərəfdarlarından  istifadə  edərək  İran, 

Türkiyə,  Rusiya  dövlət  başçılarını  öldürmək, bununla da aranın qarışmasından istifadə edərək böyük 

bir  ordu  ilə  Qars  və  Ərzuruma  hücuma  keçmək  və  nəticədə Qərbin köməyi ilə “Böyük Ermənistan” 

yaratmaq istəyirdilər.

4

 



Erməni-müsəlman  qırğını  zamanı  Qafqazda  münaqişələrin  getdikcə  dərinləşməsi  ilə  əlaqədar 

olaraq 1906-cı il fevralıq 20-də Tiflisdə Qafqaz canişini Voronsov-Daşkovun başçılığı ilə erməni-mü-

səlman sülh məclisi açıldı. Məclisdə canişinin müşavirləri, Tiflis, İrəvan, Gəncə qubernatorları, Krım 

soltanı, erməni-müsəlman nümayəndələri və b. iştirak edirdilər. Məclisdə erməni nümayəndələri ermə-

                                                        

1

 Hacıyev S. Yaxın və Orta Şərqdə separatçı terrorizm. Hədəf Türkiyə və Azərbaycan. “Dirçəliş-XXI əsr”, 2004, yan-



var, N 71, səh.37. 

2

 Ordubadi M.S. Qanlı illər, B., 1991, səh.79. 



3

 Nəvvab M.M. 1905-1906-cı illərdə erməni-müsəlman davası. B., 1993, səh.17-18. 

4

 Дашнаки (из материалов департамента полиции), Б., 1990, стр.12-15. 




Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

www.qesam.org 

 

 



ni-müsəlman  milli  münaqişəsini  bəhanə  edərək  çox  çalışırdılar  ki,  müsəlmanlar  mal-qarasını  öz  yay-

laqlarına  çıxarmaq  hüququndan  məhrum  edilsinlər.  Lakin  bu  təklif  rədd edildi.  Məclisdə  erməni  nü-

mayəndə heyəti nə qədər mane olsa da, Azərbaycan tərəfinin təklifi və təkidi ilə Qafqazda terror mə-

sələsi müzakirə edildi. Bu, çox vacib idi. Çünki erməni millətçiləri terror aktları ilə qorxu, vahimə ya-

radıb öz məqsədlərinə çatmağa çalışırdılar.

1

 

24 sentyabr 1908-ci ildə İngiltərədə Amborz Hopkins erməni hərəkətləri haqqında Britaniyanın 



xarici işlər naziri Edvard Qreyə məlumat göndərdi. Hopkins Abenzicandakı Hai Stritdə yerləşən Bap-

tist kilsəsinin ümumi kütləvi iclasının qərarının surətini də öz məlumatına əlavə etmişdi. Qərarda belə 

bir təəssüf ifadə olunurdu ki, Avropa dövlətləri “əzabkeş” ermənilər üçün heç nə etməmişdir. Baptist 

kilsəsi  öz  inamını  ifadə  edirdi  ki,  erməni  problemi “Ermənistanı qəddar türklərin hakimiyyətindən və 

təsirindən ayırmaq” yolu ilə həll oluna bilər.

2

 



1914-cü ildə I Dünya müharibəsi qaçılmaz olanda erməni inqlabi fəalları Osmanlı imperiyasının 

müharibəyə qoşulacağına ümid etdiklərindən yaxınlaşan konflikt üçün hazırlıqlarını intensivləşdirdilər. 

Eçmiədzinin katalikosu V Gevork bütün yay ərzində Qafqaz canişini Vorontsov-Daşkova yazırdı ki, 

qarşıdakı müharibədən ermənilərin xeyrinə istifadə üçün cəhdlər göstərsin. Katalikos özünün “erməni 

məsələsi” adlandırdığı problemin həlli üçün plan da təklif edirdi. Hətta müsəlmanların böyük əksəriy-

yəti təşkil  etmələrinə  baxmayaraq, erməni dini lideri təklif edirdi ki, Anadoludakı “erməni əyalətləri” 

bir vahid  əyalətə  çevrilsin  və  həmin  əyalətə rəhbərliyi rusların təyin etdiyi xristian qubernator həyata 

keçirsin.

3

 Katalikos lideri erməni muxtariyyəti üçün həm də xeyli imtiyazlar xahiş edirdi. Əgər Rusiya 



bu planla razılaşacaqsa, onda din xadimi Osmanlı imperiyası ilə döyüşlərdə ermənilərin ruslara qeyd-

şərtsiz kömək göstərəcəyini vəd edirdi.

4

  

I Dünya müharibəsi başlayanda Londondakı erməni “Vətənpərvər Assosiasiyasının” başçısı Qa-



raket  Hakopyan  Britaniyanın  xarici  işlər  naziri  ser  Edvard  Qreyə  məktub  göndərmişdi.  Hakopyan 

qeyd edirdi ki, müharibə başlanandan erməni xalqı sakitcə oturaraq ideal tamaşaçı kimi müşahidə et-

mir,  o, öz  kilsələrində  apardıqları  xüsusi  dua mərasimlərində  torpaqlarına  və Britaniya imperiyasının 

dəniz qüvvələrinə uğur diləyir. Ermənilər üçün tipik olan xislətə görə, onlar öz məqsədləri naminə hər 

bir  Avropa  ölkəsi  ilə  iş  birliyi  qurmağa  səy  östərirdilər.  Rusiyanın  yaxından  köməkliyi  ilə  ermənilər 

Şərqi  Anadoluda  təşkilatlanmağa  başladılar.  Ermənilər  özlərini  türklərə  dost kimi göstərir, Osmanlı 

hökumətinin  qanunlarına  tabe  olduqlarını  nümayiş  etdirir,  lakin  eyni  zamanda  təmas  xətti  boyunca 

Osmanlı ordusuna xaincəsinə hücumlar üçün planlar cızırdılar.

5

 Ermənilər Van, Bitlis, Ərzurum, Qa-



rahisar, Sivaş, Kayseri və Diyarbəkri nişan almışdılar. Onlar bu ərazilərə silah gətirir və onları öz kilsə 

və  məktəblərində  gizləyirdilər.  Bundan  sonra  əsasən  Osmanlı  ordusundan  qaçmış  fərarilərdən  ibarət 

olan  erməni  başkəsənləri  silahsız  müsəlman  kəndlilərinə  hücum  edərək  onları  öldürməyə  başladılar. 

Şərqi Anadoluda get-gedə artan erməni vur və qaç hücumlarından sonra nəhayət, Osmanlı ordusunun 

komandanlığı başa düşdü ki, ermənilər yaxşı təşkil olunmuş üsyanı həyata keçirirlər. Osmanlı ordusu-

nun zabitləri düz başa düşmüşdü. 1915-ci il fevralın ortalarında erməni daşnak terrorçu təşkilatı otuz 

nəfər üzvü olan müharibə qərargahı yaratdı. Bu terrorçu müharibə komandanlığına Qarahisardakı er-

məni kilsəsinin keşişi başçılıq edirdi. Fevralın 20-də Osmanlı hərbi birləşməsi erməni din xadimlərinin 

Aras monastırında gizlədib bəslədiyi terrorçular tərəfindən hücuma məruz qaldı. Osmanlı hökumətini 

silah gücünə yıxmağa cəhd etmək üçün ermənilər ruslarla birləşdilər. Məlumdur ki, ermənilər öz ter-

rorçu hücumlarını osmanlıların döyüş xətlərinin arxasında həyata keçirir və həmin hücumlar Osmanlı 

ordusunun müdafiə qüdrətinə və təchizatına ciddi zərbə vururdu.

6

  

Rus imperiyasına nökərlik edən və ona xilaskarı kimi baxan “Daşnaksütyun” partiyası bu müha-



ribədən  “Böyük  Ermənistan”  uğrunda  mübarizə  üçün  istifadə  etmək  məqsədini  güdürdü.  Hətta  hələ 

                                                        

1

 Onullahi S.M. Erməni millətçiləri və İran. B., 2002, səh.37. 



2

 Gunter M. Tщe Armenian теrrоrist campaign Against, Turkey. Orbis. summer. 1983, р.121-122. 

3

 http://www/teror.gen.tr./türkce/yurtdışı/diger/ ermeni—PKK/işbirligi:html. 



4

 Хит У.Лоури. “Армянский терроризм XIX и XX веков: неразрывные нити”. Международный терроризм и его 

связь с наркотиками, Анкара, 1984, стр.74. 

5

 Esat Uras. Tarihte ermeniler və ermeni meselesi. İstanbul, 1987, s.28-29. 



6

 Asmi Süslü. Ermeniler ve 1915 tehcir olayı. Van, 1990, s.146-147. 




Yüklə 249,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə