Terror doc


Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi



Yüklə 249,36 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix14.04.2018
ölçüsü249,36 Kb.
#38451
1   2   3   4   5   6   7

Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

www.qesam.org 

 

 



13 

siyalarının, Azərbaycan xalqının başına gətirilən faciələrin artması ilə tarixin yaddaşında qalmışdır. Er-

məni terrorçuları bu gün də aşağıdakı xülyalara xidmət edirlər:  

1) “Böyük Ermənistan” ideyasını reallaşdırmaq;  

2) Erməni xalqının 1915-ci ildə türklər tərəfindən soyqırıma məruz qaldığını sübut etmək və bu-

nun müqabilində Türkiyə Cümhuriyyətindən kompensasiya almaq; 

3) Dünya dövlətlərinin siyasi həyatında həlledici rol oynamaq.

1

 



Erməni terror təşkilatlarının yuxarıda sadalanan məqsədlər uğrunda törətdikləri terror nəticəsin-

də minlərlə insan, o cümlədən 50-dən çox türk diplomatı qətlə yetirilmiş, minlərlə insan xəsarət almış, 

dəyəri milyon dollarlarla ölçülən maddi ziyanlar vurulmuşdur.  

Müasir  dövrümüzdə  “Daşnaksütyun” və “Hnçak” partiyaları tədricən öz fəaliyyətlərinin istiqa-

mətini  siyasi  yönə  dəyişsələr  də  bu  günə  qədər  onlarla terror  təşkilatına  hamilik  edirlər.  Təbliğat  və 

reklam hər zaman erməni terror təşkilatlarının diqqət mərkəzlərində olmuşdur.

2

 

Hal-hazırda  dünyada  onlarla  terrorçu-cinayətkar  erməni  qrup  və  cəmiyyətləri  müxtəlif  adlarla 



fəaliyyət göstərirlər. Bunların adları və törətdikləri cinayətlər barədə Rusiyada nəşr edilən qəzetlərdə, 

Fransada,  ABŞ-da,  Türkiyədə,  Almaniyada,  Norveçdə,  Polşada,  Finlandiyada  çıxan  jurnallarda  və 

məşhur televiziya kanallarında mütəmadi olaraq məlumat verilir. Hal-hazırda bu təşkilatların fəaliyyəti 

intensivləşir. Hər yerdə öz mənfur niyyətlərini həyata keçirməkdən çəkinməyən ermənilər hətta öz da-

imi hamilərinə qarşı da öz qanlı əməllərindən çəkinmirlər.  

Erməni terrorizmi metod və vasitələrinə görə rus terrorizmi ilə bağlanmış şəkildədir.

3

  

Bu məqamda təqribən yetmiş il əvvəl Arkanaz Mravyanın erməni terrorizmi haqqında etirafları, 



onun beynəlxalq aləmdə törətdikləri barədə fikirlərini göstərmək yerinə düşərdi. O, özünün “Daşnak-

sütyunun böhranı” adlı əsərinin 37-ci səhifəsində yazır: “Genişmiqyaslı üsyan qaldırmaq üçün daşnak-

lara  böyük  qüvvə  lazım  deyil.  Onlar  Avropa  dövlətlərinin  diqqətini  çəkmək  üçün  aksiyalar  zamanı 

çoxlu insanın ölməsini istəyirlər”. Eyni fikirlər Skotland-Liddeldə də öz yerini tapmışdır: “Ermənilər 

hər zaman qarşıdurma axtarışındadırlar. Buna nail olanda isə bunu elə göstərirlər ki, guya onları gü-

nahsız yerə cəzalandırıblar. Amma əslində bu onların haqqıdır. Daşnak üçün hər bir erməni qiymətli-

dir”.

4

 



Keçmiş Sovet İttifaqı tərkibində yaşayarkən Azərbaycanda və Ermənistanla həmsərhəd olan di-

gər regionlarda yanğınların, partlayışların, qətl hadisələrinin, mülki şəxslərin girov götürülməsinin tez-

tez şahidi olmuşuq və hətta bunlar adi hala çevrilmişdi. Terror xaricdə yaşayan ermənilərin və Ermə-

nistan  Respublikasının  (eyni  zamanda  keçmiş  Ermənistan  SSR-in)  öz  niyyətlərini  həyata  keçirmək 

üçün qonşu dövlətlərə qarşı həyata keçirdiyi siyasətdir. Dişlərinə qədər silahlanmış erməni silahlı ter-

rorçu təşkilatları nəinki yuxarıda göstərilən regionda, həm də dünyanın bir çrx yerlərində terrorlar hə-

yata keçirmişlər. Məhz buna görə də erməni terrorizmi beynəlxalq terrorizmin tərkib hissəsi kimi öy-

rənilməli, tədqiq edilməli, dünyaya belə çatdırılmalı və ona qarşı bu kontekstdən mübarizə aparılmalı-

dır.  

XX əsrin 70-80-ci illərində erməni terrorçularının dünyada törətdikləri terrorun miqyası hər kə-



sə bəlli idi. Hətta ermənilərin özləri də bu terrordan cana doymuşdular. Çünki bu illərdə qətlə yetirilən 

türk diplomatlarının hansınınsa 1915-ci il qondarma soyqırımına heç bir aidiyyəti yox idi. “Ermənilər 

heç bir zaman türk bayrağı altında yaşamayacaqlar. Şübhəsiz qeyd etmək lazımdır ki, onların heç biri 

1915-ci  ildə  baş  verən  hadisələrdə  günahkar  deyildirlər”.  Bu  sətirlərdə deyilən  fikirlər  bir  erməninin 

etirafı kimi də qəbul edilə bilərdi. Lakin onun sonrakı fikirləri bu düşüncəni alt-üst edir. O, yazır: “Bə-

li, bu təbiidir ki, onlar (qətlə yetirilən türk diplomatları) 1915-1918-ci illərdə erməniləri qıranlarla heç 

bir vaxt əlaqəli olmamışlar. Lakin 1,5 milyon insanın soyqırıma uğradılmasını etiraf etməyən hökumət 

                                                        

1

 Loury Н. Nineteentщ and Twentietщ Century Armenian теrrorisм. Symрosium on International Теrrorisм. Ankara, 



Turkey (Ankara University Press), 1984, р.174. 

2

 Həsənov N.F. Terrorçuluq və onun mahiyyəti. Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual 



problemləri (elmi məqalələr məcmuəsi), B., 2004, səh.31. 

3

 Асадов С., Мамедов И. Терроризм. Причина и следствие. Б., 2001, стр.58. 



4

 Война с мусульманами, армяне снова нападают. Скотланд Лиддел, Тбилиси, 1919, 30 января. 

 



Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

www.qesam.org 

 

 



14 

bu işlərdə günahkardır”.

1

 Biz bu qədər terrora əsas olan bu uydurma soyqırım problemə xarici millə-



tin  dili  ilə  cavab  verəcəyik.  Stenford  Şou  özünün  1977-ci  ildə  çap  edilən  “History  of  Ottoman 

emprire  and  modern  Terkey  1808-1975”  əsərində  yazır:  “1915-1918-ci  illərdə  baş  verənlər  dünya 

müharibəsinin  pisliklərindəndir”.  O,  daha sonra 200 min erməninin həlak olmasından danışaraq qeyd 

edir ki, onlar da minlərlə türkün qətlində günahkardırlar.

2

 

Azərbaycan  MEA-nın  İnsan  Hüquqları  İnstitutunun  açıqlamalarına  görə,  1998-ci  ildən  Ermə-



nistanın  Razdan  şəhərində  qeyri-leqal  “nüvə  bürosu”  fəaliyyət  göstərir.  Ona  şəhərdən  35  kilometr 

aralı yerləşən dərman preparatları fabrikini maliyyələşdirən İraq ermənisi Hüseyn Qəffur başçılıq edir. 

Bu  adam  həm  də  radikal  islamçı  “Əsbat  əl-Ənsar”ın  maliyyə  mənbəyidir  ki,  həmin  təşkilat  “əl-Qai-

də”ni nüvə materialları ilə təchiz edir. Ermənilər məşhur terrorçu təşkilat olan “əl-Qaidə” ilə sıx əlaqə 

saxlayırlar.  “Əl-Qaidə”nin  “Vanquards”  analitiklər  qrupuna  1992-1996-cı  illərdə  Yerevanın  Fizika 

İnstitutunda işləyən, sonra isə Moskvaya köçən Levon Mikaelyan başçılıq edir. Rusiya Federasiyasın-

da  plutonium  oğurluğunda  iştirak  edən  iki  erməni  guya  xeyriyyəçi  “Hayastan”  təşkilatının  üzvüdür. 

İlkin məlumatlara görə, bu ölkədən oğurlanmış kiçik ölçülü nüvə silahlarının bir hissəsi “Həmas”da, 

“əl-Qaidə”nin gizli qruplarında, digər hissəsi İraqdakı “Qüdsün gücü” təşkilatında və kürd separatçı-

larındadır. Rusiyadan yoxa çıxmış 84 ədəd kiçik ölçülü nüvə silahının bir neçəsi Dağlıq Qarabağ əra-

zisində  saxlanılır.

3

  Ermənistanın  və  ona havadarlıq edən  ölkələrin  milli  təhlükəsizlik  və kəşfiyyat  sə-



nədlərində Dağlıq Qarabağ ərazisinə nüvə bazası kimi baxılır. Ermənistan 2000-ci ilin dekabrında qə-

bul etdiyi  nüvə  proqramının  4  maddəsində  işğal Dağlıq  Qarabağın  adı  çəkilir, Kəlbəcər, Şuşa, Laçın 

“nüvə zonaları” hesab edilir.  

Bu gün ermənilər öz xainliklərinin Osmanlılarla müzakirəsi üçün Türkiyə ilə “barışıq” adlandır-

dıqları komissiyada işləmək istəyirlər. Əsl erməni ənənəsindən xəbərdar olan türklər isə nə danışıqlara 

gedəcək,  nə  də  ermənilərin  bəd  əməllərinə  imkan  verəcəkdir.  Türklər  belə  bir  faktı  qəbul  etməli  və 

inanmalıdır  ki,  dünyada  dolaşan  bütün  saxta  nağıllar  yalnız  və  yalnız  erməni  faktlarının  variantıdır 

(heç vaxt həqiqətə əsaslanmayan) və onları müzakirə etməyə dəyməz. 

“Barışıq komissiyası” haqqında əsas xəbər “Türkish Times” qəzetinin 8 avqust 2001-ci il tarixli 

sayında dərc edilmişdi. Komissiya üzvləri adından birə bəyanatda onlar elan etmişdi ki, “Biz hamımız 

belə bir fikirlə razılaşırıq ki, genosidin olub-olmamasına münasibət haqqında bu komissiya iş aparmır. 

Beynəlxalq birlik və biz artıq o məsələyə müzakirə obyekti olmayan fakt kimi baxırıq və bu fakt bizim 

müzakirələrin əsasıdır”.

4

  



Çox təəssüflər olsun ki, qətlə yetirilən türk diplomatları ilə bağlı heç bir erməni terror təşkilatı 

beynəlxalq məsuliyyətə cəlb olunmamışdır. Dünya dövlətlərinin mərkəzi şəhərlərinin mərkəzi küçələ-

rində hər kəsin gözü önündə qətlə yetirilən türk diplomatlarının taleyi heç kəsi maraqlandırmır.  

Son  iki  əsrdə  Qafqazda  azərbaycanlılara qarşı məqsədyönlü  şəkildə həyata  keçirilmiş  etnik  tə-

mizləmə  və  soyqırımı  siyasəti  nəticəsində  xalqının  ağır  məhrumiyyətlərə,  milli  faciə  və  məşəqqətlərə 

məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlı-

lar  indi  Ermənistan adlandırılan ərazidən—min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqla-

rından  didərgin  salınaraq  kütləvi  qətl  və  qırğınlara  məruz  qalmış,  xalqımıza  məxsus  minlərlə  tarixi-

mədəni abidə və yaşayış mərkəzi dağıdılıb viran viran edilmişdir.

5

  



Xalqımızın deportasiyaya uğramasını və genosidə məruz qalması probleminin işlənməsi və təbli-

ği  kompaniya  xarakterli  deyil,  daimi  olmalıdır.  qan  yaddaşı  tarixin  səhifələrinə  köklü  şəkildə  həkk 

olunduğundan onu unutmaq cinayət olardı.  

Ermənistanda azərbaycanlılara qarşı 1918-1920-ci illərdə soyqırım və 1930-1938-ci illərdə rep-

ressiya aksiyası həyata keçirilməsinə baxmayaraq, Ermənistanın Türkiyəyə və İran sərhədləri, eləcə də 

Azərbaycan  və  Gürcüstan  sərhədləri  sərhədləri boyunca yenə də əsasən azərbaycanlılar yaşayırdılar. 

                                                        

1

 Балоян Ренди. “Убитые турецкие дипломаты невиновны?”—“Асбарез”, 1 декабря 1984 г., стр.14. 



2

 Армянский геноцид: миф и реальность. Б., 1992, стр.189. 

3

 “Erməni terrorçuları “Əl Qaidə” ilə sıx əməkdaşlıq edir.//“Azərbaycan”. 19 avqust 2004. 



4

 httr://www/teror.gen.tr./türkce/propaqanda/eleman/özellikler:html. 

5

 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlardan kütləvi surətdə depor-



tasiyası haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı. Bakı şəhəri, 18 dekabr 1997-ci il. 


Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

www.qesam.org 

 

 



15 

İrəvan şəhərinin ətraf rayonları ən münbit torpaqlar hesab edilirdi və həmin rayonlarda da azərbaycan-

lılar əksəriyyət təşkil edirdilər.  

1970-1980-ci  illərdə  erməni  terrorçuları  yer  üzünü  dolaşaraq  yetmiş  türk  diplomatını,  onların 

ailələrini  və  günahsız  mülki  şəxsləri  öldürdülər.  Türkiyədən  başqa  digər  ölkələrdəki  erməni  kilsələri 

bir-birinin arxasınca baş verən ölüm hadisələrini sükutla qarşıladı. Sakit dayanması ilə Erməni kilsəsi 

dünyanın müxtəlif ölkələrindəki terror hadisələrinə şərik çıxdığını sübut etdi. İyirminci və iyirmi birin-

ci əsrlərin ən böyük faciəsi Ermənistanın və Erməni Qriqoryan kilsəsinin sanki tarixin uzaq və qaran-

lıq dövrlərində olduğu kimi yaşaması və fəaliyyətini davam etdirməsidir. Elə bil ayrıca dövlət olan Er-

məni Qriqoryan kilsəsi “erməni əzabkeşliyi” məfhumunu icad etmişdir. Belə əzabkeş komitələri bütün 

Avropada  geniş  yayılaraq  özlərinə  “heketik” axtarır. Bu gün erməni Qriqoryan kilsəsi belə əməllərlə 

məşğuldur.

1

 

Hələ SSRİ süqut etməmişdən əvvəl Azərbaycanda ekstremist fəaliyyətlərlə məşğul olan erməni 



terror təşkilatları da yaranmışdı. Onlardan biri XX əsrin 80-ci illərinin II yarısında Azərbaycanın ayrıl-

maz  hissəsi  olan  Dağlıq  Qarabağ  ərazisində  təxribatçı  fəaliyyət  göstərən  “Krunk”  erməni  ekstremist 

təşkilatı xaricdəki  erməni  “milli  müqəddəratın  müstəqil təyin  edilməsi birliyi” və “Siyasi məhbusların 

müdafiəsi  üzrə  erməni  komitəsi”nin  himayəsindən  istifadə  edərək  “55-lər  komitəsi”  adlanan  orqanın 

göstərişləri əsasında antiazərbaycan ruhlu fəaliyyət göstərir, iğtişaşlar törədirdilər. Onların əsas məq-

sədi hansı yol ilə olursa olsun Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək idi. 

Bu yolda onlar həm Ermənistanda həm də Dağlıq Qarabağda yaşayan azərbaycanlılara qarşı terrorlar 

törətməklə  onları  Ermənistandan  zorla  qovmaqdan  da  çəkinməmişdilər.

2

  Bu  təşkilat  1988-ci  ilin  24 



martında SSRİ Ali Sovetinin qərarı ilə buraxıldı (buna baxmayaraq təşkilat bu gün də fəaliyyət göstə-

rir). Lakin “Krunk” təşkilatından daha da separatçı, təxribatçı “Qarabağ komitəsi” vardı. Bu komitə-

nin də əsas məqsədi Dağlıq Qarabağı Ermənistana birləşdirmək idi. Bu komitə Dağlıq Qarabağın Er-

mənistana birləşdirilməsi tələbi qəti rədd edilərdisə o zaman Qarabağ erməniləri SSRİ-nin tərkibindən 

çıxmalı və bundan sonra Ermənistanın tərkibində olmaq şərti ilə SSRİ-yə daxil olmaq haqda SSRİ Ali 

Sovetinə müraciət etməli idilər. Bütövlükdə həmin plan baş tutmazdısa, o zaman SSRİ Konstitusiya-

sına görə Dağlıq Qarabağ Muxtar Vilayəti öz müqəddəratını müstəqil həll etmək hüququna malik ol-

madığından belə səlahiyyətlərə malik olan Ermənistan özü Dağlıq Qarabağın tərkibinə daxil olduğunu 

bəyan  etməli,  paytaxtı  Stepanakert  (Xankəndi)  olacaq  “Arsax  Erməni  Respublikası”  təşkil  olunmalı 

idi.


3

 Bu plana görə Ermənistan və eləcə də İrəvan bu respublikaya daxil olmalı idi. Bu təşkilatın ideo-

loqlarının  planları  bununla  bitmirdi.  Belə  ki, Dağlıq Qarabağ  Ermənistan  tərəfindən  işhaq  edildikdən 

sonra ərazi iddiaları davam etdirilməli idi. Komitənin liderlərindən olan Levon Ter-Petrosyan 1988-ci 

ildə “TİMES” qəzetinə müsahibəsində deyirdi: “Biz məqsədimizə nail olacağımız təqdirdə də bu hərə-

kat xalqımızın iradəsinin ifadəsi kimi davam etdirilməlidir”. Buradan açıq-aydın görünür ki, ermənilər 

hər zaman olduğu kimi bu gün də “Böyük Ermənistan” xülyası ilə yaşayırlar və onların bütün təşkilat-

ları bu avantürist amala xidmət edirlər.

4

 

Son  dövrlərdə  işğal  olunmuş  20  faizdən  çox  Azərbaycan  torpaqlarında da  erməni  birləşmələri 



məskunlaşmağa başlamışlar. Bu terrorçu birləşmələrin əsas maliyyə bazalarını nüvə proyektləri, silah 

istehsalı, narkotik maddələrin istehsalı və onların qeyri-leqal dövriyyəsindən gələn gəlirlər təşkil edir. 

Azərbaycanın ermənilər tərəfindən işğal olunan ərazilərində ASALA və Haydad (“Erməni məhkəmə-

si”)  kimi  terror  birləşmələrinin  hərbi  təlim-məşq bazaları vardır.

5

 Bunlardan əlavə, erməni terror bir-



ləşmələri ilə yaxın münasibətlərində olan digər terror birləşmələri də öz təlim bazalarını hələlik heç bir 

dövlətin nəzarəti olmayan bu ərazilərdə qurmuşdurlar. Livan vətəndaşı olan Ter-Qriqoryanın rəhbərli-

yi ilə Kəlbəcərdə “Qayıdan qəhrəmanlar”, Samoyanın rəhbərliyi ilə Laçında “PKK” terror təşkilatının 

xüsusi qrupu, Zəngilanda “Həmas” terror təşkilatının “Ziyəddin əl-qisas” qrupu, Xankəndində Yuna-

nıstanınn “Milli dirçəliş” təşkilatı hələ də terrorçu fəaliyyətlərini davam etdirirlər. Yuxarıda göstərdi-

                                                        

1

 Луков Б. Усама Бен Ладен. Союз террора и бизнеса.//Азия и Африка, N 10, 2001, стр.49. 



2

 www.ermeni sorunu.gen.tr./e3-html. 

3

 Махмуд Исмаил. Правда об армянской агрессии. Б., 1996, стр.5-9. 



4

 Siyasi tarix, II cilddə, B., 1995, II cild, səh.291. 

5

 “АСАЛА сотрудничает с радикальными ливанцами?”—“Армениан репортер” 9 июня 1987 г. 




Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

www.qesam.org 

 

 



16 

yimiz erməni terror təşkilatları dünyanın müxtəlif şəhərlərində yüzlərlə terror aktları həyata keçirmiş-

dilər.  Bu  aksiyaların  nəticəsində  2000-nə  qədər  insan  qətlə  yetirilmiş,  xəsarət  almışlardır.  Sadəcə 

1989-1994-cı illər ərzində Azərbaycanda həyata keçirilən 30-a yaxın terror aktı nəticəsində 300-ə qə-

dər soydaşımız qətlə yetirilmiş, 500-dən çoxu yaralanmış və şikəst olmuşdur.

1

 Lakin bu gün də ermə-



ni terror təşkilatları sakit durmur və yeni-yeni terror aksiyaları həyata keçirməyə hazırlaşırlar. Ancaq 

regionumuzun güclü və qüdrətli olan dövlətləri və o cümlədən Azərbaycan buna qarşı ciddi fəaliyyətə 

keçmişlər. Əsasən Türkiyə ilə Azərbaycanın apardığı və bundan sonra həyata keçirəcəyi siyasət nəti-

cəsində güman etmək olar ki, ermənilər bu mənfur niyyətlərinə nail ola bilməyəcəklər.  

Ermənistanın apardığı dövlət terrorizminin hərbi qanadı 1993-cü ilin yayına qədər aktiv şəkildə 

davam etmiş və nəticədə Dağlıq Qarabağla yanaşı böyük bir ərazi işğal olunmuşdur. Erməni işğalında 

terrorizm ünsürlərinin olduğunu göstərmək üçün, terrorizmin yuxarıda yer alan nəzəri izahı əsas gö-

türülərək, bir neçə konkret fakt irəli sürülə bilər. Əvvəla, terrorizmin səciyyəvi xüsusiyyətlərindən biri 

təhdid  edərək  qəbul  etdirməlidir  ki, erməni işğalı zamanı bunun saysız-hesabsız nümunəsi görülmüş-

dür.  Ən  dəhşətli  nümunəsi  isə  26  fevral  1992-ci  ildə  Xocalı  şəhərində  törədilən  misli  görünməyən 

qətllərdir.

2

  Burada  ermənilərin  hədəfi  sadəcə  Azərbaycan  Silahlı  Qüvvələri  deyil,  həm  də  dinc  əhali 



olmuşdur.  Silahsız  xalqa  qarşı  törədilən  amansız  münasibətin  başlıca  məqsədi  Azərbaycan  xalqının 

iradəsini  qırmaq  olmuşdur.  Terrorizmin ikinci  xarakterik  xüsusiyyəti,  hökumətə  təzyiq edərək öz is-

təklərini qəbul etdirməkdir. Qarabağ hadisələrində bunun da nümunələri çoxdur. Ermənistan Respub-

likası  işğalçı  dövlət  olmaqla  yanaşı, eyni  zamanda terroru dəstəkləyən və terroru öz niyyətini həyata 

keçirmək  üçün  mühüm  vasitələrdən  biri  sayan  dövlətdir.  Amerikan  hüquqşünası  Samuel  A.Uimsin 

yazdığı  “Ermənistan.  Terrorçu  “xristian”  ölkənin  gizlinləri”  əsərinin  357-ci  səhifəsində  çox  maraqlı 

fakt  vardır.  Burada  deyilir:  “Nyu-Yorklu  amerikan-erməni  (Qriqoryan)  1993-cü  ildə  Ermənistanla 

müharibəyə kömək üçün Üsəma bin Ladenin adamlarının bir neçə qrupunu dəvət etdiyinə görə Azər-

baycan hökumətini ittiham edir. Əslində isə bin Ladenin öz pulunun çoxunu Ermənistanda sax-

laması haqqında ABS agentliyi zəbər yaymışdır. Nəticədə amerikan-erməni kolonistləri həmin şə-

bəkəyə  saysız-hesabsıh  məktublar  və  elektron  poçt  məktubları  göndərərək,  habelə  çoxlu  telefon 

zəngləri edərək həmin faktın bəyan edilməsinə öz etirazını bildirmişdir. Onlar üçün ən vacibi o idi ki, 

televiziya ekranlarında həmin əhvalat Ermənistanın üzərinə pis kölgə salmışdı.  

Azərbaycan Respublikası terrorizm probleminə mücərrəd bir hal kimi və ya ehtimal mövqeyin-

dən yanaşmır. Artıq 16 ildir ki, ölkəmiz Ermənistanın dövlət terrorizmi siyasətinin hədəfinə çevrilmiş-

dir. Beynəlxalq vasitəçilərin də belə həllini tapa bilmədiyi Dağlıq Qarabağ problemini mahiyyət etiba-

ridə Ermənistanın Dağlıq Qarabağ terrorizmi siyasəti və Qarabağ ermənilərindən ibarət terror qrupla-

rının separatçı fəaliyyəti nəticəsində yaranmışdır.

3

 



“Erməni terrorizmi” fenomeni bəşəriyyətin, xüsusilə də türklərin tarixində zorakılıq problemi ilə 

bağlıdır. Bu nöqteyi-nəzərdən qeyd etmək lazımdır ki, erməni terrorizmi çox zaman milli, dini, sosial 

və siyasi sferalardan qaynaqlanıb daha dəhşətli və amansız formalarda təzahür edir. 

İki əsrdən artıq erməni terrorizmindən əziyyət çəkən xalq olaraq Azərbaycan xalqı bu terroriz-

min daha çox etnik və ərazi motivlərinə qarşı mübarizə aparmalı olmuşdur. 

Hələ  XIX  əsrin  sonu—XX  əsrin  əvvəllərində davakar  erməni dairələri  və  terrorçu  təşkilatları, 

şovinist ideoloqlar bir ağızdan qışqırırdılar ki, “erməni məsələsi”nin həlli üçün qan tökmək “Türkiyə 

Ermənistanı” torpaqlarını qan seli ilə suvarmaq gərəkdir. 

Təşkilatlanmış siyasi qüvvələr erməni məsələsini qanlı terror vasitəsi ilə həll etmək yolunda tari-

xən  böyük  canfəşanlıq  göstərmişlər.  Bu  məqsədlə  “Daşnaksütyun”,  “Hnçak”,  “ASALA”,  “Ramka-

var”,  “Armenakan”  və  s.  terrorçu  təşkilatlar  öz  qanlı  niyyətlərini  həyata  keçirirdilər.  Erməni  terror 

təşkilatları erməni məsələsini həll etməyin yeganə yolunu siyasi terrorda görürdülər. Siyasi terror Tür-

kiyə və Azərbaycanda kütləvi xarakter almışdı. Rusiyada və Qərbdə fəaliyyət göstərən təşkilatlar, ter-

                                                        

1

 Армянский терроризм в Азербайджане (Доклад ООН ГА IX сессии, 1994, Решение 49 (60). 



2

 Kazımlı E. Bəşəriyyətin yeni bəlası—beynəlxalq terrorizm.//“Dirçəliş-XXI əsr”, N 50, aprel, 2002, səh.133. 

3

 Mustafayev A. Qadınlar və beynəlxalq terrorizmin qlobal təhlükəsi problemləri. “Dirçəliş-XXI əsr”, N 54, 2002, 



səh.145. 


Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

www.qesam.org 

 

 



17 

rorçu qruplar ancaq Türkiyə və Azərbaycan ərazisində fəaliyyət göstərən həmkarlarına yardım edirdi-

lər. Məqsəd isə aydın idi: əvvəlcə Türkiyə ərazisində ayrıca erməni dövləti yaratmaq xülyasını gerçək-

ləşdirmək, sonra isə dənizdən-dənizə Böyük Ermənistan yaratmaq proqramını həyata keçirmək. Həm 

də bu məqsədə davakar dairələr yalnız terror, silah gücünə nail olmaq istəyirdilər.  

Bu məqsədlə XX əsrdə Azərbaycan xalqının başına çox müsibətlər gətirildi. 1905-1907-ci illər-

də xalqımız genosidə məruz qaldı. 1918-1920-ci illərdə, 1948-1953-cü illərdə və nəhayət 1988-ci ildə 

milyonlarla vətəndaşımız tarixi torpaqlarından qaçqın düşdü. Xalqımızın başına Sumqayıt, 20 Yanvar, 

Xocalı,  Kəlbəcər,  Laçın  və  s.  müsibətlər  və faciələr gətirildi.  Yüzlərlə  qadın  və  uşaq,  qoca  və  xəstə 

erməni vəhşiliyinin və zülmünün qurbanı oldu. 

Lakin, bütün bunlar xalqın qürurunu sındırmadı, belini bükmədi. Müstəqillik yolunda mətin ad-

dımlarla addımlayan respublikanın erməni qəsbkarlarına qarşı sərt üzünü göstərdi, erməni terrorizmini 



ifşa etdi və onların göstərdiyi vəhşilikləri hazırda da dünyaya çatdırmaqda davam edir.  

 

Yüklə 249,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə