www.kitabxana.net
– Milli Virtual Kitabxana
27
mənzildə yaşamağa başladım. Təbii, xüsusi nəzarət altında. Amma mən çox şey
bilmədiyimdən, yəni aparılan eksperimentlərin mahiyyətinə məni yaxın
buraxmadıqlarından elə də təhlükəli deyildim və tez bir zamanda məni sərbəst
buraxdılar. Külbaşlar elə bilirdilər ki, bəşəriyyətin döğuş nöqtəsini axtaran bir
adam onların eksperimentlərinin mahiyyətini başa düşməyəcək. Özü də kim, imam
övladının nəvəsi... Hı-hı-hıııı.
İmranbəy axırıncı «hı»-nı çox uzatdığına görə öskürdü, qızarmış gözlərini siləndən
sonra dərhal söhbətə başladı, sanki kimsə onu tələsdirirdi.
- Mən indi də həmin laboratoriyada uzun illər çalışan, ömrünün sonlarında dəli
olan insanları, onların qırışmış üzlərini, hədəqəsindən çıxan gözlərini xatırlayıram
və acıyıram. Bilirsən necəydi onlar? Bilməzsən! Yatsan yuxuna da girməz. Bax
beləydilər, belə! -Gözlərini bərəltdi, əllərilə qulaqlarını dartdı, əsl meymuna
bənzədi. - Xəstəxanada olarkən «hormonoid» olan ampulanı daim ovcumda
saxlayırdım. Onun xarab olmaması üçün sabit temperatur lazımıydı.
«Xəstələnəndən» sonra əlim, guya, iflic olmuşdu və açılmırdı. -Bunun həqiqət
olduğunu mənə əyani sübut eləmək üçün İmranbəy əllərini bərk-bərk yumdu. - Bu,
mənə imkan verirdi ki, həmin maddə eyni temperaturda qalsın və xarab olmasın.
Həkimlərin əlimi açmaq cəhdləri nəticəsiz qaldı. Əlim ömürlük qıc olmuşdu.
O, hələ də əllərini açmamışdı. Yumruq kimi düyünləmişdi.
- Deyirsən, yəni həmin maye sənin əlində xarab olmadı? Ağ eləmə də! - dedim.
- Heç sən ana bətnində uşaq görmüsən? Fikir vermisən ki, onların əlləri yumulu
olur. Bilirsən niyə? Çünki onların hərarəti əllərindədir, əllərini açsalar ölərlər…
- Hmm… - deyə şübhələrimi dodaqlarımın mızıltısında gizlətdim.
- Vətənə qayıtmaq istəyirdim. Amma bank hesabımın ixtiyarı həkimlərdə və
nəzarətçidə olduğundan onlara yaxın düşə bilmirdim. Mənim cib xərcliyim cüzi
idi. Onları yığıb saxlamağa məcbur idim. Ona görə də xadiməni işdən azad elədim.
Lazım olan qədər pul toplayandan sonra bilet alıb Bakıya gəldim. Vətənə dönmək
prosesi çox uzun çəkdi. Amma mən xırdalıqlarla səni yormaq istəmirəm.
-Onsuz da yordun, - dedim. -Sabah tezdən işə getməliyəm, özüm də acam. İstəsən
havaya çıxıb gəzişərik, həm də bir şey yeyərik.
- Yox, mən gedə bilmərəm, - deyə o etiraz elədi, - yeməyə öyrəşməmişəm, daha
doğrusu, çox yeməyə. Mənim yeməyim qabıqlı soyutma kartofdur. Biri bəs edir.
Onları tezdən qaynatmışam. Həm də onun yeməyini verməliyəm, - İmran bəy
pərdənin arxasına işarə ilə dedi. - Yox, çox yemir, amma yeməyini tapmaqda
www.kitabxana.net
– Milli Virtual Kitabxana
28
çətinlik çəkirəm: yerkökü, çürümüş almalar, çöl qurbağası, soxulcan... Onları
zibilliklərdən, kimsəsiz baxçalardan yığıram... Elə sevimlidilər ki… Xüsusən də
qurbağalar, ağıllı gözləri var...
- Danışma! - deyə az qala qışqırdım, - ürəyim bulanır. Və həmin an dostumun
qarnını yardığı məsum gözlü qurbağalar yadıma düşdü.
- Elə bilirsən, bəşəriyyətin çıxış nöqtəsini tapmaq asandır!? Gərək hər şeyə
dözəsən, dostum. Lazım gəlsə, qurbağa da yeyəsən, tısbağa da, soxulcan da.
Eşqbaz fransızlardan, ya elə müdrik çinlilərdən artıq deyilik ki... Bilirsən, onlar nə
deyir. Çinlilər deyir ki, suda üzənlərdən sualtı qayığı, göydə uçanlardan təyyarəni,
ayaqlılardan stol və stulu yemək olmaz, qalanları hamısı nuşi-candır. Mən də elə
bilirdim, asıb-kəsən babalarına oxşamısan. Bəlkə də heç asıb-kəsməyiblər, eləcə
gopa basıblar. Hə, hə, gopa basıblar. Gopbazlar. Ay sizi...
- Bəsdir! - dedim, - sarsaqlama!
- Yaxşı, qurtardıq, indi gedə bilərsən. Sabah səni burda gözləyəcəm. Yəqin ki,
hominidin, azıx adamının taleyi səni az da olsa maraqlandırdı.
- Az yox, çox maraqlandırdı. Sabah, mütləq elə bu vaxt gələrəm. Amma babalarımı
bura qatma!
- Məni ələ salırsan!?
- Ələ salmaq niyə, düz sözümdür. Sənin tutuquşu kimi ötməyin olmasa, daha yaxşı
olar.
- Çalışaram. Məndən asılı deyil.
- Mütləq gələcəm!
- Bu zaman yox, bir az əvvəl, bayaqkı vaxt, -dedi.
- Bə çeşm, əfəndim,- dedim və mazut qoxuyan biyabana çıxdım.
Sərin hava üzümə vurdu.
Azıxantropun taleyi, İmranbəyin danışdıqları doğrudan da mənimçün çox
maraqlıydı. Amma bu həm də sayıqlamağa oxşayırdı. Mən onun dediyi
dərmanların, vaksinlərin adını birinci dəfəydi eşidirdim. Onları dəqiqləşdirməyə
isə elə bir adam yox idi. Həm də bunları kiməsə danışmaqla özümü gülünc
vəziyyətə qoya bilərdim. Siz gülməzsiniz, heylə? Hər halda, İmranbəyin «nağılına»
www.kitabxana.net
– Milli Virtual Kitabxana
29
sona qədər qulaq asmaq lazımıydı. Necə deyərlər, gop da olsa maraqlıydı. Bəlkə
də, o, düz deyirdi və mənim ondan şübhələnməyə əsasım yoxuydu. Kəşflər bir
andaca, insanın özündən asılı olmayaraq açılmırmı? Məsələn, Nyutonun alması,
Arximedin vannası…
«Ay Qara Dadaşın oğlu, Qaçaq Dünyamalının nəvəsi, sən elə bunu istəmirdinmi?
İstəmirdinmi ki, şöhrətlənəsən, bütün dünya səni tanısın, qohum-əqrəba, qonum-
qonşu başına and içsin? Nazir də olmasan, heç olmasa, deputatdan-zaddan olasan,
düşmənlərin bağrını çatdadasan? İstiyirdin, boynuna al!» -deyə ürəyimdə
fikirləşirdim, öz-özümə hesabat verirdim.
Hər şey gözəl idi, parıltılı gələcək məni gözləyirdi... «Üfüqlər aydınlaşanda...»
Fikrimin dalını gətirə bilmədim. Yanımdan keçən maşın gölməçənin çirkli suyunu
üstümə vurdu...
Bəyim hey!!! Görək daha nələr olmuş…
İmranbəyin və Azıxantropun üçüncü azı dişi
Səhər yuxudan oyananda ilk yadıma düşən İmranbəy və onun kəşfi oldu. Üzünü
görməsəm də, Azıxantropun orta məktəb kitablarında rast gəldiyim təsvirləri
yadımdaydı. Bir müddət əvvəl altıncı sinifdə oxuyan oğlumun tarix kitabını
vərəqləyəndə, lap düzü, onunla birgə tarix dərsi oxuyanda həmin təsvirlərə rast
gəlmişdim…
Adətim üzrə şirinçayımı içib işə tələsdim. Günün ikinci yarısı həmkarlarım
xatırlatdılar ki, bu gün cümə axşamıdır və iş yoldaşımızın iki həftə əvvəl rəhmətə
getmiş atasının yasına dəymək lazımdır. Mən hüzrdən gec xəbər tutmuşdum,
mərhumun yeddisində iştirak eləyə bilməmişdim, buna xarici səfərim mane
olmuşdu. Müdir başda olmaqla, uşaqların bəziləri də müsəlman qardaşımızın
dərdinə şərik olmağa macal tapmamışdılar və indi Bayıl dairəsində darısqal bir
həyətdə yaşayan həmkarımızı ovundurmaq üçün ora yığışmalıydıq. Dünyanın
faniliyi, hamının gec-tez öləcəyi barədə təsəllimiz onun işinə yaramasa da,
idarəmizin ayırdığı pul atasının baş daşını «sevindirməyə» çatardı.
Düzü, hüzr məsələsi planımda yoxuydu, amma getməmək də olmazdı. İncəvardan
cümə axşamına tez getdik və mən müdirdən icazə alıb, Qaraçuxur tərəfə
yollandım. Avtobusdan düşüb xeyli piyada getdim. İmranbəy tapşırmışdı ki, onun
Dostları ilə paylaş: |