Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə10/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   6   7   8   9   10   11   12   13   ...   78

29 
 
rin əvvəllərində yazılan bir nüsxə  vardır ki, oğuznamə (Oğuzun 
kitabı və ya Oğuzun dastanı
1
) adlandırıla bilər. Əfsanəvi şəkildə 
doğulan  Oğuzun
2
  əvvəl  ana  südü  əmib  sonra  yeniyetmə  kimi 
yemək yediyindən, böyüyüb qüvvətli və bahadır kimi ata mindi-
yindən və ova getdiyindən bəhs edir. Göydən enmiş işığın için-
dən çıxan bir qızdan Gün, Ay, Yıldız adlı üç uşağı oldu. Bir ağa-
cın altında rast gəldiyi qızdan da Göy, Dağ, Dəniz adında üç öv-
lad sahibi oldu. Qocalanda oğullarını ova göndərdi. İlk üçü şərqə 
getdilər və bir qızıl yay tapdılar. Ataları aralarında böldü. Digər 
üçü qərbə getdi  və  yolda üç gümüş ok tapdılar.  Ataları onu da 
aralarında  böldü.  Ölümündən  əvvəl  Oğuz  böyük  bir  qurultay 
topladı. Burada Boz ox adlanan ilk üçü sağ tərəfində oturdular. 
Üç  ox  adlanan  digərləri  sol  tərəfində  oturdular.  Oğuz  onlara 
məsləhətlər verdi və yurdunu oğlanları arasında böldü. 
Qərbdə yaşayan türklərin əfsanəsinin mənşəyi və onun qəh-
rəmanı  Oğuz  haqqındakı  əfsanələrdəki  məlumatlarla  tamamla-
nır. İranlı tarixçi Rəşidəddin  «Camiət-Təvarix» adlı  farsca  yaz-
dığı tarixi əsərinin bir bölümündə
3
 bəzi əfsanəvi mənbələrə  isti-
                                                
1
  Mətn  «Qutadqu  Biliy»in  V.Radlov  tərəfindən  1890-cı  ildəki  nəşrində 
tərcüməsi ilə birlikdə yayınlanmışdır. Daha sonra edilən tərcümələr və təhlillər: 
Rıza Nour. Ougouz-Namé. Epopée turque, Alexandrie, 1928; P.Pelliot. Sur la 
légend  de  Uguz-Khan en  écriture  ouigure,  T`oung  Pao,  XXVII,  1930,  s.247-
358); Rıza Nour. Résponse à un article de M.Paul Pelliot sur l`Ougouz-Namé, 
Alexandrie, 1931, W.Bang-G.R.Rachmati.  Die Legende von Oghouz Qaghan, 
Sitzb. d. preuss. Akad.d. Wiss., Phil. Histor. Kl. XXV, 1932, bu  əsər Türkiyə 
türkcəsinə  də  tərcümə  edilmişdir:  W.Bang  ve  G.R.Rachmati.  Oğuz  Kağan 
Destanı. İstanbul, 1936. Oğuznamənin ərəb qrafikası ilə yazılmış türkcə mən-
zum  bir  əlyazması  qısmən  də  olsa,  gec  dövrlərdə  surəti  çıxarılarkən  İslami 
inanclara  uyğunlaşan  nüsxəsi  Trakyada  H.N.Orkun  tərəfindən  aşkarlandı  və 
nəşr edildi: Bir Oğuz Efsanesi, Ülkü, VI (1935-36), s.265-275. 
2
  Bu  adın  və  digərlərinin  etimologiyası  ilə  bağlı  J.Németh,  Marquart 
Bang  və  başqaları  tərəfindən  araşdırmalar  aparıldı.  H.N.Orkunun  «Csona-
Archivium»  və  «Ülkü»  dərgilərində  yayınlanan  müxtəlif  məqalələrində  də 
bundan bəhs edildi. Nəticədə O.Sinor məsələyə  yeni şərhlər verdi: Actes du 
XXI Congrès Int. des Orientalistes, Paris, 1949, s.175-176. 
3
  İ.N.Beryozinin  tərcüməsi  ilə  birlikdə  nəşr  etdirdi:  Труды  Восточного 


30 
 
nad edərək 24 oğuz boyu haqqında aşağıdakı şəcərəni verir: 
 
OĞUZ 
Gün
 
Ay
 
Yıldız
 
Göy
 
Dağ
 
Dəniz
 
Q
ayı
 
B
aya

A
lqa
 e
vl

Q
ar

evl

Y
az
ır
 
D
öğe

D
odur
qa
 
Y
apa
rl
ı 
A
vşa

Q
ız
ıq
 
B
əydi
li
 
Q
ar


B
ayı
ndı

B

ən
ə 
Ç
avul
dur
 
Ç
epni
 
S
al
ur
 
A
la
yunt
lu
 
Eymür
 
Ö
re
gi

İğdı

B
ükdüz
 
Y
ıva
 
Q
ını

 
 
 
 
 
Oğuzların belə əfsanəvi şəkildə 24 boya ayrılması
1
 Anadolu 
Səlcuq  dövlətinin  tarixçisi  İbn  Bibinin  II  Muradın  dövründə 
                                                                                                     
Отделения Археологического Общества, V (1858), VII (1861), Пертербург. 
İ.N.Beryozinin  tərcüməsini  A.A.Romaskeviç  yeni  əlyazmalara  istinad  edərək 
qeyd  və  şərhlərlə  birlikdə  nəşr  etdirdi:  Материалы  по  истории  Туркмен  и 
Туркмении, т. 1, Москва-Ленинград, 1939. Romaskeviçin fikrincə (s.493 n. 
2),  uyğur  hərfli  və  Rəşidəddinin  vasitəçiliyi  ilə  günümüzə  qədər  gəlib-çatan 
«Oğuz  xan»  dastanı  XIII  əsrdə  Çingiz  xanın  da  həyatını  əks  etdirən  təkmil-
ləşmiş  formasıdır.  Dastanın  əsası  VI-VII  əsirlərdə  Yeddi  Nəhir  (Семиречье) 
bölgəsində hökm sürən qərbli türk xanlarının müxtəlif xatirələridir. 
«Camiət-Təvarix» əsərinin bəzi əlyazma nüsxələrində (British Museum 
Add.  7028  və  Topqapı  sarayı)  oğuz  və  türk  tarixindən,  onların  dünyada 
hökmranlığından bəhs edilir (Tarix-i Oğuzu Turkan va hekayət-i cihangir-i) 
və hələ də nəşr edilməmişdi. Oğuznamələrin növlərinin böyük hissəsinin tari-
xi  olamasına  baxmayaraq,  əfsanələrdir.  O.Ş.Gökyay  bunlardan  bir hissəsini 
«Dədə  Qorqud»  adlı  əsərində  (İstanbul,  1938)  xülasə  şəklində  nəşr  etdirdi: 
giriş, s.XVIII-XXII. 
«Camiət-Təvarix» hələ nəşr edilməmişdi. İranda 1265-1304-cü illər (Qa-
zan  xanın  ölüm  tarixidir)  arasında  hökm  sürən  monqol  hökmdarların  tarixi 
K.Yan tərəfindən iki cilddə (London, 1940, Praqa, 1941) nəşr edildi. 
1
  Th.Houtsma.  «Die  Ghuzzenstämme»  (WZKM,  II,  1888,  s.219-236) 
adlı  məqaləsində  bundan  bəhs  etmişdir.  Bu mövzuda  H.N.Orkun  tərəfindən 
aparılan  və  əvvəldə  qeyd  etdiyim  əsərlərdə  də  məlumat  mövcuddur.  O, 
«Ülkü» dərgisində (V, 1935, s.104) bir az fərqli yanaşdı və Yıldızdan gələn-
lər  arasında  Qırıq  əvəzinə  Çarukluğu  qoydu.  22  oğuz  boyunun  siyahısı  qis-
mən yuxarıdakına bənzəyən və qismən də fərqli şəkildə Mahmud Qaşğarinin 
«Divani-Lüğat-it-Türk» adlı əsərində (c. 1, s.56-57) də yer alır. 
Buzuq (Bozoq)
 
Üç oq 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə