Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə11/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   7   8   9   10   11   12   13   14   ...   78

31 
 
farsca  yazdığı  «Tarix-i  Ali  Səlcuq»
1
  və  ya  daha  məşhur  adı  ilə 
desək, «Səlcuqnamə» yaxud Oğuznamə başlığı ilə türkcə yenidən 
yazan Yazıçızadə Əlinin əsərində də görünür. (Oğuzlar – Q.Şəhri-
yar) Qədim dövrlərdə bu 24 boya ayrılmış, sonrakı etnik və tarixi 
dəyişikliklərdə də mühafizə olunmuşdu. «Dədə Qorqud kitabı»n-
da  da  yuxarıda  adları  çəkilən  24  boyun  bəziləri  ilə  qarşılaşırıq: 
Qayı  (Osmanlıların  mənşəyi.  Girişdə),  Dədə  Qorqudun  bağlı 
olduğu Bayat, boy adı kimi deyil, şəxs adı kimi Bayındır (bütün 
Oğuzların hökmdarı), Salur (qəhrəman, Qazanın ünvanı), Döğər, 
Bükdüz. VII hekayədə oğuzların 24 sancaq bəyindən bəhs edilir. 
Oğuzların  Boz  ox  və  Üç  ox  olaraq  ayrılmaları  «Kitabi-Dədə 
Qorqud»da  İç  və  Daş  qeydləri  ilə  göstərilmişdir.  Bu  iki  qrupa 
bölünmə  XII  hekayənin  acınacaqlı  sonluğunun  mövzusudur. 
Nəticədə, həqiqətən, Üç ox və Boz ox ayrılığı müşahidə edilir. O 
cümlədən  ötən  əsrdə  V.Radlov  tərəfindən  tədqiqata  cəlb  edilən 
Qara qırğızlar Oñ (Sağ) və Sol olaraq iki qrupa ayrılmışlar
2

Deməli,  orta  əsrlərdə  müşahidə  etdiyimiz  kimi,  oğuzların 
qəhrəman  soylarının  ənənələrində  Oğuz  dastanının  bənzətməsi 
vardı və farsca Oğuznamə («Oğuzun kitabı») adlanırdı. Rəşidəd-
dinin  istinad etdiyi  əfsanəvi  mənbə  də  yuxarıdakı  əfsanənin  adı 
kimi verilir. 
Oğuznamələrin  tarixi  dastansayağı  ənənələri  ilə  bağlı  daha 
qədim  məlumatlara  sahibik.  Misirli  tarixçi  Əbubəkr  Abdullah 
bin Əli bin Aybək əd-Dəvadari (XIII-XIV əsr) «Durar ət-Tican 
                                                
1
  Martin  Teodor  Houtsma  tərəfindən  nəşr  edilən:  «Recueil  des  textes 
relatifs à l`Histoire des Seldjo-ucides» adlı əsər (c. III, s.204-205). İbn Bibi-
nin  farsca  olan  mətnində  bu  məqamlar  yoxdur.  İbn  Bibi  üçün  ətraflı  məlu-
mata A.S.Erzinin «İslam Ansiklopedisi»ndəki araşdırmasına baxın. 
2
  V.Radlovun  «Proben»  (V,  s.I),  Fuad  Köprülünün  «Oğuz Etnolojisine 
Dâir Tarihi Notlar» (Türkiyat Mecmuası. I, 1925, s.185-211) adlı məqaləsinin 
196-cı  səhifəsində  X  əsrdə  türkmənlərin  Salur  boyunun  Taşki  Salur  və  İçki 
Salur olaraq ayrıldığını qeyd edir. L.Cahuna görə (Introduction à l'histoire de 
l'Asie,  s.105),  əcnəbilərə  «dış»  və  əsas  etnik  ünsürləri  «iç»  adlandırmaq 
çinlilərin təsiridir. 


32 
 
və  Qurar  Təvarix  əz-Zaman»
1
  adlı  əsərində  türklərin  əfsanəvi 
hekayələrindən  bəhs  edən  bir  Oğuznamə  oxuduğunu  söyləyir. 
Bunlar arasında Təpəgözü öldürən qəhrəman Basatın hekayəsini 
«Dədə Qorqud kitabı»nın az-çox VIII hekayəsinə bənzədir. 
«Durar ət-Tican»da adı çəkilən əlyazma ilə uyğunlaşmayan 
bir  xəbər  misirli  alim  Əhməd  Zəki  Paşa  tərəfindən  M.Cevdətə 
bildirilmiş,  o  da  Çanaqqalada  xüsusi
 
nüsxə  kimi  nəşr  edilən 
«Yeni Mecmua»nın bir sayında  yayınlamışdı (1337/1918 İstan-
bul). Davadari 709/1309-1310-cü ildə əlinin altında ərəbcə məş-
hur bir katibin nümunə olaraq yazdığı və qızıl mücrü içərisində 
olan  bir  Oğuznamə  olduğunu  yazır.  Əslində  türkcə  yazılan  bu 
kitab  əvvəlcə  farscaya  çevrilmiş  və  Abbasilər  dövründə  – 
211/826-827-ci ildə Bağdadda doktor olan Cəbrail bin Bəxtyişu 
tərəfindən ərəb dilinə tərcümə edilmişdir. 
Yazıçızadə Əlinin Topqapı sarayındakı nüsxəsinin 65 sətir-
dən  ibarət  bir  bölümündə
2
  «Kitabi-Dədə  Qorqud»dakını  çox  az 
bir dəyişikliklə əks etdirir. 
Yazıçızadə «Səlcuqnamə»sində (Houtsma yayını, Recueil, III, 
s.10) oğuz adətinə görə, bəylərin Səlcuq sultanına üç dəfə diz çö-
kərək  and  içtiklərini  oxuyuruq.  Səlcuqi  Sultanı  Keyqubad  öz  or-
dusundan başqa (çeri), 24 oğuz boyunun 24 xan və məlik tərəfin-
dən idarə edilən 24 tümən (bir tüməndə 10000 adam var idi, s.210) 
var  idi.  Timar  sahibinin
3
  ölümündən  sonra  oğlunun  onun  yerinə 
keçə  bilmək üçün  meydanda at  səyirtməli,  nizə, çomaq  və qılınc 
                                                
1
 Nəşr edilməmişdir, bax: Brockelmann, GAL, Supp. II, s.44. Yuxarıda 
göstərilən qeyd F.Köprülü tərəfindən İstanbuldakı Damad İbrahim Paşa Ki-
tabxanası,  n.193-dən  götürülmüşdür.  Bu  məlumatı  «Türk  Edebiyatında  İlk 
Mutasavvıflar» adlı əsərində təhlil etmişdir, s.280. 
2
 Əvvəlcə Rıdvan Nafiz Edgüer tərəfindən «Türk Tarih, Arkeologya ve 
Etnografya» dərgisində ( II, 1934, s.243-249) qismən nəşr edildi. O.Ş.Gökyay 
əsərinin əlavə qismində təkrar nəşr etdi, s.121-124. 
3
 Timar Osmanlı İmperatorluğunun ərazisi daxilində idarəçiyi əsgərlərə 
həvalə edilmiş münbit torpaqlara verilən addır. Timara yalnız hərbiçilər sahib 
ola bilər. Rəiyyətə timar vermək qəti qadağandır. Timar sistemi 1839-cu ildə 
Tənzimat fərmanı ilə ləğv edilmişdir – Q.Şəhriyar. 


33 
 
oynatmalı idi (s.211). Bahadır və alplar, atlarının boyunlarına altın 
rozet  (qotaz)
1
  taxırdılar.  Sultan  Əlaəddin  Keyqubad  (1219-1236) 
oğuz soyuna mənsub türk olmasına baxmayaraq, o zaman hələ də 
türk şeirinin formalaşmadığından farsca şeir yazırdı və oğuznamə 
ilə  oğuzların
 
qayda-qanunlarını  bilirdi.  Ordu,  qadağalar  və 
Səlcuqilər  sülaləsinin  mərasimləri  ilə  bağlı  problemlərdə  oğuz 
qanunları  tədbiq  olunurdu  (s.157,  204,  217).  Ziyafətlərdə  (şilen, 
s.215, bax: sondakı lüğətdə «şölən»)
2
 qımız içilirdi (s.167). 
Yazıçızadə Əlinin «Səlcuqnamə» əsərinin xülasəsi «İcmali-
əhvali-ali  Səlcuq  bər  mucəbi-nəqli-Oğuznamə»dir
3
.  Seyid  Loğ-
man  bin Hüseyn  əl-Asurinin 1008-1009/1599-1600-ci  ildə  yaz-
dığı bu əsər «Oğuznamə» adı ilə tanınmışdır. 
Təbrizli Bayati Mahmud oğlu Həsənin 886/1481-ci ildə Fa-
teh Mehmedin oğlu Sultan Cem üçün yazdığı «Cami-Cəm-ayin» 
adlı  əsəri  də  Oğuznamə  üslubundadır.  Adəmdən  başlayır,  Nuh 
və Yafəslə (türklərin atası) davam edib oğuz bəylərinə qədər gə-
lir və osmanlıların soyundan da bəhs edir
4

Lakin  bütün  Oğuznamə  ədəbiyyatında  mövzusu  ilə  ciddi 
əhəmiyyət kəsb edən «Dədə Qorqud kitabı» ilə Əbulqazi Baha-
dırın «Şəcəreyi-Tərakimə» əsəridir. Xarəzmdəki özbək sultanla-
rından olan bu şəxs (1603-1663) Xəzər və Xorasan türkmənləri 
arasında  uzun  illər  macəralı  bir  həyat  yaşamışdır.  1659-cu  ildə 
tamamlanan kitabı  «Camiət-Təvarix»də adı  çəkilən  ənənələr  və 
                                                
1
 «Dədə Qorqud kitabı»nda bəhs edilir. Sondakı lüğətə bax. 
2
 E.Rossinin təqdim etdiyimiz bu yazısı, qeyd etdiyimiz kimi, «Dədə Qor-
qud  kitabı»nın  ön  sözüdür.  Müəllif  kitabın  sonunda  geniş  lüğət  hazırlamış  və 
mətnin içərisindəki izah tələb  edən sözlərə ətraflı şərhlər vermişdir. Burada  və 
bundan sonra göstərilən bütün yerlərdə həmin lüğətə istinad edilir – Q.Şəhriyar. 
3
 P.Wittek, Der Islam, XX, 1932, s.203. Babinger, COW, s.164. Yeganə 
nüsxəsi Vyanadadır (Flügel kataloqu, II, s.225). Qismən latın dilinə tərcümə 
edildi:  Jac.Joh.Wilh.  Lagus.  Seid  Loemani  ex  libro  turcico  qui  Oghusname 
inscriptur excerpta. Helsinki, 1854. 
4
  Əli  Əmiri  tərəfindən  ərəb  hərfləri  ilə  1331/1913-cü  ildə  nəşr  edilən 
əsər latın hərfləri ilə də nəşr edilmişdir: Osmanlı Tarihleri, 5 Kitap, İstanbul, 
1949, s.371-403. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə