sonra siz artıq araşdırmaq üçün biznes-ideyanızı seçə bilərsiz.
Yekunda seçilmiş 3 ideya qalsın ki, növbəti fəsildə izah edilən
tərzdə onları araşdıranda bəzilərində mənfi nəticə alındıqda heç
olmasa biri uyğun olsun. Aşağıda biznes-ideyaların
qiymətləndirilməsi üçün bir neçə üsul verilib. Birinci üsul əvvəl
çətin görünsə də, əslində elə deyil və bəlkə də ən effektivlisidir.
İdeyaların qiymətləndirilməsi üçün meyarlar üsulu
Meyarların açıqlanması əvvəlki fəsildə verilib. Çəki bu
meyarın digərlərinə nisbətdə qərarın qəbul edilməsində
əhəmiyyətini əks etdirməlidir. Hər ideyanı hər meyar üzrə 5
ballıq sistemlə qiymətləndirin: 1 - meyar üzrə cavab sizin üçün
çox pisdir, 2 - pisdir, 3 - ortadır, 4 - yaxşıdır, 5 -əladır. Məsələn, 7-
ci meyar üzrə bu balların mənası belədir: 1 - investisiya
həddindən çox tələb olunur (tapmaq imkanınızdan xaricdir), 2 -
çox tələb olunur (çox çətinliklə tapa bilərsiz), 3 - ortadır (çətindir,
amma çox güman ki, tapmaq olar), 4 - vəsait az tələb olunur
(nisbətən rahat tapmaq olar), 5 - investisiya
çox az tələb olunur
və ya heç tələb olunmur (rahatlıqla təmin edə bilərsiz). Nəticədə
çəkilər nəzərə alınmaqla daha yüksək xal toplayan biznes-ideya
həyata keçirilməsi üçün seçilir. Müəyyən meyarlar üzrə aşağı
bal ideyanın üzərindən xə çəkə bilər. Misal üçün, əgər 1-ci və 2-
ci meyar üzrə cavab 3-dən azdırsa bu işlə məşğul olmağa
dəyməz (hə a başqa meyarlar üzrə nəticə əla olsa belə).
Eyniliklə əgər 4-cü meyar üzrə cavab 1-dirsə (elə maneə var ki,
bu sahədə bizneslə məşğul olmağın qarşısını alır), daha uyğun
biznes növünü seçin. Mən bir nümunə kimi çəkiləri, virtual 3
ideya üzrə balları və hesablamanı aşağıdakı cədvəldə verirəm,
amma çəkiləri mütləq nümunə kimi istifadə etməyin, özünüz də
üzərində düşünün. Sadəcə nəzərə alın ki, bütün çəkilərin cəmi 1-
ə bərabər olmalıdır. Hesablama qaydası belədir: çəki*ideya
balı=çəkili ideya balı. İdeyanın hər bir meyarı üzrə çəkili ideya
102
ballarının cəmi həmin ideya üzrə yekun çəkili balı göstərir.
Hansı ideyada həmin yekun çəkili bal daha yüksəkdirsə,
deməli, o ideya daha münasibdir (yuxarıda
qeyd etdiyim kimi,
misal üçün 1,2 və 4-cü meyarların hərəsinin balı minimal
məğbul olan baldan yuxarıdırsa).
Nəticədə göründüyü kimi, ən münasib biznes-ideya 3-
cüdür. Baxmayaraq ki, çəkisiz balların cəmi üzrə qalib 2-ci
ideyadır, çəkilər nəzərə alınanda məhz 3-cü ideya 3,76 balla
qalib oldu və məhz bu ideya ilk növbədə araşdırılmalıdır.
103