UNİBANK KOMMERSİYA BANKI
31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ
HESABATLARINA QEYDLƏR (DAVAMI)
(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)
24
4
2012-ci il 1 iyul tarixində və ya ondan sonra illik dövrlər üzrə qüvvəyə minmiş və ilkin təsdiqinə
icazə verilmişdir.
5
2012-ci il 1 yanvar tarixində və ya ondan sonra illik dövrlər üzrə qüvvəyə minmiş və erkən tətbiqinə
icazə verilmişdir.
6
2015-ci il 1 yanvar tarixində və ya ondan sonra illik dövrlər üzrə qüvvəyə minmiş və erkən tətbiqinə
icazə verilmişdir
.
7
2014-cü il 1 yanvar tarixində və ya ondan sonra illik dövrlər üzrə qüvvəyə minmişdir. Yeni
əvəzləşdirmə açıqlaması tələbləri illik dövrlər üzrə 2013-cü il 1 yanvar tarixindən başlayaraq və
ondan sonrakı müddət üçün etibarlıdır.
7 saylı MHBS-a Düzəlişlər – Düzəlişlər aktivləri köçürən qurumun üzləşə biləcəyi hər hansı riskin
mümkün təsirlərinin daha yaxşı başa düşülməsi daxil olmaqla, istifadəçilərin maliyyə aktivləri
(məsələn, qiymətli kağızlar (securitisations) ilə əməliyyatları barədə təsəvvürünü təkmilləşdirmək
üçün nəzərdə tutulmuş əlavə açıqlamaları özündə ehtiva edir. Düzəlişlər həmçinin qeyri-proporsional
həcmdə transfer (köçürmə) əməliyyatlarının hesabat müddətinin sonunda aparılması halında da
əlavə açıqlamalar tələb edir.
1 iyul 2011-ci il tarixindən əvvəl müddət üzrə düzəlişlərlə tələb olunan açıqlamalar üçün qurumun
müqayisəli məlumatlar təmin etməsinə birinci müraciət ilində ehtiyac olmaması istisna olmaqla
MUBS 8-ə uyğun olaraq retrospektiv müraciət tələb olunur. Qrup hazırda düzəliş edilmiş standartın
öz maliyyə hesabatlarına təsirini qiymətləndirir.
9 saylı MHBS – 2009-cu ilin noyabrında buraxılıb və 2010-cu ilin oktyabrında edilən düzəliş maliyyə
aktivləri və maliyyə öhdəliklərinin təsnifatı və ölçülməsi və tanınmanın dayandırılması üzrə yeni
tələbləri təsbit edir.
9 saylı MHBS 39 saylı MUBS Maliyyə Alətləri: Tanınma və Ölçülmənin tətbiq dairəsinə daxil
olan bütün tanınmış maliyyə aktivlərinin son nəticədə amortizasiya edilmiş ədalətli dəyər
qiymətində ölçülməsini tələb edir. Daha konkret desək, əsas məqsədi müqavilədən irəli gələn
pul vəsaitlərinin toplaması olan biznes modeli çərçivəsində saxlanılan və principal outstanding
üzrə yalnız principal və faiz ödənişləri olan müqavilədən irəli gələn pul vəsaitlərinə malik borc
investisiyaları adətən növbəti mühasibat uçotu müddətinin sonunda amortizasiya edilmiş
qiymətlə ölçülür at amortised cost. Bütün digər borc investisiyaları və kapital investisiyalar
növbəti mühasibat uçotu müddətinin sonunda ədalətli dəyər əsasında ölçülür.
9 saylı MHBS-nın maliyyə öhdəliklərinin təsnifatı və ölçülməsinə dair ən əhəmiyyətli təsiri həmin
öhdəliyin kredit riskində olan dəyişikliklərə aid olan maliyyə öhdəliyinin (mənfəət və ya zərər
vasitəsilə ədalətli dəyər kimi müəyyən edilir) ədalətli dəyərində dəyişikliklər üzrə mühasibt
uçotuna aiddir. Daha konkret desək, 9 saylı MHBS-a əsasən mənfəət və zərər uçotunda
ədalətli dəyərlə nəzərdə tutulmuş maliyyə öhdəlikləri halında belə maliyyə öhdəliyi üzrə kredit
riskindəki dəyişikliyə aid edilən onun ədalətli dəyərində baş vermiş dəyişiklik digər məcmu
gəlirlər hesabatında tanınır, əgər öhdəlik üzrə kredit riskində baş vermiş dəyişikliyin təsir
nəticələrinin digər məcmu gəlirlər hesabatında tanınması mənfəət və zərər üzrə mühasibat
uçotu qeydlərində uyğunsuzluqların baş verməsi yaxud artmasına gətirib çıxarmazsa. Maliyyə
öhdəliyi üzrə kredit riskinə aid edilən ədalətli dəyərdə baş vermiş dəyişiklik sonradan mənfəət
və zərər hesabında təkrar təsnif edilmir. Əvvəllər, 39 saylı MBHS-a əsasən mənfəət və zərər
hesabatında ədalətli dəyərlə nəzərdə tutulmuş maliyyə öhdəliyinin ədalətli dəyərindəki
dəyişikliklərin məbləği bütövlüklə mənfəət və zərər uçotunda tanınırdı.
Qrup rəhbərliyi güman edir ki, 9 saylı MHBS 1 yanvar 2015-ci il tarixindən başlayan illik dövrlər üzrə
Qrupun konsolidə edilmiş maliyyə hesabatlarında qəbul ediləcək və yeni standartın tətbiqi Qrupun
maliyyə aktivləri və öhdəlikləri üzrə açıqlanmış məbləğlərə əhəmiyyətli dərəcədə təsir göstərəcək.
Lakin, müfəssəl icmal başa çatmayana qədər belə nəticələr ilə bağlı əsaslı təxminlərin verilməsi
praktiki hesab edilmir.
UNİBANK KOMMERSİYA BANKI
31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ
HESABATLARINA QEYDLƏR (DAVAMI)
(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)
25
10 saylı MHBS Maliyyə hesabatları – sərmayə alanine təbiətindən asılı olmayaraq (yəni, quruma
səsvermə hüquqları və ya xüsusi məqsədli qurumlarda digər müqavilə razılaşmaları vasitəsilə
nəzarətə əsaslanan bütün qurumlar üçün tək konsolidasiya modelini tətbiq etməklə 27 saylı MUBS
və 12 saylı SŞK-də nəzarət və konsolidasiya üzrə bütün istiqamətləri əvəz edir). 10 saylı MHBS
çərçivəsində geniş tətbiq istiqaməti ilə nəzarətin tək anlayışı sərmayədarın aşağıdakılara malik olub
olmamasına əsaslanır:
Sərmayə alan üzərində səlahiyyət;
Sərmayə alanla iş birliyindən müxtəlif gəlirlər əldə etmə və ya əldə etmə hüququ; və
Gəlirlərin həcminə təsir etmək üçün sərmayə alan üzərində səlahiyyətlərindən istifadə etmək
bacarığı.
11 saylı MHBS Birgə Razılaşmalar – 31 saylı MUBS müştərək fəaliyyət və ya müştərək müəssisə
kimi təsnifləndirməklə birgə razılaşmalar üzrə yeni mühasibat uçotu tələbləri ilə əvəz edir (“birgə
nəzarət edilən aktivlər” təsnifatı artıq mövcud deyildir).
Razılaşmadan irəli gələn hüquq və öhdəlikləri tanıyaraq, tərəflər birgə razılaşmanın hüquqi
strukturuna deyil, hüquq və öhdəliklərin onlarla necə bölüşməsinə diqqət yetirməlidirlər.
Birgə fəaliyyət tərəflərə öhdəliklər üzrə aktiv və passivlərə birbaşa hüquq razılaşması təmin
edir. Beləliklə, birgə operator birgə fəaliyyətdə olan iştirak faizinə deyil, bu fəaliyyətdə olan
iştirakına əsaslanan marağını tanıyır (yəni birbaşa hüquq və öhdəliklərə əsaslanaraq). “Birgə
fəaliyyət”in tərəfi razılaşmadan irəli gələn aktivləri, passivləri, gəlir və xərcləri tanıyır (qəbul
edir).
Müştərək müəssisə tərəflərə razılaşmanın xalis aktiv və ya nəticəsini (mənfəət və ya zərər) əldə
etmək hüquqlarını verir. Müştərək müəssisələr 28 saylı MUBS “İnvestisiya Tərəfdaşları”na
uyğun olaraq kapital metodundan istifadə etməklə hesablanır. Qurumlar artıq proporsional
konsolidasiya metodundan istifadə etməklə müştərək müəssisədə faizə arxalana bilərlər. “Birgə
müəssisə” tərəfi investisiyanı qəbul edir/tanıyır.
12 saylı MHBS Digər Təşkilatlarda iştirak payının açıqlanması – Törəmə müəssisələr,
tərəfdaşlar, birgə razılaşmalar və konsolidə edilməmiş strukturlu qurumlarda qurumun maraqları ilə
əlaqədar məzmun, risk və maliyyə təsirlərini qiymətləndirməkdə maliyyə hesabatı olan istifadəçilərə
imkanın yaradılması üçün qurumun iştirakı olduğu hər konsolidə edilmiş və edilməmiş qurumlarda
açıqlamaların təkmilləşməsini tələb edir.
Beləliklə, 12 saylı MHBS iki yeni standart olan 10 saylı MHBS və 11 saylı MHBS çərçivəsində
hesabat verən qurumlar üçün tələb olunan açıqlamaları təsbit edir və 28 saylı MUBS-də hazırda
müəyən olunan açıqlama tələblərini əvəz edir.
27 saylı MUBS (2011) Ayrıca Maliyyə Hesabatları – 27 saylı MUBS-nin nəzarət müddəaları yeni
10 saylı MHBS-la əvəz edildikdən sonra demək olar dəyişilməz qalan ayrıca maliyyə hesabatları
daxildir.
28 saylı MUBS (2011) Tərəfdaşlar və Müştərək Müəssisələrdə investisiyalar – 11 saylı MHBS
verildikdən sonra müştərək müəssisə, eləcə də, tərəfdaş, kapital tələbləri daxildir.
13 saylı MHBS Ədalətli Dəyərin Ölçülməsi – ədalətli dəyərin dəqiq anlayışı, ədalətli dəyərin
ölçülməsinin tək mənbəyi və MHBS-lər üzrə istifadə etmək üçün açıqlama tələblərini təmin etməklə
ardıcıllığı təkmilləşdirmək və mürəkkəbliyin azaldılmasına yönəlmişdir. Standart:
ədalətli dəyəri müəyyən edir;
ədalətli dəyərin ölçülməsinin təkm MHBS çərçivəsini təsbit edir;
ədalətli dəyər ölçülmələri üzrə açıqlamaları tələb edir.