Б.Г. Современность как предмет политической теории. М.:
РОССПЭН, 1998// http://wmv. auditorium,гм).
Qərb filosoflarının və sosioloqlarının qeyd eldikləri ki
mi, Qərbin müasir sosial dövləti yoxsulluğa son qoymaq
iqtidarında deyildir, kütləvi işsizlik və marginalizasiya art
dıqca yoxsulluq da artır, yəni bir sıra sosial qruplar əmək
bazarında şansdan praktiki olaraq m əhrumdur və buna
müvafiq olaraq sosial təm inatdan da məhrumdur. Dövlətin
ekoloji problemlərin öhdəsindən gəlmək və müasir istehsa
latın texnoloji risklərini azaltmaq iqtidarında olmaması get-
gedə daha aşkar görünür.
70-ci illərdən başlayaraq məlum oldu ki, Qərbin imita-
siyası kimi başa düşülən modernləşmə praktikada böyük
problemlərə gətirib çıxarır. Siyasi təsisat və normaların
Qərbdən birbaşa əks edilməsi - bütün bu «prezidentlər»,
«parlamentlər», «çoxpartiyalılıq» - uğurlu dəyişikliklərə gə
tirib çıxarmadı. Məsələn, Mexiko (Meksika), Manila (Fili-
pin) və Qahirə (Misir) modernləşmə məhsullarını birbaşa
əxz etmə yolu ilə fəal irəlilədikləri halda onlar yalnız çörək
və tam aşa istəyən, sinfi mənsubiyyət hissini itirmiş,
lümpenləşmiş insanlara çevrildilər, Qərbin kütləvi cə
miyyətlərinin ən pis cəhətlərini qəbul etdilər (bax: Мурадов
А.Д. Регулирование рыночной экономики: зарубежный
опыт. Баку, 2002). Bu təcrübə göstərdi ki, heç də bütün
dəyişikliklər inkişaf deyil, yəni tərəqqi deyil... İrəliyə doğru
hərəkət yalnız o halda baş verir ki, islahatlar aşağıdan dəs
təklənsin, modernləşmə obrazı əhalinin əksəriyyətinin
düzgünlük və ədalət barədə təsəvvürlərinə uyğun olsun. Bu,
cəmiyyətin strukturunun mürəkkəbləşməsi və dəyişikliklərin
bütövlükdə cəmiyyətin fəaliyyət sistemini əhatə etməsi kimi
struktur mürəkkəbliyi ilə birlikdə yaxşılığa doğru dəyişik
liklərin başlıca meyarıdır.
Bu cür modernləşmə praktikası göstərdi ki, hətta Latın
Amerikasında və Afrikada bəzi ölkələr ABŞ-ın özündə gö
zəl təsir göstərən qanunları sözün hərfi mənasında
28
köçürdükdə belə, Latın Amerikası və Afrika xalqlarının
adətləri ilə dəstəklənməyən qanunlar işləmədi. Beləliklə, siy
asi təsisatların vahid orqanizmi yaranmadı və müvafiq ola
raq gözlənilən iqtisadi inkişaf baş vermədi. Nəticədə üçüncü
dünya ölkələri (cüzi istisnalarla) əvvəlkindən də pis yaşa
mağa başladılar. Qeyd etmək yerinə düşər ki, M .Qorbaçov
Rusiyanın qərb sivilizasiyasına qoşulması siyasətini elan
edəndən sonra bu ölkələrin yoxsul vəziyyəti daha da kəs
kinləşdi, çünki belə siyasət Rusiyanın Asiyada, Afrikada,
Latm Amerikasında iştirakını və təsirini itirməsi ilə, həmin
ölkələrin Rusiyanın dəstəyindən məhrum olması ilə başa
çatdı.
Lakin bundan sonra mədəniyyəti və mənəviyyatı puç
etmədən inkişaf etməyin mümkünlüyü kimi Asiya fenomeni
yarandı. Bu hadisə məxsusi identiklik (mahiyyət) əsasında
modernləşmə kimi qiymətləndirilməyə başlandı. Y aponlar
birinci olaraq aşkar etdilər ki, kollektivçilik təsisatları və
norm aları qərb nümunəsindən fərqli modernləşməni təmin
etməyə qadirdir. Cənub-Şərqi Asiyanın (o cümlədən, sosia
list Çininin və sosialist Vyetnamın təcrübəsi), Yaxın Şərq
ölkələrinin təcrübəsi göstərdi ki, Qərb texnologiyalarından
istifadə etməklə yanaşı milli-mədəni bənzərsizlik deyilən
dəyərlərin hamısını - siyasi ənənə və norm aları, mənəvi
adətləri və əxlaqı qoruyub saxlamaq m ümkündür.
Modernləşmənin bu praktikası sosial nəzəriyyətçilər tə
rəfindən öyrənilib ümumiləşdirildi və bunun nəticəsi kimi
«Asiya ideyası» yarandı. Bu ideya bizə tanış olan dəyər və
məqsədləri akkumulyasiya edir. «Hakimiyyətin təşkilinin
optimal modeli və siyasi sistem çərçivəsində məsuliyyət;
qrup mənafelərinin fərdi mənafelərdən üstünlüyü; dövlətin
üzvi şəkildə qavranılması - bu halda dövlət cəmiyyətin əsas
mənafelərinin başlıca qarantı kimi çıxış edir; ümumi məna
felərə xidmət etməyin siyasi rəqabətdən üstün tutulması;
rəislə onun tabeliyində olanın; idarə edənlə idarə edilənlərin
qarşılıqlı məsuliyyəti» kimi başa düşülən ailə - «bazar iqti
29
sadiyyatlı siyasi konservatizmin üzvi-etatist variantını» bir
ləşdirən konsepsiya bundan ibarətdir (Гаджиев K.C. Азиат
ская идея. // Политическая энциклопедия в 2-х томах. Т.1,
М„ 2000. С.26-27).
Məsələn, Çin ənənələrindəki dəyərlərə görə «dövlət ai
lənin genişlənməsi və davamı, ailə isə cəmiyyətin əsas özəyi
idi... Siyasi dəyərlər sosial və etik dəyərlərdən dəqiq ayrıl
mamışdır... Siyasət etik norm alar və formalar, etika isə siy
asi funksiya və strukturlar kəsb edir, yəni siyasətin etikləş-
məsi və etikanın siyasiləşməsi baş verir».
XXI əsrin əvvəllərində Azərbaycanın nəzəri və siyasi-
ideoloji təffəkküründə modernləşmə təcrübəsi yaranır. Bu
proses bir sıra ölkələr tərəfindən onların öz ənənələri baza
sında, öz məxsusi tarixi əhatə dairəsində həyata keçirilir.
Onu da nəzərə almalıyıq ki, XX əsrin 80-90-cı illərində qərb
nəzəriyyəçiləri modernləşmənin fundamental qərb konsep
siyasının köməyi ilə sovet tarixini (deməli, həm də Azərbay
can tarixini) izah etmək cəhdlərinə şübhə edirdilər. Qərb
alimləri (ideoloqlar yox, alimlər - müəllifin qeydi) Qərbi Av
ropa təcrübəsini və bu təcrübəyə əsaslanan nəzəriyyələri
mütləqləşdirmək lazım olmadığını etiraf etdilər. Bu təcrübə
və nəzəriyyələr «XX əsr Rusiyası (və Azərbaycanı)» adlı fe
nomeni izah etmək üçün kifayət olmadı.
Beləliklə, bütün yuxarıdakı mühakimələrə əsasən bu
qənaətə gəlirik ki, Azərbaycanın coşqun inkişafı bizim öz
modernləşmə təcrübəmiz barədə danışmağa imkan verir.
Prezident Heydər Əliyev dəfələrlə demişdir: «Azərbaycan
xalqı böyük bir tarixi yol keçmişdir. Bu dövrdə xalqımız
yüksəlmiş, onun mentaliteti, təhsil səviyyəsi qalxmışdır.
Azərbaycanda böyük elm, mədəniyyət yaranmışdır. Ölkə
nin sənayesi, kənd təsərrüfatı inkişaf etmişdir» (Heydər
Əliyev. Müstəqilliyimiz əbədidir. Birinci kitab, iyun, 1993-
may, 1994. S. 158).
30
2.
Rusiya imperiyasında islahatlar:
prosesin tempini və vektorunu dövlət müəyyən edir
1861-ci ildən sonra Rusiya imperiyası «qovub çatma»
modernləşməsi yoluna qədəm qoydu. 1913-cü ildə Rusiya
sənaye məhsulları istehsalının həcminə görə ABŞ, Alm a
niya, Böyük Britaniya və Fransadan sonra dünyada beşinci
yeri tuturdu. XIX əsrin 60-cı illərində obyektiv olaraq və
təndaş cəmiyyətinin rüşeymlərinin formalaşmasına doğru
aparan islahatlara başlayarkən Rusiya hökuməti bazar
münasibətlərinin «tətbiq edilməsi» barədə bəlkə də heç fi
kirləşmirdi. Bu münasibətlər dəyişikliklər kompleksində
yalnız əlavə məhsul oldu. Modernləşmənin lazım olub- ol
maması hakim bürokratiya üçün mübahisə doğurmurdu.
Mübahisə yalnız modernləşmənin hansı üsulunu seçmək
məsələsi ilə bağlı idi. Mühafizəkar və ənənəvi mütləqiyyət
rejimi «nəzarət edilən modernləşmə» tərəfdarı idi.
Rusiya imperiyası xüsusi kapitalist münasibətləri yolu
na qədəm qoyandan sonra problemlər yarandı. Axı kapita
lizmin inkişafı Qərbi Avropadan liberal demokratiyanın
siyasi təsisatlarını əxz etmək məsələsini qarşıya qoymuşdu.
Lakin hu məntiq dövlət monopolizmi sisteminə zidd idi.
Rusiyanın mütləq monarxiyası mülkiyyət münasibətlərini,
bu münasibətlərin həyata keçirilməsi qaydasını, dövlət
müəssisələrinin və özəl müəssisələrin fəaliyyət qaydalarım
total şəkildə reqlamentləşdirirdi. Rusiyada dövlətin tə-
cəssümçüsü hakim bürokratiya idi. Kapitalist sənayesinin
fəaliyyətinə nəinki dövlət nəzarətini, həm də şəxsi nəzarəti
məhz yüz minlərlə məmurları birləşdirən siyasi sinif həyata
keçirirdi və məhz bu sinif kapitalist sənayesini mövcud sis
temə daxil etməyə çalışırdı.
Cəmiyyətin siyasi təşkilini, dövlətin hüquqi formalarını,
onun tipini müəyyənləşdirən adətlərə diqqəti cəlb etmək is
tərdim. Kəndli ölkəsi böyük bir ailənin qanunları üzrə ya
şayırdı... Ç ar II Nikolay 1897-ci il yanvarın 27-də ümumi
31