раскрывается выдающийся вклад Гейдара Алиева в созда
ние концепции национальной государственности, его по
истине исторический вклад в становление независимого
Азербайджана, по сути дела разработку и осуществление
теории и практики азербайджанского возрождения.
Третья часть "Стратегия экономической модерниза
ции" содержит обзорный материал о реальных фактах и
замыслах власти по выводу экономики из кризиса, в усло
виях глобализации мирохозяйственных процессов. Заклю
чение данной работы - это попытка сформулировать исти
ны, обнаруженные при анализе многомерной и драматич
ной политической истории истекшего десятилетия.
В работе используются понятия "проект Гейдара Алие
ва", "политика национальной концентрации" и другие, о
которых можно сказать: они отражают важнейшие явления
властной практики Президента, перекликаются с термина
ми "реформы", "модернизация" и "мобилизация" и как та
ковые имеют право на существование. Бесспорно и другое:
эти понятия не могут претендовать на терминологический
статус, поскольку нуждаются в уточнении содержания.
Полагаем, что такого рода работа еще впереди.
Настоящая работа не преследует ни исторические, ни
политологические задачи. Она, на взгляд автора призвана
вызвать инициативы, которые бы проявились в дальней
шей работе по формированию идеологии азербайджанизма
и совершенствованию наличных институтов государства и
общества.
24
I Hissə. TƏRƏQQİYƏ DOĞRU HƏRƏKƏT:
TARİXİ ŞÜ U R TƏCRÜBƏSİ
(M ÜQƏDDİM Ə ƏVƏZİNƏ)
Mövzunu şərh etməyə başlayarkən lap əvvəldən qeyd
edək ki, Azərbaycanın tarixində modernləşmə xalqın bütün
həyat təcrübəsində yaranmış və sınaqdan çıxarılmış
norm alar əsasında həyata keçirilmiş və bu mənada o, milli
və sivil identikliyə malik olmuşdur. Başqa sözlə desək,
modernləşmə ölkənin mahiyyətinə uyğun olmuşdur. Buna
görə də Azərbaycanda modernləşmənin spesifikası Qərbdə
olduğundan fərqli səviyyədədir. Bu spesifika Azərbaycanın
tarixi inkişafının ümumi trayektoriyasında özünü göstərir.
Modernləşmə konsepsiyası Qərbdə və ya pan-Avropa
aləmində,
ilk
növbədə Qərbi
A vropada və Şimali
Amerikada yaranmışdır. Modernləşmə nəzəriyyəsinə görə
bütün cəmiyyətlər iki qrupa bölünür: müasir cəmiyyətlər
(yəni Qərb cəmiyyətləri) və ənənəvi cəmiyyətlər (dünyanın
qalan hissəsi). Qərbin təsəvvüründə siyasi və iqtisadi
modernləşmə dedikdə ilk növbədə:
1) vətəndaş cəmiyyətinin dövlət üzərində aliliyi (bütün
ənənəvi cəmiyyətlərdə bu məsələ əksinə həll edilir - müəllifin
qeydi), müxtəlif institutların sərbəst formalaşması, rəqabət;
2) insanın vətəndaş hüquqlarının və siyasi hüquqlarının
onun əlindən alına bilməməsi (dövlət hakimiyyəti tərəfindən
müəllifin qeydı)\
3) nümayəndəli idarəetmə, hakimiyyət bölgüsü, hüquqi
dövlət;
4) vəzifə və mövqe iyerarxiyasında uğur qazanmaq və
irəliləmək şansının azadlığı nəzərdə tutulur.
Dünya
ölkələrində modernləşmə Qərbin təsəvvüründə ənənəvi
cəmiyyətlərin
«modernity»
cəmiyyətlərinə
çevrilməsi
deməkdir. Ənənəvi cəmiyyətlər «mənfi» xüsusiyyətlərə
malikdir.
25
M odernizm baxımından «mənfi» cizgilər dedikdə,
çoxəsrlik dini-milli norm a və ənənələr, dövlətin cəmiyyət
üzərində hökm ranlıq etməsi, şəxsiyyətin kollektivə (qrupa,
korporasiyaya, qəbiləyə, ailəyə) tabe edilməsi kimi əlamətlər
nəzərdə tutulur.
1.
«Modernity» və yaxud tərəqqi:
orijinal və onun yaradıcı variasiyası
M odernizmin Qərbə xas mərkəzçiliyi (sentrizmi) aşağı
dakı fikirdə qabarıq şəkildə ifadə olunur: dünya əlaqələrinə
cəlb edilmiş hər bir ölkədə siyasi, iqtisadi, mədəni və tex
noloji islahatlar aparılmalı, sekulyarizasiya (kilsənin döv
lətdən ayrılması) baş verməli və bu islahatlar demokratiya
(liberal dem okratiya- müəllifin qeydi) dəyərlərinə əsaslan
malıdır. M.Veber yazırdı: «Son nəticədə kapitalizmi (mo
dernity - müəllifin qeydi) yaradanlar rasional daimi müəssi
sə, rasional mühasibat, rasional texnika, rasional hüquq
olmuşdur. Yalnız onlar tək deyildir: biz buraya rasional tə
fəkkür tərzini, həyat tərzinin rasionallaşdırılmasım və ra
sional təsərrüfat etikasını da əlavə etməliyik». Modernin
mahiyyəti belədir və XX əsr onun hökmranlığı şəraitində
keçmişdir.
Əlbəttə, aşkardır ki, müasir Avropa sivilizasiyası mo
dernist layihənin həyata keçirilməsinin məhsuludur. Bu si
vilizasiya özünün bütün fərqləndirici əlamətlərinə görə,
praktiki olaraq, məhz modern dövrünə borcludur. Müasir
həyatın tərkib hissələri olan elm, sənaye, demokratiya, tə
rəqqi və cəmiyyətin mövcud olması üçün zəruri olan digər
dəyərlərin hamısı, eləcə də Qərb sivilizasiyasına xas olan mi
silsiz yüksək həyat standartları və digər nailiyyətlər də mo
dernin məhsullarıdır.
Buna görə də XX əsrin 50-60-cı illərində qərb nəzəriyyə
çiləri dünyanın qalan hissəsinə belə bir konseptual sxem
təklif etdilər: birincisi, pan-Avropa dünyasının inkişafı Av-
26
гора inqilablarının, yəni demokratik həyatın dəyər və ənə
nələrinin kökünün kəsilməsinin nəticəsidir; ikincisi, demo
kratiyanın ən ali etalonu qərb cəmiyyəti və ona xas olan tə
sisatlardır, deməli, üçüncüsü, Qərbə aid olmayan ölkələrdə
cəmiyyətin demokratiklik dərəcəsi onların qərb modelinə nə
dərəcədə yaxınlaşmasının səviyyəsi ilə ölçülür. Beləliklə,
qərb cəmiyyətlərinin xarakterik cizgiləri ideoloji universa-
liyalar, yəni ümumbəşəri dəyərlər elan edilir. Qərb «yeni» və
«mütərəqqi» obrazında təcəssüm edilir. Qalan dünya isə
«avamlıq» və «geridəqalma» təcəssümü kimi təsir bağış
layır. Aşkardır ki, modernizm avrosentrist siyasətin vasitə
sidir, modernist layihə, ən əvvəl transmilli korporasiyaların
(TMK
müəllifin qeydi) nümunəsində Qərb heqemonizmi-
nin ideoloji vasitəsinə çevrilir. O nlar müasir dünyada qlo
ballaşma kimi məşhur olan iqtisadi ekspansiyanı həyata ke
çirirlər.
Nüfuzlu filosof və sosioloq Aleksandr Zinovyevin fik
rincə, «Qərbdə fövqəlcəmiyyət yaranmışdır... onun zirvə
sində Birləşmiş Ştatlar da daxil olmaqla bütün Qərb ölkələri
üzərində hökmranlıq edən müəyyən təbəqə var... m etropo
liyası Birləşmiş Ştatlar olan bu fövqəlcəmiyyət bu gün
dünyadakı ehtiyatların 70%-dən çoxuna nəzarət edir». Onu
da əlavə edək ki, Yer kürəsinin əhalisinin 3 %-dən də az
olan ABŞ əhalisi dünya resurslarının 40 %-ni, «qızıl milyar
der» deyilən ölkələr (Şimali Amerika, Qərbi Avropa...) əha
lisinin 15 %-i dünya resurslarının (ilk növbədə neftin və qa
zın) 70%-dən çoxunu istehlak etdiyi bir şəraitdə moderniza-
siya barədə söhbətlərdən dramatizm qoxusu gəlir.
Modernləşdirmə - mahiyyət etibarı ilə «müasir dövrdə
mövcud olmaq üsuludur». Lakin müasir dövrdə nə qədər
müasir cəmiyyət varsa mövcud olmaq üsulları kimi modern
ləşmələr də bir o qədərdir. Buna görə də «modernləşdirmə»ni
mövcud olan hər hansı modellə eyniləşdirmək (məsələn, mo
dernləşdirmə vesternləşdirmə kimi çıxış edəndə belə olur) nə
zəri səhvdən daha çox, praktikanın faciəli səhvidir. (Капустин
27