Uot 328 (479. 24) Квт 66. 61(2)



Yüklə 1,07 Mb.

səhifə6/35
tarix17.09.2017
ölçüsü1,07 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   35

раскрывается  выдающийся  вклад  Гейдара  Алиева  в  созда­

ние  концепции  национальной  государственности,  его  по­

истине  исторический  вклад  в  становление  независимого 

Азербайджана,  по  сути  дела  разработку  и  осуществление 

теории и  практики азербайджанского возрождения.

Третья  часть  "Стратегия  экономической  модерниза­

ции"  содержит  обзорный  материал  о  реальных  фактах  и 

замыслах  власти  по  выводу экономики  из  кризиса,  в  усло­

виях  глобализации  мирохозяйственных  процессов.  Заклю­

чение данной  работы  -  это  попытка сформулировать  исти­

ны,  обнаруженные  при  анализе  многомерной  и  драматич­

ной политической истории истекшего десятилетия.

В работе  используются понятия  "проект Гейдара Алие­

ва",  "политика  национальной  концентрации"  и  другие,  о 

которых можно сказать:  они отражают важнейшие явления 

властной  практики  Президента,  перекликаются  с  термина­

ми  "реформы",  "модернизация"  и  "мобилизация"  и  как  та­

ковые имеют право на существование.  Бесспорно и другое: 

эти  понятия  не  могут  претендовать  на  терминологический 

статус,  поскольку  нуждаются  в  уточнении  содержания. 

Полагаем, что такого рода работа еще впереди.

Настоящая  работа  не  преследует  ни  исторические,  ни 

политологические  задачи.  Она,  на  взгляд  автора  призвана 

вызвать  инициативы,  которые  бы  проявились  в  дальней­

шей работе по  формированию  идеологии  азербайджанизма 

и  совершенствованию  наличных  институтов  государства и 

общества.

24

I  Hissə.  TƏRƏQQİYƏ DOĞRU HƏRƏKƏT: 



TARİXİ  ŞÜ U R   TƏCRÜBƏSİ 

(M ÜQƏDDİM Ə  ƏVƏZİNƏ)

Mövzunu  şərh  etməyə  başlayarkən  lap  əvvəldən  qeyd 

edək ki,  Azərbaycanın  tarixində modernləşmə xalqın bütün 

həyat  təcrübəsində  yaranmış  və  sınaqdan  çıxarılmış 

norm alar  əsasında  həyata  keçirilmiş  və  bu  mənada  o,  milli 

və  sivil  identikliyə  malik  olmuşdur.  Başqa  sözlə  desək, 

modernləşmə  ölkənin  mahiyyətinə  uyğun  olmuşdur.  Buna 

görə  də  Azərbaycanda  modernləşmənin  spesifikası  Qərbdə 

olduğundan  fərqli  səviyyədədir.  Bu  spesifika  Azərbaycanın 

tarixi inkişafının ümumi trayektoriyasında özünü göstərir.

Modernləşmə  konsepsiyası  Qərbdə  və  ya  pan-Avropa 

aləmində, 

ilk 

növbədə  Qərbi 



A vropada  və  Şimali 

Amerikada  yaranmışdır.  Modernləşmə  nəzəriyyəsinə  görə 

bütün  cəmiyyətlər  iki  qrupa  bölünür:  müasir  cəmiyyətlər 

(yəni  Qərb  cəmiyyətləri)  və  ənənəvi  cəmiyyətlər  (dünyanın 

qalan  hissəsi).  Qərbin  təsəvvüründə  siyasi  və  iqtisadi 

modernləşmə dedikdə ilk növbədə:

1)  vətəndaş  cəmiyyətinin  dövlət  üzərində  aliliyi  (bütün 

ənənəvi cəmiyyətlərdə bu məsələ əksinə həll edilir -  müəllifin 



qeydi), müxtəlif institutların sərbəst formalaşması, rəqabət;

2)  insanın  vətəndaş  hüquqlarının  və  siyasi  hüquqlarının 

onun əlindən  alına bilməməsi (dövlət hakimiyyəti  tərəfindən

müəllifin qeydı)\

3)  nümayəndəli  idarəetmə,  hakimiyyət  bölgüsü,  hüquqi 

dövlət;

4)  vəzifə  və  mövqe  iyerarxiyasında  uğur  qazanmaq  və 



irəliləmək  şansının  azadlığı  nəzərdə  tutulur. 

Dünya 


ölkələrində  modernləşmə  Qərbin  təsəvvüründə  ənənəvi 

cəmiyyətlərin 

«modernity» 

cəmiyyətlərinə 

çevrilməsi 

deməkdir.  Ənənəvi  cəmiyyətlər  «mənfi»  xüsusiyyətlərə 

malikdir.

25



M odernizm  baxımından  «mənfi»  cizgilər  dedikdə, 

çoxəsrlik  dini-milli  norm a  və  ənənələr,  dövlətin  cəmiyyət 

üzərində  hökm ranlıq  etməsi,  şəxsiyyətin  kollektivə  (qrupa, 

korporasiyaya, qəbiləyə,  ailəyə)  tabe edilməsi kimi  əlamətlər 

nəzərdə tutulur.

1. 

«Modernity» və yaxud tərəqqi: 

orijinal və onun yaradıcı variasiyası

M odernizmin  Qərbə  xas  mərkəzçiliyi  (sentrizmi)  aşağı­

dakı  fikirdə  qabarıq  şəkildə  ifadə  olunur:  dünya  əlaqələrinə 

cəlb  edilmiş  hər  bir  ölkədə  siyasi,  iqtisadi,  mədəni  və  tex­

noloji  islahatlar  aparılmalı,  sekulyarizasiya  (kilsənin  döv­

lətdən  ayrılması)  baş  verməli  və  bu  islahatlar  demokratiya 

(liberal  dem okratiya-  müəllifin  qeydi)  dəyərlərinə  əsaslan­

malıdır.  M.Veber  yazırdı:  «Son  nəticədə  kapitalizmi  (mo­

dernity  -  müəllifin  qeydi)  yaradanlar  rasional  daimi  müəssi­

sə,  rasional  mühasibat,  rasional  texnika,  rasional  hüquq 

olmuşdur.  Yalnız  onlar  tək  deyildir:  biz  buraya  rasional  tə­

fəkkür  tərzini,  həyat  tərzinin  rasionallaşdırılmasım  və  ra­

sional  təsərrüfat  etikasını  da  əlavə  etməliyik».  Modernin 

mahiyyəti  belədir  və  XX  əsr  onun  hökmranlığı  şəraitində 

keçmişdir.

Əlbəttə,  aşkardır  ki,  müasir  Avropa  sivilizasiyası  mo­

dernist  layihənin  həyata  keçirilməsinin  məhsuludur.  Bu  si­

vilizasiya  özünün  bütün  fərqləndirici  əlamətlərinə  görə, 

praktiki  olaraq,  məhz  modern  dövrünə  borcludur.  Müasir 

həyatın  tərkib  hissələri  olan  elm,  sənaye,  demokratiya,  tə­

rəqqi  və  cəmiyyətin  mövcud  olması  üçün  zəruri  olan  digər 

dəyərlərin hamısı, eləcə də Qərb sivilizasiyasına xas  olan  mi­

silsiz  yüksək  həyat  standartları  və  digər  nailiyyətlər  də  mo­

dernin məhsullarıdır.

Buna görə də XX əsrin  50-60-cı illərində qərb nəzəriyyə­

çiləri  dünyanın  qalan  hissəsinə  belə  bir  konseptual  sxem 

təklif etdilər:  birincisi,  pan-Avropa  dünyasının  inkişafı  Av-

26

гора  inqilablarının,  yəni  demokratik  həyatın  dəyər  və  ənə­



nələrinin  kökünün  kəsilməsinin  nəticəsidir;  ikincisi,  demo­

kratiyanın  ən  ali  etalonu  qərb cəmiyyəti  və  ona xas  olan  tə­

sisatlardır,  deməli,  üçüncüsü,  Qərbə  aid  olmayan  ölkələrdə 

cəmiyyətin demokratiklik dərəcəsi  onların  qərb modelinə nə 

dərəcədə  yaxınlaşmasının  səviyyəsi  ilə  ölçülür.  Beləliklə, 

qərb  cəmiyyətlərinin  xarakterik  cizgiləri  ideoloji  universa- 

liyalar, yəni ümumbəşəri  dəyərlər elan edilir.  Qərb «yeni» və 

«mütərəqqi»  obrazında  təcəssüm  edilir.  Qalan  dünya  isə 

«avamlıq»  və  «geridəqalma»  təcəssümü  kimi  təsir  bağış­

layır.  Aşkardır  ki,  modernizm  avrosentrist  siyasətin  vasitə­

sidir,  modernist  layihə,  ən  əvvəl  transmilli  korporasiyaların 

(TMK 


müəllifin  qeydi)  nümunəsində  Qərb  heqemonizmi- 

nin  ideoloji  vasitəsinə  çevrilir.  O nlar  müasir  dünyada  qlo­

ballaşma  kimi  məşhur  olan  iqtisadi  ekspansiyanı  həyata  ke­

çirirlər.

Nüfuzlu  filosof  və  sosioloq  Aleksandr  Zinovyevin  fik­

rincə,  «Qərbdə  fövqəlcəmiyyət  yaranmışdır...  onun  zirvə­

sində Birləşmiş  Ştatlar da daxil  olmaqla bütün Qərb ölkələri 

üzərində  hökmranlıq  edən  müəyyən  təbəqə  var...  m etropo­

liyası  Birləşmiş  Ştatlar  olan  bu  fövqəlcəmiyyət  bu  gün 

dünyadakı ehtiyatların  70%-dən  çoxuna  nəzarət edir».  Onu 

da  əlavə  edək  ki,  Yer  kürəsinin  əhalisinin  3  %-dən  də  az 

olan  ABŞ əhalisi dünya  resurslarının  40 %-ni,  «qızıl  milyar­

der» deyilən  ölkələr (Şimali  Amerika,  Qərbi Avropa...)  əha­

lisinin  15 %-i  dünya resurslarının  (ilk  növbədə neftin  və  qa­

zın)  70%-dən çoxunu istehlak  etdiyi  bir  şəraitdə moderniza- 

siya barədə söhbətlərdən dramatizm qoxusu gəlir.

Modernləşdirmə  -   mahiyyət  etibarı  ilə  «müasir  dövrdə 

mövcud  olmaq  üsuludur».  Lakin  müasir  dövrdə  nə  qədər 

müasir cəmiyyət  varsa  mövcud  olmaq  üsulları  kimi  modern­

ləşmələr də  bir o qədərdir.  Buna görə də «modernləşdirmə»ni 

mövcud  olan  hər  hansı  modellə  eyniləşdirmək  (məsələn,  mo­

dernləşdirmə  vesternləşdirmə  kimi çıxış  edəndə  belə  olur)  nə­

zəri səhvdən  daha çox, praktikanın  faciəli səhvidir.  (Капустин

27





Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə