15
Həmid Qasımzadə 1963-cü ildə ədibin “Büq Jarqal” əsərini,
Şamil Zaman isə 1976-cı ildə “Klod Ge” əsərlərini Azərbaycan
dilinə tərcümə etmişdilər.
Fransız ədibin əsərləri dəfələrlə səhnələşdirilmiş, bu əsərlərin
süjetləri əsasında opera və baletlər yaradılmışdır. Onun bir çox
pyesi Azərbaycan səhnəsində də tamaşaya qoyulmuşdur.
Şübhə yoxdur ki, Azərbaycanda dahi sənətkarın yaradıcılığı
bundan sonra da ədəbi ictimaiyyətin diqqət mərkəzində
olacaqdır.
Kitabxanada keçirilən tədbirlərdən biri də icmaldır. İcmal
zamanı kitabxanaçı yazıçının əsərlərindən birinin məzmunu
haqqında oxuculara ətraflı məlumat verir. Tədbir keçirilən zalda
yazıçının kitablarından ibarət kitab sərgisinin təşkili vacibdir.
Kitabxanaçı: – Hörmətli tədbir iştirakçıları! Bu gün sizlərə
görkəmli fransız yazıçısı Viktor Hüqonun “Paris Notr-Dam
kilsəsi” əsəri haqqında məlumat verəcəyəm.
1820-ci illərin sonunda Hüqo tarixi roman yazmaq barədə
düşünmüş və hətta 1828-ci ildə naşir Qosslenlə müqavilə də
bağlamışdır. Lakin şəraitin mürəkkəbliyi onun işini xeyli
çətinləşdirmiş, müasir həyat onun diqqətini daha çox cəlb
etmişdir. Romanı yazmağa Hüqo yalnız 1830-cu ildə, İyul
inqilabına demək olar ki, bir neçə gün qalmış başlaya bilmiş və
hadisələrin
ən qızğın
çağında o, müqavilənin yerinə
yetirilməsini tələb edən naşiri məmnun etmək üçün evdə, yazı
masasının arxasında oturmalı olmuşdu. Uzaq Orta Əsrlər barədə
yazmağa məcbur olsa da, o, öz yaşadığı dövr, yenicə başlamış
inqilab haqqında düşünmüşdü. Buna görə də “1830-cu il
inqilabçısının gündəliyi” əsərini yazmağa başlamış, inqilab ın
ildönümünə isə “İyul qurbanlarının xatirəsinə” adlı himn
yazmışdır. Onun yaşadığı dövr haqqında düşüncələri bəşər
tarixinin ümumi konsepsiyası və yazdığı romanda hadisələrin
cərəyan etdiyi on beşinci əsr haqda təsəvvürləri ilə yaxından
16
səsləşirdi. Roman “Paris Notr-Dam kilsəsi” adlandırılmış və
1831-ci ildə işıq üzü görmüşdür.
(Ekranda “Paris Notr-Dam kilsəsi” filmindən görüntülər
altında kitabxanaçı məruzə edir.)
Kitabxanaçı: Dünya ədəbiyyatının ən məşhur əsərlərindən olan
“Paris Notr-Dam kilsəsi” romanında çoxdan unudulmuş dövrün
tarixi təsviri ilə yanaşı sadə insanın günlük yaşamı və dəyərləri
də canlandırılaraq kütləvi tarixi şüur, dünya və insan haqqındakı
təsəvvürlərin spesifikası, insanların inam və ümidləri əks
olunmuşdur. Əsərdə insanın azadfikirliyi və mənəvi müstəqilliyi
konsepsiyası Fransadakı cari hadisələrlə əlaqələndirilmişd ir.
Orta əsrlərin sonlarından bəhs edən romanda Viktor Hüqo
gələcəyin keçmiş varisi olduğunu göstərməyə çalışmışd ır.
Əsərdə dini inamın zəifləməsi, yüzillər boyu toxunulmaz olan
ehkamlara qarşı şübhə, yeni təlimlərin bolluğu cəmiyyətin öz
inkişafının son hədəfinə – demokratiyaya yaxınlaşmasına sübut
kimi göstərilmişdir. Yazıçı təsvir etdiyi dövrün əlamətlə rini
romanın əsas qəhrəmanlarının – Esmeraldanın, Kvazimodonun
və Klod Frollonun xarakterlərində və talelərində təcəssüm
etdirmişdir.
Romantiklər təxəyyülü yüksək yaradıcı istedad, uydurmağı isə
ədəbi əsərin vacib atributu hesab edirdilər. Onların estetik
görüşlərinə görə dövrün real tarixi mənzərəsini əks etdirən
uydurma bəzən faktın özündən də doğru ola bilərdi. Bədii
həqiqət faktdan daha üstündür. Bu prinsiplərdən çıxış edən
Hüqo real hadisələri uydurma hadisələrlə birləşdirmək lə
kifayətlənməyib, tarixi şəxsiyyətləri naməlum personajlarla
görüşdürərək ikincilərə üstünlük vermişdir. Romanın bütün əsas
surətləri – Klod Frollo, Kvazimodo, Esmeralda, Feb – uydurma
obrazlardır. Yalnız Pyer Qrenquar istisna təşkil etmiş, onun real
tarixi prototipi vardır – bu, XV əsrdə və XVI əsrin əvvəllərində
Parisdə yaşamış şair və dramaturqdur. Romanda kral XI
17
Lüdovikin və Burbon kardinalının da obrazları canlandırılmış,
romanın süjeti hər hansı böyük tarixi hadisəyə əsaslanma mış,
real faktlara gəldikdə isə yalnız Paris Notr-Dam kilsəsinin və
orta əsrlər Parisinin ətraflı təsviri verilmişdir.
Romanı oxuyarkən topoqrafik təfsilatların bolluğu nəzərə
çarpmış, bir tərəfdən Sena çayı ilə digər tərəflərdən isə
içərilərində V Karlın vəliəhdinin evi, şəhər bələdiyyəsi, kilsə,
məhkəmə sarayı, edam və işgəncələr verilən yerlər olan
binalarla əhatə olunmuş Qrev meydanı geniş və detallı təsvir
olunmuşdur. Hüqonun romanında bütün əsas qəhrəmanlar Qrev
meydanında görüşmüşlər: burada kütlənin alqışladığı, Klod
Frollonun isə lənətlər yağdırdığı Esmeralda oynayıb-oxumuş,
meydanın qaranlıq küncündəki miskin hücrədə dustaq qadın
əzab çəkmiş, kütlənin arasında insanların etinasızlığında n
əziyyət çəkən şair Pyer Qrenquar dolaşmış, onun yeməyə çörəyi,
qalmağa yeri olmamış, nəhayət, “təlxəklər kralı” Kvazimodonun
gülünc tacqoyma mərasimi keçirilmişdir. Sonra isə bu
qəhrəmanın taleyinin kuliminasiya nöqtəsini təşkil edən epizod
– Esmeraldanın öz kuzəsindən ona su verməsi səhnəsi baş
vermişdir. Bütün bunları meydanda baş verənlərin dinamik
fonunda təsvir edən Hüqo orta əsrlər Parisinin canlı “yerli
koloritini”, tarixi mənzərəsini yaratmışdır.
Tarixi müasirliklə sıx təmasda dərk edən Hüqo hadisələr in
uzaq keçmişdə cərəyan etdiyi, lakin 1830-cu illər üçün olduqca
aktual olan “Paris Notr-Dam kilsəsi” fransız ədəbiyyatında
böyük hadisə, tarixi roman janrının zirvəsi olmuşdur.
Kitabxanada keçiriləcək kütləvi tədbirlərin ən canlı və
maraqlısı sual-cavab gecəsi və viktorinalardır. Sual-cavab
gecələri və viktorinalar canlı söhbət və müsahibə şəklində
keçirilir. Bu da öz növbəsində oxucuları maraqlandıran sualların
aydınlaşmasına xidmət edir. Tədbir zamanı suallar uşaqlara
Dostları ilə paylaş: |