9
CAVAD HEYƏTĠN ÖPDÜYÜ ƏLLƏR
Rafael HÜSEYNOV
Milli Məclisin deputatı, akademik (Azərbaycan)
Həyatının 90-cı ilində böyük azərbaycanlı Cavad He-
yətin Vətən və millət məhəbbəti ilə dolu ürəyi dayandı.
Ömrü boyu onun iĢi ürəklə olmuĢdu. Nə iĢ görmüĢ-
düsə, ürəklə görmüĢdü və təməl peĢəsi olan həkimlikdə də
əsas sahəsi ürək idi.
Hələ cavan yaĢlarından misilsiz bir ürək cərrahı kimi
dünyada məĢhurlaĢmıĢdı. Lakin tale ona daha ali bir mis-
siyanı – millətinin ürəyinin və xalqının ruhunun müalici
olmaq vəzifəsini də həvalə edibmiĢ.
Belə insanların isə ürəyi heç vaxt dayana bilməz.
Sənəti ürəklərə Ģəfa vermək olan doktor Cavad Heyət,
əslində, öz ürəyinin salamatlığının da çarəsini irəlicədən
həll edibmiĢ.
O öz könlünü tükənməz bir enerji qaynağına – bütöv
millətinin və qövmünün qəlbinə bənd etmiĢdi: ora güc
verirdi, oradan güc alırdı.
Azərbaycan, türk dünyası naminə yaratdığı dəyəri sözə
sığmaz əsərləri və əməllərində Cavad Heyətin qəlbi,
əlbəttə ki, hələ bundan sonrakı çox zamanlar boyu çırpın-
maqda davam edəcək.
Həssas vətənpərvər Bəxtiyar Vahabzadə dostu Cavad
bəyin timsalında bir məslək, əqidə qardaĢını görür, Heyə-
tin ucalığına belə heyrətlənirdi:
10
...Gecə də, gündüz də hey döyüĢdəsən,
Mənəvi, cismani ağrılarla sən.
Həkim nüsxələri yazdın həmiĢə,
Xəstə Ģəfa tapıb sağaldı... fəqət,
Ədib qələmiylə yazdığın nüsxə
Bir xalqın dərdinə Ģəfadır, əlbət!
Dünya boyu səpələnmiĢ, sayı 50 milyonu aĢan azər-
baycanlılar arasında bu gün böyük Ģəxsiyyətlər, Azərbay-
canın adını yüksəldən müstəsnalar az deyil.
Lakin müasirimiz, bizimlə eyni günlərin içərisində
yaĢamıĢ canlı klassik, ömrünün axırınadək mütəfəkkir
zəkasının aydınlığını, Ģəfqət və sərrastlığını saxlayaraq
xalqı üçün faydalı iĢlərini yerinə yetirməkdə davam edən
Cavad Heyəti heç kəslə müqayisə etmək mümkün deyil.
O, birincilərin birincisi idi.
Çünki bir var hər hansı elm, ictimai-siyasi fəaliyyət
sahəsində dünyada məĢhur olasan və çox zaman sənin
azərbaycanlılığın yalnız elə mənĢəcə bu xalqa mənsub
olduğunla bitsin, bir də var öz sahəndə ali səviyyəli pe-
Ģəkar ola-ola həm də atəĢin vətənpərvər, millətsevər kimi
misilsiz əməklər sərf edəsən, bu səyləri həyatının baĢlıca
mənasına çevirəsən.
Bu tərəzidə lap dünyadakı ən üstün soydaĢımız Lütfi
Zadədən tutmuĢ tanıdığınız ən məĢhur, ən qüdrətli azər-
baycanlılaradək kimi Cavad Heyətlə yanaĢı qoymaq olar?
O, yalnız Vətəni Azərbaycanın, ata yurdu Ġranın, min
bir tellərlə bağlı olduğu Türkiyənin deyil, bütün dünyanın
vətəndaĢı olan nadir insanlardan idi. Çünki böyük yolunun
baĢlanğıcında həkimlik sənətini seçmiĢdi və bu peĢə sahi-
binin də ali vəzifəsi insana xidmət, insan həyatını hifz et-
məkdən ibarətdir. Lakin ömrü uzunu beynəlmiləlçi, in-
11
sançı qala-qala doktor Cavad Heyət təpədən-dırnağa qədər
vətənpərvər, millətsevər olmağı da bacardı, xalqının mə-
nəviyyatı ilə bağlı dəyərləri qorumaq, yaĢatmaq amalına
hər an sədaqət göstərdi və həm də bu etibarlılığını bir-
birindən qiymətli əsərləri, yorulmaz fəaliyyətləri ilə sübut
etdi.
Belə Vətən və millət aĢiqi olan, həm də bu təhər
nəhəng iĢlər görməyi bacaran, bu sayaq tükənməz bilik və
qabiliyyətlərə sahib, bunca qüdrətli, epoxal Ģəxsiyyət bir
də nə zaman yaranacaq?
Ümumən bundan belə ikinci belə bir Ģəxsiyyətin yeti-
Ģəcəyi ağlasığmazdır.
Fərdi keyfiyyətlərdən savayı, içərisindən adlanmıĢ
mürəkkəbdən-mürəkkəb, dünya tarixinin ən təlatümlü, ən
tərəqqili, ən eniĢli-yoxuĢlu, nəsilləri fərqli olan bir əsrə
yaxın zaman parçası da var axı!
ġəxsiyyətləri, hadisələri, mühiti, koloriti ilə həmin
dövr bir daha təkrarlanmayacaq!
* * *
Əsl yurdsevərin, həqiqi millətpərvərin kimliyi Vətən
və xalq taleyinin qəliz sınaqları müstəvisində, tarixi
darmacallarda ortaya çıxır.
Qaldırın yaxın keçmiĢimizi, arayın ki, 1990-cı ilin əv-
vəllərində bir sıra xarici qüvvələrin dəstəyi və yönəltməsi
nəticəsində Ermənistanın əli ilə Azərbaycan torpaqları
qəsb olunanda, yüz minlərlə soydaĢımız müsibətlərə ürcah
ediləndə dünyada məĢhur olan azərbaycanlılardan hansı
biri Cavad Heyət kimi mərd-mərdanə köksünü irəli verdi,
bizi onun kimi canıyananlıqla, milli təəssübkeĢliklə müda-
fiə etdi, dünyanı və qardaĢ ölkələri qətiyyətlə Azərbaycana
arxa durmağa, yardım etməyə çağırdı?!
12
Bu, Cavad Heyətin həmin cəhdlərindən bircəsidir.
Doktor 1993-cü il noyabrın 21-də qəlbi qanaya-qanaya
Türkiyə Cümhuriyyətinin Prezidenti, 50 ildən bəri tanı-
dığı, yaxın münasibətlərdə olduğu cümhur baĢqanı Süley-
man Dəmirələ açıq məktubunda belə yazırdı: ―Bu gün
Arazın quzeyindəki dindaĢ və soydaĢlarımız, yəni azəri
qardaĢlarımız tarixdə az rastlaĢdığımız bir faciə və soy-
qırımına məruz qalmıĢlar, həm də böyük bir millət və ya
güclü bir dövlət tərəfindən deyil, bütün tarix boyu hima-
yəmiz altında yaĢayan və ədalətimiz sayəsində bütün
insani haqlardan faydalanan ermənilər tərəfindən! Təbiidir
ki, onların belə azğınlıq və cinayətə təĢəbbüs və cəsarət
göstərmələrinə səbəb bütün müsəlmanların, ələlxüsus türk-
lərin düĢməni olan bugünkü böyük dövlətlərin dəstəkləri
və yardımları olmuĢdur.
Belə bir durum qarĢısında müsəlman dünyasının, Tür-
kiyə və Ġran Ġslam Cümhuriyyətinin və uluslarımızın və-
zifə və məsuliyyətləri nə ola bilər?
Bu məzlum, silahsız, ordusuz və əsarətdən yenicə
çıxmıĢ qardaĢlarımızı yalqızmı buraxmalıyıq?
Bu sətirləri göz yaĢlarımın qabağını ala bilmədən
yazıram. Və bu anda Allah-taaladan xalqımıza qurtuluĢ, ya
da özümə ölüm diləyirəm. "Əl-mövt xeyrun min rüku
billari", yəni ―Ölüm zillət çəkməkdən yaxĢıdır‖ (Ġmam
Hüseynin AĢura günü Kərbəla meydanında Ģəhid olmaz-
dan qabaq söylədiyi sözlərdir – R.H.).
Bu gün mənim əlimdəki qələm-kağız və quru nəfəsim-
dən baĢqa bir Ģeyim yoxdur, onları da məzlum xalqımızın
yolunda sevə-sevə verməyə razıyam. Bilirəm ki, bu gün
xalqımın qələmdən çox süngüyə ehtiyacı vardır.
Ciddi ölüm təhlükəsində qalan məzlum azəri qardaĢ-
larımızın yardımına qalxın!"
Dostları ilə paylaş: |