20
elə böyük müqavimətə malikdir ki, yaxşı izolyator kimi özünü aparır.
Bir sıra filiz mineralları və süxurları özlərini yarımkeçiricilər kimi
aparır. Əslində süxurların çox hissəsi elektrik keçiriciliyinin
qiymətinə görə dielektriklərə yaxındır. Bununla bağlı olaraq
dielektriklərin elektrik keçiriciliyinin öyrənilməsi zərurəti meydana
çıxır.
Dielektriklərin elektrik keçiriciliyi haqda qısa məlumat.
Məlumdur ki, dielektriklərdə atomlar, molekullar və ionlar sərbəst
olaraq böyük məsafəyə hərəkət edə bilməz. Eyni zamanda hər bir
dielektrikdə bir neçə zəif əlaqəsi olan yüklü hissəciklər var. Elektrik
sahəsinin təsiri ilə bu hissəciklər nizamlı hərəkətə başlayaraq elektrik
cərəyanı yaradırlar. Bu cərəyanın sıxlığı bir kub santimetrdə yüklü
zərrəciklərin miqdarından asılıdır, yükün miqdarı və daşınma sürəti
aşağıdakı
ifadə ilə təyin olunur
j=nqv
n-1 sm
3
yüklü hissəciklərin sayı; q-zərrəciyin yükü; v-yükün
zərrəciyin daşınma sürəti.
Yüklü zərrəciyin daşınma sürəti elektrik sahəsinin gərginliyi ilə
mütənasibdir
j=nquE
u-yüklü zərrəciyin yürüklüyüdür.
Dielektriklərdə cərəyan təkcə ionlarla yox, elektronlarla da ola
bilər. Məlum materiallar var ki, temperaturdan asılı olaraq cərəyanın
daşınmasında həm ionlar, həm də elektronlar iştirak edirlər. Məsələn,
yodlu mis aşağı temperaturlarda elektron keçiriciliyinə malikdir.
250
C-də elektrik keçiriciliyində elektronla birlikdə ionlar iştirak
edir. 400
C-dən yuxarıda elektrik keçiriciliyində yalnız ionlar iştirak
edir. İon keçiriciliyində maddənin daşınması baş verir, bu Faradey
qanununa əsaslanır. Elektron keçiriciliyi Holl effekti ilə təyin olunur.
Holl effekti cərəyan keçən keçiriciyə maqnit sahəsi ilə təsir etdikdə
keçiricinin üzlərində gərginlik yaranır. Bu gərginlik cərəyan şiddəti
və maqnit sahəsinin gərginliyi ilə düz nümunənin qalınlığı d ilə tərs
mütənasibdir
V=RJH/d
21
R-Holl sabitidir və cərəyanın daşıyıcılarının sayı n və yükün
qiyməti q–dən asılıdır.
Elektron keçiriciliyində R mənfi işarəli olur, deşik keçirici-
liyində isə müsbət işarəlidir. Holl sabitini bilərək heç bir çətinlik
çəkmədən hissəciklərin mütəhərrikliyini və cərəyan daşıyıcılarını
aşağıdakı
ifadədən təyin edə bilərik
R=1/nq və
=nqu
Dielektriklərin ion keçiriciliyi təbii kristalda kristalın gövdəsini
(karkas) təşkil edən əsas ionlardan əlavə, kristalın tərkibində başqa
qarışıqların ionu, eyni zamanda qəfəsin defekt (zədə) yerlərindəki
ionlar həmişə mövcud olurlar. Ona görə də kristalın ion keçiriciliyin
hansı ionların təşkil etməsinə görə iki tipə ayırmaq olar: məxsusi
(kristallik qəfəsin) və qarışığın ionları. Xüsusi keçiricilik kristallik
qəfəsin əsas ionları ilə baş verir, əsasən yüksək temperaturlarda
təzahür edir.
Kristallik
dielektriklərdə
elektrik
keçiriciliyinin
temperaturdan asılılığı. Dielektriklərin elektrik keçiriciliyi yüksək
dərəcədə temperaturdan asılıdır və onun ən vacib xüsusiyyətidir, bəzi
hallarda elektrik keçiriciliyin mexanizmini təyin etməyə imkan verir.
Disossasiya olunmuş ionların sayı n temperaturdan asılıdır və
aşağıdakı
ifadədən təyin olunur
n
t
=n
0
e
/kT
=n
0
e
-
/k
n
-1 sm
3
ümumi ionların sayıdır,
-disossasiya enerjisidir, KT-
istilik enerjisidir.
Bərk
dielektriklərdə
səthi
elektrik
keçiriciliyi.
Dielektriklərdə həcmi keçiriciliklə bərabər, səthi elektrik keçiriciliyi
də mövcuddur. Səthi elektrik keçiriciliyi materialın absorbsiya
xassəsindən asılıdır. Kristalın səthində adsorbsiya yolu ilə nəmli
təbəqənin əmələ gəlməsi ilk növbədə maddənin fiziki-kimyəvi
xassəsindən və səthin vəziyyətindən asılıdır. Bir-birinin əksinə
qütbləşən məsaməli, səthi çirkli və hamar olmayan maddələrdə səthi
keçiricilik həddən artıq qiymətə çata bilər. Buna bənzər maddələrdə
səthi elektrik keçiriciliyinə atmosferin nisbi nəmliyi də böyük təsir