n
DÜNyA İQtIsADİyyAtI
UoT 339.9:330.15:338.47
XƏZƏR HÖVZƏsİ REgİONuNuN
İQtİsADİ POtENsİAlI VƏ
İXRAC İNFRAstRuKtuRu
Xülasə
Tədqiqatın məqsədi – Xəzər hövzəsi regionunun iqtisadi
potensialının və ixrac infrastrukturunun yeni geoiqtisadi re-
allıqlar baxımından təhlili və qiymətləndirilməsi və bu are-
alda
müvafiq
təkmilləşdirmələri
şərtləndirən
perspektivlərin müəyyən olunmasıdır.
Tədqiqatın metodologiyası – amilli və müqayisəli təhlil
metodları.
Tədqiqatın nəticələri – Xəzər hövzəsi regionunun iqti-
sadi potensialının və ixrac infrastrukturunun müasir
vəziyyətinin təhlili və qiymətləndirilməsi üzrə müvafiq
ümumiləşdirmələr aparılmış, Xəzərin beynəlxalq hüquqi
statusunun müəyyən edilməsinin məqbul ssenariləri
əsaslandırılmışdır.
Tədqiqatın məhdudiyyətləri – Xəzərin yeni beynəlxalq
hüquqi statusunun formalaşması ilə bağlı fikir ayrılıqları və
Xəzər hövzəsi regionunun karbohidrogen resurslarının
dəqiq həcminin müəyyən olunması üzrə dinamik meyillərin
və konfidensiallığın mövcudluğu.
Tədqiqatın praktiki əhəmiyyəti – Xəzər hövzəsi regio-
nunun iqtisadi potensialı və ixrac infrastrukturu üzrə
məlumatlandırmada alternativ informasiya təminatlılığı və
habelə Xəzərin beynəlxalq hüquqi statusunun müəyyən
edilməsi istiqamətində tədqiqatlarda istifadə imkanlığı.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – yeni geoiqtisadi
reallıqlar baxımından Xəzər hövzəsi regionunun təbii
sərvətləri və ixrac potensialı üzrə müvafiq təhlili ümu-
miləşdirmələrin aparılması və bu kontekstdə Xəzərin
beynəlxalq hüquqi statusunun müəyyən edilməsində göz -
ləntilərin qiymətləndirilməsi.
Açar sözlər: Xəzər hövzəsi regionu, Xəzərin beynəlxalq
hüquqi statusu, karbohidrogen resursları, ixrac potensialı,
nəqliyyat və logistika sistemi.
səh. 93-128
Hacızadə Elşən
Mahmud oğlu
i.e.d., prof.
Azərbaycan Dövlət İqtisad
Universiteti
AZ 1001, Bakı ş., İstiqlaliyyət
küç., 6.
elshan@hajizada.com
4(124)
/2015
93
PDF processed with CutePDF evaluation edition
www.CutePDF.com
4(124)
/2015
E.Hacızadə
XƏZƏR hÖVZƏSİ REGİONUNUN İQTİSADİ POTENSİALI VƏ İXRAC ...
94
1. Giriş
SSRİ dövlətinin süqutundan sonra Xəzər dənizi ətrafında Rusiya (SSRİ-nin varisi)
və İrandan başqa yeni müstəqil dövlətlərin - Azərbaycan, Qazaxıstan və Türk-
mənistan yaranışı ilə bu coğrafiyanın diplomatik təcrübədə Xəzər hövzəsi regionu
adlandırılması dövriyyəyə gətirildi. O da diqqətdən yayınmamalıdır ki, Xəzər höv -
zəsi regionu vahid geosiyasi məkan olaraq çıxış etmir. Regionun ayrı-ayrı ölkələri
Avropa və Asiyaya mənsub olduqlarından, regional baxımdan isə ümumilikdə Avro -
Asiya kontinentində qovuşduqlarından onlar həm də müqabil subregionlara da aid
olu nurlar. Lakin bütün bunlara baxmayaraq, birləşdirici funksionallığı ilə mərkəzində
Xəzər dənizinin dayandığı bu coğrafiya yeni geosiyasətdə Xəzər hövzəsi regionu
olaraq təsbitini tapır.
Xəzərin əvvəllər xüsusən Azərbaycan hissəsində sənaye baxımından istismar
edilən neftli-qazlı yataqları digər Xəzər hövzəsi ölkələrinin kəşfiyyat altında olan
müvafiq sahələrində son 10-15 il ərzində hasilatın başlanması və genişlənməsi ilə
bağlı ümumilikdə böyük toplum halına gələrək qlobal energetik səciyyə daşımaq-
dadır. Hazırda bu regionda ümumi illik hasilat neftə ekvivalent ölçüdə 200 milyon
tonu ötmüşdür [5, 18, 21]. Bu sahədə mövcud layihələrin tam gücü ilə reallaşması
halında regionun hasilat gücünün orta hesabla 2 dəfəyədək artacağı gözləniləndir.
Elə bu baxımdan da, yaxın 10-15 il ərzində Xəzər hövzəsi regionunun qüdrətinin
bir qədər də artması, onun Avropanın ən böyük enerji təminatçısı rolunda çıxış etməsi
daha da genişlənəcəkdir. Bununla belə, hazırda Xəzərin beynəlxalq hüquqi statusu
məsələsinin açıq qalması buradakı karbohidrogen ehtiyatlarının mənimsənilməsində
bir sıra problemlər və məhdudiyyətlər yaradır. Bununla belə, onun beynəlxalq hüquqi
statusu məsələsinə yalnız mineral resursların istismar problemi kimi də yanaşıl-
malıdır. Xəzər dənizi və onun ətraf zonası digər təbii sərvətlər, tərkrarsız və qiymətsiz
bioloji resurslar baxımından da olduqca zəngin və möhtəşəmdir. Burada çox dəyərli
keyfiyyətləri ilə fərqlənən nərə balıqlarının 90%-i cəmləşmişdir. Avropa və Asiyanı
birləşdirən, Böyük İpək yolunun əsas marşrutları üzərində dayanan Xəzər dənizi
həm də mühüm nəqliyyat-logistik əhəmiyyət daşıyır. Yeni geostrateji reallıqlar onu
qlobal neft və qaz kəmərlərinin, beynəlxalq kommunikasiya xətlərinin gələcəyi olan
bir zonaya çevirir. Bu baxımdan da Xəzərin beynəlxalq hüquqi statusunun qəti
müəyyən olunmaması onun dünya iqtisadiyyatının inkişafına təkan verəcək poten-
siyadan səmərəli istifadəsini məhdudlaşdırır, burada həyata keçirilən və nəzərdə tu-
tulan müvafiq layihələrin reallaşmasını ləngidir, naviqasiya, kommunikasiya və
tranzit çətinlikləri yaradır. Bütün bu problemlərin araşdırılması, müvafiq təhlil və
qiymətləndirmələrin aparılması, onların aradan qaldırılması üzrə uyğun konseptual
istiqamətlərin müəyyən olunması elmi-tədqiqat baxımından da aktuallıq kəsb edir.
Nəzərdən keçirilənləri əsas götürərək məqalədə yeni geoiqtisadi reallıqlar
baxımından Xəzər hövzəsi regionunun iqtisadi potensialının və ixrac infrastruktu-