Xülasə Tədqiqatın məqsədi Xəzər hövzəsi regionunun iqtisadi



Yüklə 338,59 Kb.
Pdf görüntüsü
səhifə1/15
tarix01.02.2018
ölçüsü338,59 Kb.
#23176
növüXülasə
  1   2   3   4   5   6   7   8   9   ...   15




DÜNyA İQtIsADİyyAtI

UoT 339.9:330.15:338.47

XƏZƏR HÖVZƏsİ REgİONuNuN

İQtİsADİ POtENsİAlI VƏ 

İXRAC İNFRAstRuKtuRu

Xülasə

Tədqiqatın məqsədi – Xəzər hövzəsi regionunun iqtisadi

potensialının və ixrac infrastrukturunun yeni geoiqtisadi re-

allıqlar baxımından təhlili və qiymətləndirilməsi və bu are-

alda 


müvafiq 

təkmilləşdirmələri 

şərtləndirən

perspektivlərin müəyyən olunmasıdır.



Tədqiqatın metodologiyası – amilli və müqayisəli təhlil

metodları.



Tədqiqatın nəticələri – Xəzər hövzəsi regionunun iqti-

sadi  potensialının  və  ixrac  infrastrukturunun  müasir

vəziyyətinin  təhlili  və  qiymətləndirilməsi  üzrə  müvafiq

ümumiləşdirmələr aparılmış, Xəzərin beynəlxalq hüquqi

statusunun  müəyyən  edilməsinin  məqbul  ssenariləri

əsaslandırılmışdır.



Tədqiqatın məhdudiyyətləri – Xəzərin yeni beynəlxalq

hüquqi statusunun formalaşması ilə bağlı fikir ayrılıqları və

Xəzər  hövzəsi  regionunun  karbohidrogen  resurslarının

dəqiq həcminin müəyyən olunması üzrə dinamik meyillərin

və konfidensiallığın mövcudluğu.

Tədqiqatın praktiki əhəmiyyəti – Xəzər hövzəsi regio-

nunun  iqtisadi  potensialı  və  ixrac  infrastrukturu  üzrə

məlumatlandırmada alternativ informasiya təminatlılığı və

habelə  Xəzərin  beynəlxalq  hüquqi  statusunun  müəyyən

edilməsi istiqamətində tədqiqatlarda istifadə imkanlığı.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – yeni geoiqtisadi

reallıqlar  baxımından  Xəzər  hövzəsi  regionunun  təbii

sərvətləri  və  ixrac  potensialı  üzrə  müvafiq  təhlili  ümu-

miləşdirmələrin  aparılması  və  bu  kontekstdə  Xəzərin

beynəlxalq hüquqi statusunun müəyyən edilməsində göz -

ləntilərin qiymətləndirilməsi.



Açar sözlər: Xəzər hövzəsi regionu, Xəzərin beynəlxalq

hüquqi statusu, karbohidrogen resursları, ixrac potensialı,

nəqliyyat və logistika sistemi.

səh. 93-128

Hacızadə Elşən 

Mahmud oğlu

i.e.d., prof.

Azərbaycan Dövlət İqtisad 

Universiteti

AZ 1001, Bakı ş., İstiqlaliyyət

küç., 6.

elshan@hajizada.com



4(124)/2015

93

PDF processed with CutePDF evaluation edition

www.CutePDF.com



4(124)/2015

E.Hacızadə

XƏZƏR hÖVZƏSİ REGİONUNUN İQTİSADİ POTENSİALI VƏ İXRAC ...



94

1. Giriş

SSRİ dövlətinin süqutundan sonra Xəzər dənizi ətrafında Rusiya (SSRİ-nin varisi)

və  İrandan  başqa  yeni  müstəqil  dövlətlərin  - Azərbaycan,  Qazaxıstan  və Türk-

mənistan yaranışı ilə bu coğrafiyanın diplomatik təcrübədə Xəzər hövzəsi regionu

adlandırılması dövriyyəyə gətirildi. O da diqqətdən yayınmamalıdır ki, Xəzər höv -

zəsi regionu vahid geosiyasi məkan olaraq çıxış etmir. Regionun ayrı-ayrı ölkələri

Avropa və Asiyaya mənsub olduqlarından, regional baxımdan isə ümumilikdə Avro -

Asiya kontinentində qovuşduqlarından onlar həm də müqabil subregionlara da aid

olu nurlar. Lakin bütün bunlara baxmayaraq, birləşdirici funksionallığı ilə mərkəzində

Xəzər dənizinin dayandığı bu coğrafiya yeni geosiyasətdə Xəzər hövzəsi regionu

olaraq təsbitini tapır.

Xəzərin əvvəllər xüsusən Azərbaycan hissəsində sənaye baxımından istismar

edilən neftli-qazlı yataqları digər Xəzər hövzəsi ölkələrinin kəşfiyyat altında olan

müvafiq sahələrində son 10-15 il ərzində hasilatın başlanması və genişlənməsi ilə

bağlı ümumilikdə böyük toplum halına gələrək qlobal energetik səciyyə daşımaq-

dadır. Hazırda bu regionda ümumi illik hasilat neftə ekvivalent ölçüdə 200 milyon

tonu ötmüşdür [5, 18, 21]. Bu sahədə mövcud layihələrin tam gücü ilə reallaşması

halında regionun hasilat gücünün orta hesabla 2 dəfəyədək artacağı gözləniləndir.

Elə bu baxımdan da, yaxın 10-15 il ərzində Xəzər hövzəsi regionunun qüdrətinin

bir qədər də artması, onun Avropanın ən böyük enerji təminatçısı rolunda çıxış etməsi

daha da genişlənəcəkdir. Bununla belə, hazırda Xəzərin beynəlxalq hüquqi statusu

məsələsinin açıq qalması buradakı karbohidrogen ehtiyatlarının mənimsənilməsində

bir sıra problemlər və məhdudiyyətlər yaradır. Bununla belə, onun beynəlxalq hüquqi

statusu məsələsinə yalnız mineral resursların istismar problemi kimi də yanaşıl-

malıdır. Xəzər dənizi və onun ətraf zonası digər təbii sərvətlər, tərkrarsız və qiymətsiz

bioloji resurslar baxımından da olduqca zəngin və möhtəşəmdir. Burada çox dəyərli

keyfiyyətləri ilə fərqlənən nərə balıqlarının 90%-i cəmləşmişdir. Avropa və Asiyanı

birləşdirən, Böyük İpək yolunun əsas marşrutları üzərində dayanan Xəzər dənizi

həm də mühüm nəqliyyat-logistik əhəmiyyət daşıyır. Yeni geostrateji reallıqlar onu

qlobal neft və qaz kəmərlərinin, beynəlxalq kommunikasiya xətlərinin gələcəyi olan

bir zonaya çevirir. Bu baxımdan da Xəzərin beynəlxalq hüquqi statusunun qəti

müəyyən olunmaması onun dünya iqtisadiyyatının inkişafına təkan verəcək poten-

siyadan səmərəli istifadəsini məhdudlaşdırır, burada həyata keçirilən və nəzərdə tu-

tulan müvafiq layihələrin reallaşmasını ləngidir, naviqasiya, kommunikasiya və

tranzit çətinlikləri yaradır. Bütün bu problemlərin araşdırılması, müvafiq təhlil və

qiymətləndirmələrin aparılması, onların aradan qaldırılması üzrə uyğun konseptual

istiqamətlərin müəyyən olunması elmi-tədqiqat baxımından da aktuallıq kəsb edir.

Nəzərdən  keçirilənləri  əsas  götürərək  məqalədə  yeni  geoiqtisadi  reallıqlar

baxımından Xəzər hövzəsi regionunun iqtisadi potensialının və ixrac infrastruktu-



Yüklə 338,59 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə