Xülasə Tədqiqatın məqsədi Xəzər hövzəsi regionunun iqtisadi



Yüklə 338,59 Kb.
Pdf görüntüsü
səhifə2/15
tarix01.02.2018
ölçüsü338,59 Kb.
#23176
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   15

4(124)/2015

E.Hacızadə

XƏZƏR hÖVZƏSİ REGİONUNUN İQTİSADİ POTENSİALI VƏ İXRAC ...



95

runun təhlili və qiymətləndirilməsi və bu coğrafiyada müvafiq təkmilləşdirmələri

şərtləndirən  perspektivlərin  müəyyən  olunması  məqsəd  olaraq  qarşıya  qoyulur.

Məqsədə nail olmaq üçün tədqiqat vəzifələri kimi öncə Xəzərlə bağlı tarixi-coğrafi

özəlliklərin, onun ekosisteminin, sərvətlər çevrəsinin təhlilinə seçim edilmişdir. Bu

sırada həm də prinsipial vəzifə kimi Xəzərin dəniz və göl olmasını şərtləndirən prin-

sip və meyarlar bir araya gətirilərək təhlil obyektinə çevrilmişdir. Xəzərin beynəl -

xalq-hüquqi statusu probleminin arşdırılması, onun sərvətlərindən və nəqliyyat-

logistika potensialından səmərəli istifadə imkanları və bütün bu müstəvidə özünü

biruzə verən mümkün görüntülü amillər sferası tədqiqat altına alınmışdır.



2. Xəzər: tarixi-coğrafi özəlliklər, ekosistem, sərvətlər və çətinliklər

AvroAsiya kontinentində - Avropa ilə Asiyanın qovuşduğu məkanda yerləşən

Xəzər dünyada ən böyük qapalı su hövzəsidir. Ölçüsünə, geoloji xarakterinə və

inkişaf tarixinə görə dəniz hesab edilir. Tarixi mənbələrdə və ədəbiyyatlarda Xəzər

dənizinin çoxsaylı adlarına - Kirkan, Gürgan, Kaspi, Abeskun, Xarəzm, Bakı, Dər-

bənd, Şirvan, Mazandaran, Şaray, Şi Hay, Xvalın və s. rast gəlinir. Bunlardan hazırda

Xəzər və Kaspi adları daha çox işlədiləndir [10, 11, 22]. Coğrafi parametrlərinə görə

o, 37-47-ci şimal enlikləri və 47-55-ci şərq uzunluqları arasında mövqedə dayanır.

Dəniz səviyyəsindən 28 metr aşağıda qərar tutan Xəzərin ümumi sahəsi təxminən

371 min km

2

, uzunluğu (şimaldan-cənuba) 1205 km, eni isə (qərbdən-şərqə) 195



km-dən 435 km-dəkdir (ortalama 310-320 km). Suyunun ümumi həcmi 78,2 min

km

3



olub, sahil xəttinin uzunluğu 6,5-6,7 min km (onun 800 km-ə qədəri Azərbaycan

ərazisinə düşür), adalarla birlikdə 7 min km-ə yaxındır. Burada ən dərin yer 1025

metr, orta dərinlik isə 208 metrdir [1, 2, 20. 23].

Relyefinə və hidroloji xüsusiyyətlərinə görə Xəzər dənizi Şimali Xəzər (dərinliyi

25 m-dək), Orta Xəzər (Dərbənd çökəkliyində dərinliyi 788 m-dək) və Cənubi Xəzər

(dərinliyi 1025 m-dək) olmaqla üç hissəyə bölünür. Orta Xəzərin Şimali Xəzərlə

təbii sərhədi Manqışlaq astanası, Cənubi Xəzərlə təbii sərhədi isə Abşeron astanası

boyunca keçir.

Tarixi, arxeoloji, geoloji araşdırmalar göstərir ki, Xəzər dənizi Üst Miosenə qədər

Qara dənizlə əlaqədə olmuşdur. Sonra bu əlaqə kəsilmiş, Xəzər dənizi qapalı su

hövzəsinə  çevrilmişdir.  Üst  Pliosendə  (Akçaqıl  əsrində)  okeanla  yenidən  bir-

ləşmişdir. O zaman Xəzərin Baltik dənizinə də çıxışları varmış. Ümumiyyətlə, Xəzər

dənizi qədim dövrdə okeanla birləşmiş, 50-60 milyon il öncə Aralıq, Qara və Azov

dənizləri  ilə  birlikdə  Para Tetis  dənizinin  tərkibində  olmuşdur.  Xəzər  dənizinin

əlahiddə su hövzəsi kimi yaşı 3-5 milyon il hesab edilir. Hazırda Xəzər dənizi Qara

dənizlə süni yaradılmış Volqa-Don kanalı, Baltik dənizi ilə isə Volqa-Baltik su yolu

vasitəsilə birləşmişdir.



Xəzər dənizinin suyu okean mənşəlidir. Burada suyun orta duzluluğu okean suyu-

nun orta duzluluğundan təxminən 3 dəfə az - 12,85 ‰ (promil) təşkil edir. Aşağı

duz luluq dənizin qapalı və çay axınlarının böyük olması ilə əlaqələndirilir. Xəzər

suyunda okean sularına nisbətən karbonat və sulfatların miqdarı çox, xloridlərin miq-

darı isə azdır.

Xəzər dənizinin iqlimi şimal hissədə kontenental, mərkəzdə orta, cənubda sub-

tropikdir. Qışda havanın temperaturu şimalda - 8... - 10, yayda cənubda + 26... + 27

dərəcə dəyişir. Maksimal istilik + 44 dərəcə qeydə alınmışdır. Burada temperatur re-

jimi istilik balansı elementlərinin illik dəyişmələrinin təsiri nəticəsində formalaşır.

Əsas istilik mənbəyi günəşdən daxil olan qısadalğalı radiasiyadır. Dəniz suyunun

səth temperaturu Şimali və Orta Xəzərdə 24-24°C, Cənubi Xəzərdə isə 25-28°C-ə

bərabər olur. Yay mövsümündə dənizin orta hissəsində mənfi temperatur anom-

aliyaları da müşahidə edilir. Dənizin dayaz şimal hissəsi hər il donmaya məruz qalır.

Sərt qışda Şimali Xəzərin bütün səthi, mülayim qışda isə 3 m izobata (su hövzələrinin



dərinliyinin bərabər ölçülü xətləri) qədər olan əraziləri donur. Burada ən böyük buz

qatı yanvar-fevral aylarında (sərt qışda sal buzun qalınlığı 70-90 sm, mülayim qışda



35-40  sm)  müşahidə  edilir.  Cənubi  Xəzərdə  isə  çox  nadir  hallarda  buz  yaranır.

Dənizdə buzların yaşama müddəti - normal qış mövsümlərində Şimali Xəzərin dayaz

sahil  zonaları  60-140  gün,  açıq  dəniz  rayonlarında  isə  10-40  gündür.  Yay

mövsümündə dənizin orta hissəsində mənfi temperatur anomaliyaları da müşahidə

edilir.

Xəzər həm də Yer kürəsinin küləkli və dalğalı dənizlərindən sayılır. Statistik təqdi-



matlara görə dənizdə ildə 250 gün qasırğalı küləklər müşahidə edilir. Burada ən

böyük dalğalar 8 m-ə qədər yüksəlir [2, 7, 20, 23].

Xəzərə 130-dan çox çay tökülür. Onlardan ən böyükləri sırasında Volqa, Kür,

Emba, Ural, Terek, Sulak, Samur, Səfidrud və Kürkan çayları yer alır. Onlardan yal-

nız doqquzunun mənsəbi delta xarakterlidir. Volqa Xəzərə tökülən ən böyük çaydır

və onun uzunluğu 3531 km, çoxillik orta axımı isə 251-254 km

3

-dir. Xəzərin şərq



sahillərində hidroqrafik şəbəkə yox dərəcəsindədir. Qazaxıstan ərazisindən Ural və

Emba çayları, Türkmənistandan isə yeganə daimi su axarı Atrek çayı axır. Türk-

mənistan sahilində Xəzər dənizinin ən nəhəng körfəzi - Qara-Boğaz-Qol yerləşir.

Bu körfəz-göl xüsusi maraq kəsb edir. Sahəsi 25 min km

2

-ə yaxın olan Qara-Boğaz-



Qol dənizin səviyyəsindən asılılıqda hüdudlarını dövri olaraq dəyişir. Onu dənizlə

eni  110-300  metr  və  uzunluğu  8-10,5  km  olan  dar  boğaz  birləşdirir.  Körfəzin

səviyyəsi Xəzər dənizinin səviyyəsindən daim dəyişkən olaraq 2-6 metr aşağıdır.

Belə vəziyyət isə dənizlə göl arasında unikal təmas - dünyada yeganə olan dəniz

şəlaləsi yaratmışdır [1, 2, 23].

Xəzər  dənizi  və  onun  ətraf  zonası  təbii  resurslar  baxımından  çox  zəngindir.

Dənizin özü də tərkrarsız və qiymətsiz olan bioloji resurslarla möhtəşəmdir. Burada

yüzdən çox balıq növü 45 mm uzunluqda olan hirkanobus xul balığından tutmuş



E.Hacızadə

XƏZƏR hÖVZƏSİ REGİONUNUN İQTİSADİ POTENSİALI VƏ İXRAC ...



4(124)/2015

96


Yüklə 338,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə