Xülasə Tədqiqatın məqsədi Xəzər hövzəsi regionunun iqtisadi



Yüklə 338,59 Kb.
Pdf görüntüsü
səhifə4/15
tarix01.02.2018
ölçüsü338,59 Kb.
#23176
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   15

Göl (ingiliscə - lake - dəniz) materikin quru hissəsi üzərində yerləşən, tam quru

sahillərə malik qapalı və həmçinin dənizlər və dünya okeanı ilə birbaşa əlaqəsi ol-

mayan su hövzəsidir. Göllər geoloji baxımdan nisbətən yaxın keçmişdə, son bir neçə

on min illər ərzində yaranmışlar. Bununla belə, təkrarolunmaz Baykal kimi bəzi göl-

lərin yaşı milyon illərlə hesablanır. Göllərin suyu əsasən şirin olsa da, şor sulu olan-

ları da az deyildir. Gölləri əsasən tektonik, vulkanik, süni, şirin və duzlu olması kimi

əlamətlərinə  görə  fərqləndirirlər.  Tektonik  göllərin  yaranışı  tektonik  plitələrin

sınıqları ilə şərtlidir (Baykal gölü). Tektonik göllər sırasında reliktiv (qalıq) olanları

da vardır. Belə göllərin hövzəsi əvvəllər şor dəniz suyu ilə dolmuş, lakin atmosfer

çöküntülərinin təsiri ilə şirin olmuşlar (Ladoqa gölü). Vulkanik göllər mahiyyətcə

vulkan kraterin su ilə dolması ilə bağlıdır. Buzlaqların yaratdığı göllər də mövcuddur.

Göllər duz yataqları sahələrində yer altında da olurlar. Onlar, həmçinin axını olanlar

və axını olmayanlara da təsnifatlandırılırlar. Axını olanlardan çaylar başlanğıc alır.

Axını olmayanların suyunda həll olunmuş duzların miqdarı çox olur. Duzlu göllərdə

bir qayda olaraq duzluluq 47%-ə qədər olur. Bundan başqa Su Elektrik Stansiyaları,

meliorasiya, irriqasiya, içməli su anbarı və s. kimi süni yaradılmış göllər də vardır.

Dünyanın ən böyük gölü Xəzər dənizidir. O, məhz böyük olduğu üçün dəniz adlanır.

Onun sahəsi dünyadakı bütün göllərin ümumi sahəsinin 44%-nə bərabərdir [2, 7,

21. 23].

Xəzərə dəniz və ya göl münasibətlərinin də tarixi qədimdir. Xəzər haqqında üç

min il öncə Zərdüştlüyün müqqədəs kitabı Avestada xatırlamalara rast gəlinir. Belə

xatırlamalar, həmçinin assuriyalıların gil kitabələrində (b.e.ə. VIII-VII) onun “Böyük

Şərq Dənizi” kimi adlandırılması ilə də öz əksini tapmışdır [20. 23].

Xəzərdən ilk dəfə antik yunan coğrafiyaşünası və tarixçisi Hekatey Miletli (b.e.ə.



546-480-ci illər) bəhs etmiş, onu okean körfəzi və Hirkan (farsca - qurdlar ölkəsi)

dənizi adlandırmışdır. Hekateyin həmyerlisi, digər qədim yunan filosofu Anaksi-

mandr  Miletlinin  (b.e.ə.  610-575/540-ci  illər)  məşhur  dünya  xəritəsini  yenidən

E.Hacızadə

XƏZƏR hÖVZƏSİ REGİONUNUN İQTİSADİ POTENSİALI VƏ İXRAC ...



4(124)/2015

99

Şəkil 1: Hekateyin dünya xəritəsi

(b.e.ə. VI)

Şəkil 2: Heredotun dünya xəritəsi

(b.e.ə. VI)


işləyərək orada Xəzəri əks etdirmişdir. Bu istiqamətdə tədqiqatları olan sovet ta -

rixçisi  Lev Yelnski  (1907-1979)  həmin  yanaşmaları  təhlil  edərək  belə  nəticəyə

gəlmişdir ki, Hekatey Aralıq dənizi istisna olmaqla bütün digərlərini, o cümlədən

Xəzəri qapalı hesab etmişdir. Lakin tarixin atası adlandırılan məşhur antik yunan

tarixçisi Heredot (b.e.ə. 484-425-ci illər) bir dəniz haqqında baxışın mexaniki olaraq

digərinə tətbiq edilməsinə qarşı çıxmış və Xəzərin digər dənizlə əlaqəsi olmadığını

göstərmişdir. Heredot bu reallığın tərtib etdiyi dünya xəritəsində təsbitini vermiş,

Qırmızı və Ərəbistan dənizlərini isə sələflərindən fərqli olaraq əlahiddə okeanla

əlaqəliliyini göstərmişdir.

Fars şahı, Əhəmənilər dövlətini b.e.ə. 522-486-cı illərdə idərə etmiş I Dara (b.e.ə.



550-486) Xəzər dənizini tədqiq etməyə göstəriş vermiş və aparılan araşdırmalarla

onun qapalı dəniz olması müəyyən edilmişdir. 

Antik dövrdə Xəzərin qapalı hövzə olmasını məşhur yunan filosofu Aristotel

(b.e.ə.  384-322) də  müdafiə  etmişdir.  O,  həm  də  Xəzərin  Qara  dənizlə  yeraltı

əlaqəsinin olması fikrini də irəli sürmüşdür.

Şərqə qlobal yürüş keçirən Makedoniyalı İskəndəri də Xəzərin okeanla əlaqəliliyi

maraqlandırmış və o, dənizin tədqiqi ilə bağlı bir ekspedisiyanın təşkili üzrə qərar

da vermişdir. Lakin reallıqda bu ona müəssər olmamışdır. İskəndərin ölümündən bir

neçə onillik sonra onun mühafizəçisi ellin dövlətlərindən birinin çarı olmuş Selevek

I Nikator (b.e.ə. 358-281) bu tədqiqatların əsaslı olaraq davam etdirilməsi haqqında

göstəriş  vermişdir.  B.e.ə.  285-282-ci  illərdə  makedoniyalı  Patrokl  da  müvafiq

tədqiqatlar  aparmış  və  Xəzərin  şimaldan  boğaz  vasitəsi  ilə  okeana  qovuşması

nəticəsinə  gəlmişdir.  Bu  səhvi  antik  yunan  riyaziyyatçısı,  astronom,  şair  və

coğrafiyaşünas Eratosfen Kirenskiy (b.e.ə. 276-194-cü illər) və antik yunan tarixçısi

və coğrafiyaşünası Strabon (b.e.ə. 64/63-24/24-cü illər) təkrarlayaraq, özlərinin tərtib

etdikləri dünya xəritəsində Xəzərin okean sahilində, onunla birbaşa əlaqəlilikdə kör-

fəz dəniz kimi təsvir etmişlər. Eyni baxışları erkən Roma coğrafiyaşünası Pomponiy

Mela (15-60) da bölüşmüşdür. Bizim eranın əvvələrində yaşamış məşhur İskəndəriy -

yəli riyaziyyatçı, astronom və coğrafiyaşünas Klavdiy Ptolomey (100-170) isə bütün

bunlara zidd olaraq Heredot kimi Xəzəri qapalı su hövzəsi hesab etmişdir. Xəzəri

heç zaman görməyən Klavdiy Ptolomey onu oval şəkilli təsvir edərək bu məsələdə

okenla əlaqəlilik baxışına birdəfəlik son qoymuşdur [10, 11].

Xəzər orta əsrlərdə Osman imperiyasının maraqlarına da tuş gəlmişdir. Bu da

təbii idi. Belə ki, XVI əsrin ortalarında Osmanlı dövləti Şimali Qafqaza soxulmağa

çalışan Moskva knyazı IV İvanın cəhdlərinin qarşısını almaq, Həştərxan və Kazan

xanlıqlarını bərpa etmək, Volqaboyunda möhkəmlənmək əzmində idi. Bunun üçün

üç Osmanlı sultanının vəziri olmuş Sokullu Məmməd Paşa (1505-1575) Don və

Volqa çayları arasında kanal çəkilməsi ilə Qara dənizlə Xəzərin su yolu birləş -

dirilməsi layihəsi planlaşdırılmışdı. Lakin Osmanlı ordusunun 1569-cu ildə Volqa -

boyuna yürüşünün uğursuz olması bu planı gerçəkləşdirməyə imkan verməmişdir.



E.Hacızadə

XƏZƏR hÖVZƏSİ REGİONUNUN İQTİSADİ POTENSİALI VƏ İXRAC ...



4(124)/2015

100


Yüklə 338,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə