Xülasə Tədqiqatın məqsədi Xəzər hövzəsi regionunun iqtisadi



Yüklə 338,59 Kb.
Pdf görüntüsü
səhifə7/15
tarix01.02.2018
ölçüsü338,59 Kb.
#23176
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10   ...   15

4(124)/2015

E.Hacızadə

XƏZƏR hÖVZƏSİ REGİONUNUN İQTİSADİ POTENSİALI VƏ İXRAC ...



106

Azərbaycan  arasında  dənizin  dibinin  delimitasiya  (həmsərhəd  hissələrinə  aid



fərqləndirici xətlərin kəsişmə nöqtəsi) haqda saziş imzalanmışdır. Bu razılaşma 3

dövlətin su sərhədlərinin ortaq xətt boyunca müəyyənləşdirilməsini nəzərdə tutur.

Həmin ölkələrə neft-qaz və mineral resursların öz milli sektorları daxilində istismar

etməsinə şərait yaradır. Həmin sənəd üçtərəfli formatda dəniz akvatoriyası ehtiyat-

larının 60%-dən çoxunun hüquqi statusunu qanuniləşdirmiş oldu. Bununla yanaşı,

həmin ildə dəniz mühitinin mühafizəsi üzrə Çərçivə Sazişi də imzalanmışdır.

Vurğulanmalıdır  ki,  status  məsələsinin  həllində  əsas  rol  Xəzəryanı  ölkələrin

başçılarının sammitlərinə ayrılmışdı. Ötən müddətdə cəmi 4 belə toplantı keçi -

rilmişdir.  İlk  sammit  2002-ci  ilin  aprelində  Türkmənistanın  paytaxtı  Aşqabad

şəhərində baş tutmuşdur. Bu zaman Rusiya Xəzərin “bərabər uzaqlıqda orta xətt”

formulu üzrə bölünməsi və sərhədlərinin müəyyən edilməsi təklifi ilə çıxış etdi.

Həmin prinsipə görə suyun səthi gəmiçilik üçün ümumi istifadədə qalır, dibi isə orta

xətlərin köməyi ilə Rusiyaya 20%, Qazaxıstana 29,5%, Azərbaycana 21%, Türk-

mənistana 17%, İrana isə 12,5% verilir. Bu yanaşmaya Rusiya, Qazaxıstan və Azər-

baycan razı, İran və Türkmənistan isə əleyhinə idilər. Əksinə, İran dənizin 5 bərabər

hissələrə bölünməsi təklifini irəli sürdü. Türkmənistanın Azərbaycanla iki ölkənin

dəniz sərhədində yerləşən mübahisəli neft yataqları üzrə yaratdığı konflikt isə sam-

mitin boşa çıxması ilə nəticələndi. Burada verilən qərar yalnız növbəti toplantının

İranın paytaxtı Tehranda keçirilməsi ilə bağlı oldu. 2007-ci ilin oktyabrında Tehranda

keçirilən II sammitdə Xəzərin statusuna dair yalnız sahilyanı dövlətlər dənizə və

onun resurslarına münasibətdə suveren hüquqlara malikliyi və bu istiqamətdə ümumi

yanaşmaları əks etdirən bir konvensiyanın hazırlanması üzrə bəyannamə qəbul ol-

undu.

Növbəti sammit 2010-cu ildə, Azərbaycanın paytaxtı Bakı şəhərində keçirildi.



Burada Xəzərdə təhlükəsizlik istisnasız olaraq sahilyanı ölkələrin işi hesab edilən

“Xəzər beşliyi”nin birgə bəyanatı qəbul olundu. Qərara gəlindi ki, müvafiq qurumlar

3 ay ərzində milli dəniz zolağının eninin 24 dəniz mili olmasını razılaşdırsınlar.

Hələ ki, sonuncu olan IV sammit isə 2014-cü ildə Rusiyanın şimal Xəzər limanı

olan Həştərxan şəhərində keçirilmişdir. Bu sammitdə dövlət başçıları 19 bənddən

ibarət birgə memorandum qəbul etdilər. Həmin sənəddə Xəzər akvatoriyasında digər

dövlətlərin hərbi qüvvələrinin olmaması, sahilyanı ölkələrin bir-birinin suverenliyi

və ərazi bütövlüyü, bərabərliyi, güc tətbiq eləməmək və güc tətbiqi ilə hədələməmək,

habelə qarşılıqlı hörmət, əməkdaşlıq, tərəflərin daxili işlərinə qarışmamaq haqda

çoxsaylı razılaşmalar vardır. Burada, həmçinin deyilir ki, Xəzər “dinc məqsədlər”

üçün istifadə edilməli, onun akvatoriyası “sülh, mehriban qonşuluq, dostluq və əmək-

daşlıq zonası”na çevrilməli və tərəflər dənizlə bağlı bütün mübahisəli məsələləri

dinc vasitələrlə həll etməlidirlər. Lakin bütün bunlara baxmayaraq, artıq üçüncü onil-

liyə qədəm qoyan danışıqlar hamını qane edəcək formulun və uyğun sərfəli konven-

siyanın əldə edilməsinə hələ ki, gətirib çıxarmamışdır [16, 21].



1

1 dəniz mili = 1,852 km.

2

Bu sular sahilyanı dövlətlərin ərazisinin tərkib hissəsi olaraq qanuniləşdirilmişdir.



4(124)/2015

E.Hacızadə

XƏZƏR hÖVZƏSİ REGİONUNUN İQTİSADİ POTENSİALI VƏ İXRAC ...



107

4.3.Beynəlxalq hüquq

Xəzərin status məsələsində önəmli yer beynəlxalq hüquqa aiddir. Bu sırada 1982-

ci ildə qəbul edilən əhəmiyyət daşıyır. Bu konvensiya dənizlər və okeanlar üzrə

hüququ tənzimləyir. Burada dəniz hövzəsi dövlətlərinin 200 millik zonada kəşfiy -

yatın tənzimlənməsi, su qatı, dəniz dibi yerin təkində cəmləşən canlı və cansız təbii

ehtiyatların işlənməsi və saxlanmasında suveren hüquqlara malik olması təsbit edilir.

Ona görə də, buradakı hüquqları birbaşa coğrafi təsnifata görə göl olan Xəzərə aid

etmək çətindir. Bu həm də Xəzərin qapalı su hövzəsi kimi dünya okeanına birbaşa

çıxışının olmamasından irəli gəlir. Əgər bu tələblər əsasında Xəzərə dəniz statusu

verilərsə, o zaman Volqa və Don çaylarının, Volqa-Don kanalının, Qara dənizin,

Azov dənizinin statusuna da yenidən baxılmalı, sahilyanı ölkələr Xəzər dənizi va-

sitəsi ilə dünya okeanına çıxışı üçün yeni səlahiyyətlər almalıdır. Digər tərəfdən o

da nəzərə alınmalıdır ki, dövlətlər arasında sərhəd xətti qarşılıqlı razılaşmaya və

beynəlxalq dəniz hüququna görə sərhəd boyu axan çaylarda çayın, göl və dənizlərdə

isə onların tən ortasından keçməlidir. Belə olan təqdirdə Xəzər dənizindəki sərhədlər

dənizin tən ortasından keçən xətlə hüdudlanmalıdır. Həm də nəzərə alınmalıdır ki,

bir qayda olaraq çaylar üçün müəyyən, yəni ən dərin kanalın orta xətti - talveqdir

(almanca - Talweg, Tal - vadi və Weg - yol. Çayın, vadinin, yarğanın və digər bu



kimi uzanan relyef formalarının ən aşağı dib hissələrini birləşdirən xətt), göllər üçün

isə sərhəd kimi orta və ya ekvidstansiya (latınca - ekvi - bərabər. Bərabər uzaqlaşan,



orentasiya) xətti götürülür. Xüsusi hallarda bu bəzən dəyişdirilə də bilər [8, 17].

BMT-nin  Dəniz  Hüququ  üzrə  Konvensiyasının  müvafiq  tənzimləmədə  qəti

mükəmməlliyi haqqında fikir yürütmək çətindir. Həmçinin o da göstərilməlidir ki,

bu sferada müvafiq sərhədlərdən kənarda yerləşən ehtiyatların mənimsənilməsi üçün

xüsusi orqanın yaradılması prosesi də hələ başa çatmamışdır. Lakin bu Konvensiya

pis və ya yaxşı olmasına baxmayaraq, dövlətlər tərəfindən tanınır. Burada hətta

dənizə heç bir təbii çıxışı olmayan ölkələrə də bir sıra müvafiq dəniz hüquqları, o

cümlədən beynəlxalq dəniz dibi rayonunun ehtiyatlarından faydalanmaq hüququ

veri lir. Bu baxımdan Xəzər adi dəniz məkanı olaraq tanınsa, onda bu konvensiya

birbaşa ona şamil olunacaqdır. Nəticədə hər bir Xəzər dövləti 12 mil

1

(22,2 km) olan



məhəlli suları

2

(kontinental şelf) və 200 mil (370,4 km) müstəsna iqtisadi zona üzrə



suveren  hüquqlar  qazanacaqdır.  Xəzərin  orta  en  kəsiyinin  200  mili  aşmaması

vəziyyətində müstəsna iqtisadi zona orta xətt prinsipi üzrə təyin olunacaqdır. Bu isə

o deməkdir ki, Xəzərsahili dövlətlər və ondan kənar ölkələr müstəsna iqtisadi zon-

adan istifadə hüququ əldə edəcəklər. Buraya isə gəmiçilik və uçuşlar, kabel və boru

xətlərinin düzümü, elmi tədqiqatların aparılması və s. daxildir [12, 17].

Göllər hüquqi baxımdan iqtisadi zona, şelf, məhəlli sular kateqoriyasına malik

deyillər.  Onlar  daxili  sulara  aid  edilir  və  beynəlxalq  rejimlə  tənzimlənməyərək



Yüklə 338,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə