Xülasə Tədqiqatın məqsədi Xəzər hövzəsi regionunun iqtisadi



Yüklə 338,59 Kb.
Pdf görüntüsü
səhifə15/15
tarix01.02.2018
ölçüsü338,59 Kb.
#23176
növüXülasə
1   ...   7   8   9   10   11   12   13   14   15

4(124)/2015

E.Hacızadə

XƏZƏR hÖVZƏSİ REGİONUNUN İQTİSADİ POTENSİALI VƏ İXRAC ...



122

Sahilyanı  dövlətlərlə  isə  əlaqələr  Xəzərin  limanları  vasitəsi  ilə  və  mümkün

olduqca quru yolları ilə qurulur. Quru yüklər, neft və neft məhsulları gəmilər və

tankerlər vasitəsi ilə daşınır. Bakı (Azərbaycan), Aktau (Qazaxıstan) və Türkmənbaşı

(Türkmənistan) limanlarında qatarların hərkətini təmin edən bərə keçidləri vardır.

Xəzərdə  isə  su  nəqliyyatından  istifadənin  uzun  tarıxi  kökləri  vardır.  Burada

gəmiçiliyin min illər mövcudluğunu Xəzərin Abşeron sahillərində yerləşən qədim

Qobustan yaşayış məskənindəki qayalarda gəmi şəkillərinin olması bir daha əyani

yəqinliklər gətirir. 

Məşhur  norveçli  alim  və  dəniz  səyyahı  Tur  Heyerdal  (1914-2002)  dəfələrlə

hazırkı Qobustan qoruğuna gəlmiş və qaya rəsmlərindəki qamış gəmilərin b.e.ə. VI

minilliyə aid olması ilə bağlı rəyləri təsdiqləmişdir. Burada məşhur səyyahın bir fikri

də  xüsusi  maraq  doğurur.  Onun  qənaətincə,  Azərbaycan  xalqının  kokü  ilə

norveçlilərin bağlılığı vardır. Bu bir daha ondan irəli gəlir ki, min illər öncə Xəzər

dənizinin Baltik dənizinə çıxışları olmuşdur. Bununla belə, Xəzərdə iri gəmilərin

yaranması son iki yüz ilə təsadüf edir [21].

XIX  əsrin  70-80-ci  illərində  Azərbaycanda  neft  sənayesinin  sürətli  inkişafı

Xəzərdə dəniz nəqliyyatının sürətli inkişafına təkan vermişdir. Rusiya parlamentinin

1858-ci il 21 may fərmanı ilə yaradılan “Qafqaz və Merkuri” Səhmdar Dənizçilik

Cəmiyyəti Xəzərdə Azərbaycana məxsus dəniz gəmiçiliyinin rəsmi təsisat tarixi ol-

muşdur. Həmin illərdə Xəzərdə təşəkkül tapan dəniz donanması Rusiya dəniz do-

nanmasının  daşıdığı  yükün  40%-ə  qədərini  əlində  cəm  etmişdi.  1861-ci  ildə

Rusiyada bütün sərnişin, yük gəmilərinin 72,5%-i (296 ədəd) Xəzərdə işləyirdi. Bu

illərdə təkcə dəniz vasitəsi isə һər il 350 milyon puddan çox neft məһsulları ixrac

olunurdu. Ticari əlaqələrin genişlənməsi və texnoloji nailiyyətlər Bakı neftinin dünya

bazarına çıxışına yeni texniki imkanlar verirdi. Belə ki, dünyada ilk neft tankeri

1878-ci ildə yükgötürmə qabiliyyəti 250 ton olan “Zaroastr” (Zərdüşt) adlı tanker

və eyniliklə də 1903-cü ildə dünyada ilk teploxod (“Vandal”) Xəzərdə hərəkət et-

mişdir. O dövrlərdə Bakı limanlarından 40 ölkənin müxtəlif gəmiləri yük daşıyırdı.

1900-cü ildə Bakı limanı quru yük, neft məhsulları və sərnişin daşımalarına görə

dünyada birinci yeri tuturdu. 1908-ci ildə isə artıq tutumu 6 min ton olan dəniz

tankeri fəaliyyət göstərirdi. XX əsrin əvvəllərində Azərbaycanda neft və neft məh-

sullarının təqribən 80%-i dəniz nəqliyyat vasitələrindən istifadə etməklə nəql olun-

muşdur [3].

Azərbaycanda paytaxt Bakının Xəzər sahilində multimodal daşımaları həyata

keçirən mühüm nəqliyyat logistik mərkəz fəaliyyət göstərir. Hazırda şəhərin cənub

girişində bütün Xəzər hövzəsi regionunda ən böyük olanYeni Bakı Beynəlxalq Dəniz

Ticarət Limanı Kompleksinin inşası davam etdirilir. Bu kompleks tam gücü ilə

işlədikdə  25  milyon  tona  qədər  yük/417000vaqon  və  1  milyon  TEU-ya  qədər

konteyner/500000 vaqon potensialında olacaqdır. O, Bakı-Tbilisi-Qars dəmir yolu

bağlantısı layihəsinin həyata keçirilməsi nəticəsində gözlənilən yük həcmlərinin



4(124)/2015

E.Hacızadə

XƏZƏR hÖVZƏSİ REGİONUNUN İQTİSADİ POTENSİALI VƏ İXRAC ...



123

təmin edilməsinə mühüm dəstək yaradacaqdır. Qeyd olunmalıdır ki, hazırda Xəzər

dənizində yük dövriyyəsinin təqribən 42%-dən çoxu Bakı limanının payına düşür.

Xəzərin yeni nəqliyyat marşrutlarında Azərbaycan ərazisindən keçəcək qlobal

nəqliyyat xətti - Şimal-Cənub dəhlizi də mühüm əhəmiyyət kəsb edəcəkdir. Hələlik

layihələndirmə mərhələsinə daxil olmamış bu marşrut Rusiya və İran ərazisindən

keçməklə Yaxın Şərqdən və Cənub-Şərqi Asiyadan Avropaya daşınan yükdaşımaları

bir neçə dəfə artırma imkanında olacaqdır. Bu xətt Suveyş kanalı vasitəsi ilə Hindis -

tandan Avropaya uzanan nəqliyyat keçidindən 3 dəfə qısadır. Dəmir yolu, su nəqliyy-

atı və avtomobil xətlərini ehtiva edən bu nəqliyyat marşrutunun işə düşəcəyi təqdirdə

planetin Cənubundan Avropaya hər il orta hesabla 15-20 milyon ton yükün daşı-

nacağı gözlənilir. Həmin dəhlizin açılısı Fars körfəzi ərəb ölkələrinin Avropa ilə

əlaqəsində nəqliyyat alternativini təmin edərək zəvvarların İslamın müqəddəs yer-

lərinə, xüsusən də Məkkə və Mədinə şəhərlərinə səyahəti üçün əhəmiyyətli olacaq,

ənənəvi marşrutlardan istifadə intensivliyini mülayimləşdirəcəkdir.

Xəzər hövzəsi regionunda digər bir mühüm ideya dənizin dəmir və avtomobil

yolları ilə həlqəyə alınmasındadır. Bu həlqə demək olar ki, reallaşmaqdadır. Onu qa-

payan əsas xətt isə İranın Rəşt şəhərindən Azərbaycanın Astara şəhərinə yönələn

dəmir yolunun inşasının başa çatması olacaqdır.

Xəzərin  sektorial  bölgüsü  tamamladığı  təqdirdə  Türkmənistan  Azərbaycana

yetişən TransXəzər qaz xətti layihəsini reallaşdıra bilər. Azərbaycan tərəfi Türk-

mənistan və Mərkəzi Asiya qazına öz kommunikasiya vasitələrini verə biləcəyini

açıqlayıb. O da faktdır ki, Türkmənistan Avropa üçün 10 milyard m

3

qaz ehtiyatı



saxlayır. Türkmənistanın mövqeyi belədir ki, qazın Avropaya çıxması üçün lazım

olan dənizin dibi ilə boru kəmərinin tikintisi yalnız Xəzəryanı ölkələrin razılığı ilə

baş tuta bilər.

Xəzərin nəqliyyat problemləri sırasında vurğulandığı kimi, onun dünya okeanına

çıxışı məsələsi əsas yer tutur. Bu sırada Rusiya ərazisindəki şimal kanalları o qədər

də əlverişliliyi təmin edə bilmir. Burada naviqasiya problemləri ilə yanaşı marşrut

boyu bir neçə dövlət sərhəd keçidinin mövcudluğu da nəqliyyat çətinliklərinə və

vaxt itkilərinə səbəb olur. Digər tərəfdən, Rusiya Xəzərin okeana yeganə çıxış yo -

lundan siyasi-iqtisadi məqsədlərdə təzyiq vasitəsi kimi istifadə edir. Bələ vəziyyət

Azərbaycanla yanaşı, bu kanaldan ənənəvi istifadə etmiş digər Xəzər һövzəsi ölkələri

də asılı vəziyyətə salır.

Problemin optimal vəziyyətə gətirilməsi istiqamətində daha bir alternativlik kimi

İran İslam Respublikasının ərazisindən keçməklə Xəzər dənizinin Fars körfəzinə

çıxışını təmin edən nəhəng kanalın çəkilişi çıxış edə bilər. Bu düşüncə o qədər də

yeni deyildir. Əvvəllər də Xəzərin cənubdan okean sularına qovuşması istəkləri

mövcud olmuş və hazırda da bu aktuallıq səngiməmişdir. Müasir ETT və inno-

vasiyalar sahəsindəki nailiyyətlər prinsipcə müvafiq meyilin gerçəkliyinə mümkü-

natlar  yaradır.  Xəzər  Fars  körfəzi  kanalı  uzunluq  parametrlərinə  görə  Suveyş




4(124)/2015

E.Hacızadə

XƏZƏR hÖVZƏSİ REGİONUNUN İQTİSADİ POTENSİALI VƏ İXRAC ...



124

kanalından böyük olmasına baxmayaraq, onun gerçəkləşməsini asanlaşdıran təbii

coğrafi mühit mövcuddur. Bu arealda İrana mənsub su nəqliyyatı imkanlı Qızılüzən

və Qarun çaylarını dərinləşdirmək və həmin xətt boyunca yerləşən irili-xırdalı göl-

lərin, çoxsaylı kiçik çayların, dərə və digər relyef yaranışlarının imkanlarından isti-

fadə etməklə nəzərdə tutulan kanala buraxılış vermək mümkündür. Çoxmilyardlı

valyuta resursu tələb etməsinə baxmayaraq, belə bir kanalın çəkilişi okean suları ilə

birbaşa  əlaqəsi  olmayan  üç  Xəzər  hövzəsi  (Azərbaycan,  Qazaxıstan  və  Türk-



mənistan) ölkələrinin yeni geosiyasi situasiyada okeana çıxışının ümidli alterna-

tivliyini, habelə dünya iqtisadiyyatına dayanıqlı inteqrasiyasını daha dolğun təminatlı

edəcəkdir.

Bundan başqa Xəzərin dünya okeanına birləşməsi istiqamətində onu Qara dənizlə

qovuşduracaq layihələr də yer alır. Burada fikirlər əsasən hər iki dənizi vaxtilə bir-

ləşdirmiş Kuma - Manıç çökəkliyinin yenidən kanal halına salınması üzərində qu-

rulur. Uzunluğu 500 kilometrə çatan çökəklik ən yüksək nöqtəsində çox xırda bir

hissədə 20 metrdən bir az dərin kanal çəkməklə Xəzərlə Qara dənizi yenidən qovuş-

durmaq mümkündür. Bu çökəklikdə 170-ə yaxın göl var ki, kanal çəkilərsə, bu göllər

təbii yolla birləşəcək. Belə bir layihənin reallaşması bir çox dövlətlərin marağındadır.

Xəzər və Azov-Qara dəniz hövzələri arasında yeni su dəhlizi uzunluğu 1500 km olan

Volqa-Don kanalının cənubundan keçəcək və ondan min kilometrə qədər qısa ola

bilər. Orta qiymətlə dəyəri 5 milyard ABŞ dollarına bərabər götürülən kanal şlüz

sayına, yükgötürmə qabiliyyəti göstəricilərinə və daşınma müddətinin qısalığına

görə də Volqa-Don kanalından üstün olacaqdır. Məsələ Türkiyədə də vaxtaşırı irəli

sürülən  təkliflər  sırasında  yer  alıb.  Burada  məqsəd  Bosfor  boğazının  yükünün

azaldılması, Türkiyənin Xəzərə, İranın isə Qara və Aralıq dənizlərinə, həmçinin

okeanlara çıxışını təmin etməkdir [21].

Xəzər-Qara  dəniz  kanalının  inşası  ideyası  Qazaxıstan  prezidenti  Nursultan

Nazarbayevin (1940) də çıxış və bəyanatlarında yer alıb: “Xəzəryanı region və Orta

Asiyanın zəngin resurslarının daşınma ehtiyacı var. Biz müxtəlif marşrutlar axtara-

cağıq. Xəzər və Qara dənizləri arasında “Avrasiya” gəmiçilik kanalının tikintisi

əlamətdar layihə ola bilər”.

Bütün  bu  keyfiyyətlərlə  yanaşı  bu  layihədə  müəyyən  kəskin  problemlərin

yaranacağı ehtimalı da böyükdür. Belə olan halda Qara dənizlə Xəzər dənizinin

səviyyəsi bərabərləşə bilər. Bu baş verərsə, Xəzər sahilində yerləşən bir çox yaşayış

məntəqələri, o cümlədən Qazaxıstanın Aktau, Türkmənistanın Türkmənbaşı, Rusi -

yanın Mahaçqala, Azərbaycanın paytaxtı Bakı kimi iri şəhərlərin su altında qalma

ehtimalı yaranar. Sular Azərbaycan ərazisində Yevlaxa qədər Mərkəzi Aran rayon-

larına qədər gedib çıxa bilər. Burada digər əsas təhlükələrdən biri də dənizin ekosis-

temi ilə bağlıdır. Belə halda Xəzərə, onun fauna və florasına təsir göstərəcək çoxsaylı

yad orqanizmlər daxil olacaqdır. Belə hallar Volqa-Don kanalı vasitəsi ilə də baş

verib. Digər tərəfdən, bu arealda artan gəmi sayı da ekoloji fəsadlar yaradacaq.



4(124)/2015

E.Hacızadə

XƏZƏR hÖVZƏSİ REGİONUNUN İQTİSADİ POTENSİALI VƏ İXRAC ...



125

Xəzərin Kür və Araz çayları üzrə də çətin olan Aralıq dənizi və Qara dəniz qovuş-

ması ideyaları da nəzərdən keçiriləndir. Bütün bunlar bir daha zamanın sınağından

keçməli və yeni geoiqtisadi əsaslandırmalarla möhkəmləndirilməlidir.



7. Nəticə

Xəzər hövzəsi regionunun dövlətləri, öz iqtisadi inkişafını bu və ya digər dərəcədə

dənizin və ona bitişik zonanın karbohidrogen potensialı ilə bağlayırlar. Xüsusən üç

türkdilli  dövlət  -  Azərbaycan,  Qazaxıstan  və  Türkmənistan  iqtisadiyyatlarının

şaxələndirilməsində bu resursların əhəmiyyətinə istinadları yetərlidir. Bundan irəli

gələrək, dövlətlər müvafiq təbii resursların hasilatını həyata keçirir və onun daşın-

ması üzrə nəqliyyat-logistika infrastrukturları formalaşdırmışlar. Eyni zamanda,

Xəzərdən keçəcək digər neft-qaz kəmərlərinin layihələri də işlənməkdədir. Bu sırada

daha unikal sayılan Türkmənistanın qaz resursları ilə bağlı TransXəzər marşrutudur

ki, onun da texniki-iqtisadi əsaslandırması üçün zəruri olan vəsait ABŞ tərəfindən

ayrılmışdır. Lakin bu çevrədə status məsələsinin açıq qalması geniş faydalanma

çətinlikləri, əməkdaşlıq problemlərini ortaya qoyur. Məsələ məhdudiyyət yaratma

kəskinliyi  ilə  daha  çox  karbohidrogen  ehtiyatlarının  dünya  bazarlarına  çıxarıl-

masında göstərir.

Xəzərin  dəniz  və  göl  fərqlilikləri  üzrə  təhlili  qiymətləndirmələr  bir  daha

əsaslandırır ki, Xəzər beynəlxalq sərhəd gölüdür və onun status problemi sahilyanı

ölkələrlə bağlı mənsubiyyət dərəcəsi ilə əlaqələndirilməlidir. Bunu dəniz və göl

fərqlilikləri üzrə apardığımız təhlilin nəticəsi olaraq müəyyən etdiyimiz beş ulduzlu

konfiqurativ sxemdən də görmək mümkündür.

Hazırda  Xəzərin  yekun  hüquqi  statusunu  müəyyən  edəcək  Konvensiyanın

razılaşdırılması  məqsədi  ilə  işçi  qrupların  görüşləri  davam  etdirilir.  Xəzəryanı

ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısının gələn il - 2016-cı ildə Türk-

mənistan paytaxtı Aşqabad şəhərində keçirilməsi razılaşdırılıb. Bu sammitdə Xəzərin

statusu  ilə  bağlı  yekun  yekdil  qərarın  əldə  olunacağı  gözləntilərindən  danışılır.

Günün reallığı ondan ibarətdir ki, Xəzəryanı dövlətlərin bu sahədəki mövqeləri həm

fərdi və həm də qruplu formada müxtəlif aspektlidir. Bu kontekstdə ümumi olanları

da yetərli hesab etmək mümkündür. Reallıq isə aşağıdakı ümumiləşdirilmiş yanaş-

maları yəqinləşdirir:

Azərbaycan beynəlxalq konvensiyalara uyğun olaraq Xəzərin səthi və dibinin

orta xətt boyunca 5 sektorlar bölünməsinin tərəfdarıdır və sahildən 25 dəniz mili

məsafədə daxili milli sektorların yaradılmasını istəyir. Azərbaycan Bu yanaşmada

Rusiya  və  Qazaxıstanla  ortaq  mövqe  sərgiləyir.  Bu  isə  o  deməkdir  ki,  dənizdə

sərhədləri  yalnız  Azərbaycan  və  Qazaxıstanla  olan  Rusiya  Xəzərdə  sərhədləri

müəyyən olunmuş yeganə ölkə olaraq çıxış edir. Dənizin dibinin orta xətt boyunca




4(124)/2015

E.Hacızadə

XƏZƏR hÖVZƏSİ REGİONUNUN İQTİSADİ POTENSİALI VƏ İXRAC ...



126

bölünməsini son illərdə müəyyən qədər Türkmənistan da dəstəkləyir. Lakin onun

Azərbaycanla bir sıra məsələlərdə, o cümlədən “Kəpəz” yatağına görə mübahisələri

yekun nəticənin əldə olunmasını əngəlləyir. Status məsələsində ən radikal mövqe

isə İrana məxsusdur. O, sərhədlərin yalnız bütün tərəflərin razılığı əsasında müəyyən

olunmasını dəniz dibi və səthinin, o cümlədən mineral resurslarının birgə istifadə

olunmasını təklif edir. Bu yanaşmalar göstərir ki, Xəzəryanı 5 ölkədən 3-ü Xəzərin

orta xəttinin müəyyənləşdirilməsinin və onun sektorlara bölünməsini, 2 dövlət isə

digər bir metodu təklif edir. Formal çevrədən yanaşdıqda, Azərbaycan çoxluqda olan

cinahda qərar tutur və bu vəziyyət ona müəyyən üstünlüklər yaradır. Bütün bunlar

isə ümumi reallığı əks etdirir və bu baxımdan bizim təhlilin yekunu olaraq sektorial

bölgü daha əsaslı şərtləndirilir. Bununla belə, Xəzərlə bağlı problemlər yalnız 5

dövləti ortaq məxrəcə gətirən hüquqi statusla tamamlanmır. Burda ondan irəli gələn

və ondan kənarda olan və heç də regional mahiyyət daşımayan qlobal təyinatlar da

yer alır. Bu öncə onun dünya incisi kimi beynəlxalq turizm obyektinə çevrilməsi,

ekologiyası və sularının tənzimlənməsi, həmçinin Xəzərin dünya okeanına daha

geniş çıxışı ilə bağlıdır.

Ədəbiyyat siyahısı

1. Azərbaycan SSR atlası. (1963). Bakı-Moskva: 213 s.

2. Azərbaycan Respublikası. Milli atlas. (2014). Bakı: Bakı Kartoqrafiya Fabriki,  444 s.

3. Hacızadə E.M. (2002). Neftqazçıxarma kompleksinin iqtisadi inkişaf modeli, Bakı: Elm, 472 s.

4. Авраменко И. (2001). Международное морское право. Ростов-на Дону. Феникс, 440 с. (Avra-

menko İ. (2001). Beynəlxalq dəniz hüququ. Rostov. Feniks, 440 s.)

5. Алиев И.Г. (2003). Каспийская нефть Азербайджана. М.: Известия, 798 с. (Əliyev İ.H. (2003).



Azərbaycanın Xəzər nefti. M.: İzvestiya, 798 s.)

6. Алиханов Э.Н. (1977). Нефтегазоносность Каспийского моря. М.: Недра, 270 c. (Əli xanov



E.N. (1977). Xəzər dənizinin neft-qaz ehtiyatları”. M.: Nedra, 270 s.)

7. Голованов В. Я. (2015). Каспийская книга. Приглашение к путешествию. M.: Новое лите-

ратурное обозрение, 882 c. (Qolovanov V.Y. (2015). Xəzər kitabı. Səyahətə dəvət. M.: Yeni ədəbi

icmal, 882 s.)

8. Гуцуляк В. (2000). Морское право. М.: РосКонсульт, 325 с. (Qutsulyak V. (2000). Dəniz



hüququ. M.: Roskonsult, 325 s.)

9. Дугин А. (1999). Основы геополитики: Геополитические будущее России. Мыслить про-

странством. М.: АРКТОГЕЯ-центр, 928 c. (Duqin A. (1999). Geosiyasətin əsas la rı: Rusiyanın

geosiyasi gələcəyi. Məkanı düşünmək. M.: ARKTOGEYA-mərkəz, 928 s.)

10. Жильцов С.С. (2013). Каспийское море. Энциклопедия. M.: Восточная книга (Восток-Запад,

Муравей), 560 c. (Jiltsov S.S. (2013). Xəzər dənizi. Ensiklopediya. M.: Şərq kitabı (Şərq-Qərb.

Muravey), 560 s.)

11. История Азербайджана (1958-1963). В трех томах, Баку: Издательство АН Азерб. ССР.

(Azərbaycan tarixi (1958-1963). Üç cilddə. Bakı: Azərb.SSR EA nəşriyyatı).

12. Кудров В.М. (1999). Мировая экономика, М.: Издательство БЕК, 464 с. (Kudrov V.M. (1999).



Dünya iqtisadiyyatı. M.: BEK nəşriyyatı, 464 s.)


4(124)/2015

E.Hacızadə

XƏZƏR hÖVZƏSİ REGİONUNUN İQTİSADİ POTENSİALI VƏ İXRAC ...



127

13. Мирзаджанзаде А.Х. и др. (1997). Фрагменты разработки морских нефтегазовых место-

рождений, Баку: Элм, 408 с. (Mirzəcanzadə A.X. və b. (1997). Dəniz neft-qaz yataqlarının işlən-

məsi fraqmentləri. Bakı: Elm, 408 s.)

14. Нефть Баку ключ к победе. (2015). Под руководством академика З.Самедзаде Баку: “LET-

TERPESS”, 440 с. (Bakı nefti qələbənin açarı. (2015). Akad. Z.Səmədzadənin rəhbərliyi ilə.

“LETTERPESS”, 440 s.)

15. Нефтяные и газовые месторождения СССР. (1987) Справочник в 2-х томах. М. Недра. (SSRİ-



nin neft və qaz yataqları. (1987). Məlumat kitabçası 2 cilddə. M.: Nedra.)

16. www.president.az - Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı.

17. www.un.org/ru/documents/decl_conv/conventions/lawsea.shtml - BMT-nin Dəniz Hüququ üzrə

Konvensiyası

18. www.iea.org - Beynəlxalaq Enerji Agentliyi 

19. www.mfa.gov.az - Azərbaycan Respublikası Xarici işlər Nazirliyinin saytı

20. http://www.runivers.ru/galleries/469099/?IBLOCK_ID=42 - Карта Каспийского моря. 1911,

134 c


21. www.elshanhajizadeh.com - prof. Elşən Hacızadənin saytı.

22. www.outdoors.ru/book/namore/alm1967-68/1967-33.php - Xəzər dənizinin 50 adı.

23. http://detectivebooks.ru/book/22666537/ - A.Saymonov. Xəzər Dənizinin təsviri.

24. www.mie.gov.az - Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi.

25. www.azstat.org. - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi.

Гаджизаде Эльшан Махмуд оглы

д.э.н., проф., Азербайджанский Государственный Экономический Университет



Экономический потенциал и экспортная инфраструктура 

Каспийского региона

Аннотация

Цель исследования – анализ и оценка с новых позиций геоэкономических реалий

экономического потенциала и экспортной инфраструктуры Каспийского региона и

определение перспектив, обусловливающих соответствующие усовершенствования в

этом ареале.



Методология исследования – факторные и сравнительные методы анализа.

Результаты исследования – проведены соответствующие обобщения по анализу

и оценке текущего состояния экономического потенциала и экспортной инфраструк-

туры Каспийского региона. Обоснованы приемлемые сценарии по определению меж-

дународно-правового статуса Каспийского моря.



Ограничения исследования – разногласия по формированию нового международно-

правового статуса Каспия и существование динамических тенденций и конфиденци-

альности по четкому определению объема углеводородных ресурсов Каспийского

региона.


Практическая значимость исследования – обеспечение альтернативной информа-

цией осведомленности по экономическому потенциалу и экспортной инфраструктуре

Каспийского региона, а также возможность использования в исследованиях по опре-

делению международно-правового статуса Каспия.




Оригинальность и научная новизна исследования – с точки зрения новых геоэко-

номических реалий проведены обобщения по анализу природных ресурсов и экспорт-

ного потенциала Каспийского бассейна и, в этом же контексте, оценка ожиданий по

определению международно-правового статуса.



Ключевые слова: Прикаспийский регион, международно-правовой статус Кас-

пия, углеводородные ресурсы, экспортный потенциал, транспортная и логистическая

системы.

Hajizadeh elshan Makhmud oglu

Prof. Dr., Azerbaijan State Economic University



economic potential and export infrastructure of the Caspian region

Abstract

Purpose – analysis and evaluation in a new geo-economic position of the realities of the

economic potential and export infrastructure in the Caspian region and identification of

prospects, causing the corresponding improvement in this range.

Design/methodology – factorial and comparative methods of analysis.

Research results – corresponding generalizations on an analysis and estimation of current

status of economic potential and export infrastructure of the Caspian region are provided,

acceptable scenarios on determination of the international legal status of the Caspian sea

are reasonable.



Research limitations – divergences on forming of international legal status of the Caspian

sea and existence of dynamic tendencies and confidentiality on clear determination of vol-

ume of hydrocarbon resources of the Caspian region.

Practical implications – providing alternative information awareness of the economic

potential and export infrastructure in the Caspian region, as well as the use of research to

determine the international legal status of the Caspian Sea.

Originality and scientific novelty of research – in terms of new geo-economic realities

of the generalizations made on the analysis of natural resources and the export potential of

the Caspian basin and, in this context, the evaluation of expectations to determine the inter-

national legal status.



Keywords: Caspian region, the international legal status of the Caspian Sea hydrocar-

bon resources, export potential, transport and logistics system.

Jel Classification Codes: F53, K11, K2, K33, L72, L91, L92, P28, P48

Məqalə redaksiyaya daxil olmuşdur: 09.08.15.

Çapa qəbul olunmuşdur: 12.08.15.

128

E.Hacızadə

XƏZƏR hÖVZƏSİ REGİONUNUN  İQTİSADİ POTENSİALI VƏ İXRAC ...



4(124)/2015

Yüklə 338,59 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə