Xülasə Tədqiqatın məqsədi Xəzər hövzəsi regionunun iqtisadi



Yüklə 338,59 Kb.
Pdf görüntüsü
səhifə8/15
tarix01.02.2018
ölçüsü338,59 Kb.
#23176
növüXülasə
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

4(124)/2015

E.Hacızadə

XƏZƏR hÖVZƏSİ REGİONUNUN İQTİSADİ POTENSİALI VƏ İXRAC ...



108

sahilyanı dövlətlərin suveren əraziləri hesab olunurlar. Göllər bir neçə ölkəyə mənsub

olduqda buradakı hüquqi rejim müstəsna olaraq qarşılıqlı razılaşmalarla sahilyanı

dövlətlər tərəfindən qoyulur və müqavilələr əsasında tənzimlənir. Dünyada elə göllər

də vardır ki, onların akvatoriyasından istifadə heç bir fərq qoymadan ümumi təyin

olunmuşdur. Belələri sırasında Böyük göllər (ABŞ-Kanada), Çad (Kamerun-Çad-



Nigeriya və Niger), Viktoriya (Keniya-Uqanda-Tanzaniya), Konstans (Avstriya-Al-

maniya-İsveçrə) və s. sərhədyanı gölləri göstərmək olar.

Dəniz hüququnun fundamental prinsipi “gəmiçilik azadlığı” ilə bağlıdır. Belə

azadlıq  daxili  dənizlərə  tətbiq  olunmur.  Daxili  dənizlərin  və  göllərin  sahilyanı

dövlətləri bu sularda başqa dövlətlərin gəmiçiliyinə icazə verməyə də bilərlər. Belə

mövqelər hamılıqla qəbul olunmuşdur. Bundan başqa, müasir beynəlxalq hüquq

dəniz dibi və buradakı ehtiyatlar üzərində müstəsna hüquqları da tanımışdır. Bu

onunla bağlıdır ki, həmin ehtiyatları texnoloji baxımdan istismar etmək mümkün ol-

muşdur. Formalaşmış reallıq eyniylə daxili dənizlərə və göllərə də aid edilməlidir.

Tarixdən  məlumdur  ki,  dünya  okeanının  təbii  resurslarının  bölgüsü  müxtəlif

mübahisələrə  və  münaqişələrə  səbəb  olmuşdur.  Bunların  içərisində  Cənubi  Çin

dənizindəki Parasel adalarının Çin, Vyetnam və Tayvanın Spratli arxipelaqının və

müvafiq olaraq onları əhatə edən suların kontinental şelfinin təbii ehtiyatlarından is-

tifadə  və  nəzarətə  sahiblik  yenə  də  Çin,  Vyetnam  və  Filippin  arasında,  Egey

dənizində şelfin bölgüsü (hansı ki, burada xeyli miqdarda neft ehtiyatlarının olduğu



güman edilir) Türkiyə və Yunanıstan arasındakı müxtəlif mübahisələr doğurur. 1994-

1995-ci illərdə Baltik dənizinin bölgüsündə Estoniya və Latviya arasında da müvafiq

mübahisələr kəskinləşmişdir. Belə bir fakt maraq doğurmaya bilməz ki, ötən əsrin

50-ci illərində nəhəng karbohidrogen ehtiyatları aşkarlandığı Şimal dənizində onun

sahilyanı dövlətlər arasında bölügüsündə nələr yaşanmışdır? 1959-cu ildə Nider-

landda nəhəng “Qroningen” qaz yatağının aşkarlanması geoloqların Şimal dənizinin

neft potensialı haqqında fikirlərinin dəyişməsi ilə müşayiət olundu. 1962-ci ildə

“Phillips Petroleum” neft şirkəti Norveç hökumətinə müraciət edərək ona mənsub

sahələrdən birində kəşfiyyat-axtarış işlərinin aparılması üzrə icazə istəmişdi. Bunun

ardınca Novreç hökuməti ona mənsub kontinental şelfində təbii resursların kəşfiyyatı

və hasilatı üzrə özünün suveren hüquqlarını bəyan edərək müvafiq qanunverici akt

qəbul etmişdir. Bundan sonra 1965-ci ildə Norveç öncə Böyük Britaniya ilə, sonra

isə Danimarka ilə Şimal dənizinin orta xətt üzrə bölünməsi üzrə razılığa gəlmişlər.

Bu isə həm də onu göstərir ki, ayrı-ayrı ölkələrə müştərək mənsub əksər çay və göl-

lərlə yanaşı, hətta bir sıra dənizlərin belə bölünməsi məsələsi sahilyanı dövlətlər

arasında, sahəvi beynəlxalq hüququn mövcudluğundan öncə, ikitərəfli və çoxtərəfli

razılaşmalar yolu ilə həllini tapmışdır. Digər tərəfdən reallıq belədir ki, sahilyanı

dövlətlərin sərhəd xətləri tarixi amillər əsasında ümumən həllinə qovuşmuş və on-

ların  həmin  müstəsna  hüququ  indiyədək  hər  hansı  beynəlxalq  məhkəmə  çə -

kişmələrinin predmetinə çevrilməmişdir [4, 8, 10].




Bir neçə dövlətə mənsub iri su hövzələrinin müştərək işlənməsində ekoloji prob-

lemlərin həlli və tənzimlənməsi vacibdir. Dünya təcrübəsində belə hallar konven-

siyalar, ikitərəfli və çoxtərəfli müqavilələrlə tənzimlənir. Belə müqavilələr sırasına

ABŞ və Kanada arasındakı; Trinidad və Tobaqo və digər Karib ölkələri arasındakı

müvafiq sazişləri və Dəniz mühitinin çirklənmədən qorunması haqqında 1978-ci il

Küveyt regional Konvensiyası misal göstərilə bilər.



4.4. Dövlətlərin mövqeyi

Ölkələr arasında şelfin bölgüsünün iki işçi

variantı vardır. Bu, su sərhədlərinin dənizin

coğrafi mərkəzindən dövlətlərə aid sektorlar

üzrə tort kimi radial (latınca - radius - şua,

radius) prinsip üzrə bölünməsidir. Digər prin-

sip  isə  dənizin  şaquli  və  üfüqi  hissələri

boyunca  dövlətlərin  quru  sərhədlərini

kəsişdirən nöqtələrdən müəyyən edilən orta

xəttə perpendikulyarların qurulmasını ehtiva

edən mediana (latınca - mediāna - orta) prin-

sipidir.  Belə  prinsip  Böyük  göllər  (ABŞ-

Kanada) və Baltik şelfin bölgüsündə istifadə

olunmuşdur. Lakin bununla belə, status məsə -

ləsində hər bir dövlətin özəl milli maraqlara

uyğun olaraq məxsusi yanaşması vardır. Bu

yanaşmalar  içərisində  təxminən  üç  əsrə

bərabər  müddət  ərzində  Xəzərin  ən  kiçik

hissəsinə sahiblik və ondan daha məhdud is-

tifadə  imkanlığında  olmuş  İranın  mövqeyi

qeyri-münasibliyi  ilə daha çox diqqəti cəlb

edəndir. Belə ki, İran mövcud sektorial bölgü

prinsipinə zidd bu istiqamətdə dünya prak-

tikasında  hələ  indiyədək  mövcud  olmamış

“bərabərlik”,  yəni  “hərəyə  20  faiz”  prinsipi  ilə  bölgünün  aparılması  tələbində

dayanır. Bu dənizə müştərək sahiblik, yəni kondominium (latınca - Con - birgə və



dominium - sahiblik, Condominium - birgə sahiblik) variantıdır. Xəzərin hüquqi sta-

tusu məsələsi ilə bağlı 1921, 1935 və 1940-cı illər Sovet-İran müqavilələrində onun

İran-rus (sovet) dənizi olması, burada başlıca olaraq sərbəst gəmiçilik (dənizdə sər-

bəst və bərabər naviqasiya hüququ) və balıqçılıq (10 dəniz milli həddində öz sahil

sularında müstəsna balıqtutma azadlığı) məsələlərinin yer almasını əsas götürən

İran dənizin kondominium prinsiplərinə uyğun istifadəsinin zəruri olduğunu qeyd

edir. Lakin bütün bu müqavilələrdə Xəzərin SSRİ və İranın birgə mülkiyyəti olması

Şəkil 3. Xəzərin radial prinsip üzrə

bölgüsü.

4(124)/2015

E.Hacızadə

XƏZƏR hÖVZƏSİ REGİONUNUN İQTİSADİ POTENSİALI VƏ İXRAC ...



109


Yüklə 338,59 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə