Xülasə Tədqiqatın məqsədi Xəzər hövzəsi regionunun iqtisadi



Yüklə 338,59 Kb.
Pdf görüntüsü
səhifə10/15
tarix01.02.2018
ölçüsü338,59 Kb.
#23176
növüXülasə
1   ...   7   8   9   10   11   12   13   14   15

4(124)/2015

E.Hacızadə

XƏZƏR hÖVZƏSİ REGİONUNUN İQTİSADİ POTENSİALI VƏ İXRAC ...



112

normaların  tapılmasını  istəyir.  Dənizin  dibinin  bu  cür  bölünməsinin  müvafiq

dövlətlərarası sazişlərdə əksini tapdığından irəli gələrək Azərbaycan ümumən buna

etiraz etmir.

Burada bir reallıq da ondan ibarətdir ki, üçtərəfli sazişə əsasən, Rusiya və Azər-

baycan hərəyə 19%, Qazaxıstana isə 29% olmaqla Xəzərin bərabərdayanma - ekvid-

stansiya  prinsipinə  əsaslanaraq  onun  dibinin  bölgüsünü  aparmışdır.  Bu  zaman

Türkmənistanla İrana ümümilikdə 33%-lik hissə qalmışdır.

Türkmənistan özünün Xəzərin cənub-şərqində olan neftli yataqlarından (bloklar

- 28, 29, 30, 31) faydalanmaq üçün bu mövqelərə yaxınlaşma nümayiş etdirmişdir.

Həmin  blokların  istismarı  üçün  Rusiyanın  “İntera”,  Rosneft”  və  Zarubejneft”

şirkətlərinin iştirakı ilə “Zarit” adlı müştərək müəssisə təsis olunmuşdur. Türk-

mənistan hökuməti ilə müəssisə arasında İran və Türkmənistan şirkətlərinə 10-15%-

lik səhm verməklə hasilatın pay bölgüsü üzrə sazişin imzalanması ərəfəsində İran

bunlara etirazını bildirmiş və onu həmin blokların 20%-li kondominium şərtli ərazi -

sinə daxil olması ilə əsaslandırmışdır.

4.5. Həştərxan sammiti və onun nəticələrinin dəyərləndirilməsi

Həştərxan sammitində imzalanan memoranduma görə tərəflərin 15 dəniz mili

həddində sahilyanı dəniz məkanı və ona bitişik 10 dəniz mili ərazidə su-bioloji

resurslardan istifadə üzərində suverenliyi təsbit olunur. Yəni ölkələr 25 dəniz mili

hüdudunda ehtiyatlardan istifadə hüququ alırlar. Bu hüdudlardan kənar su səthi

ümumi istifadədədir. Bunlardan əlavə, sənədə “tərəflərin yeraltı və digər hüquqi

fəaliyyət üçün suveren hüquqlarının reallaşması məqsədilə Xəzərin dibinin və ehti -

yatlarının hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüquq normaları və prinsipləri

əsasında bölünməsi” ehtiva olunur.

Bütün bunlara Xəzərsahili ölkələrin dövlət başçıları öz çıxışlarında, verdikləri

bəyanatlarda bu və ya digər dərəcədə münasibət bildirmişlər.

Sammitdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Xəzər dənizi

nəqliyyat  dəhlizlərinin  inkişafı  üzrə  bir  sıra  beynəlxalq  və  regional  layihələrdə

əlaqələndirici elementdir. Biz Bakı Sammitində qəbul edilmiş uzlaşdırılmış qərara

sadiqliyimizi  təsdiqləyərək,  sahilyanı  dövlətin  suverenliyinin  şamil  edildiyi  su

məkanı da daxil olmaqla 25 dəniz mili ölçüsünü əsas götürərək milli zonanın eninin

müvafiq  şəkildə  razılaşdırılmasına  tərəfdarıq.  Biz  dənizin  dibinin  həmhüdud

sahələrinin bölgüsündə əsas norma kimi hamılıqla tanınmış orta xətt prinsipini to -

xunulmaz hesab edir, dənizçilik, Xəzər dənizindən digər dənizlərə sərbəst gediş-

gəliş və tranzit məsələlərinə böyük əhəmiyyət veririk” [16].

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Xəzərin bioloji resursların-

dan istifadə ilə yanaşı, Xəzərətrafı ərazilərdə turizmin inkişafı, dəniz gəmiçiliyinin

genişləndirilməsi və bütövlükdə Xəzər dənizinin imkanlarından istifadədə sahil

ölkələrinin birgə investisiya qoyuluşunun əhəmiyyətinə diqqəti çəkmişdir.




4(124)/2015

E.Hacızadə

XƏZƏR hÖVZƏSİ REGİONUNUN İQTİSADİ POTENSİALI VƏ İXRAC ...



113

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Xəzəryanı ölkələrin bu sammitdə

mühüm irəliləyişə nail olunduğunu, nəqliyyat, dəmir yolu və digər sahələrdə birgə

layihələrin reallaşdırılmasının vacibliyini söyləyərək Xəzəryanı ölkələrin azad ticarət

zonasının yaradılması təklifini irəli sürmüşdür.

Türkmənistan  Prezidenti  Qurbanqulu  Berdiməhəmmədov  Xəzərdə  nəqliyyat

sahəsində  əməkdaşlığın  daha  da  genişləndirilməsi,  burada  regional  logistika

mərkəzinin yaradılması üçün əlverişli imkanların olduğunu diqqətə çatdırmışdır.

Keçirilən sammitin qəbul olunmuş bəyanatında ilk dəfə olaraq Xəzərin hüquqi

statusu barədə gələcək razılaşmaların əksini tapdığını bildirən Rusiya prezidenti

Vladimir  Putin  isə  söyləmişdir:  “Ən  əsası,  birgə  siyasi  bəyanat  barədə  razılığa

gəlmişik və bu bəyanatda Xəzərdə beştərəfli əməkdaşlığın əsas prinsipləri qeyd ol-

unub. Əldə olunmuş razılaşmalar bütün ölkələrin uzunmüddətli maraqlarına cavab

verir” [19].

Bununla belə, Həştərxan görüşü də Xəzərin əzəli sektorlara bölünmüş vəziyyətdə

qalması ilə sonunclanmışdır. Xəzəryanı dövlətlər əvvəl olduğu kimi, yenə də qərar-

ları konsensus üzrə qəbul edəcəklər. Burada hər bir dövlətə məxsus 25 millik zona

qərarına isə əslində uzun illər dənizdə əksər imtiyazlara və potensiala tək sahib olan

Rusiyanın  hüquqlarına  daha  çox  məhdudiyyət  gətirmişdir.  Bələ  ki,  bu  dövlətin

gəmiləri də Xəzərin istənilən sahilində lövbər sala bilməz. Eyni zamanda, burada

ekoloji mülahizələrlə kəmərlərin Xəzərin səthi ilə keçməsinin qarşısının alınması da

mümkün olmamışdır. Bunun əvəzində belə razılığa gəlinmişdir ki, Xəzərdə hər hansı

bir fəsadla mübarizə sahilyanı dövlətlər tərəfindən birgə aparılacaq.

4.6. Proqnoz variantlar

Xəzərin hüquqi statusu məsələsinin həlli istiqamətində ehtimal edilən bir sıra

proq noz variantlar və inkişaf ssenariləri nəzərdən keçirilə bilər. Bunlar sırasında isə

aşağıdakı üç variant daha çox diqqət çəkir:

I.    Xüsusi beynəlxalq hüquqi status;

II.  BMT-nin dəniz hüquqi konvensiyası əsasında modifikasiya olunmuş qapalı

dəniz statusu;

III. Beynəlxalq məhkəmədə baxılması.

Birinci hal paket-kompleks və ya çərçivə həll prosedurlarını nəzərdə tutur. Bunun

üçün ölkələr bir sıra məsələlərdə müvafiq razılaşmalar əldə etməlidirlər. Bu sırada

bioloji və mineral resursların istismarı və onların sahilyanı dövlətlər arasında uyğun

bölünməsi mexanizmlərinin təyin olunması daha vacibdir. Burada, həmçinin sahil -

yanı dövlətlərin Xəzərlə bağlı suveren hüquqlarının və müqabil yurisdiksiyalarının

müəyyən olunması da zəruridir. Qarşılıqlı surətdə ekoloji problemlərin həlli, dəniz

mühitinin qorunması, hərbi dəniz üzgüçülüyündə sahillayanı dövlətlərin hərbi təh-

lükəsizliyinin təmin edilməsi də bu sferada vacib şərtlidir. Bu məsələlərin hər biri

isə yüksək səviyyəli regional əməkdaşlığın təşkili ilə ayrı-ayrı saziş və müqavilələrdə



Yüklə 338,59 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə