Xülasə Tədqiqatın məqsədi Xəzər hövzəsi regionunun iqtisadi



Yüklə 338,59 Kb.
Pdf görüntüsü
səhifə13/15
tarix01.02.2018
ölçüsü338,59 Kb.
#23176
növüXülasə
1   ...   7   8   9   10   11   12   13   14   15

4(124)/2015

E.Hacızadə

XƏZƏR hÖVZƏSİ REGİONUNUN İQTİSADİ POTENSİALI VƏ İXRAC ...



118

Türkmənistan neft ehtiyatları haqqında mülahizələr müxtəlifdir. Ölkədə bunun

həcminin 20 milyard ton olduğu göstərilir. Rusiyanın məşhur transmilli neft şirkəti

Lukoylun hesablamalarında isə burada sübut olunan neft ehtiyatları Türkmənistanın

bəyan etdiyindən 50 dəfə az - 400 milyon tona bərabər göstərilir. Burada 144 neft

və qaz yatağı aşkar edilmişdir ki, onlardan da yalnız 40-ı istismar edilir. Ölkədə neft

hasilatı  hazırda  10  milyon  tonu  ötmüşdür  ki,  bunun  da  6,5  milyon  tonu  ixraca

yönəldilir. 

Türkmənistan qaz ehtiyatlarının həcminə görə dünya liderləri sırasındadır. Burada

sübut olunmuş ehtiyatlar 25,2 trilyon m

3

-dən çoxdur. Məhz izafi qaz ehti yatları bu



ölkəni xeyli münbit müstəviyə gətirmişdir. Burada illik qaz hasilatı 75 milyard m

3

-



i keçmişdir ki, onun da 60 milyard m

3

-i ixraca yönəldilir. Ölkənin neft-qaz kom-



pleksinin inkişaf proqramına əsasən 2030-cu ilədək qaz hasilatının 250 milyard m

3

-ə,



neft hasilatının isə 110 milyon tona çatdırılması planlaşdırılır. Bununla da, hədəf

seçilən tarixdə qaz ixracının illik 180 milyard m

3

-i keçəcəyi gözlənilir.



Ölkə Xəzər sektorunda iri neft və qaz ehtiyatlarına malikdir. Bəzi yataqlarda, o

cümlədən Azərbaycanda mübahisəli olan “Kəpəz” yatağında (türkmən variantında



“Sərdar”) ehtiyatlar xeyli dərəcədə çoxdur. Türkmənistan hökuməti ölkənin Xəzər

sektorunda  32  blokda  karbohidrogenlərin  kəşfiyyatı  və  hasilatı  üzrə  lisen-

ziyalaşdırma proqramı təsdiq etmişdir. Qeyd olunmalıdır ki, karbohidrogen resursları

ölkənin gəlirinin 60%-ni verir.

Hasil olunan neftin bir hissəsi Xəzər dənizi ilə Azərbaycandan tranzit olunur.

Türkmənistanda təbii qazı ixrac üçün hələlik Rusiya vasitəsi ilə bağlı yalnız bir boru

kəməri mövcuddur. Bununla belə, ökədə İran və Türkiyədən keçməklə Avropaya,

Əfqanıstandan keçməklə Pakistan və Hindistana qaz ötürmək üçün boru kəməri

marşrutları üzərində işlər aparılır. Lakin qazın ixracatı ilə əlaqədar ölkədə çeşidli

problemlər də mövcuddur. Belə ki, alternativ marşrutlar olmadığı üçün hələlik qaz

ixracatı Rusiya vasitəsilə reallaşdırılır. Türkmən qazını Türkiyə və bir çox Avropa

ölkələri almaqda maraqlıdırlar. Hazırda bu qazın regional ölkələrə verilməsinin 3-4

variantı nəzərdən keçirilir. Bunlardan mühüm TransXəzər və Tükrmənistan-Əfqanıs-

tan-Pakistan qaz kəmərlərinin çəkilişidir. Bununla belə, hazırda “Türkmənistan-

Əfqanıstan-Pakistan-Hindistan” qaz kəməri layihəsinin reallaşması istiqamətində

mühüm işlər aparılır.

Türkmənistan karohidrogen resurslarından başqa burada kükürd, kalium, daş duz,

bentonit gili, mirabilit və alunit yataqları da mövcuddur. Ölkədə ən böyük göl olan

və bir hissəsi Özbəkistana mənsub Sarıqamışdan yüksək keyfiyyətli xörək duzu

yığılır. Kimya sənayesi üçün kifayət qədər yerli xammala malik Türkmənistanda

kükürd, kalium duzları, yod və digər müvafiq təyinatlı zavodlar fəaliyyət göstərir.

Ölkə mühüm tranzit mövqeyinə malikdir. Lakin neytral ölkə kimi mövqeyi onu

bir sıra regional nəqliyyat daşımalarında dolğun istifadə etməyə imkan vermir. Belə

ki, regionda nəqliyyat keçidliyi ilə əhəmiyyətə malik ölkə TRACECA nəqliyyat dəh-




4(124)/2015

E.Hacızadə

XƏZƏR hÖVZƏSİ REGİONUNUN İQTİSADİ POTENSİALI VƏ İXRAC ...



119

lizinin üzvü deyildir. Buna baxmayaraq, Türkmənistan cənub istiqamətdə nəqliyyat

şəbəkəsini yaratmaq mövqeyi tutmuşdur. Təcən şəhərindən İranın Məşhəd şəhərinə

çəkilən avtomobil yolu Mərkəzi Asiyanın digər respublikaları, xüsusən Qazaxıstan

və Özbəkistan üçün mühüm əhəmiyyət kəsb edir. Bakı ilə Türkmənbaşı şəhərləri

arasında Xəzər dənizində gəmi-bərə işləyir. Ölkənin hələ SSRİ dövründən dəmir

yolu ilə Özbəkistan və Tacikistana çıxışları mövcuddur. 2014-cü ildə Şimal-Cənub

marşrutu üzrə Qazaxıstan və İranı birləşdirən uzunluğu 917,5 km olan beynəlxalq

dəmir yolu xətti istismara verilmişdir. Hazırda Türkmənistan-Tacikistan-Əfqanıstan

yeni dəmir yolu xəttinin inşası aparılır [21].

İran İslam Respublikası Orta Şərqdə nəhəng iqtisadiyyata malik ölkə kimi çıxış

edir. O, ÜDM-in həcminə görə Asiya regionunda yalnız Çin, Yaponiya, Hindistan,

Türkiyə, İndoneziya və Cənubi Koreyadan geri qalır. Ölkə təbii sərvətlərlə zəngindir.

Neft-qaz sənayesi İran iqtisadiyyatının başlıca sahəsidir və dövlətin gəlirlərinin 90%-

ni verir. İran bütün dünyada təbii qaz ehtiyatının 16%-nə malik olmaqla (33-35 mil-

yard m

3

) bu göstərici üzrə yalnız Rusiya ilə birlikdə liderlik mövqeyində dayanır.

Ölkədə sübut olunan neft ehtiyatı 25 milyard tona – dünya neft ehtiyatlarının təx -

minən 10%-ə qədərinə bərabərdir. Ölkənin əsas qaz yataqları Fars körfəzi şelfində,

həmçinin ölkənin şimali-şərqində yerləşir. Burada 2014-cü ildə 165 milyard m

3

həc-



mində qaz hasil olunmuşdur. Hazırda qaz ixracı əsasən Türkiyəyə yönəlmişdir. Bun-

dan başqa, İran şimal regionlarını qazla təchiz etmək məqsədi ilə İraqdan qaz alır.

Eyniliklə də bu məqsədlə və Azərbaycanın blokadada olan Naxçıvan bölgəsinin

qazla təminatı üçün onunla qaz mübadiləsi aparır.

Ölkədə çoxsaylı neft emalı və neft-kimya müəssisələri fəaliyyət göstərir. Lakin

ölkə yanacaq məhsulları ilə hələ də özünü tam təmin edə bilmir. Böyük karbohidro-

gen ehtiyatlarına baxmayaraq, burada həmçinin geniş həcmdə elektrik enerjisi de-

fisiti mövcuddur. Ölkədə alternativ enerji mənbələrindən istifadə edilir. Ölkədə nüvə

proqramı  həyata  keçirilir.  Buşer  şəhərində  Rusiya  tərəfindən  inşa  edilən  AES

fəaliyyət göstərir.

Neft-qaz ehtiyatlarından savayı İran daş kömür, mis, dəmir, manqanlı və sink-

qurğuşun filizləri kimi təbii sərvətlərə malikdir. İran neft sənayesi ilə yanaşı yüksək

inkişaf etmiş aqrar-sənaye ölkəsidir. Sənayenin inkişafı üçün ölkədə bir sıra imkan-

ların olmasına baxmayaraq, onun artım sürəti sənaye məhsullarına olan tələbatı tam

ödəyə bilmir. İranda maşınqayırma, metallurgiya, qida və tekstil sənayesi inkişaf et-

mişdir. Metallurgiya yerli xammala əsaslanır. İsfahan şəhərində tam dövriyyəli qara

metallurgiya müəssisəsi fəaliyyət göstərir. Əlvan metallurgiya zavodlarında əsasən

mis və alüminium istehsal olunur. Maşınqayırma sənayesinin inkişafında Almaniya

və Böyük Britaniyaya məxsus şirkətlər mühüm rol oynayırlar. Ölkədə xalçaların

kustar üsulla istehsalı geniş yayılmışdır. Təbriz, İsfahan, Məşhəd şəhərlərində to -

xunan xalçalar, Şiraz, Tehran, İsfahanda hazırlanan bəzək əşyaları dünya bazarında

yüksək qiymətləndirilir.




Yüklə 338,59 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə