Xülasə Tədqiqatın məqsədi Xəzər hövzəsi regionunun iqtisadi



Yüklə 338,59 Kb.
Pdf görüntüsü
səhifə11/15
tarix01.02.2018
ölçüsü338,59 Kb.
#23176
növüXülasə
1   ...   7   8   9   10   11   12   13   14   15

4(124)/2015

E.Hacızadə

XƏZƏR hÖVZƏSİ REGİONUNUN İQTİSADİ POTENSİALI VƏ İXRAC ...



114

öz əksini taparaq daha çox paket və çərçivə sənədləşməsi predmeti ola bilər. Bu

məsələlərə nəzər yetirdikdə bir də görünən odur ki, mineral resursların bölgüsü is-

tisna olmaqla, qalan məsələlərin həllində xüsusi ziddiyyətlər yoxdur.

İkinci halda gözləntilərə görə, kompromislər olacaq. Əks vəziyyətdə modifikasiya

olunmuş qapalı dəniz statusu səmərə verməyəcəkdir.

Üçüncü halda Xəzər dənizinin statusu məsələsinin təyini beynəlxalq məhkəmənin

köməyi  ilə  müəyyənləşə  bilər.  Belə  bir  presedent  Şimal  dənizi  ilə  bağlı  dünya

təcrübəsində sınanmışdır. Lakin bu da nəzərə alınmalıdır ki, Xəzər göl olduğundan

onun status məsələsinə məlum BMT konvensiyası çərçivəsində baxıla bilməz. Bun-

dan başqa, bu işdə sahilyanı ölkələrin razılığı da olmalıdır. Ən yaxşı hallarda status

məsələsinin məhkəmə qaydasında həlli 5-7 il vaxt aparacaqdır.

Status məsələsinin hərbi həll ssenarisini də istisna etmək olmaz. Bunu milyard

dollarlarla dəyərlərdə onun dünyanın üç neftli hövzəsi sırasında olması əlaqələndirə

bilər. Bütün bu ssenarilərin isə fövqündə əlbəttə ki, razılaşmalar dayanacaqdır.

5. Xəzərin karbohidrogen ehtiyatları və onlardan istifadə imkanları

Dünyadakı energetik resursların bölgüsünə nəzər yetirdikdə Xəzər hövzəsi regio-

nunun artan potensialını görməmək mümkün deyildir. Burada çox mühüm qlobal

səciyyəli neft və qaz ehtiyatları cəmləşmişdir. Bu baxımdan müasir dövrdə region

dövlətləri öz iqtisadi inkişafını Xəzər dənizinin neft-qaz potensialı ilə bağlayırlar.

ABŞ-ın Enerji İnformasiya İdarəsi özünün 2013-cü il hesabatında Xəzər dənizinin

su sektorunda ümumi neft ehtiyatlarının 19,6 milyard barel, qaz ehtiyatlarının 106

trilyon kub fut, quru sektorunda isə müvafiq olaraq 28,6 milyard barel və 186 trilyon

kub fut (7 trilyon m

3

) həcmində qiymətləndirir. Bununla yanaşı qeyd olunur ki, beş

sahilyanı ölkənin Xəzər dənizinin su və quru sektorundakı ümumi neft ehtiyatları

48,2 milyard barel, qaz ehtiyatları isə 285 trilyon kub fut (10,6 trilyon



3

) həcmində

qiymətləndirilir. Sənəddə Azərbaycanın Xəzər dənizinin su sektorundakı qaz ehti -

yat larının həcmi 1,5 trilyon m

3

, Qazaxıstanın 1,3 trilyon m



3

, Rusiyanın 0,5 trilyon

m

3

, Türkmənistanın 0,3 trilyon m



3

kimi göstərilir. Hesabatda, həmçinin bildirilir ki,

Qazaxıstanın Xəzərin su sektorundakı neft ehtiyatları 15,8 milyard barel, Azərbay-

canın isə 6,8 milyard barel təşkil edir. Hesabatda vurğulanır ki, İran istisna olmaqla,

bütün digər sahilyanı dövlətlər Xəzərin su sektorundakı enerji ehtiyatlarının işlən-

məsindən  mənfəət  götürür.  Sənədin  sonunda  qeyd  olunur  ki,  bütün  sahilyanı

ölkələrin ümumi gündəlik neft hasilatı 945 min barel təşkil edir və bunun 890 min

bareli (94%) Azərbaycanın payına düşür [18, 21].

Vurğulanmalıdır ki, ehtiyatlar dinamik və onlar haqqında məlumatlar üstün olaraq

konfidensialdır. Belə vəziyyət isə onun geoloji təyinatlarla yanaşı, digər amillər

baxımından  daim  dəyişməsini  şərtləndirir.  Bundan  başqa,  bu  həcmlər  ayrı-ayrı



4(124)/2015

E.Hacızadə

XƏZƏR hÖVZƏSİ REGİONUNUN İQTİSADİ POTENSİALI VƏ İXRAC ...



115

hesabatlar və mənbələrdə fərqli göstərilir. Lakin hər bir rəqəmin arxasında ümumi

reallıqları əks etdirən aydın görüntülər vardır.

O, da vurğulanmalıdır ki, Xəzərdəki karbohidrogen ehtiyatlarının mühüm hissəsi

üç türkdilli dövlətə - Azərbaycan, Qazaxıstan və Türkmənistana mənsubdur. Bu

sırada həmin resursların ən klassik istehsalçısı kimi Azərbaycan çıxış edir. Bütün

bəşər tarixində və eyni zamanda dənizdə də ilk neft hasilatı onun adı ilə bağlıdır.

Azərbaycan iqtisadiyyatında neft-qaz sərvətləri çox mühüm əhəmiyyət daşıyır.

Dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkədə ümummilli lider Heydər Əliyevin

rəhbərliyi ilə milli neft strategiyası formalaşdırılmışdır. Bu strategiya inkişaf etmiş

dünya ölkələrinin aparıcı neft şirkətlərinin Xəzərdəki “Azəri-Günəşli” və “Çıraq”

yatağının işləməsi üzrə paytaxt Bakıda 1994-cü ilin 20 sentyabrında imzalanan

“Əsrin müqaviləsi”ndən başlanğıc almışdır. Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyevin əzmkar fəaliyyəti ilə aparılan miqyaslı islahatlar nəticəsində isə milli

neft strategiyasının multiplikativ effektləri daha geniş möhtəşəmlik əldə etmiş, iqti-

sadi artımda mühüm rolu və əhəmiyyəti olan qeyri-neft sektoru formalaşdırılmış,

ölkə neft-qaz sərvətlərinin insan kapitalına çevrilməsi mərhələsinə keçid edilmişdir

[14, 21].

Azərbaycanda karbohidrogen ehtiyatlarının hasilat zonası 39 quruda və 18 Xəzər

dənizində olmaqla 57 yataqdan ibarətdir. Tanınmış Azərbaycan geoloqu ARDNŞ-in

birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə 2015-ci il üzrə açıqlamalarında ölkədə

proqnoz  neft  ehtiyatlarının  4  milyard  ton,  qaz  ehtiyatlarının  isə  6  milyard  m3

civarında olduğunu göstərir [25].

Azərbaycanın bol neft-qaz sərvətləri onun bir sıra ölkələrin enerji təhlükəsiz -

liyinin təminatında əhəmiyyətini artırır. Bu gün bəzi Avropa ölkələrində Azərbaycan

neftinin həcmi enerji balansının təxminən 30%-ni təşkil edir. Azərbaycan bu bazarda

həm də etibarlı qaz təminatçısına çevrilmişdir. Ölkənin təsdiq edilmiş qaz ehtiyatları

2,6 trilyon m3-dir. Hər il buradan orta hesabla 7-9 milyard m3 qaz ixrac edilir. Neft

ixracının həcmi isə 33-35 milyon tondur. Vurğulanmalıdır ki, ölkədə 2014-cü ildə

41,2 ton neft, 28,8 milyarda m3 qaz hasil olunmuşdur [21].

Ölkə iqtisadiyyatı inkişaf etmiş sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və rabitə

sektorlarına malikdir. Özünün geosiyasi mövqeyinə görə Azərbaycan Şimal-Cənub,

Şərq-Qərb nəqliyyat marşrutlarının kəsişdiyi məkanda yerləşir. Əlverişli coğrafi

vəziyyəti ona həm özünün sahib olduğu zəngin karbohidrogen resurslarının və həm

də qonşu Asiya ölkələri neftini, neft-qaz məhsullarının Avropa bazarlarına daşın-

masında  çoxvektorlu  logistik  imkanlar  yaradır.  Azərbaycandan  keçən  Avropa-

Qafqaz-Asiya Nəqliyyat Dəhlizi - TRACECA Avropa ilə Asiyanı birləşdirən ən kiçik

marşrut hesab edilir. Hazırda ölkənin enerji resurslarını müxtəlif istiqamətlərə nəql

edən 7 neft və qaz kəməri mövcuddur. Bunların sırasında Heydər Əliyev adına Bakı-

Tbilisi-Ceyan  neft  və  Bakı-Tbilisi-Ərzurum  qaz  kəmərləri  daha  yüksək  qlobal

əhəmiyyətliliyi ilə fərqlənirlər [25].



Yüklə 338,59 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə