Xülasə Tədqiqatın məqsədi Xəzər hövzəsi regionunun iqtisadi



Yüklə 338,59 Kb.
Pdf görüntüsü
səhifə14/15
tarix01.02.2018
ölçüsü338,59 Kb.
#23176
növüXülasə
1   ...   7   8   9   10   11   12   13   14   15

4(124)/2015

E.Hacızadə

XƏZƏR hÖVZƏSİ REGİONUNUN İQTİSADİ POTENSİALI VƏ İXRAC ...



120

Əsasən xam neft və neft məhsulları, metal filizləri, kənd təsərrüfatı məhsullarının

ixracı üstünlük təşkil edir. Ölkəyə xaricdən ağır maşınqayırma və kimya sənayesi,

maşın, dəmir, polad, tekstil malları, kağız idxal olunur. Əsas ticarət tərəfdaşlarına

Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Böyük Britaniya, İtaliya, Yaponiya

daxildir.

İran inkişaf etmiş nəqliyyat infrastrukturuna malikdir. Burada avtomobil yol-

larının ümumi uzunluğu 180 min km hesablanır. Dəmir yolları xətlərinin uzunluğu

8400  km-dir.  Ölkədə  300-dən  çox  aeroport  fəliyyət  göstərir.  Ölkənin  6  böyük

şəhərində metro tikintisi aparılır.

Rusiya  ərazisinə  görə  dünyanın  ən  böyük  dövlətidir  (quru  səthinin  1/9-i).

Ərazisinin 1/4-i Avropanın, 3/4-ü isə Asiyanın payına düşür. Bu reallıq Rusiyaya

həm Avropa, həm də Asiya ölkəsi olmağa imkan verir. Rusiya çox zəngin təbii

resurslara malikdir. Burada dünya üzrə təsdiqlənmiş resursların 21%-i cəmləşmişdir.

Ölkə neft və qazın hasilatında dünya lideridir. Burada sübut olunan neft ehtiyatı 10

milyard tondan çox, qaz ehtiyatları isə 20 trilyon m

3

-ə qədər hesablanır. Ölkədə hər



il orta hesabla 500 milyon ton neft, 600 milyard m

3

qaz hasil olunur ki, bunların da



ixracından dövlət büdcəsinə milyardlarla dollar məbləğində vəsait daxil olur. Hazırda

Rusiya Şimal Buzlu Okeanın özünəməxsus dəniz akvatoriyasında aşkarlanmış iri

neft yataqlarını istismar etmək niyyətindədir [18, 24].

Rusiyada  güclü  qara  və  əlvan  metallurgiya,  kimya,  maşınqayırma  sənayesi

yaradılmışdır.  Yüngül  və  yeyinti  sənayesi  inkişaf  etdirilmişdir.  Meşə  sənayesi

ölkənin qədim və güclü inkişaf etmiş sahələrindəndir. Rusiya özünün hərbi-sənaye

kompleksi və raket texnologiyası ilə olduqca güclüdür. Ölkənin aqrar sektoru da

çoxsahəlidir. 

İxracatda əsas yeri xam neft və təbii qaz təşkil edir. Bundan başqa hərbi məhsul,

qara və əlvan metallar və digər istehsal malları da ixrac olunur.

Ölkədə bütün nəqliyyat növləri, dəmiryol, avtomobil, su, hava və boru-kəmər

nəqliyyatı inkişaf etmişdir. Burada dəmir yollarının uzunluğu 120 min km-dən çox-

dur. Volqa çayının imkanlarını genişləndirmək məqsədilə Rusiya ərazisində Volqa-

Don, Moskva kanalı, Volqa-Baltik dənizçilik kanalı salınmışdır. Qara dəniz və Baltik

dənizi,  Şimal  Buzlu  Okeanı  və  Sakit  Okean  sahillərində  iri  liman  şəhərləri

yaradılmışdır. Ölkədə 232 hava limanı fəaliyyət göstərir ki, onlardan da 71-i beynəlx-

alq uçuşları həyata keçirir. Hazırda Rusiya, dünyada ikinci yerdə duraraq, 62 min

km magistral neft və 150 min km qaz boru kəmərlərini əhatə edən boru kəmər

nəqliyyat-kommunikasiya şəbəkəsinə malikdir. Həmin kəmərlərlə ildə 300 milyon

tondan artıq neft, 530 milyard m3-dən artıq qaz nəql edilir. Son illərdə avtomobil

və boru kəməri nəqliyyat növlərinin əhəmiyyəti xeyli artmışdır. Burada avtomobill

yolların uzunluğu 1 milyon km-dən çoxdur [21].

Göründüyü kimi, Xəzər hövzəsi regionunun dövlətləri, öz iqtisadi inkişafını bu

və ya digər dərəcədə dənizin və ona bitişik zonanın neft-qaz potensialı ilə bağlayırlar.




4(124)/2015

E.Hacızadə

XƏZƏR hÖVZƏSİ REGİONUNUN İQTİSADİ POTENSİALI VƏ İXRAC ...



121

Bu da təbiidir. Xüsusən üç müstəqil türk dilli dövlətin - Azərbaycan, Qazaxıstan və

Türkmənistan iqtisadiyyatlarının şaxələndirilməsində bu resursların əhəmiyyətinə

istinad edirlər. Lakin status məsələsinin açıq qalması bu məsələdə özünün çətinlik-

lərini ortaya qoyur. Məsələ məhdudiyyət yaratma kəskinliyi ilə daha çox regiondakı

karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasında göstərir. Buna bax-

mayaraq, Xəzərdən keçəcək bir çox neft-qaz kəmərlərinin layihəsi artıq hazırlan-

mışdır. Bu məqsədlə ABŞ türkmən qazının TransXəzər marşrutunun texniki iqtisadi

əsaslandırılması üçün 750 min dollar məbləğində vəsait ayrıldığını bildirmişdir. Bu

amil də bir daha Xəzər bölgəsində proseslərin üstün olaraq onun karbohidrogen

ehtiyatlarıyla bağlılıqda inkişaf etdiyini və yaxın gələcəkdə buradan strateji neft və

qaz kəmərlərinin keçəcəyinin yəqinliyini əsaslandırır.



6. Xəzərin gəmiçilik potensialı və nəqliyyat arteriyaları

Xəzərin  enerji  resusrlarının  daşınmasında  nəqliyyat  arteriyaları  mühüm

əhəmiyyət daşıyır. Hazırda Xəzərin neft-qaz resurslarının dünya bazarına çıxışının

Bakı-Ceyhan, Bakı-Novorossiysk, Bakı-Supsa, Atasu-Alaşankoy (Qazaxıstan-Çin),

Tengiz-Novorossiysk (Xəzər Boru Konsorsiumu), Atıray-Samara neft və Bakı-Ərzu-

rum qaz kəməri vasitəsi ilə təmin olunur. Mühüm neft-qaz arteriyaları sayılan bütün

bu kəmərlər isə öz növbəsində əsas istehlakçılara birbaşa yetişməyərək limanlarda

tankerlər vasitəsi ilə ünvanlara çatdırılır. Burada əsas maneə isə Xəzərin dünya

okeanına birbaşa çıxışının olmaması ilə bağlıdır.

Vurğulandığı kimi, qapalı su hövzəsi olan Xəzər dənizinin dünya okeanı ilə yalnız

şimaldan Volqa çayı vasitəsi ilə əlaqəsi vardır. Burada əsas yeri Volqa-Don kanalı

tutur. Kanal Xəzərə qovuşan Volqa çayı ilə Azov dənizinə tökülən Don çayını bir-

ləşdirir ki, buradan da Qara dəniz vasitəsi ilə dünya okeanına çıxış əldə edilir. Bun-

dan başqa Xəzər dənizi yenə də Volqa çayı vasitəsi ilə şimaldan Volqa-Baltik və

Baltik-Ağ dəniz kanalları ilə də dünya okeanına qovuşa bilir. Lakin uzun sürən qış

mövsümündə kanalın donması və eyni zamanda okeana çıxışda çoxsaylı boğaz və

aşırımların olması naviqasiya problemləri yaradır. Kanalın texniki göstəricilərinin

adekvat olmaması, prosedur mürəkkəblikləri də əlavə çətinliklərə yol açır. Bundan

başqa, qışda Xəzərin şimalı donduğundan Bakı-Həştərxan yolunda hərəkət kəsilir.

Xəzərin Azərbaycan sahilində isə iri Kür çayında donma hadisəsinə əsasən rast gəlin-

mir. Çox uzun illər öncə Xəzər dənizindən Tiflis şəhərinə qədər üzən nəqliyyat va-

sitələri ilə getmək mümkün olmuşdur. XX əsrin ortalarından başlayaraq Kür çayında

tikilən silsilə su anbarları burda gəmilərlə bağlı su nəqliyyatının hərəkətini məhdud-

laşdırmışdır. Bununla bağlı o zamanlar Azərbaycanda mövcud olmuş çay nəqliyyat

donanması da fəaliyyətini dayandırmışdır. Hazırda burada su nəqliyyatı lokal xarak-

terlidir və əsasən katerlər vasitəsi ilə həyata keçirilir.




Yüklə 338,59 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə