Xülasə Tədqiqatın məqsədi Xəzər hövzəsi regionunun iqtisadi



Yüklə 338,59 Kb.
Pdf görüntüsü
səhifə6/15
tarix01.02.2018
ölçüsü338,59 Kb.
#23176
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   15

E.Hacızadə

XƏZƏR hÖVZƏSİ REGİONUNUN İQTİSADİ POTENSİALI VƏ İXRAC ...

vilələrdə  də  bir  daha  vurğulanmışdır.  Bütün  bunlar  isə  öz  növbəsində  Xəzərin

“Rusiyadaxili su hövzəsi” statusunu “Sovet-İran daxili su hövzəsi” statusuna çevir-

mişdir.

Belə bir reallıq vardır ki, Xəzərdə Sovet-İran sərhədləri SSRİ dövlətinin mövcud-



luğu heç bir zaman qəti və rəsmi müəyyən olunmamışdır. İki dövlət arasında 1954-

cü ildə bağlanmış “Sərhədlərin nizamlanması haqqında Müqavilə”yə görə Xəzərin

hər iki tərəfdən sərhədi müəyyən edilir. Lakin burada dənizin özündəki sərhədlə

bağlı heç nə deyilmirdi. Bundan başqa Sovetlər İttifaqı zamanında 1982-ci ildə qəbul

olunmuş “SSRİ-nin dövlət sərhəddi haqqında qanun”da İranla SSRİ arasında sərhəd

xətti Astara-Həsənqulu xətti üzrə müəyyən edilmiş və bu əyani olaraq bütün sovet

xəritələrində öz əksini tapmışdır. Bir daha vurğulanmalıdır ki, Sovet-İran yurisdik-

siyasının bütün mövcudatı ərzində (1921-1991) Xəzərin bu bölgüsü praktiki olaraq

dövlətlərin beynəlxalq ittifaqları tərəfindən tanınmış və beynəlxalq hüquq doktri-

nasında təsbitini tapmışdır.

Xəzərin SSRİ-yə məxsus hissəsinin sektorlara bölünməsi məsələsi isə 1970-ci

ildə baş vermişdir. SSRİ-nin Neft Sənayesi Nazirliyi tərəfindən həyata keçirilən böl-

güyə əsasən Xəzər dənizi müvafiq olaraq Rusiya (16% - 60 min km

2

), Qazaxıstan

(29% - 105 min km

2

), Azərbaycan (19% - 70 min km



2

), Türkmənistan (22% - 80 min



km

2

) habelə SSRİ-nin quru sərhədi ilə müəyyən edilən İran (14% - 55 min km



2

) sek-


toruna bölünmüşdür. 

Bundan başqa, 18 yanvar 1991-ci ildə Azərbaycan SSR ilə SSRİ Neft və Qaz Sə-

nayesi Nazirliyinin birgə qərarında da ona aid mövcud sektorda mineral ehtiyatların

axtarışı və hasilatı və bu işlərə xarici şirkətlərin cəlb edilməsi kimi hüquqlar təsbit

olunmuşdur. Həmin bölgü zamanı Xəzərin hüquqi, coğrafi vəziyyətindən irəli gələn,

beynəlxalq-hüquqi təcrübədə hamı tərəfindən qəbul edilmiş orta xətt prinsipi əsas

götürülmüşdür. SSRİ-nin süqutuna qədər Xəzərin hüquqi statusu bu razılaşmalarla

tənzimlənmişdir.  Hazırda  da  hüquqi  statusu  müəyyən  edilmədiyindən,  dəniz

sərhədləri sahilyanı dövlətlər tərəfindən 1970-ci il sektorial bölgü üzrə qəbul olunur

[16, 19, 21].



4.2. Yeni geosiyasi situasiya və danışıqların sammitlər xronologiyası

Yeni geosiyasi situasiyada yaranmış mövcud durum sahilyanı ölkələri Xəzərin

hüquqi statusu ilə bağlı hamı üçün məqbul olan mexanizmin axtarışı zorunda qoydu.

Bu istiqamətdə öncə üç yanaşma ortaya çıxdı:

1. Xəzərin orta xətt üzrə bərabər hissələrə bölünməsi.

2. Xəzərə dəniz statusu verilməsi ilə ona müvafiq beynəlxalq hüquqi normaların

tətbiq edilməsi.

3. Xəzər unikal su hövzəsi (beynəlxalq hüquqda unikal qapalı su hövzəsinin



hüquqi rejimi anlayışı işlədilmir) olması ilə status məsələsində qeyri-ənənəvi

yanaşmaların tətbiq olunması.



4(124)/2015

104


Problem ətrafında 5 ölkə ilə yanaşı, Qərbin və ABŞ-ın da qoşulduğu geosiyasi

mübarizə  dayanır.  Xəzərin  geosiyasi  əhəmiyyəti  onun  Avro  və  Asiya  arasında

mühüm tranzit məkan, biomüxtəliflik diapazonu, bu sferada akvatoriyadakı dünya

nərə balığı ehtiyatlarının mütləq əksəriyyətinin cəmlənməsi və nəhayət, şelfində xü-

susi böyük həcmli təsdiqlənmiş neft-qaz ehtiyatlarının mövcudluğudur. Məhz bu

resursların yeni geosiyasi situasiyada necə və kim tərəfindən istismarı məsələsinin

kəskinləşməsi Xəzərin status məsələsinin də daha qabarıq şəkildə gündəmə gəlmə -

sinə əlavə təkan vermişdir. Proses zirvə həddinə Azərbaycanın 1994-cü ildə “Əsrin

müqaviləsi”ni imzalamağa və aparıcı Qərb şirkətləri ilə öz neft-qaz yataqlarının aktiv

şəkildə istismarına hazırlaşmasında özünü biruzə vermişdir. Hadisələrin belə cərəyan

etməsi  şübhəsiz  ki,  Rusiyanı  “böyük  energetik  oyun”dan  kənarda  qoymasına

aparırdı. Buna görə də Rusiya Azərbaycan, Qazaxıstan və Qərbə təzyiq üsulu kimi

təcili şəkildə Xəzərin statusu problemini dövriyyəyə buraxaraq konkret addımlar

atdı. O, zaman Rusiya Xarici İşlər Nazirliyi bu işləri əngəlləmək məqsədi ilə 5 aprel

1994-cü  il  tarixdə  Böyük  Britaniyanın  səfirinə  göndərdiyi  konfidensial  notada

dənizin hüquqi statusunun yoxluğuna və bununla da, problemin yoluna qoyulmadan

neft-qaz ehtiyatlarının istismarının yolverilməzliyinə diqqət yönəltmişdi. Qətiyyətlə

hesab ediləndir ki, məhz bu nota faktiki olaraq Xəzərin status məsələsində sərt və

uzunmüddətli geosiyasi mübarizənin əsasını qoymuşdur. Həmin məsələdə İrandan

dəstək almaqla Xəzərdə resurslar, ekologiya və təhlükəsizlik məsələləri daha kəskin-

liyi ilə qaldırıldı. O da vurğulanmalıdır ki, Azərbaycan və Qazaxıstanın 1993-cü

ildən başlayaraq Xəzərin mineral ehtiyatlarının bölgüsündə vahid mövqe nümayiş

etdirmişlər. Onların həmin dövrlərdə apadıqları diplomatik manevrlər nəticəsində

və həmçinin Rusiya və İran şirkətlərini Xəzərdəki “neft biznesi”nə cəlb etməklə

problemin yumşaldılmasına qismən müyəssər olunmuşdur.

1992-ci  illərdən  başlayaraq  Xəzərsahili  dövlətlərin  ikitərəfli  və  çoxtərəfli

görüşlərdə  Xəzərin  hüquqi  statusu  məsələsi  ilə  bağlı  müzakirələr  aparılır.  Bu

məqsədlə  1996-cı  ildə  sahilyanı  5  ölkənin  xarici  işlər  nazirləri  müavinləri

səviyyəsində Xüsusi İşçi Qrupu yaradılmışdır. 25 ilədək müddəti əhatə edən bu

danışıqların ilkin mərhələsi - 1991-1994-cü illər problemin öyrənilməsi, ikitərəfli

və çoxtərəfli görüşlərdə müzakirələrin aparılması ilə xarakterik olmuşdur. Sonrakı

1995-1998-ci  illəri  əhatə  edən  mərhələ  məsələ  ilə  bağlı  sahilyanı  dövlətlərin

mövqelərinin dəqiq müəyyənləşməsi və görüşlərin intensivləşməsi ilə səciyyəvidir.

1999-cu ildən başlanan mərhələ isə status məsələsində Rusiyanın mövqeyinin dəyi -

şilməsi ilə diqqətə gəlmişdir. Danışıqlar, həmçinin ikitərəfli formatda da aparılmış

və  nəticədə 1998-ci ildə dənizin şimal hissəsinin dibinin bölünməsi haqda Rusiya

ilə  Qazaxıstan  arasında  saziş  imzalanmış  və  analoji  anlaşma  2001-ci  ilin  29

noyabrında Azərbaycanla Qazaxıstan arasında əldə olunmuşdur. Bundan sonra 2003-

cü ilin 27 fevralında iki dövlət Xəzər dənizində sərhədlərinin müəyyən olunması

barədə müqavilə bağlamışlar. 2003-cü ilin 14 mayında isə Rusiya, Qazaxıstan və



105

E.Hacızadə

XƏZƏR hÖVZƏSİ REGİONUNUN İQTİSADİ POTENSİALI VƏ İXRAC ...



4(124)/2015


Yüklə 338,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə