Xülasə Tədqiqatın məqsədi Xəzər hövzəsi regionunun iqtisadi



Yüklə 338,59 Kb.
Pdf görüntüsü
səhifə3/15
tarix01.02.2018
ölçüsü338,59 Kb.
#23176
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   15

uzunluğu bəzən 5 metrə çatan nəhəng bölgə balığına rast gəlinir. Xəzər həm də dünya

ehtiyatı və genofondunun əsasını təşkil edən nərə balıqlarının (dünya balıq hasi-



latının 90%-i) cəmləşdiyi başlıca qlobal su hövzəsidir. Burada üçüncü dövr sarmat

və  pont  dənizləri  vaxtının  faunası  saxlanmışdır  və  Xəzər  suitisi  burada  yeganə

məməli su heyvanıdır. Xəzər dənizi quşların Avropa, Asiya və Yaxın Şərq arasında

köçməsinin əsas marşrutlarından biridir. Miqrasiya zamanı hər il regiondan 12 mil -

yona qədər quş uçub keçir, 5 milyon quş isə burada qışlayır.

Xəzərin florası da zəngindir. Miosen dövründən məlum olan bu dəniz florası 755

növ və yarımnövdən ibarətdir ki, onun da 5 növü ali bitkilərdir. Çayların aşağı axarı

və dənizin dayaz hissələri su bataqlıq quşları üçün qiymətli yem və yuvaqurma yer-

ləridir.  Ramsar  konvensiyasına  əsasən,  onların  mühafizəsi  üçün  Xəzərin  sahil

zonasında üç qoruq: Azərbaycanda - Qızılağac, Rusiyada - Həştərxan, Türkmənis -

tanda - Xəzər - yaradılmışdır.

Xəzər dənizi özünün sahil zonasındakı təbii mühiti ilə də fərqlənir. Bol günəş ra-

diasiyası, narın qumlu və bəzən meşə zolaqlı çimərliklər, ətraf ərazidəki mineral

sular və müalicəvi palçıqlar burada istirahət və rekreasiya üçün geniş imkanlar

yaradaraq ona digər anoloji dənizlərlə müqayisədə bir sıra üstünlüklər gətirir.

Xəzər dənizinin dibində bol neft, qaz, kimyəvi xammal yataqları vardır. Burada

Abşeron və Bakı arxipelaqları akvatoriyalarında tarixən neft və qaz resursları hasil

olunmuşdur. İndi isə hasilat zonası bu və ya digər dərəcədə bütün digər Xəzəryanı

ölkələri də əhatə edir. Burada ehtimal olunan ehtiyatlar 100 milyard barel və ya 25-

30 milyard ton miqyasında hesablanır ki, bu da Şimal dənizi və Fars körfəzi nis-

bətində aralıq bir göstəricidir. Bunlardan 10 milyard ton karbohidrogenin aşkar -

lanması isə artıq kəşfiyyat təsdiqini almışdır. Region, həmçinin digər mineral ehti -

yatlardan tikinti daşları ilə, o cümlədən bəzək daşlarının qiymətli növləri və müxtəlif

duzlarla zəngindir.

Xəzər həm də mühüm nəqliyyat-logistika sistemliyi əhəmiyyətinə malikdir. O

qədim İpək yolunun əsas arteriyası üzərində qərar tutmuşdur. Dənizin şərq və qərbini

bərə keçidləri birləşdirir. Əsas limanları Bakı, Aktau, Türkmənbaşı, Həştərxan, Ma-

haçqala, Atırau, Bəndər-Ənzəli, Nouşəhər. Bu sırada ən böyük liman şəhəri regionun

əsas logistik mərkəzi Bakıdır.

Bütün  effektləri  ilə  yanaşı,  Xəzər  dənizi  həm  də  bir  sıra  problemlərin  də

əhatəsindədir. Bu sırada təbii, ekoloji və həmçinin hüquqi problemlər də mövcud-

dur.


Hazırda Xəzərdə çətin ekoloji durum yaşanır və bu dənizin şelf zonasının çirk-

lənməsi ilə daha kəskindir. Bəzi yerlərdə ölü zonalar yaranmış və çirkləndiricilərin

qiyməti normanı 10-20 dəfə ötmüşdür. Çirklənmə mənbələri olaraq ilk sırada Xəzərə

axan çaylar dayanır. Onlar vasitəsi ilə Xəzərə ildə 75 milyon ton neft məhsulları

gətirilir ki, bunun da əksər hissəsi (95%) Volqa çayının payına düşür. Bununla belə,

Xəzərətrafı ölkələr arasında dənizin mühafizəsi üçün yekdil saziş olmadığından



E.Hacızadə

XƏZƏR hÖVZƏSİ REGİONUNUN İQTİSADİ POTENSİALI VƏ İXRAC ...



4(124)/2015

97


E.Hacızadə

XƏZƏR hÖVZƏSİ REGİONUNUN İQTİSADİ POTENSİALI VƏ İXRAC ...



4(124)/2015

98

brakonyerlik vüsət almışdır. Çirklənmənin və brakonyerliyin artması və həmçinin

Xəzər ətrafındakı balıqartırma zavodlarının əvvəlki güclə işləməməsi dənizdə bir

çox növlərin, xüsusən də nərə balığının ehtiyatının tükənməsi problemini yaratmışdır

[13, 18].

Xəzər dənizi səviyyəsinin dəyişməsi də onun əsas problemləri sırasındadır. Belə

ki, bu dəyişmə sahil zonasında sosial-iqtisadi və ekoloji çətinliklərlə müşayiət olunur.

Bundan başqa o da vurğulanmalıdır ki, Xəzər dənizi olduqca seysmoaktiv regionda

yerləmişdir. Burada tez-tez baş verən zəlzələlər təbii və sosioloji fəsadlara yol açır.

Xəzərin hüquqi problemlərinin əsasında onun status məsələsi dayanır. Əvvəllər

iki dövlətin sərhədlərində yerləşən Xəzər 1991-ci ildə SSRİ-nin dağılması ilə hazırda

beş  müstəqil  dövləti  - Azərbaycan,  Rusiya,  Qazaxıstan,  Türkmənistan  və  İranı

əhatəsinə  almışdır.  Bu  isə  öz  növbəsində  onun  statusu  ilə  bağlı  yeni  geosiyasi

vəziyyət yaratmışdır. Xəzərətrafı ölkələrin mövqelərinin müxtəlifliyindən bu prob-

lem hələ də həll olunmamış qalır.

3. Xəzər: dəniz yoxsa göl

Xəzərlə bağlı mühüm cəhətlərdən biri onun dəniz və ya göl olması ilə bağlıdır.

Bu məsələnin nəzəri və təcrübi reallıqlar baxımından dəyərləndirilməsinə ehtiyac

vardır. Yəni əvvəlcə dəniz və gölün xüsusi cəhətləri, onların mahiyyətinin kəsişən

məqamları və fərqlilikləri bir araya gətirilib qiymətləndirilməlidir. Enskilopedik və

elmi ədəbiyyatlarda dəniz və gölün mahiyyəti ilə bağlı ümumiləşən xüsusiyyətlər

yetərincədir. Belə ki, bu sferada dəniz dünya okeanının bir hissəsi, struktur vahidi

olaraq dəyərləndirilir.

Dənizin (ingiliscə - sea - dəniz) əsas xüsusiyyəti iri ölçülü su hövzəsi kimi okeanın

ucqarlarında yerləşməsi və okeanla bir və ya bir neçə boğazla birləşmiş olmasıdır.

Dənizlər qismən quru və qismən də sualtı relyef yüksəklikləri (astanalar) ilə ayrılır-

lar. Onlar başlıca olaraq hidroloji rejiminə görə okeanın açıq hissəsindən fərqlənir.

Dənizlərin yaranışı bütün hallarda təbiidir və bir qayda olaraq onların suyu duzludur.

Dənizlər həm də daxili, kənar, materiklərarası və adalararası kimi təsnifata da məruz

qalırlar. Daxili dənizlər materikin quru hissəsinin üzərində yerləşir və bir qayda

olaraq, onlar dünya okeanı ilə bir və ya bir neçə körfəz vasitəsi ilə birləşirlər. Kənar

dənizlər daxili dənizlərdən materikin içərisində deyil, onun kənarında olması və

okeanla birbaşa və ya adalarla birləşməsi xüsusiyyətinə görə fərqlənirlər. Materik-

lərarası dənizlər isə materiklər arasında yerləşir. Nəhəng adalar arasında qərar tutan

dənizlər adalararası dənizlər adlandırılır. Dənizlər arasında materiklərlə bir başa

sahili olmayan, okeana daxildə (Atlantik okeanda Sarqas dənizi) yerləşənlərə də rast

gəlinir. Müvafiq ədəbiyyatlarda həm də dünya okeanından tam təcrid edilmiş nəhəng

su hövzələrinin, təbii ki göllərin dəniz adlandırılması təcrübəsi də yer alır. Bu sırada

ən nəhəng su hövzəsi kimi Xəzər dənizi göstərilir.




Yüklə 338,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə