Xülasə Tədqiqatın məqsədi Xəzər hövzəsi regionunun iqtisadi



Yüklə 338,59 Kb.
Pdf görüntüsü
səhifə5/15
tarix01.02.2018
ölçüsü338,59 Kb.
#23176
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   15

XVIII əsrin əvvələrindən başlayaraq Xəzər daha çox rus imperatorluğunun təsir

dairəsinə  düşməkdə  idi.  Bundan  irəli  gələrək  Rusiya  Xəzərin  coğrafi  cəhətdən

öyrənilməsinə başlamışdı. Bu tədqiqatlar isə əksərən hərbi əməliyyatlarla müşayiət

olunurdu. Rus çarı I Pyotr (1672-1725) xəritə tərtib edilməklə məlumat almışdı ki,

Amu-Dərya çayı Xəzərə axır və orada qızıl dolu mədənlər vardır. 

Bundan  başqa,  Xəzərdən  keçməklə  bu  çay  vasitəsi  ilə  Hindistana  yetişmək

mümkündür. Bütün bunları öyrənmək və qətiləşdirmək məqsədi ilə o, 1714-cü ildə

müvafiq ekspedisiya da təşkil etmişdi. Yerli türkmənlərin məlumatlarından belə

nəticəyə gəlinmişdi ki, Amu-Dərya, həqiqətən, əvvəllər Xəzərə qovuşmuş, lakin

hazırda o Aral dənizinə tökülməkdədir. I Pyotr bu məlumatlar əsasında elçisinə Xivə

və Buxara xanları ilə danışıqlar aparmaqla ticarət və diplomatik münasibətlər qurmaq

və həmçinin ticarəti yüngülləşdirmək üçün Amu-Dəryanın yenidən köhnə yatağı

üzrə Xəzərə yönəldilməsi imkanlarını araşdırmaq tapşırığı vermişdi. Bu ərəfədə

Xəzərin daha dəqiq xəritələrinin hazırlanması üçün çar həm də bölgəyə yeni ekspe-

disiyalar göndərmiş və bunların nəticəsi olaraq dənizin müvafiq xəritələri hazırlan-

mışdır [10, 11, 23].

Xəzər üzrə daha geniş tədqiqatlar SSRİ dövründə mükəmməl xarakter almışdır.

Məşhur rus neft geoloqu İ.M.Qubkin (1871-1939) və başqaları Sovetlər İttifaqının

yaranışının ilk onilliyində Xəzərdə neft axtarışları ilə bağlı onun su balansının və

dəniz səviyyəsinin dəyişkənliyinin öyrənilməsi üzrə tədqiqatlar yerinə yetirmişlər.

Yaşadığımız müasir dövrdə isə Xəzərlə bağlı bütün lazımi əksər cizgilər məlum

olmuş və onun kosmik şəkillər vasitəsi ilə dəqiq təsvirləri əldə edilmişdir [6, 15].

Bütün bunları əsas götürərək dəniz və göl fərqliliklər üzrə təhlili qiymətlən -

dirmələr əsasında aşağıdakı nəticəvi təyinatları müəyyən etmək olar:

I. Dənizlərin yaranışı həmişə təbii və qədimdir, göllər isə süni ola bilər;

II. Dənizlər dünya okeanının bir hissəsidir, göllər isə materik sularına aiddir;

III. Dənizin quru sərhədləri açıq, göllər isə həmişə quru ərazilərlə məhdudlaşır;

IV. Dənizlər ən kiçik istisnalarla bütün dünya göllərindən ölçü baxımından geniş

sahəvidirlər;

V. Dənizin suyu həmişə şordur, göllər isə nadir hallarda duzlu olmalarına bax-

mayaraq mütləq əksəriyyətlə şirin suludurlar.

Bütün  bunların  beş  ulduzlu  konfiqurasiyada  sxematik  təqdimatına  (Sxem  1)

əsasən,  müəyyən edilən bu təyinatı Xəzərə şamil etdikdə görərik ki, o iki meyarda

(I və V) qəti dəniz təyinatlıdır. İki meyar üzrə (II və III) isə qəti göldür. Bir meyar

üzrə isə (IV) - ölçülərin nəhəngliyi baxımından ən iri sahəli və sututumlu nadir

göldür.  Bütün  bu  coğrafi  əlamətlər  üzrə  müvafiq  ümumiləşdirmələr  apardıqda

müəyyən etmək olar ki, Xəzərin dəniz və ya göl olması qəti təyinatlı deyildir. Buna

görə də, onun status məsələsinə tamlıqla coğrafi meyarlarla deyil, digər aspektlərdən

də yanaşılmalıdır. 

E.Hacızadə

XƏZƏR hÖVZƏSİ REGİONUNUN İQTİSADİ POTENSİALI VƏ İXRAC ...



4(124)/2015

101


4. Xəzərin beynəlxalq-hüquqi statusu problemi

4.1.Tarixi aspekt

SSRİ-nin dağılması ilə Xəzərsahili dövlətlərin sayının ikidən beşə yüksəlməsi

Xəzərin beynəlxalq-hüquqi statusuna (ingiliscə - The international legal status of

the Caspian Sea - Xəzərin beynəlxalq-hüquqi statusu) yenidən baxılmasını zəruri

etdi. Belə ki, yaranmış geosiyasi situasiya Xəzərdən istifadədə sahilyanı dövlətlərin

hüquqlarının nədən ibarət olması, su səthi, dibi və orada olan təbii ehtiyatlar, bu

ehtiyatların ölkələr arasında bölünüb-bölünməməsi və bütün bunların hansı əsasda

həyata keçirilməsi kimi çoxsaylı mürəkkəb sualları qarşıya qoydu. 

Ümumiyyətlə isə bu məsələ tarixin bir çox dönəmlərində ara-sıra özünü biruzə

vermişdir. Rus çarı I Pyotrun 1722-1723-cü illərdə “Fars yürüşündə” məsələ daha

qabarıq  xarakter  almışdır.  Bundan  başlanğıc  alaraq  Xəzərdən  istifadə  hüquqi

məsələsi bu və ya digər dərəcədə Rusiya ilə İran arasında bağlanmış ikitərəfli müqa -

vilələrdə öz əksini tapmışdır. Onun ilkin müddəaları Peterburq (1723), Rəşt (1731),

Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri ilə tənzimlənmişdir. Lakin

həmin sənədlərdə də hüquqi baxımdan “status” anlayışı olmamışdır. Bu müqavilələrə

görə Xəzərdə Rusiyaya böyük imtiyazlar verilir və hərbiləşmə baxımından o tam

olaraq çarlığın ixtiyarına keçir. Bütün bunlardan irəli gələrək də Xəzər “rusiyadaxili

su hövzəsi” statusu almışdır [10, 11. 21].

Xəzərdəki hüquqlarla bağlı maraqlı xüsusi bir məqam Azərbaycanı iki hissəyə

ayıran 1813-cü ilin 12 oktyabr tarixində Rusiya İmperiyası ilə Qacar İran dövləti

E.Hacızadə

XƏZƏR hÖVZƏSİ REGİONUNUN İQTİSADİ POTENSİALI VƏ İXRAC ...



4(124)/2015

102

Sxem 1: Dəniz və göl fərqliliklər üzrə təyinatlar


arasında imzalanmış bədnam Gülüstan müqaviləsinin şərtləri ilə bağlı olmuşdur.

Gülüstan müqaviləsi (ingiliscə - Treaty of Gulistan - Gülüstan Müqaviləsi) imza-

landığı yerin adı ilə (Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi

vahidində kənd) tarixə daxil olmuşdur. Müqaviləyə əsasən Şimali Azərbaycan xan-

lıqlarından  İrəvan  və  Naxçıvanı  çıxmaq  şərtilə  yerdə  qalan  bütün  xanlıqlar

(Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verilmişdir. Müqa -

vilənin şərtlərinə görə, həmçinin Xəzər dənizi ümumən Rusiyanın daxili dənizi hesab

edilmişdir. Xəzərə sahiblik məsələsi həmin müqavilənin beşinci maddəsində təsbitini

tapmışdır: “Rus ticarət gəmilərinə əvvəlki qayda üzrə Xəzər sahilləri yaxınlığında

üzmək və onları yan almaq hüququ verilir; həm də gəmi qəzası zamanı iranlılar

tərəfindən dostluq köməyi edilməlidir. İran ticarət gəmilərinə də həmin bu hüquq -

əvvəlki qayda üzrə Xəzər dənizində üzmək və Rusiya sahillərinə yan almaq ixtiyarı

verilir, burada da gəmi qəzası zamanı, qarşılıqlı surətdə, iranlılara hər cür yardım

göstərilməlidir. Hərbi gəmilərə gəldikdə isə, müharibədən əvvəl, habelə sülh vaxtı

və həmişə Rusiya hərbi bayrağı Xəzər dənizində tək mövcud olmuşdur. Həmin ehti-

ram daxilində, əvvəlki ixtiyar indi də yalnız Rusiya Dövlətinə verilir ki, ondan başqa

heç bir Dövlətin hərbi Bayrağı Xəzər dənizində ola bilməz”. Bu bəndin müqavilədə

əks olunmasının maraqlı tarixçəsi vardır. Belə ki, bu zaman qalib ruslar Xəzəryanı

ölkələrə və Xəzərə tam nəzarət istəyindən irəli gələrək o zamankı İran dövlət başçısı

Fətəli şah I Babaxana (1797-1834) Xəzərdə hərbi donanma saxlamaq hüququnun

ancaq onlara (ruslara) məxsus olmasını tələbi ilə müraciət etmişlər. Bu tələbə mü-

nasibətdə şah baş vəzirə demişdir: “Şor sudur, nə faydası var, ver töksün atasının

goruna!  (farsca  -  Abəki-şurəst,  çi  faidə  darəd,  vedəh  birizəd  bəgüri-pədarət).

Təxminən bir əsr sonra dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirin (1862-1911)

“Ay alan, məmləkəti-Rey satıram!” satirik şeirində  həmin  əhvalata  işarə olaraq

parodiya edilmişdir. Dövlət başçısına yaraşmayan hərəkətin tənqid olunduğu həmin

şeirdə “...Babama vermədi əl “abəki-şur”, Deyiləm naxələfü nabəşüur...”. misraları

vardır. M.Sabir “ abəki-şur” (şor su) sözü ilə müasiri Məmmədəli şahın sələfi -

babası Fətəli şahın Xəzərə münasibətinə işarə etmiş və strateji dövlət məsələlərinə

yüngül münasibətin nümunəsi kimi onun nəvəsinin də babasından uzağa getmədiyini

göstərmişdir [21].

Xəzərin hüquqi statusuna daha çox diqqət 1921-ci il fevralın 26-da Moskvada

imzalanmış  Rusiya-İran  müqaviləsində  verilmişdir.  Bu  müqavilənin  3-cü  mad-

dəsində göstərilir: “1881-ci ildə sərhəd komissiyası tərəfindən müəyyən edilmiş

sərhəd  xəttini  hər  iki  yüksək  səviyyədə  danışıq  aparan  tərəflər  İran  və  Rusiya

arasında su sərhədi kimi qəbul etməyə razılaşır. Bu sərhəd qorunmalı və toxunul-

mazdır”. Həmin müqavilədən irəli gələrək şərti təsbit edilən ayırıcı xətt Astara-

Həsənqulu  su  sərhəddidir.  Bununla  yanaşı,  Xəzərin  Sovet-İran  dənizi  kimi

göstərilməsi 1935-ci ildə İran-SSRİ arasında “Ticarət, dənizçilik və məskunlaşma

haqqında”  və  1940-cı  ildə  “Ticarət  və  dənizçilik  haqqında”  imzalanmış  müqa -

E.Hacızadə

XƏZƏR hÖVZƏSİ REGİONUNUN İQTİSADİ POTENSİALI VƏ İXRAC ...



4(124)/2015

103


Yüklə 338,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə