SİZDƏN UZAQ YAŞASAM DA...
Qarşımda bir şeir qovluğu var. Bu qovluğu mənə şair
dostum uzaq Nyu York şəhərindən Raşbil Şamayev
göndərib. Telefon Ilə xahiş etdi ki, oxuyum və bu
kitaba söz önü yazım. Razı oldum. Qələm dostumu 15
ildən artıqdır ki, tanıyıram. Raşbil Şamayev iki dildə
Azərbaycan və dağ yəhudiləri dillərində yazan
şairlərimizdəndir. O İsrail və Azərbaycan Yazarlar
Birliyinin üzvüdür. Mən onun müxtəlif qazet və
jurnallarda çap olunmuş Azərbaycan dilində yazdığı
bir neçə şeirini də əvvələr oxumuşam. Onun indiyə
kimi dağ yəhudiləri dilində üç samballı kitabı”Yeni
Bəhrələr gətirir” (Ovurd taza bəhərho) , “Hər ağacdan
bir budaq”( Əz hər dor yə lügə) və “Həyat nağıldır”
nəşr olunmuşdur. Bu kitablarda şairin Yəhudi dilində
yazdığı şeirlər, qəzəllər, poemalar, dram əsəri və bir
sıra tərcümə etdiyi şeirlər çap olunmuşdur.
Şair dağ yəhudiləri dilinə, adı dünya ədəbiyyəti
tarixinə qızıl xətlərlə yazılmış şair mütəfəkkir Nizami
Gəncəvinin “Xəmsə”sindən aforizm və nəsihətlərini,
bir neçə qəzəlini, “Sirlər Xəzinəsi” poemasından
“Nuşiravan və bayquşların söhbəti”, “Kərpic kəsən
qocanın hekayəti” əsərlərini, görkəmli şair Səməd
Vurğunun tam həcmdə “Vaqif” dram əsərini, sevimli
şair Bəxtiyar Vahabzadənin bir sıra şeirlərini,
Tacikstanın ədəbi klassiklərindən biri olan Ömər
Xəyyamın rübailərini tərcümə etmiş və onları bir yerdə
toplayaraq “Hər ağacdan bir budaq” başlığı altında
kitabını 2007-ci ildə Nyu Yorkda çap etdirmişdir.
3