12
Xəbər
Azərbaycan teatr sənətində öz imzası olan
Şuşa Dövlət Musiqili Dram Teatrının mövsüm açı-
lışına “Azərsun Holdinq” növbəti dəfə ev sahibliyi
edib. Holdinqin mədəniyyət mərkəzində keçirilən
tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin rəsmiləri,
teatrsevərlər iştirak ediblər.
Teatrın direktor müavini Enurə Abdullaye-
va tədbiri açıq elan edərək qonaqları salamlayıb
və 144-cü teatr mövsümü münasibətilə hər kəsi
təbrik edib.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısının mü-
avini Vüsalə Fətəliyeva çıxış edərək Şuşa Dövlət Mu-
siqili Dram Teatrının tarixindən və fəaliyyətindən
bəhs edib. Şuşanın Ermənistan tərəfindən iş-
ğalından sonra Bakıda məskunlaşmağa məcbur
olan teatrın bugünkü nailiyyətlərini yüksək
qiymətləndirdiyini vurğulayıb. Eləcə də Şuşa Ra-
yon İcra Hakimiyyəti adından “Azərsun Holdinq”in
rəhbərliyinə rayonun mədəni həyatında fəal iştira-
kına görə dərin təşəkkürlərini bildirib.
“Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və
Biznesin İnkişafına Dəstək Departamentinin müdi-
ri Afiq Səfərov çıxışında məcburi köçkünlük həyatı
yaşayan teatr kollektivinin mübarizliyindən və
əzmkarlığından danışıb, teatr mövsümünün açılı-
şı münasibətilə onları təbrik edib. Şuşa şəhərinin
Azərbaycanın tarixi yaşayış məntəqəsi olmaqla ya-
naşı, həm də mədəni qüdrətini yaşadan torpaq ol-
duğunu qeyd edən A.Səfərov bildirib ki, möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən aparılan
məqsədyönlü siyasət sayəsində işğal altında olan
ərazilərimizin geri qaytarılacağı gün artıq çox ya-
xındır.
Şuşa Dövlət Musiqili Dram Teatrının rəhbəri,
Azərbaycanın əməkdar artisti Yadigar Mura-
dov çıxış edərək illərdir teatra göstərdiyi mad-
di və mənəvi dəstəyə görə “Azərsun Holdinq”in
Müşahidə Şurasının sədri Abdolbari Goozal bəyə
təşəkkürlərini ifadə edib və bildirib ki, bu nəinki
teatra, bütövlükdə Azərbaycan mədəniyyətinə
göstərilən misilsiz töhfədir.
Tədbir Şuşa Dövlət Musiqili Dram Teatrının
aktyorlarının ifasında Cəfər Cabbarlının “Solğun
çiçəklər” əsərinin nümayişi ilə başa çatıb.
Şuşa Dövlət Musiqili Dram Teatrının
144-cü teatr mövsümünün açılışı oldu
13
12 min hektardan çox şəkər çuğunduru əkin
sahələrini sığortalayan Azərbaycan Sənaye Sığor-
ta, yay aylarında yağan dolu və dəyişkən hava
şəraitini, həmçinin hazırda sahələrdə məhsul
yığımını nəzərə alaraq zərər dəymiş sahələrin
vəziyyətini dəyərləndirmək üçün əkin sahələrinə
baxış keçirib.
Bununla bağlı şirkət nümayəndələri və müstəqil
sığorta eksperti Samux, Qazax və Göygöl rayonla-
rına ezam olunublar.
Ekspertlər bitkilərin inkişafının hazırda hansı
fazada olduğunu bilmək məqsədilə sığortaçı ola-
raq şəkər çuğundurunun yığım prosesində iştirak
ediblər.
“Azərbaycan Sənaye Sığorta” ASC 2017-cı
ilin 10 ayı ərzində 2 973 561 manat məbləğində
sığorta ödənişi həyata keçirib. Bu məbləğin 512
258 manatı icbari sığorta növləri üzrə, 2 461 303
manatı isə könüllü sığorta növlərinin payına dü-
şür. Göstərilən müddət ərzində şirkətin ən böyük
sığorta ödənişləri - kənd təsərrüfatı bitkilərinin
sığortası növü üzrə 1 318 065 manat və könüllü
tibbi sığorta üzrə 1 085 417 manat olub.
Qeyd edək ki, kənd təsərrüfatı bitkilərinin sı-
ğortası növü üzrə olan məbləğ sığorta bazarında
ən böyük sığorta ödənişidir.
Azərbaycan Sənaye Sığorta şirkəti
şəkər çuğunduru əkin sahələrinə baxış keçirdi
Azərbaycan Sənaye Sığortadan
2,9 milyon manatlıq ödəniş
14
Xəbər
“Azərsun Holdinq”in Mər-
kəz Mikrobioloji Laborato-
riyası 10 ildən artıqdır ki,
qida məhsullarının analizləri
sahəsində fəaliyyət göstərir
və il ərzində təxminən 15 min
analiz etməklə şirkətdaxili 25
müəssisəyə mikrobioloji ana-
liz xidməti göstərir. Laborato-
riya qida məhsullarında və su
nümunələrində dövlət stan-
dartlarının tələb etdiyi ümumi
mikroorqanizm sayı, bağırsaq
çöpü qrupu bakteriyaları, kif
və maya göbələklərinin miq-
darı, “stapyhlococcus aureus”,
“bacillus cereus” analizləri üzrə
ixtisaslaşıb.
Mərkəz Mikrobioloji Labo-
ratoriyası 2015-ci ildə Alma-
niyanın DAkkS Akkreditasiya
təşkilatı tərəfindən attestasiya
edilib. Həm çinin ISO 17025
Mərkəz Mikrobioloji Laboratoriya beynəlxalq
sınaqlarda uğurlu nəticə əldə etdi
Ötən ay Azərbaycan Milli Kulinariya
Mərkəzi tərəfindən Beynəlxalq Kulinari-
ya Günü münasibəti ilə tədbir təşkil edilib.
Ənənəvi olaraq hər il qeyd edilən Beynəlxalq
Kulinariya Günü, bu il ilk dəfə olaraq
Azərbaycanın qədim xörəklərindən olan fi-
sincana həsr olunub.
Tədbirdə ölkəmizin mədəniyyəti, mətbəxi
və tarixinin bütün dünyada təbliğ edilməsi
istiqamətində mütəmadi olaraq müxtəlif
layihələr reallaşdıran, həmçinin Azərbaycan
Milli Kulinariya Assosiasiyasına verdiyi daimi
dəstəyə görə “Azərsun Holdinq”in “Super
Sun” markası diplomla təltif edilib.
Assosiasiyanın prezidenti Tahir Əmi-
ras lanov çıxış edərək “Azərsun Holdinq”ə
təşəkkürlərini ifadə edib və şirkətin mil-
li kulinarlara hər zaman dəstək olduğu-
nu vurğulayıb. “Şirkətlər qrupuna məxsus
müəssisələrdə istehsal edilən bu yağlar ko-
mandamızın beynəlxalq festivallarda və ya-
rışlarda uğurlu nəticələr əldə etməsinə və ən
yüksək pillələrdə qərarlaşmasına mühüm töhfələr
verir”, - deyə T.Əmiraslanov bildirib.
Tədbirdə “Super Sun” və “Möcüzə” marka-
ları tərəfindən kulinarlara müxtəlif hədiyyələr də
təqdim edilib.
Qeyd edək ki, “Azərsun Holdinq” ölkənin
yağa olan tələbatını ödəməklə bərabər, həm də
Azərbaycanın ixrac potensialının yüksəlməsində
mühüm rol oynayır.
“Super Sun” növbəti dəfə diplomla
təltif edildi