53
qayıdırlar. Çünki, məlum olur ki, Fales bütün emal yer-
lərini icarəyə götürüb, müqavilələri də aparıb gizlədib
evində. Yəni monopoliyanı alıb ələ. Ona görə də fer-
merlər gedib Faleslə sövdələşməyə məcbur olurlar. Fa-
les gözünə döndüyüm də, ağlına gələn qiyməti oxuyur
həmin bu fermerlərə. Bunlar da neyləsinlər? Mal tələf
olur axı. Qərara alırlar ki, Fales deyən qiyməti ödəsinlər
və bankrot olmasınlar.
Fales də qazandığı pulları ona rişxənd eləyən adam-
lara göstərir və təxminən aşağıdakı sözləri deyir: “İndi
gördünüz ki, müdrik adamlar da pul qazana bilirlər?”
Bir də yadınıza salıram ki, bu hadisə min illər bundan
qabaq olub. Milet şəhərində.
www.avciya.az
21 fevral 2013-cü il
54
VAŞİNQTON VƏ TOMSK
Beş-altı il bundan əvvəl Kolumbiya dairəsindəki
Vaşinqtonda bir həmyerlimizlə söhbətləşirdik. Biz ona
Azərbaycandan, o da bizə Amerikadan danışırdı. Açığı,
həmin söhbətin təfərrüatlarını unutmuşam. Amma bir
məqam yaddaşımda pərçimlənib qalıb.
Həmin insan son bir neçə ildə nə vaxt əsəbiləşdiyi-
ni yadına sala bilmədiyini söyləmişdi. Təsəvvür edin,
böyük bir şəhərdə yaşayasan, işləyəsən, maşın sürəsən,
bazar-dükana gedəsən və ...əsəbiləşməyəsən. Yəni, ax-
tarsan da əsəbiləşmək üçün bəhanə əlinə keçməyə.
Heç cür unuda bilmirəm...
Ötən il qohumlardan biri övladına toy eləyirdi. Məc-
lisdə yaxından-uzaqdan gəlmiş xeyli qonaq vardı. Neçə
ildən bəri görmədiyim qohumlarımızdan biri də Tomsk
şəhərindən gəlmişdi. Şadlıq sarayının foyesində hal-əh-
val tutub dərdləşirdik. Burada da unuda bilmədiyim bir
fikir səsləndi.
Deməli, qohumumuz dedi ki, Tomskda güzəranı yax-
şıdır. Dolanışığı pis deyil. Sonra da dedi ki, burada bir
dəst kostyum almaq üçün xeyli müddət götür-qoy edən,
pul yığan adamlara rast gəlib. Amma o Tomskda təzə
pal-paltarı elə işlədiyi bazardan evə gedəndə, yolüstü
alır. Heç qiymətinə də sən deyən fikir vermir, çünki, Al-
lah yetirir və ümumiyyətlə, Tomskda yaşamaq Bakıya
baxanda çox-çox asandır.
Bax, bu sözlər də yadımdan çıxmayıb.
Və indi, üstündən neçə müddət keçəndən sonra hər
iki şəxsin səsləndirdiyi fikirləri təkrar-təkrar təhlil edib
55
bu qərara gəlmişəm ki, bu adamlar əslində səhv yolda-
dırlar. Nə yaxşı ki, Allah üzümüzə baxıb, biz, okeanın o
tayına və yaxud Sibirə getməmişik.
Doğrudan da, əgər sizi bazar günü tezdən mənzilini
ən yüksək dünya standartlarına uyğunlaşdırmaq üçün
dreli işə salan qonşunuzun canfəşanlığı, ya da su burul-
ğanını xatırladan Azərbaycan növbələri və başqa-başqa
nəsnələr əsəbiləşdirmirsə, Amerikaya getməyə dəyərmi?
Xüsusilə, Amerikada yaşamağın əsas məziyyəti insanla-
rın əsəbiləşmək imkanından məhrum olmalarıdırsa?
Ya da Tomskda yaşayan insanın fikirlərinə diqqət
yetirək. Kostyum almağa uzun müddət hazırlaşmaq nə
vaxtdan qəbahət sayılır? Bəlkə biz kostyumu rəhmətlik
Nəsibə xanımın “Hicran”dakı qəhrəmanı demişkən “ev-
lənəndən-evlənənə” almaq istəyirik?
Ümid edirəm ki, istərsə Vaşinqtonda, istərsə də Tom-
skda yaşayan bu iki insan mənim yazımı oxuyub səhv
yolda olduqlarını anlayacaqlar.
www.avciya.az
22 fevral 2013-cü il
56
ƏSKİNAS MƏSƏLƏSİ
Mən bilirdim ki, bu işlərin axırı yaxşı olmayacaq.
“Bu işlər” deyəndə illərdən bəri 100 manatlıq əski-
nasları yığmağımı nəzərdə tuturam. Bu qırmızımtıl ka-
ğız parçalarına olan böyük marağım böyük problemlə-
rin ortaya çıxmasına səbəb olub. Və mən söz verirəm
ki, daha belə etməyəcəyəm. Çünki, səhvimi başa düş-
müşəm.
Necə oldu ki, səhvimi başa düşdüm?
Mən səhvimi bu günlərdə yayılmış bir xəbəri oxu-
duqdan sonra başa düşdüm. Güman edirəm ki, “APA-E-
conomics”in yaydığı xəbəri siz də oxumusunuz. Və mə-
lumatınız var ki, “Azərbaycanda banklardan nağd pulun
100 manatlıq əskinaslarla götürülməsi üçün komissiya
haqqı müəyyən edilib” Bu nə deməkdir? Bu o demək-
dir ki, “fevralın 1-dən etibarən Mərkəzi Bank tərəfindən
100 manatlıq əskinasların nağd məxarici üzrə 0,3% tarif
müəyyən olunub.” Bə bu niyə belə olub? Ona görə ki,
“son 7 il ərzində 100 manatlıq əskinasların tədavüldə
xüsusi çəkisi 75%-ə çatıb, bu isə beynəlxalq təcrübədə
qəbul edilmiş normadan yüksəkdir.” Təsəvvür edirsiniz-
mi?
Onu qeyd etməyi unutdum ki, “100 manatlıq əskina-
sa tariflərin tətbiqi banklar tərəfindən tranzaksiyalarda
digər əskinasların payını artıracaq” və “bu da əhalinin
nağd pulun strukturuna olan tələbinin ödənilməsi zama-
nı adekvatlığı təmin edə bilər.”
Kim düşünərdi ki, mənim dünyanın ən etibarlı valyu-
talarından biri olan Azərbaycan manatına marağım belə
57
fəsadlara, yəni bunca mühüm məsələdə adekvatlığın it-
məsinə gətirib çıxara bilər?
El diliylə desək, “ milyon faiz” bu işdə kiçik, orta və
böyük ölçülü dəfinələr formalaşdıran təqaüdçülərin, əla
məvacib alan alimlərin, həkimlərin və müəllimlərin, elə-
cə də digər yüksək təminatlı insanların rolu olub.
Bu aksiomdur. Teorem-zad deyil ki, isbata ehtiyacı
olsun.
Daha bir xəbər də oxumuşam. Bu da şad xəbərdir. Və
yenə də əskinaslarla bağlıdır. Eşidin və agah olun. Tez-
liklə təzə pullar çıxmalıdır, daha böyük nominallı. 200
və 500 manatlıq.
Hamımızı düşündürən əskinas məsələsi tam həllini
bu pullar çıxandan sonra tapa bilər. Elə tapacaq da.
Hə, bir də, manatın avrodan nəyi əskikdir? 200 və 500
avroluq pullar ola bilər, 200 və 500 manatlıqlar yox?!
www.avciya.az
25 fevral 2013-cü il
Dostları ilə paylaş: |