Yazı yazmaq möcüzədir. Gördüklərin, eşitdiyin söh- bətlər, yaddaşında iz buraxmış irili-xırdalı təəssüratlar



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə11/26
tarix11.07.2018
ölçüsü4,1 Mb.
#55127
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

53
qayıdırlar. Çünki, məlum olur ki, Fales bütün emal yer-
lərini icarəyə götürüb, müqavilələri də aparıb gizlədib 
evində. Yəni  monopoliyanı  alıb  ələ.  Ona  görə  də  fer-
merlər gedib Faleslə sövdələşməyə məcbur olurlar. Fa-
les gözünə döndüyüm də, ağlına gələn qiyməti oxuyur 
həmin bu fermerlərə. Bunlar da neyləsinlər? Mal tələf 
olur axı. Qərara alırlar ki, Fales deyən qiyməti ödəsinlər 
və bankrot olmasınlar. 
Fales də qazandığı pulları ona rişxənd eləyən adam-
lara göstərir və təxminən aşağıdakı sözləri deyir: “İndi 
gördünüz ki, müdrik adamlar da pul qazana bilirlər?”
Bir də yadınıza salıram ki, bu hadisə min illər bundan 
qabaq olub. Milet şəhərində. 
www.avciya.az
21 fevral 2013-cü il


54
VAŞİNQTON VƏ TOMSK
Beş-altı  il  bundan  əvvəl  Kolumbiya  dairəsindəki 
Vaşinqtonda bir həmyerlimizlə söhbətləşirdik. Biz ona 
Azərbaycandan, o da bizə Amerikadan danışırdı. Açığı, 
həmin  söhbətin  təfərrüatlarını  unutmuşam.  Amma  bir 
məqam yaddaşımda pərçimlənib qalıb. 
Həmin insan son bir neçə ildə nə vaxt əsəbiləşdiyi-
ni  yadına  sala  bilmədiyini  söyləmişdi.  Təsəvvür  edin, 
böyük bir şəhərdə yaşayasan, işləyəsən, maşın sürəsən, 
bazar-dükana gedəsən və ...əsəbiləşməyəsən. Yəni, ax-
tarsan da əsəbiləşmək üçün bəhanə əlinə keçməyə.
Heç cür unuda bilmirəm...
Ötən il qohumlardan biri övladına toy eləyirdi. Məc-
lisdə yaxından-uzaqdan gəlmiş xeyli qonaq vardı. Neçə 
ildən bəri görmədiyim qohumlarımızdan biri də Tomsk 
şəhərindən gəlmişdi. Şadlıq sarayının foyesində hal-əh-
val tutub dərdləşirdik. Burada da unuda bilmədiyim bir 
fikir səsləndi.
Deməli, qohumumuz dedi ki, Tomskda güzəranı yax-
şıdır. Dolanışığı pis deyil. Sonra da dedi ki, burada bir 
dəst kostyum almaq üçün xeyli müddət götür-qoy edən, 
pul  yığan  adamlara  rast  gəlib. Amma  o Tomskda  təzə 
pal-paltarı  elə  işlədiyi  bazardan  evə  gedəndə,  yolüstü 
alır. Heç qiymətinə də sən deyən fikir vermir, çünki, Al-
lah yetirir və ümumiyyətlə, Tomskda yaşamaq Bakıya 
baxanda çox-çox asandır. 
Bax, bu sözlər də yadımdan çıxmayıb.
Və indi, üstündən neçə müddət keçəndən sonra hər 
iki şəxsin səsləndirdiyi fikirləri təkrar-təkrar təhlil edib 


55
bu qərara gəlmişəm ki, bu adamlar əslində səhv yolda-
dırlar. Nə yaxşı ki, Allah üzümüzə baxıb, biz, okeanın o 
tayına və yaxud Sibirə getməmişik.
Doğrudan da, əgər sizi bazar günü tezdən mənzilini 
ən  yüksək  dünya  standartlarına  uyğunlaşdırmaq  üçün 
dreli işə salan qonşunuzun canfəşanlığı, ya da su burul-
ğanını xatırladan Azərbaycan növbələri və başqa-başqa 
nəsnələr əsəbiləşdirmirsə, Amerikaya getməyə dəyərmi? 
Xüsusilə, Amerikada yaşamağın əsas məziyyəti insanla-
rın əsəbiləşmək imkanından məhrum olmalarıdırsa? 
Ya  da  Tomskda  yaşayan  insanın  fikirlərinə  diqqət 
yetirək. Kostyum almağa uzun müddət hazırlaşmaq nə 
vaxtdan qəbahət sayılır? Bəlkə biz kostyumu rəhmətlik 
Nəsibə xanımın “Hicran”dakı qəhrəmanı demişkən “ev-
lənəndən-evlənənə” almaq istəyirik? 
Ümid edirəm ki, istərsə Vaşinqtonda, istərsə də Tom-
skda yaşayan bu iki insan mənim yazımı oxuyub səhv 
yolda olduqlarını anlayacaqlar. 
www.avciya.az
22 fevral 2013-cü il 


56
ƏSKİNAS MƏSƏLƏSİ 
Mən bilirdim ki, bu işlərin axırı yaxşı olmayacaq.
“Bu işlər” deyəndə illərdən bəri 100 manatlıq əski-
nasları yığmağımı nəzərdə tuturam. Bu qırmızımtıl ka-
ğız parçalarına olan böyük marağım böyük problemlə-
rin  ortaya  çıxmasına  səbəb  olub. Və  mən  söz  verirəm 
ki, daha belə etməyəcəyəm. Çünki, səhvimi başa düş-
müşəm.
Necə oldu ki, səhvimi başa düşdüm? 
Mən  səhvimi  bu  günlərdə  yayılmış  bir  xəbəri  oxu-
duqdan sonra başa düşdüm. Güman edirəm ki, “APA-E-
conomics”in yaydığı xəbəri siz də oxumusunuz. Və mə-
lumatınız var ki, “Azərbaycanda banklardan nağd pulun 
100 manatlıq əskinaslarla götürülməsi üçün komissiya 
haqqı müəyyən edilib” Bu nə deməkdir? Bu o demək-
dir ki, “fevralın 1-dən etibarən Mərkəzi Bank tərəfindən 
100 manatlıq əskinasların nağd məxarici üzrə 0,3% tarif 
müəyyən olunub.” Bə bu niyə belə olub? Ona görə ki, 
“son  7  il  ərzində  100  manatlıq  əskinasların  tədavüldə 
xüsusi çəkisi 75%-ə çatıb, bu isə beynəlxalq təcrübədə 
qəbul edilmiş normadan yüksəkdir.” Təsəvvür edirsiniz-
mi? 
Onu qeyd etməyi unutdum ki, “100 manatlıq əskina-
sa  tariflərin  tətbiqi  banklar  tərəfindən  tranzaksiyalarda 
digər əskinasların payını artıracaq” və “bu da əhalinin 
nağd pulun strukturuna olan tələbinin ödənilməsi zama-
nı adekvatlığı təmin edə bilər.”
Kim düşünərdi ki, mənim dünyanın ən etibarlı valyu-
talarından biri olan Azərbaycan manatına marağım belə 


57
fəsadlara, yəni bunca mühüm məsələdə adekvatlığın it-
məsinə gətirib çıxara bilər? 
El diliylə desək, “ milyon faiz” bu işdə kiçik, orta və 
böyük ölçülü dəfinələr formalaşdıran təqaüdçülərin, əla 
məvacib alan alimlərin, həkimlərin və müəllimlərin, elə-
cə də digər yüksək təminatlı insanların rolu olub. 
Bu  aksiomdur. Teorem-zad  deyil  ki,  isbata  ehtiyacı 
olsun.
Daha bir xəbər də oxumuşam. Bu da şad xəbərdir. Və 
yenə də əskinaslarla bağlıdır. Eşidin və agah olun. Tez-
liklə təzə pullar çıxmalıdır, daha böyük nominallı. 200 
və 500 manatlıq. 
Hamımızı  düşündürən  əskinas  məsələsi  tam  həllini 
bu pullar çıxandan sonra tapa bilər. Elə tapacaq da. 
Hə, bir də, manatın avrodan nəyi əskikdir? 200 və 500 
avroluq pullar ola bilər, 200 və 500 manatlıqlar yox?!
www.avciya.az
25 fevral 2013-cü il 


Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə