Yazı yazmaq möcüzədir. Gördüklərin, eşitdiyin söh- bətlər, yaddaşında iz buraxmış irili-xırdalı təəssüratlar



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə10/26
tarix11.07.2018
ölçüsü4,1 Mb.
#55127
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

48
OĞLANIN EVİ VARMI? 
Ömrünüzdə  heç  elçiliyə  getmisinizmi?  Getməmisi-
nizsə, narahat olmağa dəyməz.Təcrübə göstərir ki, bütün 
insanlarımızı iki böyük qrupa ayırmaq olar: artıq elçiliyə 
getmiş insanlar və nə vaxtsa elçiliyə gedəcək insanlar. 
Əgər  hələ  də  bu  nəcib  missiyanın  həyata  keçirilməsi 
prosesinə  qatılmamısınızsa,  deməli  müəyyən  müddət 
keçdikdən sonra bu sizə də qismət olacaq. Darıxmayın. 
Və imkan ələ düşdükcə proseslə bağlı məlumatlar əldə 
etməyə çalışın. 
Elçilik mərasimində hökmən ortaya çıxacaq bir sual 
var. Bu sual oğlanın evinin olub-olmaması ilə bağlıdır. 
Mərc  gəlməyə  hazıram  ki,  qız  evinin  nümayəndələri 
gənc ailənin harada, hansı şəraitdə yaşayacağı ilə ma-
raqlanacaqlar. Bu təbiidir. Və siz bu sualı cavablandır-
malı olacaqsınız.
Bu  sual  nə  “Evləri  köndələn  yar”da,  nə  də  “Bəyin 
oğurlanması”nda yer almış məşhur elçilik mərasimlərin-
də səslənməyib. Ona görə ki, tamaşa çəkiləndə “sovetin 
yaxşı vaxtı” idi, o zaman növbəyə durub ev almaq olur-
du.  Filmdə  isə  hadisələr  kənddə  cərəyan  edir.  Kənddə 
də hamının evi olur. Hər halda filmin çəkildiyi kənddə o 
vaxt belə olub.
Əhalimizin  əhəmiyyətli  hissəsi  Bakıda  yaşadığın-
dan  sizin  qatılacağınız  elçilik  mərasiminin  məhz  pay-
taxtımızda baş tutacağı daha ağlabatandır. Hətta, rayon 
mərkəzindən dağ kəndinə elçiliyə getmisinizsə belə, oğ-
lanın Bakıda evinin olub-olmaması ilə bağlı suala hazır 
olmalısınız. Sirr deyil ki, qızını Bakıda yaşayan, ya da 


49
heç olmasa nə vaxtsa Bakıda yaşayacaq oğlana ərə ver-
mək əyalətdə yaşayan bir çox valideynlərin arzusudur.
Beləliklə,  sual  bütün  hallarda  veriləcək  və  əgər  siz 
bu  sualı  şəstlə  cavablandırıb  oğlanın  yenicə  təmirdən 
çıxmış mənzilinin açarlarını nümayiş etdirə bilmirsiniz-
sə  Azərbaycan  Respublikası  Mərkəzi  Bankı  nəzdində 
Azərbaycan İpoteka Fondunun fəaliyyəti haqqında da-
nışa bilərsiniz. Qurumun zövqlə tərtib olunmuş saytında 
“İpoteka kreditlərinin verilməsi şərtləri” bölümü var. 
Saytın son xəbəri belədir: “04 fevral 2013-cü il ta-
rixində  Bakı  Fond  Birjasında  Azərbaycan  İpoteka 
Fondunun  ümumi  həcmi  40  mln.  manat  təşkil  edən, 
AZ2006008687  dövlət  qeydiyyat  nömrəli  faizli,  adlı, 
sənədsiz, təmin edilmiş istiqrazlarının 3 mln. manatlıq 
hissəsinin  yerləşdirilməsi  üzrə  hərrac  keçirilmişdir.” 
Sonra da yazır ki, hərrac uğurlu olub. 
Allah mübarət eləsin!
www.avciya.az
19 fevral 2013-cü il 


50
6 232 099
Postsovet  məkanını  lərzəyə  salmış,  Kalininqraddan 
Kamçatkaya  qədər  saysız-hesabsız  ürəkləri  ehtizaza 
gətirmiş (deyilənə görə bu proses hələ də davam edir), 
“Tı, kto takoy?! Davay, do svidaniya!” əsərinin qeyri-a-
di uğuru meyxana janrına marağı kəskin surətdə artır-
dı. Əlbəttə, bu şedevr yaranmazdan əvvəl də ölkəmizdə 
meyxana  janrına  maraq  defisiti  müşahidə  olunmurdu. 
Amma,  bu  əsər  əsl  partlayış  effekti  yaratdı.  Və  indi 
Azərbaycanda təkcə daxili istehlak üçün deyil, həm də 
nəhəng xarici bazar üçün meyxana istehsal etmək im-
kanları  yaranıb.  Bu  tarixi  fürsətdir.  Düşünürəm  ki,  bu 
tarixi imkandan yararlana bilməsək, gələcək nəsillər bizi 
bağışlamaz. Özü də söhbət təkcə orijinal meyxanaların 
deyil, həm də cürbəcür malların istehsalından gedir. 
Ədalət  naminə  deməliyəm  ki,  xalqımızın  dəyərli 
oğulları “papağı günə yandırmaq” kimi perspektivsiz iş-
lərlə məşğul olmurlar. Və bu çox sevindiricidir.
Diqqət  yetirin,  ölməz  meyxana  2011-ci  ilin  5  no-
yabrında yaranıb. Artıq 2012-ci ilin 16 iyulunda xəbər 
yayılmışdı ki, məşhur «Tı kto takoy? Davay, do svida-
niya» ifadəsinin və eyni meyxana qafiyəsinin müəlliflə-
ri İntiqam və Ehtiram Rüstəmov qardaşları bu ifadəyə 
görə müəlliflik hüququ almaq niyyətindədirlər. İntiqam 
Rüstəmov  «APA-ECONOMICS»ə  bu  barədə  məlumat 
verərək  “uğurlu  ifadələrdən  istifadənin  gəlir  gətirdiyi 
barədə məlumatlı” olduğunu gizlətməmişdi və qeyd et-
mişdi  ki,  müəlliflik  hüququnu  təsdiqlətməkdə  məqsəd 
də bu ifadələrin sonrakı istifadəsindən patent gəliri əldə 


51
etməkdir:  «Bu,  mənim  zəhmətimin  məhsuludur,  əziy-
yət çəkib o meyxananı yaratmışam və fikrim var ki, onu 
qeydiyyatdan  keçirim  və  onun  istifadəsindən  gəlir  də 
əldə edim».
Bu  xəbərin  yayılmasından  xeyli  vaxt  keçir.  Şübhə 
etmirəm ki, qardaşların müəlliflik hüquqları artıq qey-
də  alınıb.  Bizim  meyxanaçılar  repçi  Timatidən  niyə 
geri qalmalıdırlar? Repçi «Давай, до свидания» əmtəə 
nişanını  qeydiyyatdan  keçirib  bu  ad  altında  paltarlar, 
ayaqqabılar, zinət əşyaları, çantalar və digər əşyalar is-
tehsal etməyi planlaşdıra bilər, biz bacarmarıq? 
Bu  balaca  yazını  yazanda  özümü  saxlaya  bilməyib 
www.youtube.com  saytında  ölməz  əsəri  bir  daha  din-
ləmək  qərarına  gəldim.  Dinlədim  də.  Və  insanı  ruhən 
qidalandıran şedevr saytda 6 232 099-cu dəfə səsləndi.
Buna deyərəm auditoriya!
www.avciya.az
20 fevral 2013-cü il


52
AĞILLI ADAMLAR NECƏ PUL 
QAZANIRLAR 
Min illər bundan qabaq Fales adlı bir filosof olub. Fa-
les indiki Türkiyənin ərazisində yerləşən Milet şəhərin-
də yaşadığından onu hamı Miletli Fales kimi tanıyır. Bu 
şəxs fəlsəfə tarixində Milet məktəbi kimi qalmış cərə-
yanın banisi, məşhur Anaksimandrın müəllimi olub. Və 
xeyli iş görüb. 
O həm yaxşı alimmiş, həm də fərasətli adammış. Pul 
qazana bilirmiş. 
Rəvayətə görə, günlərin bir günü Falesdən soruşurlar 
ki, o belə ağıllı olduğu halda niyə kasıbdır. (O zaman 
ABŞ-ın izi-tozu da yox idi. Amma belə məlum olur ki, 
amerikalıların  ”Əgər  sən  belə  ağıllısansa,  niyə  kasıb-
san?” sualı onda da verilirmiş.) Fales qalır ki, nə desin. 
Başa düşür ki, əgər ağılla pul qazanmağın mümkünsüz-
lüyünü etiraf etsə, onda miletlilərin Miletə olan etibarı 
azala bilər. Həm də özü hörmətdən düşər.
Nə  başınızı  ağrıdım,  Fales  başlayır  pul  qazanmaq 
barədə  fikirləşməyə. Araşdırmalar  aparıb  aydınlaşdırır 
ki, gələn il zeytun bol olacaq. Əlində olan pulları gö-
türüb  gedir  yağ  emal  edən  yerlərə. Və  həmin  yerlərin 
hamısını icarəyə götürür. Icarə müqavilələrini də aparıb 
gizlədir evində. Zeytunun bol olacağını ondan başqa heç 
kim bilmədiyindən, icarə haqqı da yüksək olmur, Fale-
sin bütün yerləri icarəyə götürməyə pulu çatır.
Elə  ki,  zeytun  yığımı  başlayır,  o  vaxtın  fermerləri 
başa düşürlər ki, məhsul həddən artıq çoxdur. Və üz tu-
turlar yağ emal edən yerlərə. Hara gedirlər kor-peşman 


Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə