Yazı yazmaq möcüzədir. Gördüklərin, eşitdiyin söh- bətlər, yaddaşında iz buraxmış irili-xırdalı təəssüratlar



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə2/26
tarix11.07.2018
ölçüsü4,1 Mb.
#55127
1   2   3   4   5   6   7   8   9   ...   26

8
Müəllif  istənilən  yazısında  çoxsaylı  suallar  qoyur. 
Bunlar  elə  suallardır  ki, Azərbaycan  insanını  hər  gün 
düşündürsə də cavab tapmaqda çətinlik çəkir. Məsələn, 
“İndi bildiniz ki, bizim köhnə kitab mağazaları niyə bağ-
lanıb?” (“Əvvəlcə digital-first, sonra da digital-only”), 
“Bildinizmi, bizimkilərin “kredit reytinqi”nin aşağı ol-
mağından nəyə görə əndişələnməyə dəyməz?” (“Kredit 
tarixçəmiz”), “Özüm sınamamışam, amma deyirlər dəvə 
oynayanda qar yağar. Bəs binalar sürüşdürüləndə necə?” 
(“Sürüşdürmə “epidemiyası” başlasa...”) və s. 
Qeyd  etdiyimiz  kimi,  müəllifin  üslubunu  fərdiləş-
dirən əsas amillərdən biri də sarkazm və yumor hissinin 
xarakterikliyidir. Bu, təbii ki, Azərbaycan ədəbiyyatında 
tənqidi  realizmin  göstərdiyi  vüsətli  təsirin  nəticəsidir. 
Ağrını çatdıran gülüş, bəzən öldürücü yumor milli pub-
lisistikamıza hopmuş, özünə dərindən yer eləmiş forma 
stereotipidir. Müəllifin bu fikrinə diqqət yetirək: “Hətta 
rayon  mərkəzindən  dağ  kəndinə  elçiliyə  getmisinizsə 
belə, oğlanın Bakıda evinin olub-olmaması ilə bağlı sua-
la hazır olmalısınız” (“Oğlanın evi varmı?”). Mənim fik-
rimcə, “Zəmanəmizin Staxanovu” yazısı yuxarıda qeyd 
etdiyimiz prinsipləri özündə əks etdirən daha mükəm-
məl nümunədir. 
Əməkdar jurnalist Fuad Babayevin bütün mövzuları 
gündəmə bağlıdır və jurnalistikanın prinsipləri baxımın-
dan çox səliqəylə işlənir. Yazılarda tez-tez informasiya 
portallarına,  xəbər  agentliklərinə  istinadların  olması, 
müəllifin müşahidə qabiliyyəti ilə yanaşı, daim informa-


9
siyanın  içərisində  olduğuna  dəlalət  edir. Yadıma  Fuad 
Babayevlə  birgə  “Space”  televiziyasında  çalışdığımız 
vaxtlar düşür: o, qısa vaxtda “Hər həftə” analitik proq-
ramının aparıcısı kimi tamaşaçıların, ciddi auditoriyanın 
diqqətini cəlb edə bilmişdi, yeni yaranmış televiziyanın 
Xəbərlər  departamentinin  formalaşdırlılması  onun  adı 
ilə  bağlıdır  və  jurnalist  təsisatının  təşkili  sahəsində  o, 
özünü qabiliyyətli menecer kimi təsdiq etmişdi. Bu fi-
kirləri sadalamaqda məqsədim odur ki, istər təşkilatçı, 
rəhbər şəxs, istər maraqlı publisist kimi Fuad Babayevin 
portretini tamamlayan məsuliyyət hissidir. Bu, məsuliy-
yətli  yazı  tərzini  kitabla  tanış  olduqca  hörmətli  oxucu 
daha yaxından hiss edəcəck. 
Fuad Babayev Sankt-Peterburq Dövlət Universiteti-
nin Fəlsəfə fakültəsinin yetirməsidir. O, uğurla disser-
tasiya müdafiə edərək siyasi elmlər üzrə fəlfəsə doktoru 
adını alıb və bir çox elmi məqalələrin, monoqrafiyaların 
müəllifidir. 
Qayıdaq yazının əvvəlində toxunduğumuz incə mət-
ləbə: “yazı yazmaq möcüzədir” misalına. Bu, doğrudan 
da belədir və bu gerçəkliyi əyani formada görmək üçün 
hörmətli oxucunu “Banqladeşin yaşıdı”nı diqqətlə oxu-
mağa  dəvət  edirəm.  Niyə  Banqladeş?  Bunu  oxuyanda 
biləcəksiniz.
Natiq Məmmədli,
Yazıçı, tarix üzrə fəlsəfə doktoru, əməkdar jurnalist 


10
SONSUZ MAŞIN «ŞOU»MUZ
80-ci illərin ortalarında Bakı məktəblərində oxuyan 
oğlan uşaqlarından biri o birisinə nəyə görəsə salam ver-
məyəndə, kinayəli “Nooolub alə, aton “QAZ-24” alıb?” 
sualı ilə qarşılaşa bilərdi.
Elə həmin vaxtlarda Bakıda deyəsən cəmi 2 “inomar-
ka”  var  idi.  Biri  kaman  ustası  Habildə  idi  gərək  ki,  o 
biri də Səyavuş Aslanda. Bəlkə də çox idi “inomarka”, 
amma camaat bu iki maşını tanıyırdı.
Bu məsələlər lap çoxdan olub.
İndi keçək müasir dövrə. 
O  gün  eşitdim  ki,  bir  adam  mənzilini  satıb,  ondan 
sonra gedib “Hummer” alıb.
Deyilənə  görə  bank  binalarının  həndəvərində  filan 
qədər maşın var. Hamısı aldıqları krediti ödəyə bilməyən 
adamların əlindən alınmış maşınlardır.
“QAZ-24”-ün hörmətli vaxtları da, qos-qoca şəhərdə 
ikicə dənə “inomarka”nın olması kimi əndirəbadi işlər 
da lap uzaqlarda qalıb. İndi Bakıda kefin istəyən qədər 
“inomarka” var. Həm də ona görə ki, elə bütün maşınlar 
indi “inomarka”dır da. Biz ya heç maşın buraxmırıq, ya 
da demək olar ki, maşın buraxmırıq və siz hamınız da 
bunu bilirsiniz. 
Nə  isə,  sözüm  onda  yox.  Ötən  illlər  ərzində  azər-
baycanlıların izaholunmaz, bəlkə də izaholunan maşın 
sevgisi xeyli güclənib. “Qonşudan qalma geri” məntiqi-
ni həyat fəlsəfəsinin baza prinsipinə çevirmiş azərbay-
canlılar  bir  ucdan  maşın  alırlar.  Özü  də  elə-belə,  yəni 
kiçiklitrajlı maşınların sən deyən hörməti-zadı yoxdur. 


11
Hörmətli maşınlar yekə maşınlardır, hansıları ki, benzini 
su kimi içir və sahibinin sərhəd tanımayan “MƏN”ini 
qismən də olsa tamamlayır.
Bu qədər.
Amma, bir maraqlı rəqəm var, istəyirəm onu da çat-
dırım sizlərə ki, ürəyimdə qalmasın. 
Deməli, keçən il Avropada cəmi 12 053 904 maşın 
satılıb. 2011-ci ilə baxanda bu 8,2 faiz geriləmə demək-
dir. Təzə maşınlar axırıncı dəfə 1995-ci ildə belə az sa-
tılıb Avropada. 
Əlimdə bizimkilərin ötən il nə qədər təzə maşın al-
maları haqda məlumat yoxdur. Amma dəqiqliyi ilə deyə 
bilərəm  ki,  bütün  yolları  əhatə  edən  sonsuz  “Maşın” 
şousu davam edir. Davam edir nədir e, güclənə-güclənə 
gedir. 
Bəlkə doğrudan da yaxşı yaşayırıq? 
Az qala qəhərlənmişəm, bitirirəm yazımı.
www.avciya.az
 
23 yanvar 2013-cü il


12
SÜRÜŞDÜRMƏ “EPİDEMİYA”SI 
BAŞLASA...
Bir  müddət  bundan  qabaq  Bayılda,  sonra  deyəsən 
həm  də  Əhmədli  tərəfdə  sürüşmə  halları  var  idi.  (Əs-
lində müxtəlif səciyyəli sürüşmələrə hər yerdə rast gəl-
mək olar, burada söhbət torpaq sürüşmələrindən gedir.) 
Həmin bu sürüşmə halları ortaya çıxanda sürüşən əra-
zilərdəki  binalar  da  sürüşürdü  və  yaxud  elə  vəziyyətə 
düşürdü ki, sürüşsəydi ondan yaxşı olardı. Bu təbiətin 
sürüşdürdüyü torpaqlar və binalardır.
İndi  sürüşmə  məsələsində  yeni  mərhələ  başlamaq 
istəyir.  Bu  dəfə  adamlar  başlayıblar  binaları  sürüşdür-
məyə.  Düzdür,  hələlik  heç  bir  bina  sürüşdürülməyib. 
Amma sürüşdürülməlik bir bina var və bu rəhmətlik Ha-
cınskinin indiki Füzuli küçəsindəki keçmiş mülküdür.
Çox maraqlı binadır bu mülk. Şamil Fətullayev-Fiqa-
rov bu binanı Bakının “modern üslübünda ən yaxşı me-
marlıq abidələrindən biri” kimi dəyərləndirib. Bu bina-
nın bircə çatışmayan cəhəti var. Vaxtında, yəni 1908-ci 
ildə rəhmətlik bu binanı lazım olduğu yerdə tikdirmə-
yib.  Və  indi  məcburiyyət  yaranıb  ki,  modern  üslübda 
tikilmiş binanı elə modern üsullarla da sürüşdürələr əsl 
yerinə. Yəni təqribən 15 metr arxaya.
Bina necə sürüşdürüləcək və onun sakinləri binanın 
təzə yerində özlərini necə hiss edəcəklər? Bu sualın ca-
vabını biz bilmirik və ümid edirəm ki, bina sürüşdürən-
lər bunu bilirlər. Bilməsəydilər bu çətin işə girişməzdilər 
yəqin.
Daha bir sual da yaranır və mən bu sualın da cavabını 


Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə