Yazı yazmaq möcüzədir. Gördüklərin, eşitdiyin söh- bətlər, yaddaşında iz buraxmış irili-xırdalı təəssüratlar



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə3/26
tarix11.07.2018
ölçüsü4,1 Mb.
#55127
1   2   3   4   5   6   7   8   9   ...   26

13
bilmirəm.
Deməli, bu gün oxudum ki, Ayna Sultanova parkında 
təmir işləri başlanmalıdır. Bu işləri şərh edən bir məmur 
təmir  zamanı  yoldaş  Sultanovanın  heykəlinin  yerinin 
dəyişə biləcəyini istisna etməyib. Həmin məmur deyib 
ki, ola bilər heykəl ya geri ya da irəli çəkilsin... Bildiniz? 
 Bu məlumatı oxuyan kimi Hacınskinin sürüşdürülmə 
ərəfəsində olan binası yadıma düşdü və biixtiyar barma-
ğımı dişlədim. Və öz-özümə sual verdim. Görəsən ola 
bilərmi ki, Bakıda indi də bina, heykəl və ola bilsin həm 
də körpü və s. kimi mühəndis qurğularının sürüşdürül-
məsi prosesinə start verilsin? 
Oldu oldu da.
Özüm sınamamışam, amma deyirlər dəvə oynayanda 
qar yağar. Bəs binalar sürüşdürüləndə necə? 
Gözləyək görək Hacınskinin mülkünün aqibəti necə 
olacaq
www.avciya.az
24 yanvar 2013-cü il


14
SOSİAL LİFTİNİZ İŞLƏYİR? 
Neçə  illər  bundan  əvvəl  qəribə  bir  hadisə  baş  ve-
rib.  Deməli,  Bakının  Keşlə  kəndində  Hacıqulu  adında 
bir  kasıb  kişi  yaşayırmış. Tənəkəçilik  eləyirmiş.  Ətraf 
kəndlərin sakinləri də gəlib bu kişinin düzəltdiyi qabları 
alırlarmış. Bu kişinin düzəltdiyi əsas qabın adı a hərfi ilə 
başlayıb, elə həmin hərflə də bitərmiş. (İnsafən o qabın 
adı elə indinin özündə də dəyişməyib)
Nə isə, bu kişinin bir çətən külfəti varmış. Və böyük 
oğlunun adı da Ağabala imiş. Özü də Ağabala çox fə-
rasətli uşaqmış. Ona görə də günlərin bir günü Hacıqulu 
kişi oğlunu yanına salıb gətirir şəhərə ki, işə düzəltsin. 
Düzəldir də. Buxar dəyirmanında bir qəpik də almadan 
Ağabalanı işə götürürlər və uşaq başlayır işləyib atasına 
kömək eləməyə. 
Ağabala bala-bala işləyir və altdan-altdan dəyirma-
nın işini də öyrənir. Həm də pul yığır. Üstündən neçə 
il keçəndən sonra dəyirmanı alır. Tənəkəçi Hacığulunun 
oğlu Ağabala  olur  “xozeyin” Ağabala.  Və  bir  müddət 
keçəndən sonra dəyirmanlar kralına çevrilir. Necədi si-
zin üçün? 
Bu qəribə hadisə XİX əsrin sonlarında baş verib. 
Bax belə. Belə məlum olur ki, sovet vaxtı yıxıb-sürü-
düyümüz çarizm dövründə əməlli-başlı, lap elə “Evləri 
köndələn yar”da haqqında bəhs edilən əsatiri lift kimi iş-
ləyən sosial lift varmış. Və ən aşağı mərtəbədə həmin bu 
sosial liftə minən kasıb Ağabala yuxarı qatda milyonçu 
Ağabala kimi düşə bilərmiş.
Nə isə. O vaxt ola bilsin, “sosial lift” anlayışı yox idi, 


15
amma sosial liftin özü vardı. İndi isə tərsinədir bəlkə? 
Cavablandırmağa çətinlik çəkirəm, odur ki, susuram. Və 
istəyirəm balaca bir lətifə danışım.
Günlərin bir günü bir generalın (bu Rusiya lətifəsi-
dir,  özümə  borc  bilirəm  bu  məsələni  qeyd  edim)  oğlu 
atasından soruşur ki, o (yəni oğul) general ola bilərmi? 
General (yəni ata) bu sualı birmənalı olaraq müsbət ca-
vablandırır. Oğul (yəni general olmaq istəyən) ürəklənib 
bu  dəfə  marşal  olmaq  imkanlarını  araşdırmaq  istəyir. 
Söhbət bu yerə çatanda ata (yəni general) məyuscasına 
bildirir ki, deyilənə görə marşalın öz oğlu var.
Vəssalam.
www.avciya.az
25 yanvar 2013-cü il


16
“KİÇİK TOY”DAN GEÇİKMİŞ 
“REPORTAJ”
İki-üç il bundan qabaq yaxın qohumlarımızdan biri 
oğlanlarına “kiçik toy” eləyirdi. Bizi də çağırmışdı. Get-
mişdik.
Məclis Bakının analoqu olan restoranlarından birinin 
ən yüksək dünya standartlarına cavab verməyən zalın-
da keçirilirdi.  Və durmadan inkişaf edən respublikamı-
zın  paytaxtında  mütəmadi  olaraq  düzənlənən  çoxsay-
lı “kiçik toy” məclislərindən demək olar ki, heç nə ilə 
fərqlənmirdi. Məclisdə kloun da vardı. Özü də dostum 
Natiq  Məmmədlinin  çox  maraqlı  hekayələrindən  olan 
“Kloun”un  qəhrəmanından  xeyli  fərqlənən  bir  kloun. 
Çox şən idi, yetənə yetirdi, yetməyənə daş atırdı və məc-
lisin ona həvalə edilmiş bölümünü həvəslə, ruh yüksək-
liyi ilə istiqamətləndirirdi.
Klounun  ibrətamiz  hərəkətlərinin  və  dərin  mənalı 
kəlamlarının çoxunu unutmuşam. Amma dəqiq yadım-
dadır ki, o məclisin şirin yerlərinin birində yaşı “kiçik 
toy”  məclisinin  səbəbkarı  olmağa  imkan  verən  bütün 
qonaqları meydana dəvət etdi. Və onların hər birinə bü-
tün dünya böyüklərinin bütün dünya kiçiklərinə yüz il-
lərdən bəri verdikləri sualı ünvanladı. Öyrənmək istədi 
ki, bu uşaqlar böyüyəndə hansı sənətə yiyələnmək, hansı 
peşənin sahibi olmaq niyyətindədirlər.
Respondentlər  açıq-aşkar  sezilən  entuziazmla  qo-
yulmuş sualı cavablandırırdılar. Improvizə olunmuş rəy 
sorğusunun sonunda məlum oldu ki, balacalar bir nəfər 
kimi  o  qədər  də  uzaq  olmayan  gələcəkdə  polis  olma-


17
ğı planlaşdırırlar və birmənalı şəkildə hüquq-mühafizə 
orqanlarında  çalışmaq  niyyətindədirlər. Təsəvvür  edir-
sinizmi?
Sözü gedən “kiçik toy” məclisinin düzənləndiyi ta-
rixdən bizi iki-üç il ayırır. Ola bilsin bu illər ərzində ba-
laca azərbaycanlıların gələcək karyera planları dəyişib... 
Amma sözügedən məclisdə hər şey yuxarıda qeyd etdi-
yim  kimi  idi.  (Dövrün  tələblərinə  uyğun  olaraq  bütün 
gedişat təbii ki, lentə alınırdı və şübhə etmirəm ki, ailə 
arxivində saxlanmaqdadır.)
İlin-günün  bu  vaxtında  niyə  bütün  bunlar  yadıma 
düşdü?  Özüm  də  bilmirəm. Amma  dəqiq    yadımdadır 
ki, təqribən 35 il bundan əvvəl mənim gələcək karyera 
planlarımla bağlı sualı cavablandıranda kosmonavt ol-
maq istədiyimi demişdim. Sovet balacası idim axı...
Bəlkə  də  balacalarımızın    polis  olmaq  istəyindən 
qayğılanmağa dəyməz. Bəlkə onlar Natiq müəllimin he-
kayəsinin qəhrəmanlarından olan Zülfünün balaca oğlu 
Tural kimi kloun olmaq həvəsinə düşsələr daha pis olar?
 www.avciya.az
28 yanvar 2013-cü il


Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə