Yazı yazmaq möcüzədir. Gördüklərin, eşitdiyin söh- bətlər, yaddaşında iz buraxmış irili-xırdalı təəssüratlar



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə4/26
tarix11.07.2018
ölçüsü4,1 Mb.
#55127
1   2   3   4   5   6   7   8   9   ...   26

18
TOPONİMİK TƏKLİF
Ən asan iş təklif verməkdir. Bunu hamı bacarır. Özü 
də  yaxşı  olar  ki,  başın  çıxmayan  sahə  ilə  bağlı  təklif 
verəsən. Ümumiyyətlə, əziz dostlar, öyrətmək olmasın, 
təklif verəndə əsas diqqəti təklifin özünə yox, səsinizin 
tembrinə, üzünüzün ifadəsinə və əlbəttə ki, baxışlarınıza 
yönəldin. Təcrübə göstərir ki, ağıllı görkəmlə verilən ən 
adi təklif, necə deyərlər elə-belə, işçi qaydada verilən ən 
əhəmiyyətli təklifə baxanda daha yaxşı qarşılanır. Və bir 
növ hörmətli olur.
Keçirəm təklifə. Təklifim toponimik xarakter daşıyır 
və  olduqca  faydalıdır.  Bu  təklifin  əlaqədar  qurumların 
diqqətini cəlb edəcəyinə əsla şübhə eləmirəm.
Təklif  edirəm  ki,  Bakıdakı  xarici  ölkə  səfirlikləri-
nin yerləşdiyi küçələrin, prospektlərin adlarına yenidən 
baxaq.  Məsələn,  Amerika  Birləşmiş  Ştatlarının  Azər-
baycan Respublikasındakı səfirliyi Azadlıq prospektin-
də  yerləşir.  Bu  prospektin  adını  dəyişdirib  “BMT-nin 
əməl olunmayan 822 saylı qətnaməsi prospekti” qoysaq 
necə olar? 
Və yaxud Rusiya Federasiyasının ölkəmizdə fəaliy-
yət göstərən səfirliyinin ünvanına nəzər salaq. Bakıxa-
nov, 17. İndi isə təsəvvür edin ki, küçənin adını dəyiş-
mişik və Rusiya səfirliyi deyək ki, “1992-ci ildə erməni 
hərbi birləşmələri tərəfindən işğal olunmuş Azərbaycan 
şəhəri Laçın küçəsi”ndə yerləşir. 
Siyahını  davam  etdirmək  istəmirəm.  Bakıda  səfir-
liklər  çoxdur.  Düşünürəm  ki,  diplomatik  missiyaların 
yerləşdiyi küçələrin adlarına yüngülvari əl gəzdirib Qa-


19
rabağ problemimizi xarici diplomatların həm özlərinin, 
həm  də  rəhbərliklərinin  yadına  sala  bilərik.  Əminlik 
hissi ilə deyirəm ki, Vaşinqtondan, Dövlət Departamen-
tindən  kimsə  Bakıdakı  işçilərinə  məktub  yazası  olsa, 
BMT-nin əməl olunmayan 822 saylı qətnaməsinin məhz 
nəyə həsr olunması ilə maraqlana bilər. Və yadına düşər 
ki, bu il həmin qətnamənin 20 yaşı tamam olub... Necə 
bilirsiniz? 
Öz  ayranının  turşluq  əmsalının  böyüklüyü  ilə  ba-
rışmaq  iqtidarında  olmayanlar  ölkəsinin  layiqli  və 
vətənpərvər övladı kimi əminəm ki, indicə səsləndirdi-
yim təklifin həyata keçməsi bizə ancaq başucalığı gətirə 
bilər. Həm də ona görə ki, bu təklifi elmi cəhətdən əsas-
landırmaq mümkündür. Axı ünvanın insan psixologoya-
sına təsiri danılmazdır. Məsələn, mən vaxtilə Kislotnaya 
(yəni Turşu) küçəsində yaşayırdım. Getsin o günlər gəl-
məsin. Sonralar küçəmizin adını “Babək prospekti”elə-
dilər. Bilirsiniz nə yaxşı oldu? 
www.avciya.az
29 yanvar 2013-cü il 


20
MALİ MALI
Deyilənə  görə  çox  yaxşı  pal-paltar  İtaliyada,  əsl 
hörmətə layiq maşınlar da Almaniyada istehsal olunur. 
Əlbəttə, axtarsan Fransada da, İngiltərədə də və başqa-
başqa adı ürəyəyatan ölkələrdə də kefiniz istəyən qədər 
kostyum da tikirlər, maşın da buraxırlar. Amma, “ital-
yanski” ayaqqabı bam-başqadır. “Nemetski” avtomobil-
lər də ki, dünya dördtəkərliləri arasında özünü çoxdan 
təsdiq eləmiş, indi dəbdə olan tərzdə desək, birinciliyi 
haqq eləyən maşınlardı. 
Birmənalı  şəkildə  deyə  bilərık  ki,  çağdaş  dünyada 
kostyum tikilməsi və maşın istehsalı kimi nəcib işlərlə 
yanaşı başqa işlər də görülür. Və bu işlərin içində xo-
şagəlməz  işlər  çoxdur.  Özü  də  bu  xoşagəlməz  işlərin 
görülməsi sahəsində ixtisaslaşan ölkələr də var. Və belə 
ölkələrdən biri də deyəsən Malidir. 
Mali haqqında nə bilirik? Daha doğrusu, Fransa Pre-
zidenti cənab Olland bu ölkəyə fransız hərbçilərini gön-
dərmək haqqında qərar qəbul edənə qədər nə bilirdik? 
Bir də, nə baş verdi ki, Paris Mali qoşunlarının “terrorçu 
elementlər”lə  mübarizə  aparmasına  kömək  etmək  fik-
rinə düşdü? 
Mali və bu ölkədə baş verənlər haqqında məlumatı-
mız əvvəl də az idi, indi də çox deyil. Amma məlumat-
lı qəzetlər hələ də mövcuddur. Və bu qəzetlərdən biri, 
ABŞ-ın “Nyu-York tayms” nəşri Malidə baş verənlərə 
bir balaca aydınlıq gətirib. 
Təfərrüatlara varıb sizi yormaq istəmirəm. Amma qə-
zet iddia edir ki, son 4 il ərzində ABŞ bölgədə irimiqyas-


21
lı antiterror proqramı həyata keçirib və bu işə 520, ola 
bilsin hətta 600 milyon dollar xərcləyib. Və əsas diqqət 
də  50  ildən  bəri  hökümətlə  yola  getməyən  tuareqlərin 
təliminə yönəldilib. Ötən ilin martında Malinin şimalına 
Liviya mənşəli yaraqlılar yol tapanda amerikalıların tə-
lim keçdiyi general Amada Sanoqo ölkədə hərbi çevriliş 
edib. Sonra tuareqlər Malinin şimalında Azavad “döv-
lət”ini  yaradıblar.  Sonrası  da  necə  deyərlər  göz  önün-
dədir. 
“Mali  malı”  kimi  bütün  dünyaya  təqdim  edilən 
“əmtəə”nin  mənşəyinə  ABŞ  qəzetinin  bir  yazısı  ilə 
aydınlıq  gətirilməsi  çətin  məsələdir.  Şübhəli,  qaranlıq 
məqamlar çoxdur.
Allah bütün ləyaqətli adamlara Milanda tikilmiş son 
dəbli kostyum geyib Ştutqart konveyerindən çıxmış təp-
təzə avtomobildə gəzmək qismət eləsin.
www.avciya.az
30 yanvar 2013-cü il


22
METRO “ADAM”I
1968-ci ildə Azərbaycan arxeoloqu Məmmədəli Hü-
seynov Azıx mağarasında çənə sümüyü tapdı. Alimlər 
sümüyü diqqətlə öyrənib aydınlaşdırdılar ki, bu 350-400 
min il bundan əvvəl həmin ərazidə yaşamış 18-22 yaşlı 
qadının çənəsidir. İndi hamı bütün sümükləri lap çox-
dan sürmə olmuş, yalnız alt çənəsinin sağ hissəsi sala-
mat qalmış bu ibtidai insanı azıxantrop, yəni Azıx adamı 
kimi tanıyır. 
Elmə  hələlik  məlum  olmayan  ən  azı  bir  “adam” 
növü də var. Təvazökarlıqdan kənar səslənə bilər, amma 
deməliyəm ki, bu “adam” növünü mən tapmışam. Ona 
ad da vermişəm. Ad çox sadədir və xalis azərbaycanca-
dır. Metro “adam”ı.
Metro “adam”ının nümunələrini mən Bakı metropo-
liteninin xidmətindən istifadə edən yüz minlərlə soyda-
şımın arasından çox çətinliklə tapmışam. Və istəyirəm 
ki, həmin “adam”ın xarakterik cəhətləri barədə sizlərə 
bir balaca məlumat verim. 
Beləliklə metro “adam”ı kimdir? Bu şəhərdə normal, 
ən əsası isə təhlükəsiz çalışan yeganə ictimai nəqliyyat 
vasitəsinin  sərnişinləri  arasında  onu  necə  aşkar  etmək 
olar? 
Metro  “adam”ı  bizim  metroda  ən  uzun  məsafəni 
(məsələn  “Həzi  Aslanov”  stansiyasından  ta  “Dərnə-
gül”ə  qədər)  qət  etməyi  nəzərdə  tutubsa  belə,  boş  qa-
tara  minər-minməz  hər  stansiyada  taybatay  açılan  qa-
pılardan  birinin  ağzında  özünə  əlverişli  mövqe  seçir. 
Və  boyunun,  çəkisinin,  xeyli  dərəcədə  də  tərbiyəsinin 


Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə