Yazı yazmaq möcüzədir. Gördüklərin, eşitdiyin söh- bətlər, yaddaşında iz buraxmış irili-xırdalı təəssüratlar



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə12/26
tarix11.07.2018
ölçüsü4,1 Mb.
#55127
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

58
MÜBARİZİN ARZUSU 
2000-ci lin 26 fevralında biz İrəvanda idik.
Düz 13 il bundan qabaq. 
Və Xocalı soyqırımından 8 il sonra...
O zaman Azərbaycan mediasının nümayəndələri tez-
tez  Ermənistana  gedirdilər.  Cürbəcür  layihələr  vardı. 
Biz də bu layihələrdən biri çərçivəsində gedib çıxmışdıq 
tarixi Azərbaycan şəhəri İrəvana. Və erməni həyasızlı-
ğını əyani şəkildə görmək imkanı əldə etmişdik. Erməni 
həyasızlığı da elə bir şeydir ki, onun hər hansı təzahü-
rünü gördünsə, qurtardı. Əmin ola bilərsən ki, ömürlük 
yadından çıxmayacaq.
13 il bundan qabaq gerçəkləşmiş həmin səfərdən də 
mənim  yaddaşımda  məhz  erməni  həyasızlığı  ilə  bağlı 
nəsnələr qalıb. Köçəryanın bizimlə, yəni ölkəsinə gəlmiş 
Azərbaycan  jurnalistləri  ilə  məhz  Xocalı  soyqırımının 
ildönümü günü görüşmək niyyətinə düşməsi həyasızlıq 
deyildimi?  Hər  halda,  özünü  əsl  jurnaist  kimi  göstər-
məyə çalışan və deyəsən “əvvəl jurnalist, sonra vətən-
daş” olmaları ilə fəxr edən, adlarını elə oradaca unutdu-
ğum gürcü jurnalistlərindən fərqli olaraq biz buna əmin 
idik. Və  təbii  ki,  qrupumuzun  ağsaqqalı,  dəyərli  həm-
karım Kamal Əlinin təşəbbüsü ilə İrəvana çatar-çatmaz 
həmin görüşdən imtina etdik.
Köçəryanla görüşdən imtina etməyimiz səfərin təşki-
latçılarını çətin duruma saldı. Biz də İrəvan küçələrində 
çəkiliş aparmaq üçün vaxt əldə etdik.
İndiki kimi yadımdadır, operator Eldar İsgəndərovla 
birlikdə yoldan keçənlərə yaxınlaşıb müxtəlif suallar ve-


59
rir, cavabları və təbii ki, Azərbaycandan gəldiyimizi bil-
dikdə təəccüblənən adamların reaksiyalarını lentə alır-
dıq. Bizi görüb heyrətlənirdilər və heç birinin 8 il əvvəl 
törədilmiş Xocalı dəhşətindən xəbəri yox idi...
Bu  qədər.  21  il  keçdi.  1992-ci  ildə  anadan  olmuş 
gənclərimizin böyük hissəsi artıq əsgərliyini çəkib qur-
tarıb. Az vaxt deyil 21 il. Bir igidin ömrüdür. ..
Azərbaycanın  Milli  Qəhrəmanı  Mübariz  Ağakərim 
oğlu İbrahimov şəhidlik zirvəsinə ucalanda cəmi 22 yaşı 
vardı. Mübariz İbrahimov Xocalıya qədər 4, Xocalıdan 
sonra 18 il yaşadı. Və həmişə sağ olacaq.
Əminəm, şəhid gizirimiz Xocalı soyqırımının ildönü-
mü günü şəhidlərimizin xatirəsini elə Xocalıda anmağı-
mızı istərdi. 
Gəlin elə edək ki, buna layiq olaq. Bacaraq bunu.
Xocalı  şəhidlərinin  xatirəsini  düşməndən  təmizlən-
miş Qarabağda, Xocalıda anmağa. 
Allah rəhmət eləsin!
www.avciya.az
26 fevral 2013-cü il 


60
FEYSBUKABAD
Bu şəhəri xəritədə axtarmağa dəyməz. Bu şəhər vir-
tual dünyadadır. Və mən çox düşünüb daşınandan sonra 
bu şəhəri Feysbukabad adlandırmaq qərarına gəlmişəm. 
Bilmirəm,  bu  ad  nə  qədər  uğurludur? Və  ümumiyyət-
lə  düzgündürmü? Axı  “Facebook”la  yan-yanaşı  başqa 
sosial şəbəkələr də var. Üstəlik, dəyərli Sukerberqin də 
qulağına çata bilər virtual şəhərə qoyduğum ad və peş-
mançılıq ola bilər. Özü də əməlli-başlı peşmançılıq.
Bütün bunları gözümün altına alıb yeni şəhəri Feys-
bukabad adlandırmaqda israrlı olduğumu bəyan edirəm. 
Və istəyirəm bir-iki məsələni diqqətinizə çatdırım.
Yanvar  ayında  «APA-Economics»  sosial  şəbəkələ-
rin  statistikası  ilə  məşğul  olan  «Socialbakers»  Mərkə-
zinə istinadən məlumat yaydı ki, Azərbaycanda 960 000 
“Facebook” istifadəçisi var. Hər halda yanvarın 9-da bu 
belə imiş. 2012-ci ilin 7 dekabrında isə bu rəqəm cəmi 
919 000 olub. Bir aya artım “4,5% və ya təxminən 41 
min nəfər” təşkil edib. 
Bu gün fevral ayının 27-ci günüdür. Və artım tempi 
də çox güman ki, dəyişməyib. Bəs ölkəmizdə 1 milyo-
nuncu  “facebook”çunun  dünyaya  gəlməsini  niyə  bay-
ram etməmişik? Başa düşülən deyil. Bəlkə də bu hadisə 
qeyd  olunub,  mənim  xəbərim  olmayıb.  Amma,  yaxşı 
qeyd eləsəydilər, xəbərim olardı. Axı mən də “Facebo-
ok”  istifadəçisiyəm  və  demək  həm  də  Feysbukabadın 
sakiniyəm.
Feysbukabad  maraqlı  şəhərdir.  Həm  də  burada  ya-
şamaq asandır. Təsəvvür edin, 1 000 000 (!) adam bir 


61
yerdədir,  amma  asayiş  pozulmur.  Əmin-amanlıqdır. 
Küçələri heç kim zibilləmir. İşıqla, qazla, su ilə problem 
yoxdur. İctimai nəqliyyat saat kimi işləyir. Bu əlbəttə, 
həm də ona görə belədir ki, Feysbukabadda nə küçə var, 
nə də avtobus. 
Əvəzində az qala hamının üzündə təbəssüm var. 
Ən əsası siz öz qonşularınızı seçmək imkanına ma-
liksiniz.
Üstəlik, bu gənclər şəhəridir, yaşlılar bilsələr yaxşı-
dır.  Yenə  də  “Socialbakers”in  xəbərinə  istinadla  deyə 
bilərəm ki, “sözügedən sosial şəbəkədən istifadə edən-
lərin 478 mini 18-24 yaş arasındadır.” 
Bax belə. İndi qalır “Yoldaşını nişan ver, özünü tanıt” 
atalar sözünü Feysbukabadın reallıqlarına uyğunlaşdırıb 
yaşamaq. 
Hə, bir də hərdən “like” düyməsini basmaq lazımdır. 
Yəni, bəyənirəm. 
Sınaqdan keçirmişəm, asandır. 
www.avciya.az
27 fevral 2013-cü il 


62
KREDİT TARİXÇƏMİZ
Bank elə bir yerdi ki, günəşli gündə sizə həvəslə ki-
rayəyə çətir verir. Elə ki, yağış yağmağa başladı, iki aya-
ğını bir başmağa dirəyib çətirini geri istəyir. 
Yuxarıdakı fikri xeyli müddət bundan əvvəl bir ağıllı 
əcnəbi səsləndirib. Haradasa oxumuşam, yadımda qalıb.
“Bu gün rayonlarda insanların bir çoxu yüksək faizli 
kreditləri qaytara bilmədikləri üçün onların evləri, əm-
lakları əllərindən alınıb. İnsanlar evlərindən çölə atılıb. 
Axı, 20-25 və ya 28-30 faizlə kreditmi olar? Dünyanın 
heç bir yerində belə bir şey yoxdur.”
Bu  sözləri  isə  parlamentimizin  iqtisadi  siyasət  ko-
mitəsinin üzvü Vahid Əhmədov deyib. Özü də bu gün-
lərdə. Mən də day.az saytında oxumuşam. İnsafən, çox 
maraqlı  məqalə  idi  saytdakı  həmin  yazı. Və  orada  İq-
tisadi  Təşəbbüslərə  Yardım  İctimai  Birliyinin  eksperti 
Samir Əliyevin də fikirləri vardı. 
İqtisadçı Azərbaycanda krediti olmayan adam tapma-
ğın müşküllüyünü vurğulayıb deyir: “Hətta elələri var ki 
2-3 bankda adına kredit xətti açılıb. Ümumiyyətlə, ölkə 
üzrə  1,5  milyondan  çox  vətəndaş  kredit  müştərisidir. 
Ölkədə  muzdlu  işçilərin  sayı  1,4  milyon,  iqtisadi  fəal 
əhalinin  sayı  4,6  milyon  nəfərdir.  Belə  çıxır  ki,  rəsmi 
əmək  haqqı  alanların  hamısı,  iqtisadi  fəal  əhalinin  isə 
hər  3  nəfərdən  biri  bank  müştərisidir.  Kredit  alanların 
sayı durmadan artır.”
Bax belə. Aydın olur ki, vətəndaşlarımızın xeyli his-
səsinin kredit tarixçəsini “gözlər olsun, görməsin” qru-
puna  aid  etmək  olar.  Və  bu  da  məyusedici  məsələdir. 


Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə