Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi
Yazıçı, filosof, publisist və tarixçi
Əlisa Nicatın anadan olmasının 80 illiyinə həsr olunmuş
tövsiyə ədəbiyyat siyahısı
Bakı-2016
2
Həyat və yaradıcılığı
Əlisa Nicat 1936-cı il avqustun 10-da Lerik rayonunun Zuvand mahalının
Yuxarı Gədik kəndində doğulub. 1955-ci ildə Lənkəran şəhərinin 3 saylı orta
məktə-bini bitirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya
fakültə-sinin kitabxanaşünaslıq şöbəsinə daxil olub, 1963-cü ildə oranı
tamamlayıb. 1955-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində "Bircə söz" adlı ilk
şeiri çap olunub. 1959-cu ildə yazmağa başladığı "Qızılbaşlar" romanını dövrün
yaratdığı əngəllər ucbatından yalnız 1983-cü ildə "Yazıçı" nəşriyyatında çap etdirə
bilib. 1961-ci ildə "Gecəniz xeyrə qalsın, ulduzlar" adlı ilk hekayəsi, 1964-də ilk
şeirlər kitabı olan "Yay axşamı", 1970-ci ildə isə "Bir qız, üç çinar" adlı ilk
hekayələr kitabı nəşr edilib. 1967-1969-cu illərdə Azərbaycan radiosunun
"Gənclik" və "İncəsənət" redaksiyalarında, ardınca "Ekran" telefilm birliyində
fəaliyyət göstərib. 1973-1983-cü illərdə "Elm və həyat" jurnalında redaktor və şöbə
müdiri vəzifə-sində çalışıb. 1983-1990-cı illərdə Lənkəranda yaşayıb və bu dövrdə
"Zərdüşt", "Əsarət bayramı", "Gərəksiz" povestlərini qələmə alıb, Plutarxın
"Makedoniyalı İskəndər" (1982), Məhəmməd Tahirin "Şeyx Şamil" (1983)
kitablarını tərcümə edib. 1987-ci ildə povest və hekayələrin toplandığı "Qəbilə
başçısı" kitabı, 1990-cı ildə "Gəncəli müdrik" romanı çap edilib. SSRİ-nin
süqutundan və müstəqilliyn əldə edilməsindən sonra 1993-1994-cü illərdə "Turan"
jurnalını nəşr etdirib. Müstəqillik dövründə "Nağıllara dönən tarix" (1993),
"Ruhların söhbəti" (1994), "Dünya sərkərdələri" (1995), "Dünya filosofları"
(1995), "Kədər şərabı" (1997), "Dünya tarixçiləri" (1998), "Yüz böyük
Azərbaycanlı" (1999), "Karvan" (2000), "Tarixin qürubu" (2009) kitabları çap
edilib. Eyni zamanda bu dövr ərzində ölkənin tanınmış mətbu orqanlarında çalışıb.
1999-cu il aprelin 28-də AMEA-nın Bəhmənyar adına Fəlsəfə və Hüquq
institutunun elmi şurasının qərarı ilə Əlisa Nicata səmərəli elmi və elmi-maarif
fəaliyyətinə görə fəlsəfə elmləri üzrə fəxri doktor adı verilib.
80 yaşını haqlayan dəyərli ustad bu gün özünün yazdığı şeirdə qeyd etdiyi
kimi qocalığın çiçəklənən sahilindədir. Müdriklər ən dəyərli əsərlərini məhz bu
çağlarda yaradır. Gənclik dövründə yaşadığı dönəmin təlatümləri səbəbindən Əlisa
Nicatın yaradıcılığının ən parlaq dövrü son onilliklərə məxsusdur.
O, Azərbaycan yaşadıqca heç bir zaman qüruba enməyəcək bir dahidir. O,
gəncliyimizin sevimli tarixi romançısı, cavanlığımızın publisisti, şairi, müdriklik
çağımızın isə filosofudur. Tarixin hər bir dönəmi üçün onun yaradıcılığı,
düşüncələri aktualdır. O, Azərbaycan fəlsəfə tarixinin parlaq bir günəşidir. Ən
əsası o, hər bir oxucuya xitab etməyi bacaran Əlisa Nicatdır.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi , yazıçı, publisist, filosof
alim Əlisa Nicatın bu ilin avqust ayında 80 yaşı tamam olur. Ona yeni-yeni
uğurlar, cansağlığı, yorulmadan, usanmadan yazmağı, yeni-yeni şedevrlər
yaratmağı, zamanın fövqündə dayanmağı arzu edirik!
3
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının İnformasiya-resurs
şöbəsi yazıçının yubileyi münasibətilə onun ədəbi irsini təbliğ məqsəd ilə aşağıdakı
tövsiyə ədəbiyyat siyahısını tərtib edib.
Əlisa Nicatın əsərləri.
1.
Aforizmlər və müdrik nəsihətlər / Toplayıb tərt. ed. Əlisa Nicat.- Bakı:
Azərnəşr, 1991.- 72 s.
2.
Bir qız üç çinar : hekayələr / Ə. Nicat. - Bakı : Gənclik, 1973. - 92 s.
3.
Bülbül və gül : povest / Ə. Nicat. - Bakı : 2003. - 87 s.
4.
Çənlibel : şeirlər və poemalar / Ə. Nicat. - Bakı : Gənclik, 1971. - 71 s.
.
5.
Dahilər / Ə. Nicat.- Bakı: Qanun, 2001.- 210 s.
6.
Dünya fəlsəfi irsindən yarpaqlar / Ə. Nicat. - Bakı : Azərnəşr, 1991. - 167 s.
7.
Dünya filosofları / Ə. Nicat.- Bakı: Sabah, 1995.- 552 s. MK
8.
Dünya sərkərdələri / Ə. Nicat.- Bakı: Azərnəşr, 1995.- 220 s.
9.
Dünya sərkərdələri / Ə. Nicat. - Bakı : Çıraq, 2006. - 314 s.
10.
Dünya tarixçiləri: Biblioqrafik lüğət / Ə. Nicat.- Bakı: Qanun, 1998.- 376 s.
11.
Əsərləri. 24 cilddə. I cild : şeirlər / Ə. Nicat.– Bakı: Adiloğlu, 2009.– 394 s.
12.
Əsərləri. 24 cilddə. IV cild : roman və povestlər / Ə. Nicat. - Bakı :
Adiloğlu, 2010. - 320 s.
13.
Əsərləri. 26 cilddə. II cild : hekayələr / Ə. Nicat.- Bakı: Adiloğlu, 2010.-
439 s.
14.
Əsərləri. 44 cilddə. C. 17 : publisistika.- Bakı, Adiloğlu, 2013.- 477 s.
15.
Əsərləri. 47 cilddə. C. 12 : xatirələr, povest və məktublar.- Bakı, Adiloğlu,
2013.- 339 s.
16.
Əsərləri. 47 cilddə. C. 14 : publisistika.- Bakı, Adiloğlu, 2013.- 335 s.
17.
Əsərləri. 47 cilddə . C.15 : publisistika / Ə. Nicat.- Bakı: Adiloğlu, 2014.-
394 s.
18.
Əsərləri. 47 cilddə. C.16 : publisistika / Ə. Nicat.- Bakı: Adiloğlu,
2014.- 394 s.
19.
Əsərləri. 50 cilddə. C.18 : publisistika / Ə. Nicat.- Bakı, Adiloğlu, 2015.-
382 s.
20.
Əsərləri. 50 cilddə. C. 23 / Ə. Nicat.- Bakı, Adiloğlu, 2015.- 380 s.
21.
Əsərləri. 51 cilddə. C.19 : publisistika / Ə. Nicat.- Bakı, Adiloğlu, 2015.-
343 s.
22.
Gəncəli müdrik / Ə. Nicat. - Bakı : Yazıçı, 1990. - 262 s.
23.
Xatirələr şırıltısı: Sonetlər / Ə. Nicat.- Bakı: Qanun, 1998.- 62 s.
24.
Karvan. Seçilmiş əsərlər / Ə. Nicat.- Bakı: Qanun, 2000.- 760 s.
25.
Kədər şərabı / Ə. Nicat.- Bakı: Mütərcin, 1997.- 120 s.
4
26.
Kiril qrafikası ilə Aforizmlər və müdrik nəsihətlər / Ə. Nicat.- Bakı :
Azərnəşr, 1991.- 72 s.
27.
Qəbilə başçısı : povest və hekayələr / Ə. Nicat.- Bakı : Yazıçı,
1987. – 294s.
28.
Qırmızı buludlar : hekayələr və povest / Ə. Nicat.- Bakı : Gənclik,
1977. - 82 s.
29.
Qızılbaşlar : roman / Ə. Nicat- Bakı : Azərnəşr, 1993. - 232 s.
30.
Qızılbaşlar : roman / Ə. Nicat.- Bakı: Yazıçı, 1983.- 255 s.
31.
Qızıl fəlsəfə : Dünyanın 100 ən dərin aforizmi və onların şərhi
/ Ə. Nicat.- Bakı: Adiloğlu, 2003.- 202 s.
32.
Leytenant rütbəsində General / Ə. Nicat.- Bakı : Adiloğlu, 2012. - 120 s.
33.
Mələklər və iblislər : tarixi, siyasi roman: 1918-1920-ci illər / Ə. Nicat.-
Bakı: Adiloğlu, 2007.-306
34.
Mirzə Şəfi : iki hissəli bioqrafik roman / Ə. Nicat.- Bakı : Gənclik,
1984. - 24 276 s.
35.
Müdriklik məbədi : bioqrafik məlumat / Ə. Nicat.- Bakı : Nərgiz, 2005. -
1108 s.
36.
Nağıllara dönən tarix / Ə. Nicat. - Bakı : Azərnəşr, 1993. - 160 s.
37.
Nəğməyə dönmüş ömür : roman və hekayələr / Ə. Nicat.- Bakı : Yazıçı,
1980.- 185 s.
38.
Ruhların söhbəti / Ə. Nicat.- Bakı: Azərnışr, 1994.- 128 s.
39.
Sarsılmaz Mir Cəfər : roman və povest / Ə. Nicat. - Bakı : Çıraq, 2009. -
272 s.
40.
Şah İsmayıl Xətai: Orta və yuxarı yaşlı məktəblilər üçün / Ə. Nicat.- Bakı :
Gənclik, 1994. - 16 s.
41.
Tarixin qürubu : publisistika / Ə. Nicat. - Bakı : Adiloğlu, 2009. - 656 s.
42.
Tarixin sübh çağı : məqalələr məcmuəsi / Ə. Nicat. - Bakı : Gənclik, 1982. -
118 s.
43.
Tiranlar və kölələr : poeziya / Ə. Nicat. - Bakı : Nərgiz, 2004. - 356 s.
44.
Yay axşamı: şeirlər / Ə. Nicat.- Bakı: Azərnəşr, 1964.- 41s.
45.
Yüz böyük azərbaycanlı / Ə. Nicat.- Bakı: Qanun, 1999.- 105 s.
Tərcümələri:
1. Balzak, Onere de. Top-top oynayan pişik: povest / O. Balzak; tərc ed. Əlisa
Nicat // Hürriyyət.- 2013.- 5-7 aprel.- S. 14.
2. Camus, Albert. Yad / A. Camus ; tərc. ed. Əlisa Micat.- Bakı : Qanun, 2011.-
135 s.
5
3. Coys, Ceyma. Dublinlilər : hekayələr / Ceyma Coys ; tərcüməçilər : Əlisa
Nicat (ön söz), R. Abbaslı.- Bakı : Qanun , 2011.- 310 s.
4. Engelqart M. Svilizasiya qəddarlığın təkamülü kimi / M. Engelqart; tərc.ed.:
Əlisa Nicat.- Bakı, 2008.- 259 s.
5. Joli, A. Böyük adamların təbiəti: Tərəqqi qəddarlığın təkamülü kimi / A. Joli:
Rus dilindən çevirən və ön söz. Y. Rəhimoğlu ; Əlisa Nicat.- Bakı: Zəkioğlu,
2008.- 208 s.
6. Kamü, Alber. Yad: povest / A.Kamü ; ruscadan tərc. Əlisa Nicat.- Bakı:
Qanun, 2013.-135 s.
7. Nitsşe, Fridrx. Zərdüşt belə deyirdi: hamı və heç kim üçün / F. Nitsşe; tərc
ed. A. Abbasova, Ə. Nicat.- Bakı: Qanun, 201.- 415 s.
8. Nitsşe , Fridrix. Külliyyatından qızıl seçmələr: doktor Əlisa Nicatın seçimi,
tərcüməsi və şərhləri ilə / F. Nitsşe.- Bakı: Adiloğlu, 2014.- 287s.
9. Plutarx. İsgəndər Zülqərneyn / Plutarx ; təc. ed. Əlisa Nicat.- Bakı: Qanun,
2014.-120 s.
10. Tahir, Məhəmməd. Şeyx Şamil / M. Tahir ; tərc. ed. Əlisa Nicat.- Bakı:
Azərnəşr, 1992.- 112 s.; Qələm, 2016.- 160 s.
11. Suvorov, V. Sonuncu Respublika: Sovet İttifaqı İkinci Dünya Müharibəsini
niyə uduzdu /V. Suvorov ; tərc.ed Əlisa Nicat .- Bakı: Qanun, 2010.- 189 s.
Əlisa Nicatın həyat və yaradıcılığı haqqında
Kitablarda:
1.
Əhmədov, Teymur. Əlisa Nicat./ T. Əhmədov. Azərbaycan yazıçıları: XX-XXI
yüzillikdə.- Bakı: Nurlar Nəşriyyat Poliqrafiya, S.289-290.
2.
Əlisa Nicat - 80 : yazılar, müsahibələr, fikirlər / tərt. və red. D. Əhməd ; kitabın
ideya müəl. M. Mütəllimli.- Bakı: Adiloğlu, 2016.- 318 s.
3.
Hüseynova , Cəmilə. Əlisa Nicatın bədii nəsri: fəls. d-ru. al. dər. a. üçün təq. ol. dis-
nın avtoreferatı: 10.01.01 / C. Hüseynova; Azərb. Resp. Təhsil Nazirliyi; BDU.-
Bakı, 2009.- 25 s.
4.
Hüseynova , Cəmilə. Əlisa Nicatın bədii nəsri: fəls. d-ru. al. dər. a. üçün təq. ol. dis.:
10.01.01 / C. Hüseynova; Azərb. Resp. Təhsil Nazirliyi; BDU.- Bakı, 2009.- 135 s.
5.
Hüseynov, Tofiq. Nəsrimizdə yeni hadisə / Ə. Nicat. Mələklər və iblislər.- Bakı:
Adiloğlu, 2007.- S.3-5.
6.
Sultanov, Vaqif. Nasir- mütəfəkkir / Ə. Nicat. Tarixin qürubu.- Bakı: Adiloğlu,
2009.-S.3-5.
6
Tərtibçi
: İnformasiya-resurs şöbəsinin böyük kitabxanaçısı
Məmmədova Tamella
Ünvan:
Az 1065, Yasamal rayonu, Bakı şəhəri N.Nərimanov küç., 203
Е-mail: ryl.az@mail.ru
URL: www.ryl.az
Əlaqə telefonları:
(+994 012) 538 02 47
538 54 57
538 93 54
Dostları ilə paylaş: |