Mühazirə 8
Yer kürə sinin relyefi morfoskulptiur və morfostruktur anlayış ları
Bildiyimiz kimi, yer səthinin endogen və ekzogen qüvvələrinin qarşılıqlı təsiri
nəticəsində yaranan nahamarrlıqların cəminə relyef deyilir. Yer səthindəki relyef
formaları qabarıq və çökək olmaqla bir birindən ölçülərinə, mənşələrinə, yaşlarına,
hündürlüklərinə və digər əlamətlərinə görə fərqlənirlər. Relyef formaları ölçülərinə
görə aşağıdakı 4 sinifə bölünürlər.
1.
meqarelyef və ya planetar relyef. Bura əsasən okean tipli litosfer tavaları
üzərində formalaşan okean çökəklikləri və materik tipli litosfer tavalarına uyğun
gələn materik massivləri aiddir.
2.
Materiklərin makrorelyefi. Buna dağlıq ölkələr, böyük düzənliklər, geniş
yüksəkliklər Məsələn: Qafqaz, Himaly dağları, Qərbi Sibir, Amazon ovalığı,
Braziliya yaylası
3.
Mezo relyef forması. Orta ölçüslü relyef formalarından, kiçik
düzənliklərdən, çay dərələrindən, dağlıq ərazilər daxilində ayrı-ayrı sıra dağlardan
və s. barətdir (Baş Qafqaz sıra dağları, Yan sislsilə, Muğan düzü, Qarabağ
vulkanik yaylası)
4.
Mikro relyef. Hər yerdə geniş yayılmış relyef formalarından estuariy,
meandr,deltalardan, yarğanlardan, qobulardan və s. təşkil olunmuşdur.
Yer qabığında baş verən bütün relyef əmələ gətirici proseslərə morfogenetik
proseslər deyilir. Mənşəyinə görə bu proseslər endogen və ekzogen mənşəli
olurlar.
Litosferin daxili maddələrinin qarşılıqlı təsiri ilə relyefdə baş verən proseslərə
endogen proseslər deyilir. Bütün endogen proseslər – dağəmələgəlmə, maqmatik,
dağların yaranması, zəlzələlər, zostasiya, yer qabığının şaquli hərəkətləri, litosfer
tavalarının üfuqi yer dəyişmələri, maqmatik və çökmə süxurların metamorfizmi,
planet daxilindən gələn stilik axını hərəkətlə genetik əlaqədədir.
Coğrafi təbəqəyə yerdən xaric materiya və enerji gəlməsi ilə müəyyən olunan
proseslər, ekzogen (xarici mənşəli) proseslər adlanır.
Bu proseslər ölk növbədə günəş radiasiyasının törətdiyi hadisələrdə (rütübət
Melikov Behruz
dövranı və suyun gördüyü iş, bitkiləriniz atmosferin biogen qazları, temperatur
tərəddüdü, külək, daimi donuşluq) öz əksini tapır. Ən mühüm ekzogen hadisələr
sırasına qabarma sürtünməsi yaradan ayın və günəşin qravitasiya sahələri aiddir.
Endogen və ekzogen proseslər ilə sıx əlaqədə fəaliyyət göstərirlər. Çünki şəkildə
endogen və ekzogen proseslərin təsiri yoxdur. Endogen proseslər ekzogen fonda
ekzogen proseslər isə endogen şəraitdə baş verir. Məsələn quru dağəmələgəlməyə
endogen proseslər və səbəb olur. Lakin əmələ gələn dağların relyefnin xarici
görnüşünü, yəni morfologiyasını ekzogen Qü rələr müəyyən edir.
Ekzogen proseslər xamanı asınma və denudasiya kimi relyefəmələgətirici
proseslər aydın təzahür edir. Süxurların atmosferlə, hidrosferlə və canlı
orqanizmlərlə qarşılıqlı təsiri nəticəsində doğılması, dəyişməsi proseslərinin
məcmusuna aşınma deyilir. Su altında baş verən aşınma halmioris adlanır. Və şor
okean suyunun təsirindən dəniz mənşəli çökmə süxurların dəyişməsindən ibarətdir.
Bildiyimiz kimi quruda aşınma litosfer maddəsinə təsir narinə görə, fiziki, kimyəvi
və bioloji xarakterdə ola bilər.
Fiziki aşınma – relyeffin müsbət formalarının mexaniki, surətdə xarici təsir
nəticəsində qırıntılara parçalanması deyilir. O, süxurların temperatur tərəddüdü
nəticəsində yəni qızması və soyuması nəticəsində baş verir. Ən intensiv fiziki
aşınma kontinental iqlim şəraitində baş verir. Temperatur o ətrafında hərəkət
edərək asınmada suda iştirak genişləndirir və onun tədricən parçalanmasına səbəb
olur. Buna şaxtaaşınma deyilir. Kimyəvi aşınma bu zaman süxurların kimyəvi
tərkibi dəyişir. Daha davamlı minerallar əmələ gəlir. Kimyəvi aşınma fiziki aşınma
ilə birgə baş verir. O, humid (rütübətli) iqlimə malik ərazilər üçün xarakterikdir.
Üzir aşınma – həm bitkilərin kökləri ilə süxurların mexaniki dağılmasından və
həm də canlıların həyat fəaliyyəti nəticəsində onların kimyəvi tərkibinin
dəyişməsindən və qırıntılara bölünməsindən ibarətdir.. Aşınmanın kateqoriyalara
bölünməsi şərtidir. Uca dağ massivlərində aşınma materialları ağırlıq qüzəsinin və
digər güvvələrin təsiri altında yamac boyu daşınır. Arid iqlim şəraitində yaranan
aşınma materialları ilə uzaq məsafələrə daşınmayaraq yaxın dərəldəri və
çökəklikləri doldurur.
Melikov Behruz
Aşınma materiallarının daşınma və aparılma proseslərinin məcmusu
denudasiya (çılpaqlaşma) adlanır. Denudasiya dar mənada aşınma məhsullarının
süxurların səthindən daşınması geniş mənada isə yer səthini hamarlandıran bütün
prosesləri əhatə edir (Aşınma və aşına materiallarının daşınması).
Denudasiyanın ağırlıq qüvvəsi kimi universal agentindən başqa eroziya,
ekzarasiya, abraziya və deflyasiya agentləri də vardır.
Eroziya – hər yerdə fəaliyyət göstərir və 3 sinfə bölünür. 1. Mikro eroziya –
özünü yamacların səthi axınla və kiçik şırnaqlarla yuyulmasında göstərir. 2) Mezo
eroziya – çay dərələrini yuyub dağıdan yataq axınları ilə icra olunur. 3.
Makroeroziya. Dağlıq ölkələri alçaldır. Düzənlikləri əmələ gəlməsi ilə nəticələnir.
Uzun müddətli denudasiya prosessi bir-birinə əks olan 2 hissəyə, parçalanma və
plapatsiyaya bölünür.
Cavan dağlarda aşınma nəticəsində son mərhələdə hamarlanma düzəlmə
səthləri yaranır. Onlar dağəmələgəlmə mərhələləri arasında relyefin nisbətən sakit
inkişaf dövrələrində formalaşırlar.
Endogen qüvvələrin təsiri minimuma endiyindən hakim ekzogen qüvvələr
relyefin nahamar yerlərini hamarlayırlar. Ümumiyyətlə səthin hamarlanması 2
yolla baş verir.
Peneplen – Dağlıq ərazinin yerində yuxarıdan aşınma və denudasiya yolu ilə
ə
məlıə gəlmiş hamar relyefi, alçaq və dalğalı səthə deyilir.
Pedeplen – isə quru iqlim şəraitində dağ yamaclarının denudasiya nəticəsində
paralel olaraq çəkilməsi ilə formalaşan hamar səthlərdir.
Hamarlanma (düzəlmə) səthləri izostatik qalxma, ilə aşınma arasındakı
dinamik tarazlıq şəraitində əmələ gəlir.
Beləliklə aşınma və denudasiya prosesləri dağəmələgəlmənin, əksinədir.
Tektonik proseslər nəticəsində dağlar yaranır. Aşımalar isə anları peniplendirləşir
(hamarlandırır) orqonizmdən sonra denudasiya dahada sürətlənir.
Melikov Behruz
Dostları ilə paylaş: |