Yer kürəsinin təbiəti uzun müddətli inkişaf mərhələsi keçməklə, çox



Yüklə 206 Kb.

səhifə6/8
tarix02.01.2018
ölçüsü206 Kb.
1   2   3   4   5   6   7   8

Mühazirə 8 

Yer kürəsinin relyefi morfoskulptiur və morfostruktur anlayışları 

Bildiyimiz kimi, yer səthinin endogen və ekzogen qüvvələrinin qarşılıqlı təsiri 

nəticəsində  yaranan  nahamarrlıqların  cəminə  relyef  deyilir.  Yer  səthindəki  relyef 

formaları qabarıq və çökək olmaqla bir birindən ölçülərinə, mənşələrinə, yaşlarına, 

hündürlüklərinə və digər əlamətlərinə görə fərqlənirlər. Relyef formaları ölçülərinə 

görə aşağıdakı 4 sinifə bölünürlər. 

1.

  meqarelyef və ya planetar relyef. Bura əsasən okean tipli litosfer tavaları 



üzərində  formalaşan  okean  çökəklikləri  və  materik  tipli  litosfer  tavalarına  uyğun 

gələn materik massivləri aiddir. 

2.

  Materiklərin makrorelyefi. Buna dağlıq ölkələr, böyük düzənliklər, geniş 



yüksəkliklər  Məsələn:  Qafqaz,  Himaly  dağları,  Qərbi  Sibir,  Amazon  ovalığı, 

Braziliya yaylası 

3.

  Mezo  relyef  forması.  Orta  ölçüslü  relyef  formalarından,  kiçik 



düzənliklərdən, çay dərələrindən, dağlıq ərazilər daxilində ayrı-ayrı sıra dağlardan 

və  s.  barətdir  (Baş  Qafqaz  sıra  dağları,  Yan  sislsilə,  Muğan  düzü,  Qarabağ 

vulkanik yaylası) 

4.

  Mikro  relyef.  Hər  yerdə  geniş  yayılmış  relyef  formalarından  estuariy, 



meandr,deltalardan, yarğanlardan, qobulardan və s. təşkil olunmuşdur. 

Yer qabığında baş verən bütün relyef əmələ gətirici proseslərə morfogenetik 

proseslər  deyilir.  Mənşəyinə  görə  bu  proseslər  endogen  və  ekzogen  mənşəli 

olurlar. 

Litosferin daxili maddələrinin qarşılıqlı təsiri ilə relyefdə baş verən proseslərə 

endogen proseslər deyilir. Bütün endogen proseslər – dağəmələgəlmə,  maqmatik, 

dağların  yaranması,  zəlzələlər,  zostasiya,  yer  qabığının  şaquli  hərəkətləri,  litosfer 

tavalarının  üfuqi  yer  dəyişmələri,  maqmatik  və  çökmə  süxurların  metamorfizmi, 

planet daxilindən gələn stilik axını hərəkətlə genetik əlaqədədir. 

Coğrafi təbəqəyə yerdən xaric materiya və enerji gəlməsi ilə müəyyən olunan 

proseslər, ekzogen (xarici mənşəli) proseslər adlanır. 

Bu  proseslər  ölk  növbədə  günəş  radiasiyasının  törətdiyi  hadisələrdə  (rütübət 

Melikov Behruz



dövranı  və  suyun  gördüyü  iş,  bitkiləriniz  atmosferin  biogen  qazları,  temperatur 

tərəddüdü,  külək,  daimi  donuşluq)  öz  əksini  tapır.  Ən  mühüm  ekzogen  hadisələr 

sırasına  qabarma  sürtünməsi  yaradan  ayın  və  günəşin  qravitasiya  sahələri  aiddir. 

Endogen və  ekzogen  proseslər  ilə  sıx  əlaqədə  fəaliyyət  göstərirlər.  Çünki  şəkildə 

endogen  və  ekzogen  proseslərin  təsiri  yoxdur.  Endogen  proseslər  ekzogen  fonda 

ekzogen proseslər isə endogen şəraitdə baş verir. Məsələn quru dağəmələgəlməyə 

endogen  proseslər  və  səbəb  olur.  Lakin  əmələ  gələn  dağların  relyefnin  xarici 

görnüşünü, yəni morfologiyasını ekzogen Qü rələr müəyyən edir. 

Ekzogen  proseslər  xamanı  asınma  və  denudasiya  kimi  relyefəmələgətirici 

proseslər  aydın  təzahür  edir.  Süxurların  atmosferlə,  hidrosferlə  və  canlı 

orqanizmlərlə  qarşılıqlı  təsiri  nəticəsində  doğılması,  dəyişməsi  proseslərinin 

məcmusuna aşınma deyilir. Su altında baş verən aşınma halmioris adlanır. Və şor 

okean suyunun təsirindən dəniz mənşəli çökmə süxurların dəyişməsindən ibarətdir. 

Bildiyimiz kimi quruda aşınma litosfer maddəsinə təsir narinə görə, fiziki, kimyəvi 

və bioloji xarakterdə ola bilər. 

Fiziki  aşınma  –  relyeffin  müsbət  formalarının  mexaniki,  surətdə  xarici  təsir 

nəticəsində  qırıntılara  parçalanması  deyilir.  O,  süxurların  temperatur  tərəddüdü 

nəticəsində  yəni  qızması  və  soyuması  nəticəsində  baş  verir.  Ən  intensiv  fiziki 

aşınma  kontinental  iqlim  şəraitində  baş  verir.  Temperatur  o  ətrafında  hərəkət 

edərək asınmada suda iştirak genişləndirir və onun tədricən parçalanmasına səbəb 

olur.  Buna  şaxtaaşınma  deyilir.  Kimyəvi  aşınma  bu  zaman  süxurların  kimyəvi 

tərkibi dəyişir. Daha davamlı minerallar əmələ gəlir. Kimyəvi aşınma fiziki aşınma 

ilə birgə baş verir. O, humid (rütübətli) iqlimə malik ərazilər üçün xarakterikdir. 

Üzir aşınma – həm bitkilərin kökləri ilə süxurların mexaniki dağılmasından və 

həm  də  canlıların  həyat  fəaliyyəti  nəticəsində  onların  kimyəvi  tərkibinin 

dəyişməsindən  və  qırıntılara  bölünməsindən  ibarətdir..  Aşınmanın  kateqoriyalara 

bölünməsi şərtidir. Uca dağ massivlərində aşınma materialları ağırlıq qüzəsinin və 

digər  güvvələrin  təsiri  altında  yamac  boyu  daşınır.  Arid  iqlim  şəraitində  yaranan 

aşınma  materialları  ilə  uzaq  məsafələrə  daşınmayaraq  yaxın  dərəldəri  və 

çökəklikləri doldurur. 

Melikov Behruz



Aşınma  materiallarının  daşınma  və  aparılma  proseslərinin  məcmusu 

denudasiya  (çılpaqlaşma)  adlanır.  Denudasiya  dar  mənada  aşınma  məhsullarının 

süxurların səthindən daşınması  geniş  mənada  isə  yer  səthini hamarlandıran bütün 

prosesləri əhatə edir (Aşınma və aşına materiallarının daşınması). 

Denudasiyanın  ağırlıq  qüvvəsi  kimi  universal  agentindən  başqa  eroziya, 

ekzarasiya, abraziya və deflyasiya agentləri də vardır. 

Eroziya – hər yerdə fəaliyyət göstərir və 3 sinfə bölünür. 1. Mikro eroziya – 

özünü yamacların səthi axınla və kiçik şırnaqlarla yuyulmasında göstərir. 2) Mezo 

eroziya  –  çay  dərələrini  yuyub  dağıdan  yataq  axınları  ilə  icra  olunur.  3. 

Makroeroziya. Dağlıq ölkələri alçaldır. Düzənlikləri əmələ gəlməsi ilə nəticələnir. 

Uzun  müddətli  denudasiya  prosessi  bir-birinə  əks  olan  2  hissəyə,  parçalanma  və 

plapatsiyaya bölünür. 

Cavan  dağlarda  aşınma  nəticəsində  son  mərhələdə  hamarlanma  düzəlmə 

səthləri yaranır. Onlar dağəmələgəlmə mərhələləri arasında relyefin nisbətən sakit 

inkişaf dövrələrində formalaşırlar. 

Endogen  qüvvələrin  təsiri  minimuma  endiyindən  hakim  ekzogen  qüvvələr 

relyefin  nahamar  yerlərini  hamarlayırlar.  Ümumiyyətlə  səthin  hamarlanması  2 

yolla baş verir. 

Peneplen – Dağlıq ərazinin yerində yuxarıdan aşınma və denudasiya yolu ilə 

ə

məlıə gəlmiş hamar relyefi, alçaq və dalğalı səthə deyilir. 



Pedeplen – isə quru iqlim şəraitində dağ yamaclarının denudasiya nəticəsində 

paralel olaraq çəkilməsi ilə formalaşan hamar səthlərdir. 

Hamarlanma  (düzəlmə)  səthləri  izostatik  qalxma,  ilə  aşınma  arasındakı 

dinamik tarazlıq şəraitində əmələ gəlir. 

Beləliklə  aşınma  və  denudasiya  prosesləri  dağəmələgəlmənin,  əksinədir. 

Tektonik proseslər nəticəsində dağlar yaranır. Aşımalar isə anları peniplendirləşir 

(hamarlandırır) orqonizmdən sonra denudasiya dahada sürətlənir. 

 

Melikov Behruz






Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə