Yer kürəsinin təbiəti uzun müddətli inkişaf mərhələsi keçməklə, çox



Yüklə 206 Kb.

səhifə2/8
tarix02.01.2018
ölçüsü206 Kb.
1   2   3   4   5   6   7   8

II  kosmoqonik  fərziyyənin  tərəfdarlarının  fikrinə  görə  günəş  sisteminə  daxil 

olan  planetlər  günəşdən  xeyli  sonra  təqribən  6-7  (5-6)  milyard  il  bundan  əvvəl 

günəş  yaxınlığındakı  soyuq  kosmik  qaz  və  toz  dumanlığında  baş  verən  nizamlı 

ləng, hərəkət nəticəsində günəş sisteminə daxil olan planetlər, o, cümlədən də Yer 

Kürəsi  əmələ  gəlmişdir.  Bu  fərziyyəyə  görə  planetlər  heç  bir  vaxt  tam  ərimə 

mərhələsindən keçməmişlər. Bu kosmik fərziyyənin müasir elmi əsaslara söykənən 

variantını Şmidt və tərəfdarları yaratmışlar. 

Bu fərziyyəyə görə günəş sisteminə daxil olan planetlər sonradan bir-birindən 

kəskin fərqlənən planetar və geoloji inkişaf mərhələlərini keçmişlər. Aparılan elmi 

tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, yaranmış ilkin soyuq Yer öz oxu və 

günəş  ətrafında  sürətli  hərəkəti  nəticəsində  əvvəlcə  onu  təşkil  edən  maddələrin 

seçilməsi prosesinə məruz qalmışdır. Nəticədə yer səthinə çıxan silisum aliminium, 

maqnezium  və  s.  kimi  yüngül  birləşmələr  ilkin  yer  qabığının  bünövrəsini 

yaratmışlar.  Dəmir,  uran,  radium,  miss  və  digər  ağır  maddələr  isə  soyuq  yerin 

mərkəzinə  toplanmışlar.  Mərkəzdə  yaranan  böyük  ağırlıq  qüvvəsinin  təsiri 

nəticəsində  radiaktiv  maddələrin  zəncirvarı  parçalanma  reaksiyası  baş  vermişdir. 

Yəni  Yerin  qızması  prosesinə  start  verilmişdir.  Yer  səthinə  yaxın  yerləşən 

maddələr vahid kütlə yaratmadığından mərkəzdə əriyən maddələrin yükçək təzyiq 

altında yer səthinə kütləvi çıxması baş vermişdir. Bu zaman nisbətən böyük cazibə 

qüvvənnə  malik  olan  yer  səthə  çıxan  ərimiş  maddələrin  yer  ətrafı  kosmik  fəzaya 

yayılmasına imkan verməmiş, onları öz ətrafında toplayaraq karbon tərkibli çox isti 

ilkin  atmosferi  yaratmışdır.  Yerin  təbii  peyki  olan  Ayda  da  belə  kütləvi 

püskürülmə  hadisəsi baş vermişdir.  Lakin,  nisbətən  kiçik  cazibə  qüvvəsinə  malik 

olan  Ay  ərimiş  maddələrin  tərkibindən  ayrılan  su buxarını  və müxtəlif qazları öz 

ə

trafında saxlaya bilməmişdir. Ərimiş maddələrin kütləvi səthə çıxması prosesi Ay 



erası adlanır. Səthə çıxan ərimiş maddələrin tədricən soyuqması prosesi nəticəsində 

yer səthinin ilkin bərk təbəqəsi – yəni paleo yer qabığı yaranmışdır. Yaranan yer 

qabığının sahəsi, kütləsi və qalınlığı artdıqca, Yer səthinə çıxan ərilmiş maddələrin 

miqdarı  tədricən  azalmağa  ğaşlamışdır.  Nəticədə  atmosfer  havasının  temperaturu 

aşağı düşməyə başlamışdır. Təqribən 4 – 4,5 milyard il bundan əvvəl atmosferdə 

Melikov Behruz




ilk dəfə baş verən kondensasiya prosesi nəticəsində ilik su damçıları, onlardan isə 

ilk buludlar əmələ gəlmiş və ilk dəfə yağış yağmışdır.  lkin yağışlar fasiləsiz olaraq 

milyonlarla  illər  ərzində  davam  etmiş  və  nəhayətdə  yer  səthinin  soyuması 

nəticəsində  ilə  ilkin  dünya  okeanı  Pantalass  yaranmamışdır.  Bu  Yerin  planetar 

inkişaf mərhələsinin sonudur. 

 

Melikov Behruz




Mühazirə 3

 

Yerin öz oxu və günəş ətrafında hərəkəti.

 

Planet kimi yarandıqdan sonra Yer kürəsi digər səma cisimlərinin (günəşin və 



digər  planetlərin)  və  öz  ağırlıq  qüvvəsinin  təsiri  altında  özünün  xəyali  oxu  və 

günəş ətrafında şimal qütbübundən baxdıqda saat əqrəbinin əksi istiqamətində dövr 

etməyə  başlamışdır.  Həmçinin  Yer  Ayla  birlikdə  sistem  kimi  ümumi  ağırlıq 

mərkəzi ətrafında da hərəkət edir. Yerin fırlanma oxu hazırda ekliptika müstəvisinə 

23°26,6’ meyillidir. Bu kəmiyyət sabit deyil və hər il 47san kiçilir. (Günəşin göy 

qübbəsində  görünən  illik  yoluna  ekliptika  deyilir).  Bu  göy  sferasının  yer  orbit 

müstəvisi ilə kəsişməsinə uyğun gəlir. Əgər dünyanın şimal qütbundən baxsaq yer 

öz oxu ətrafında qərbdən şərqə və ya saat əqrəbinin hərəkətinin əksinə fırlanır. Ox 

ə

trafında tam dövr etmə vaxtı sutka, həm günəşə, həm də ulduzlara görə müəyyən 



olunur  yerin  tam  həqiqi  fırlanma  vaxtı  23  saat  56  dəqiqə  4  saniyyədir.  Yerin 

fırlanma surəti saatda 15°, xətti sürəti isə ekvatorda 464 m/san və qütblərə doğru 

azalır. 

Qeyd etmək lazımdır ki, Yerin Günəş ətrafında hərəkət surəti də sabit olmayıb 

orbitin  müxtəlif  hissələrində  fərqlidir.  Bildiyimiz  kimi  yerin  günəş  ətrafında 

hərəkət orbitinin uzunluğu 934 mln km, fırlanma sürəti 29,8 km/san+dir. Bu zaman 

fırlanma  orbiti  ellips  formasındadır.  Ona  görə  də  il  ərzində  günəşdən  yerə  qədər 

olan  məsafə  dəyişilir.  Yerin  günəşə  ən  yaxın  olduğu  nöqtə  periheli  adlanır.  Bu 

zaman  məsafə  147  mln  km  olur  (dekabrın  22).  Yerin  günəşdən  ən  uzaq  olduğu 

orbit hissəsi afeli adlanır. Bu zaman məsafə 152 mln km olur (iyun 21). Yer Günəş 

ə

trafında tam dövrəni 365 sutka 6 saat 9 dəq 96 san başa vurur ki, bu da «ulduz ili» 



və  ya  «siderik  il»  adlanır.  «Tropik  il»  dedikdə  isə  günəşin  il  ərzində  2  dəfə  yaz 

gecə-gündüz bərabərliyi xəttini keçməsi nəzərdə tutulur. Tropik il sidelik ildən 20 

dəq 24 san qısadır. Çünki yaz gecə-gündüz bərabərliyi nöqtəsi hər il günəşin illik 

hərəkətinə  doğru  yaxınlaşır.  Yerin  orbit  üzrə  fırlanmasında  əmələ  gələn  bu  vaxt 

tərəddüdü  yerin  xəyali  fırlanma  oxunun  orbit  müstəvəsinə  nəzərən  mövqeyinin 

dəyişməsinə səbəb olur. Tam yer dəyişmə sikli 26 min ilə bərabərdir. Yerin günəş 

ə

trafında  tam  dövr  etməsi  nəticəsində  siderik  (tropik)  illə  bərabər  fəsillər,  yeri 



Melikov Behruz




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə