AŞIQ ƏLƏSGƏRİN NAXÇIVAN SƏFƏRİ
Aşıx Ələsgərin şəyirdi Nağı bir günləri İrəvan çuxuruna
çıxırlar səfərə. Bu halda bullara bir neçə əhli-hal cavan, qoca
rast gəlir. Bunlar salamlaşırlar.
-Salam, ay usta, bu yanınızdala kimdir? Halınız, bəya
nınız nədi?
Siz ki, xəbər alırsınız deyim, oğul. Mənim adım Ələs-
gərdi, bu yanımdakı da şair Nağıdı, şəyirdimdi.
Bunnan şair Nağı bir qədər özünti dartdı, öz-özünə deyin
di: “Əşi, mən şair Nağı olam, bə özüm də Ələsgərə şəyird
olam?” Bunu ətrafdakı hamı hiss elədi ki, Nağı özünü ustadın
dan üstün tutdu.
Hamı Ələsgərin zəhmətinə hayıfsılanıb dedilər ki:
-Gəlin, bu sarsağı bir kələynən bu kişinin yanından ara-
lıyax.
Nağını çağırdılar öz yanlarına, dedilər:
-Ədə, sənin Ələsgərdən nəyin əksiydi? Çıx get aşıxlığmı
elə! Özü də sən onnan yaxşısan, o nədi ki, sən onunla hərrə-
nirsən?
Nağı inanıb öz ustadı Ələsgərdən ayrıldı ki, bə mən özüm
kamil aşığam. Bunu eşidən Ələsgər dedi:
-Oğul, sən heç yarımçıx da döyülsən. Getmə peşman
olarsan!
Nağı:
-Peşman özün olarsan. Sən tərs, mən də ovand, - deyib,
sazını götürüb, Ələsgərdən aralandı. Bəli, görəh Nağı hara get
di?
Nağı fikirləşdi ki, çox da məni təriflədilər, əmə mən axı
aşıxlıq edə bilmərəm. Fikirləşib, öz-özünə: “Gedim şərilli Mə
həmməd bəyin yanında qalım. O məni öz himayəsində şaxlar.
Onun adma heç kəs mənə dəyməz, əl vura bilməz. Mən də öz
aşıxlığımı eliyərəm” - deyib, birbaş Şərilə tərəf üz qoydu. Ax
şam gün batandan sonra yata vədəsi Məhəmməd bəyin qapısını
təklifsiz-zadsız açıb, içəri girdi, dedi:
90
-Salam, Məhəmməd bəy!
-Məhəmməd yerdəydi, dönüb baxdı, gördü, əyə, bir oğ
lan, əlində saz. Dedi:
-Salam, oğul, xoş gəlmisən, səfa gətirmisən! Oğul, adm
nədi?
-Bəy, adım şair Nağıdı, özüm də Ələsgərin şəyirdi olmu
şam. Ənıma indi Ələsgər məndən dərs alasıdı.
-Oğul, bu sözdə fikrin nədi?
-Bəy sağ olsun, Ələsgər mənə dedi ki, özünkü mənnən
üstünsən, get qardaşdığım Məhəmməd bəyin könlün aç, şad
elə!
-Bıy, oğul, çox yaxşı, əyləş, xoş gəlmisən, gözüm üstə
gəlmisən. Bu yaxşı oldu, çox yaxşı oldu!
Məhəmməd bəy öz gəlininə dedi ki:
-Dur, şairə hörmət elə! Əyağını yu, çay qoy.
Gəlin hazırlıq eləsin, görək Məhəmməd bəy nə dedi:
-Oğul, doğrudan kefim qarışmışdı. Bəylər it boğuşdur
muşdu, onların aşıxları da var idi, söz dedi, əmə mənim aşığım
yox idi. Bu yaxşı oldu, qoy sabax açılsın, məclisimizi qurax,
görək mənim aşığım necə fəğan eyləyir.
Bəli, səhər açıldı, üzünüzə xeyir açılsın. Məhəmməd
bəy qasid göndərdi o biri bəylərə ki, aşığınızı götürün, özü
nüzlə barabar bu axşam mənim məclisimə gəlin!
Oydu ku, bəylər öz aşıxlarım da götürüb, özləriylə
barabar Məhəmməd bəyin məclisinə gəldilər.
Əmə orasını da deyim ki, gələn aşıxlann biri şərilli Aşıq
Əsədullah, biri də Aşıq Cəfərullahıydı.
Aşıq Əsədullah dedi:
-Ədə, CəfəruHah, sazı götü düş meydana, bu aşığı elə
günə sal kı, Məhəmməd bəy bizi çağırdığına peşman olsun!
Bəli, məclis quruldu, sazlar köynəyinnən çıxdı. Məclis
əhli yerbəyer əyləşdilər, söz verildi əvvəlcə şərilli Aşıq
Cəfəruilaha.
91
Aldı Cəfərullah:
Əzəldən can deyib, can eşidən yar,
İndi beybafalıx ay nədən oldu?
Deyirdin, ölüncə dönmərəm səndən,
Yadınan aşnalıq ay nədən oldu?
Məhəmməd bəy:
-Ə mənim aşığım, bir onun cavabım ver görək!
Nağı heç bir cavab verə bilməyib, yerində mat-məhətdəl
qaldı, çiynini çəkif, “bilmirəm” işarətini elədi, sazı əlimıən yerə
qoydu. Bunu görən Məhəmməd bəy Nağıya dedi:
-Ədə, bə sən deyirdin mən şairəm, sən heç yarımçıx da
döysən! Qaç bu saat ustan Ələsgəri gəti, mənim gözümün
qabağında o aşıqların gərək sazım alsın, yoxsa səni öldürəcəm.
Nağı kor-peşman üz çöyürdü Göyçüyə.
Bir neçə gün yol gəldikdən sonra gəlib Ələsgər babanın
əvinə çatdı. Qapım açıb gördü kü, Ələsgər öydə yoxdu, əmə
arvadı öydədi. Salam verdi:
-Salam, ay xala!
Xala cavab verdi:
-Əleyküməsalam, oğul, xoş gəldin, adm nədi, bala?
-Adım Nağıdı, xala!
-Hə, oğul, o yarımçıx qaçansamnı? Oğul, sazın-zadm
ham, yəqin bağlıyıb alıblar?
Arvad işi bilib, Nağıya yol göstərdi:
-Oğul, Ələsgər Daşkənddədi, get ustamn yanma, dərdini
ona de.
Nağı əvdən çıxıb, qoca-cavan, bir dəstə də özünnən
götürüb, Ələsgərə minnətçi gəldi.
Bir təhər Ələsgərnən Nağını barışdırdılar. Ələsgər elin
hörmətini yerə salmayıb, Nağıynan barışdı.
Ələsgər dedi:
-Oğul, bə sazm hanı?
-Usta, elə yadıma düşmüşdün, gəldim, sazı gətirmədim.
92
Bu halda bir neçə molla, şeyx, alim qapıdan içəri
girdilər, soruşdular:
-Qoca, biz gəlmişik sizin adınızı bilməyə, adınız nədi?
Ələsgər dedi:
-Oğul, o sazı yendir ordan, adımı deyim bullara.
Saz eşidən mollalar dedi:
. -Günahdı, sən şeytan felinə aldanmısan, saz nədi? Ağlın
çaşıb, qocalmısan, adını de!
-Oğul, qulaq as deyim.
Aldı Aşıq Ələsgər:
Ağıldan kəm, huşdan çaşqın, dildən küt,
Naqabıl, gəlməsi beysəmər mənəm.
Məcnun kimi viranələr küncündə,
Sərgəndar, sərgandar, qələndər mənəm.
Molla dedi:
-Əşi, qoca, cavanlığında nəynən məşğul iydin?
Ələsgər: •
Cavanlıx halında müşkül hal oldum,
İblis əməlində piirkamal oldum,
Qəza vurdu sin içində lal oldum,
Hər sözü dillərdə bir dəftər mənəm.
Bu sözü eşidən şıx dilləndi.
-Əşi, qoca, sənətin nəydi sənin?
Ələsgər dedi:
-Qulaq as deyim:
Sənətim nəsiyətdi, yoxdu subabı,
Suvab üçün dilim tutmur çavabı.
Ədalət hakimi xaki, turabı,
Kamil ustadları qul kəmtər mənəm.
Bunu eşidən alim də soruşdu:
-Əşi, qoca, dünyam necə dolandın?
Ələsgər çavab verdi:
-Qulaq as deyim.
Aldı Ələsgər:
93
Dostları ilə paylaş: |