Yusif səFƏrov naxçivan aşiqlari


AŞIQ ƏLƏSGƏRİN NAXÇIVAN SƏFƏRİ



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə16/25
tarix13.11.2017
ölçüsü0,92 Mb.
#10049
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

AŞIQ ƏLƏSGƏRİN NAXÇIVAN SƏFƏRİ
Aşıx  Ələsgərin  şəyirdi  Nağı  bir  günləri  İrəvan  çuxuruna 
çıxırlar  səfərə.  Bu  halda  bullara  bir  neçə  əhli-hal  cavan,  qoca 
rast gəlir.  Bunlar salamlaşırlar.
-Salam,  ay  usta,  bu  yanınızdala  kimdir?  Halınız,  bəya­
nınız nədi?
Siz  ki,  xəbər  alırsınız  deyim,  oğul.  Mənim  adım  Ələs- 
gərdi,  bu yanımdakı da şair Nağıdı, şəyirdimdi.
Bunnan şair Nağı  bir qədər özünti dartdı, öz-özünə deyin­
di:  “Əşi,  mən  şair  Nağı  olam,  bə  özüm  də  Ələsgərə  şəyird 
olam?”  Bunu  ətrafdakı  hamı  hiss  elədi  ki,  Nağı  özünü  ustadın­
dan üstün tutdu.
Hamı Ələsgərin zəhmətinə hayıfsılanıb dedilər ki:
-Gəlin,  bu  sarsağı  bir  kələynən  bu  kişinin  yanından  ara-
lıyax.
Nağını çağırdılar öz yanlarına, dedilər:
-Ədə,  sənin  Ələsgərdən  nəyin  əksiydi?  Çıx  get  aşıxlığmı 
elə!  Özü  də  sən  onnan  yaxşısan,  o  nədi  ki,  sən  onunla  hərrə- 
nirsən?
Nağı  inanıb öz ustadı Ələsgərdən ayrıldı ki, bə mən özüm 
kamil aşığam.  Bunu eşidən Ələsgər dedi:
-Oğul,  sən  heç  yarımçıx  da  döyülsən.  Getmə  peşman 
olarsan!
Nağı:
-Peşman  özün  olarsan.  Sən  tərs,  mən  də  ovand,  -  deyib, 
sazını  götürüb,  Ələsgərdən  aralandı.  Bəli,  görəh Nağı  hara get­
di?
Nağı  fikirləşdi  ki,  çox  da  məni  təriflədilər,  əmə  mən  axı 
aşıxlıq  edə  bilmərəm.  Fikirləşib,  öz-özünə:  “Gedim  şərilli  Mə­
həmməd  bəyin  yanında  qalım.  O  məni  öz  himayəsində  şaxlar. 
Onun  adma  heç  kəs  mənə  dəyməz,  əl  vura  bilməz.  Mən  də  öz 
aşıxlığımı  eliyərəm”  -  deyib,  birbaş  Şərilə  tərəf üz  qoydu.  Ax­
şam gün  batandan  sonra yata vədəsi  Məhəmməd bəyin qapısını 
təklifsiz-zadsız açıb, içəri  girdi, dedi:
90


-Salam, Məhəmməd bəy!
-Məhəmməd  yerdəydi,  dönüb  baxdı,  gördü,  əyə,  bir  oğ­
lan, əlində saz.  Dedi:
-Salam,  oğul,  xoş  gəlmisən,  səfa  gətirmisən!  Oğul,  adm
nədi?
-Bəy,  adım şair Nağıdı,  özüm  də  Ələsgərin  şəyirdi  olmu­
şam.  Ənıma indi  Ələsgər məndən dərs alasıdı.
-Oğul, bu sözdə fikrin nədi?
-Bəy  sağ  olsun,  Ələsgər  mənə  dedi  ki,  özünkü  mənnən 
üstünsən,  get  qardaşdığım  Məhəmməd  bəyin  könlün  aç,  şad 
elə!
-Bıy,  oğul,  çox  yaxşı,  əyləş,  xoş  gəlmisən,  gözüm  üstə 
gəlmisən. Bu yaxşı oldu, çox yaxşı oldu!
Məhəmməd bəy öz gəlininə dedi ki:
-Dur, şairə hörmət elə!  Əyağını yu, çay qoy.
Gəlin hazırlıq eləsin, görək Məhəmməd bəy nə dedi:
-Oğul,  doğrudan  kefim  qarışmışdı.  Bəylər  it  boğuşdur­
muşdu,  onların aşıxları  da var idi,  söz dedi,  əmə mənim  aşığım 
yox  idi.  Bu  yaxşı  oldu,  qoy  sabax  açılsın,  məclisimizi  qurax, 
görək mənim aşığım necə fəğan eyləyir.
Bəli,  səhər  açıldı,  üzünüzə  xeyir  açılsın.  Məhəmməd 
bəy  qasid  göndərdi  o  biri  bəylərə  ki,  aşığınızı  götürün,  özü­
nüzlə barabar bu axşam mənim məclisimə gəlin!
Oydu  ku,  bəylər  öz  aşıxlarım  da  götürüb,  özləriylə 
barabar Məhəmməd bəyin məclisinə gəldilər.
Əmə orasını da deyim ki, gələn aşıxlann biri şərilli Aşıq 
Əsədullah, biri də Aşıq Cəfərullahıydı.
Aşıq Əsədullah dedi:
-Ədə,  CəfəruHah,  sazı  götü  düş  meydana,  bu  aşığı  elə 
günə sal kı, Məhəmməd bəy bizi çağırdığına peşman olsun!
Bəli,  məclis  quruldu,  sazlar  köynəyinnən  çıxdı.  Məclis 
əhli  yerbəyer  əyləşdilər,  söz  verildi  əvvəlcə  şərilli  Aşıq 
Cəfəruilaha.
91


Aldı  Cəfərullah:
Əzəldən can deyib, can eşidən yar,
İndi beybafalıx ay nədən oldu?
Deyirdin, ölüncə dönmərəm səndən,
Yadınan aşnalıq ay nədən oldu?
Məhəmməd bəy:
-Ə mənim aşığım, bir onun cavabım ver görək!
Nağı heç bir cavab verə bilməyib, yerində mat-məhətdəl 
qaldı, çiynini çəkif, “bilmirəm” işarətini elədi, sazı əlimıən yerə 
qoydu.  Bunu görən Məhəmməd bəy Nağıya dedi:
-Ədə,  bə  sən  deyirdin  mən  şairəm,  sən heç yarımçıx  da 
döysən!  Qaç  bu  saat  ustan  Ələsgəri  gəti,  mənim  gözümün 
qabağında o aşıqların gərək sazım alsın, yoxsa səni öldürəcəm.
Nağı kor-peşman üz çöyürdü Göyçüyə.
Bir neçə  gün yol  gəldikdən sonra gəlib  Ələsgər babanın 
əvinə  çatdı.  Qapım  açıb  gördü  kü,  Ələsgər  öydə  yoxdu,  əmə 
arvadı öydədi.  Salam verdi:
-Salam, ay xala!
Xala cavab verdi:
-Əleyküməsalam, oğul, xoş gəldin, adm nədi, bala?
-Adım Nağıdı, xala!
-Hə,  oğul,  o  yarımçıx  qaçansamnı?  Oğul,  sazın-zadm 
ham, yəqin bağlıyıb alıblar?
Arvad işi bilib, Nağıya yol  göstərdi:
-Oğul, Ələsgər Daşkənddədi,  get ustamn yanma, dərdini
ona de.
Nağı  əvdən  çıxıb,  qoca-cavan,  bir  dəstə  də  özünnən 
götürüb,  Ələsgərə  minnətçi gəldi.
Bir  təhər  Ələsgərnən  Nağını  barışdırdılar.  Ələsgər  elin 
hörmətini yerə salmayıb, Nağıynan barışdı.
Ələsgər dedi:
-Oğul, bə sazm hanı?
-Usta, elə yadıma düşmüşdün, gəldim,  sazı gətirmədim.
92


Bu  halda  bir  neçə  molla,  şeyx,  alim  qapıdan  içəri 
girdilər,  soruşdular:
-Qoca, biz gəlmişik sizin adınızı bilməyə, adınız nədi? 
Ələsgər dedi:
-Oğul, o sazı yendir ordan, adımı deyim bullara.
Saz eşidən mollalar dedi:
.  -Günahdı,  sən şeytan felinə aldanmısan, saz nədi? Ağlın 
çaşıb, qocalmısan, adını de!
-Oğul, qulaq as deyim.
Aldı Aşıq Ələsgər:
Ağıldan kəm, huşdan çaşqın, dildən küt, 
Naqabıl, gəlməsi beysəmər mənəm.
Məcnun kimi viranələr küncündə,
Sərgəndar, sərgandar, qələndər mənəm.
Molla dedi:
-Əşi, qoca, cavanlığında nəynən məşğul iydin?
Ələsgər:  •
Cavanlıx halında müşkül hal oldum,
İblis əməlində piirkamal  oldum,
Qəza vurdu sin içində lal oldum,
Hər sözü dillərdə bir dəftər mənəm.
Bu sözü eşidən şıx dilləndi.
-Əşi, qoca, sənətin nəydi sənin?
Ələsgər dedi:
-Qulaq as deyim:
Sənətim nəsiyətdi, yoxdu subabı,
Suvab üçün dilim tutmur çavabı.
Ədalət hakimi xaki, turabı,
Kamil ustadları qul kəmtər mənəm.
Bunu eşidən alim də soruşdu:
-Əşi, qoca, dünyam necə dolandın?
Ələsgər çavab verdi:
-Qulaq as deyim.
Aldı  Ələsgər:
93


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə