Yusif səFƏrov naxçivan aşiqlari



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə12/25
tarix13.11.2017
ölçüsü0,92 Mb.
#10049
1   ...   8   9   10   11   12   13   14   15   ...   25

Bağban olub bağda barı görmədim, 
Budağımda heyva, narı görmədim, 
Nabatam vəfalı yarı  görmədim, 
Açılmamış soldu güllərim mənim.
YETƏRMİ
QARDAŞ
Bir namə göndərdim badi-səbadan, 
Nəzir kimi sənə yetərmi qardaş. 
Laçınımı çəpər üstə vurdular, 
Sarısam qanadı  bitərmi qardaş.
Sən anadan oldun mərd dünyasında, 
igid tək tanındın el arasında,
Bir mahnı oxusam el havasında 
Avazım sizlərə yetərmi qardaş.
Laçın yuvasında yatmaz yaralı, 
Bülbül uçsa bağda gülü saralı, 
Soruşmursan, Nabat, əslin haralı 
Şərur tərlam da itərmi qardaş.
GÖZƏLLƏR
Bu gün gəlib gözəl bayram günümüz, 
Çıxmışıq laləzar yaza, gözəllər.
Al yaşıl geyinib tirmə bağlayın, 
Bənzəyin qubaya, qaza gözəllər.
Ağ buxağa,  gül-bənövşə düzərsiz, 
Gərdən çəkib bağrım başın əzərsiz. 
Sığallanıb tarla üstə gəzərsiz,
Bu hal çox yaraşır sizə gözəllər.


Həqiqət yolunda mən bir səyyadam, 
Günəşli ölkəmə baxdıqca şadam. 
Cəfakeşəm, yorulmamış Fərhadam,
Nabat meylin salıb saza, gözəllər.
BAXTIMI
Başına döndüyüm vəfalı dostlar,
Siz allah, tez tapın itən baxtımı.
Şəlaləli dağda, göy  çəmənlikdə,
Köksüz ağac kimi bitən baxtımı.
Dörd bir yanım qaranlıqlı adadı,
Fələk tutub qollarımdan budadı.
Aman, qoyma, o dəryada, sudadı,
Qərq olub dəryada batan baxtımı.
Mən onu axtardım boranda, qarda,
Gözüm ağlar qaldı, can intizarda.
Bir mənə söyləyin, gördünüz harda, 
Çağırın, arayın yatan baxtımı.
Bir yolluq unudub gülüzlü yarı,
Növrəstə çavandım, eylədin qarı.
Nabatam, gətirin bir görüm barı,
Məni qürbətlərə atan baxtımı.
MƏN OLDUM
Min doqquz yüz otuz ikinci  ildə,
Yanan çıraqları sönən mən oldum.
Toyum tərs çalındı, qapım bağlandı,
Əzəlki ilqardan dönən mən oldum.
Cavaııkən bağlandı başıma qara,
Hey vurdum, kimsəm yox, tapmadım çara,


Yalvardım qoymayın təkcə məzara. 
Ağlayıb ciyəri yanan mən oldum.
Mənim yarım gözəllərin xasıydı, 
Əyninə geydiyi qəm libasıydı,
Bu toy deyil, Məhəmmədin yasıydı, 
Paytaxtı yan üstə dönən mən oldum.
Mənim günüm günortadan batıbdı, 
Zalım düşmən nə pusquda yatıbdı, 
Qaymaq dodaqları qana batıbdı, 
Nabatam çırağı sönən mən oldum.
YEVLAĞIN
A yoldaşlar gəlin sizə söyləyim, 
Açılıb hər yanda gülü Yevlağın. 
Baxdıqca yamyaşıl bir çıraqbandır, 
Şad olub sevinir eli Yevlağın.
Altmış doqquz ili tez vurduq başa, 
Yetmişinci il də tez gəlir başa,
Ey ana Vətənim, səni min yaşa, 
Yuyulubdu şoran çölü Yevlağın.
Nabat deyər, göyə körpü salmışıq, 
Yetmiş iki hava sazda çalmışıq, 
Düşmənlərdən daha qisas almışıq, 
İşləyir hər yana yolu Yevlağın.
Л Л
HƏKİMƏ
Gəlmişəm dərdimi sənə söyləyim, 
Yoxdur bir dərdimin çarəsi, həkim. 
Bir qızım var adı Kəmalə xanım, 
Odur ürəyimin parası, həkim.


Əzəldən fikrimi vermişəm saza, 
Könlüm tələb edir tez çıxım yaza. 
Tərifə layiqdir qazaxlı  Rza 
Gözəldir qaşının qarası, həkim.
Düşəndə yadıma Vətənim, elim, 
Sinəmin oduna qovrulur dilim.
Zəng vurdum gəlmədi o ağır elim 
Kəsilib yolların arası, həkim.
Nabatam, yatmıram ağrıyır başım, 
Əzəldən qürbətə atılıb daşım,
Gəlib dərman verə Salman qardaşım, 
Tapıla dərdimin çarəsi, həkim.
DƏYMƏ
Bu azad ölkədə yar sevən oğlan,
Yarın var özgənin yarına dəymə. 
Zəhmət çək bağ bitir, becər, ol bağban 
Qeyri bağçaların barına dəymə.
İnsan oğlu könül vermə tamaha, 
Arzuların yetməz hər an tam aha, 
Düşərsən bəlaya,  dərdə, tamaha, 
Uzaqlaş dünyanın sərinə dəymə.
Nabat, nə alçaq ol, nə də  iş asan,
Olma şirin yeyib zəhrimar qusan, 
Qeyrətə sahiblən, ar, namusu qan, 
Xalqın namusuna, arma dəymə.


GORA YULAR
YAXŞIDIR
Qürbət eldə bir bağ saldım, 
Dedin qönçə gül yaxşıdır. 
Dərdimi söylədim ona, 
Dedi məlhəm dil yaxşıdı.
Çatanda yetkin yaşıma, 
Həsrət qaldım sirdaşıma. 
Gör nələr gəldi başıma, 
İndi bildim el yaxşıdı.
Aşıq Nabat saz çalınca,
Yurdsuz-yuvasız qalınca,
Qürbət eldə xan olunca,
• •
Oz yerində qul yaxşıdı.
NEYLƏYİBDİR
Gəl söyləyim əziz bala, 
Gör bir fələk neyləyibdir. 
Salıb məni yaman hala, 
Axır həlak eyləyibdir.
Haşa, dad əlindən haşa 
Məqsədim yetmədi başa. 
Oxum tez vuruldu daşa, 
Mənə kələk eyləyibdir.
Nabata yağdırdı qarı,
Heç yoxdur namusu, arı, 
Gül əkdim dərmədim barı 
Ələk-fələk eyləyib%
dir.


BU DÜNYADA
Mən ki, xoşbəxt olmamışam 
Bu dünyada, bu dünyada.
Bu həyatdan doymamışam, 
Bu dünyada, bu dünyada.
Taleyin hökmüdür belə 
Məni atıb eldən-elə,
Dərviş olub düşdüm çölə 
Bu dünyada, bu dünyada.
Gözlərimdə qalıb arzum 
Qışı dönüb bahar, yazın, 
Küsüb çalmır telli sazım 
Bu dünyada, bu dünyada.
•  
*
istəməm dövləti, varı, 
Könlüm axır Vətən sarı, 
Tapmadım vəfalı yarı,
Bu dünyada, bu dünyada.
Nabat harda qaldı elin. 
Oğulsuz bükülüb belin,
Lal olub danışmır dilin 
Bu dünyada, bu dünyada.
DİNDİRİBDİ
Qızım sənə məlum olsun, 
Fələk məni dindiribdi. 
Bağçamızda gül əkmişdim 
Qol budağın smdırıbdı.
Axır məni də aldatdı 
Dayanıb pusquda yatdı.


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə