Yusif səFƏrov naxçivan aşiqlari



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə11/25
tarix13.11.2017
ölçüsü0,92 Mb.
#10049
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

Fətulla hər cövrü cəfaya dözər, 
Nazı-qəmzələrin bağrımı üzər. 
Bəxtəvər başına, sinəndə gəzər, 
Arayar, axtarar şana zülflərin.
YAN BARI
Bemürvət, beinsaf, əl çək zülümdən, 
Şərik ol dərdimə, alış, yan barı, 
Məcnunam,  üzündən gəzirəm düzdə, 
Soruş bu dərdimi,  sən də qan barı.
İnsafdımı aşıq düşsün çöllərə,
Car etdim vəsfini cəmi ellərə. 
Salmışam meylimi qönçə güllərə, 
Eyləmə bülbülü bağrıqan barı.
Uca dağ başını qucaıı qar olar, 
Bülbülün qisməti ahu-zar olar, 
Qönçənin ətrini çəkən xar olar, 
Eyləmə könlümü pərişan barı.
Fətullanın canı  olubdu yarı, 
Tərlansan, qoynuna almaynan sarı. 
Mən əziz tutaram əhdi,  ilqarı,
Az eylə aşiqi imtahan barı.
DAŞBAŞA
Aşığın sinəsi ləldi, gövhərdi, 
Yendirsən sındırar ləli  daş daşa..
Aşıq hiddətiynən girsə gərdişə,
Layıq deyil qeyrisiynən daşdaşa.
Əsil aşıq özün oda yandırsa,
Həqiqəti anlayana qandırsa,


Aşıq səni qeyri halda dindirsə, 
Layiqdi sal oda, yandır ataşa.
Fətulla da özün saldı  dərinə,
Can qurban eylədi dostun sərinə.
El borcunu yaxşı yetir yerinə, 
Əyləşənlər desin əhsən, yüz yaşa.
MEYDANI
Aşıq gərək ələ ala sazını,
Çala sinəsində, süzə meydanı. 
Həqiqət kəlməsi dilində əzbər, 
Qalmaya məəttəl, üzə meydanı.
Qəvvas olan ləl çıxardar dəryadan, 
Bənna olan himi qurar binadan,
Aşıq odu sözü əzbər sinədən,
Cəvahir kəlməylə düzə meydanı.
Fətuilaya kömək olsun ərənnər,
Mərd igiddir mətləbini verənnər, 
Mənəm-mənəm deyib cəlilə girənlər, 
Deyə qabax verdim sizə meydanı.
BƏNZƏR
Sevdiyim, bənzərsən Misir şahma,
O kaman qaşların hilala bənzər.
Düz on dörd gecəlik aydı camalın,
O şəhla gözlərin piyala bənzər.
Bir sənsən, özgəyə gəlmir gümanım, 
Sirrim, həm sirdaşım, dinim, imanım. 
Yayımna gözümdən əzəli-canım 
Sən getsən, işlərim zavala bənzər.


Buxağında əlvan-əlvan gülləri,
Vardır mənim kimi çox bülbülləri, 
Məzədi ləbləri,  şirin dilləri,
Bu qəndi-şəkərə, o bala bənzər.
ALLI QIZ
Xətrinə dəyməsə, bir söz deyərəm, 
Zər-ziba geyinən yaşıl, allı qız.
Ətirli buxağın gül  qönçəsidi,
Ləbi şirin, dodaqları ballı qız.
« •
Ürəyim açılar olsan mənə yar,
Çıxar bu könlümdən, gedər qəm-qubar, 
Eşqindən olubdu dünya mənə dar, 
Şirindil, şirinsöz, xoş xəyallı qız.
Fətulla aşıqdı,  ilqarda düzdü,
Oxların sinəmdə əllidi, yi'ızdü,
Başına döndüyüm ay ala gözlü,
Ağ buxağı dana-daııa xallı qız.
GÖZƏL
Bir ah çəksəm, dağı-daşı əridər,
Bəsdi zinət verdin camala, gözəl.
Hər baxanda od salarsan könlümə, 
Dəhanın batıbdı xub bala,  gözəl.
Şirinsən dünyada hər bir gözəldən, 
Vərqadan,  Gtilşadan,  Yusif-Kənandan, 
Yanağın lalədi, olubdu xəndan, 
Möhtacam ağ üzdə o xala, gözəl.
Qədrini bilənsən gövhər, zərin də, 
Qızılgül əlində, cığa sərində,


Ağlın, huşun, söz-söhbətin yerində, 
Afərin səndəki kamala,  gözəl.
Əhvalım pozulub, halım pərişan, 
Eşqidən ürəyim olubdu şan-şan, 
Çəkirəm həsrətin, bilginən pünhan, 
Bir yol rəhmin gəlsin bu hala, gözəl.
Nagah aldın Fətullanın canını,
Yox kimsəsi ala səndən qanını, 
Almısan əlimdən din-imanımı,
Döndərdin qəddimi sən dala, gözəl.
*
GÖZƏLLƏR ÜSTƏ
Tərifli  gözəldən gördüm bir dəstə, 
Dünya bərqərardır onların üstə. 
Qismət ola ondan alasan birin,
Ağzı bal şanıdı, dodaqlar püstə.
Saymışam dəstəniz hamısı beşdi, 
Sizi  görcək hüşüm başımdan keşdi, 
Yetişib məməniz dəymiş yemişdi, 
Bəxtəvər de, sizə tuş olan dosta.
Çox çəkmişəm gözəllərin cəfasın, 
Heç görmədim bir gözəlin vəfasın, 
Ay Fətulla. canın odlara yansın. 
Ömrü tərk eylədim gözəllər üstə.


%
CIĞALI TƏCNİS
DAĞ-DAĞA
Dolandım dünyam, gəzdim hər yanı, 
Görürsənmi  söykənibdi dağ-dağa.
Mən aşiqəm dağ-dağa, 
Söykənibdi dağ-dağa,
Fələk vurub sinəmə 
Çalm-çarpaz dağ-dağa. 
Binadankı əsli  gözlü olmaya,
Başa gəlməz söyktiyəsən dağ-dağa.
Mən tərpəndim hafıs oldum bəladan 
İrəbbim-İrəsmim qövrü bəladan 
Mən aşığam bəladan,
Oxu dərsin bəladan,
O qədər ki, narındı 
Deyən içib bəladan.
*  Hər gül gözəl olmaz çıxsa taladan 
Çalm-çarpaz olar baxsan dağ-dağa.
Fətulla da dərsin alıb Əbğətdən, 
Oxuyubdu lam içində Əbğətdən, 
Mən aşiqəm Əbğətdən,
Oxu dərsin Əbğətdən,
Eşq oduna yanan gül 
Gərək keçsin Əbğətdən. 
Aşıqlıq işində sözdən, sənətdən, 
Köksündə dağ ola dura dağ-dağa.
%
V
I


GƏLİN
Məhəbbətin ürəyimdə, 
Gərək deyim sizə, gəlin. 
Gəl əlini ver əlimə 
Buyur gedək bizə, gəlin.
Eşqə qəmzə, nan tökürsən, 
Oıtalığa qan əkirsən,
Naz ilə vəsfə çəkirsən 
Qaş altından gözə,  gəlin.
Sənsən ariflərin canı, 
Sinəndədi gövhər kam, 
Fətulla tək aşıq hanı 
Bu cəbirə döz, ay gəlin.


AŞIQ NABAT
Aşıq Nabat  1914-cü  ildə  Şərur  bölgəsinin  Parçı  kəndində 
anadan olub.  Kiçik yaşlarından ata-anasını  itirmiş Nabat qarda­
şının  himayəsində  böyümüş,  1934-cü  ildə  isə  Bərdə  rayonuna 
köçmüşdür.  O, burada göyçəli Aşıq Musadan aşıq sənətinin sir­
lərini  öyrənmişdir.  Aşıq  Nabat  Bərdə,  Yevlax,  Gəncə  şəhərlə­
rində Aşıq  Əsəd,  Borsunlu Məzahir,  Pərvanə  Həsən,  Aşıq Tey­
mur kimi  ustad  sənətkarlarla  görüşmüş,  sənətdə  get-gedə  püx­
tələşib ad-san qazanmışdır.
Məlahətli  səsi,  gözəl  ifaçılıq  qabiliyyətilə  qadın  aşıqlar 
arasında  fərqlənmiş  Aşıq  Nabat  Azərbaycan  aşıqlarının  ikinci 
(1938)  və  üçüncü  (1962)  qurultaylarımn  nümayəndəsi  olmuş, 
Moskvada  keçirilmiş  Azərbaycan  ədəbiyyatı  və  incəsənəti  on­
günlüyündə (1940) iştirak etmişdir.
Aşıq  Nabat  klassik  və  müasir  aşıqların,  el  şairlərinin 
şeirlərinin  çoxunu,  bir  neçə  məhəbbət  dastanını  kamil  bilmiş, 
bütün dəstgahı  ilə ifa etmişdir.
O,  1973-cü  ildə  vəfat  etmişdir.  Aşığın  məzarı  Siyaqut 
kəndindədir.
QOŞMALAR
MƏNİM
Taleyin hökmiıylə gələn qardaşlar, 
itirmişəm tapın ellərim mənim.
Çərxi fələk məni saldı toruna, 
Ağlamır lal olub dillərim mənim.
Bir dərdə düşmüşəm yoxdur dərmanı, 
Bağlıdır qapında könlü qurbanı, 
Buyurun hökm etsin versin fərmanı, 
Sanıbdır açılmaz qollarım mənim.
•  •


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə