Yusif səFƏrov naxçivan aşiqlari



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə14/25
tarix13.11.2017
ölçüsü0,92 Mb.
#10049
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

Aşıq islam  1898-ci ildə Şahbuzun Biçənək kəndində ana­
dan  olub.  El-el  gəzib  aşıqlıq  etməsə  də,  sazda  çalıb  oxumağı, 
yaxşı  səsi  olmuşdur.  Şeir  və  dastanlar  yazmışdır.  Deyilənə 
görə, “İslam və Ceyran”, “Fərhad və Nazlı” dastanlarının müəl­
lifidir.  Onun  qardaşı  İsmayıl,  Aşıq  Məmmədcəfər,  şair  Sur- 
xayla deyişmələri vardır.
Aşıq İslam  1984-cii ildə vəfat edib.
GƏ RA YLI
EYLƏDİ
Ermənilər top atdılar,
Kəndləri viran eylədi.
El oğulları yığılıb 
Buna karşı qan eylədi.
Türküm özün vurdu çaya,
Keçdi Arazdan bu taya,
Qardaşım çatdı haraya,
Dosta can qurban eylədi.
Andranik görəndə bunu, 
itirdi  ipin ucunu,
Yerə soxdu buynuzunu.
Özünü peşman eylədi.
Qan qardaşlar dilləşdilər,
Yağılarla gücləşdilər,
İslam deyir, birləşdilər 
Dığa özün ram eylədi.
AŞIQ İSLAM
75


Aşıq  Vəli  Quliyev  təxminən  1903-cü  ildə  Ordubad  böl­
gəsinin  Tivi  kəndində  anadan  olub.  Vəlinin  heca  vəznində  bir 
neçə  şeiri  məlumdur.  Bu  şeirlər  onun  özündən  bu  sətrlərin 
müəllifi  tərəfindən yazıya alınmışdır.  O,  ömrünün çox hissəsini 
Çeşməbasar  kəndində  (Babək  rayonu)  yaşamışdır.  Aşağıda 
şeirlərindən iki nümunə veririk.
Aşıq Vəli  1988-ci ildə vəfat etmişdir.
AŞIQ VƏLİ
QOŞMA
GƏLMİŞƏM
Qoşunu düzülüb gəlirdi səfdən, 
Ağa nicat bizə şalıi-Mərdandan, 
Möcüzə  görsənib Əssabti-kəhfdən, 
Осах deyib, ziyarətə gəlmişəm.
Ağıl yaşda deyil, o da başdadı, 
Qələm qüdrət çəkib, o da qaşdadı, 
Möcüzə görünüb, o da daşdadı, 
Осах deyib, ziyarətə gəlmişəm.
Ağam Əşrəf eyləyibdi salamı,
Heçə min məleykə orda dolanı,
Min dörd yüz il möcüzənin olanı,
Осах deyib, ziyarətə gəlmişəm.
Mən Vəliyəm, həqiqətdi hər sözüm, 
Ağladım dərdimə tutuldu gözüm, 
Malım, qoyunum yox, qurbanam özüm, 
Осах deyib, ziyarətə gəlmişəm.
76


GƏRA Y U
KÖNÜL DÖNMÜR
Dəvələri gəlir eldən,
Qorxu yoxdu sudan, seldən, 
Sənin kimi alagözdən,
Mən dönürəm, könül dönmür.
Dəvələri gəlir yaldan,
Yükün tutub yağı-baldan, 
Sənin kimi gözəl yardan.
Mən dönürəm, könül dönmür.
Dəvələri gəlir düzdən,
Yükün tutub alı-bezdən,
Sənin kimi alagözdən,
Mən dönürəm, könül dönmür.
Dəvələri gəlir başdan,
Yükün tutub al-qumaşdan, 
Sənin kimi qələm qaşdan,
X   r  
1  • 
1  •• 

••  1 
1  •• 
••
Vəli donur, konul  donmur.
77


AŞIQ ƏSƏDULLA
Hüseynov  Əsədulla  Hüseyn  oğlu  1909-cu  ildə  Cəhri 
kəndində  (indiki  Babək  rayonu)  anadan  olub.  Aşıq  şeirlərini 
qavalla çalıb-oxuyurmuş.  Məclislərdə, toy-düyünlərdə Aşıq Fə- 
tulla ilə  də iştirak etmişdir.  1941-ci  ilin iyul ayında cəbhəyə ge­
dən aşıq  1943-cü ilin avqust ayında həlak olmuşdur.
QOŞMA
QURBAN GƏLMİŞƏM
Naxçıvandan yol eyləyib elinə,
Mərmər buxağına qurban gəlmişəm.
Yolunda keçmişəm şirin canımdan,
Lalə yanağına qurban gəlmişəm.
Vəfalı  gözələ qurbandı canım,
Şirin can yolunda qoy axsın qanım,
Mən səni  özümə yad necə sanım,
Alıb sorağını qurban gəlmişəm.
Sizin eldə yar axtarsam, taparam,
Ağrı dağda qar axtarsam, taparam,
Sinən üstə nar axtarsam, taparam,
Bəhrəli bağına qurban gəlmişəm.
Eşitdim almanın bağı səndədi,
Gözəlliyin gözəl tağı  səndədi,
Yəqin şamamanın tağı səndədi,
Mən onun tağına qurban gəlmişəm.
Demə, Aşıq Əsədulla qocadı,
Qarlı dağlar qarsız dağdan ucadı, 
Canım-gözüm təmiz söhbət necədi?
Bu gün otağına qurban gəlmişəm.


Aşıq  Hidayət  1937-ci  ildə  Şahbuz  rayonunun  Biçənək 
kəndində  anadan  olub.  Aşıqlıq  sənətini  atası  İslamdan  öyrənib. 
Yaxşı səsə və özünəməxsus ifaçılıq tərzinə malik olmuşdur.  Bir 
neçə  qoşma  və  gəraylı,  “Şahbuz  laylası”,  “Naxçıvan  gəraylısı” 
adlı iki saz havası yaratmışdır.
Aşıq Hidayət 2003- cü ildə vəfat etmişdir.
GƏRA YLI
DEDİM
Bir gözəl çıxdı qarşıma,
Mən ona can qurban dedim. 
Saymazyana baş buladı,
Çoxdur sənə heyran dedim.
İçimə yanar od saldı,
Dil tutuldu, göz qaraldı,
Ağzı püstə, dodaq baldı,
Süzüşünə ceyran dedim.
Gözəl sözlüm, boyu bəstə,
Hər nə desən bu göz üstə,
Hidayəti etmə xəstə,
İzin olsa, imkan dedim.
AŞIQ HİDAYƏT
79


AŞIQ FƏRRUX
Aşıq  Fərrux  1937-ci  ildə  Şahbuz  rayonunun  Kiikü  kən­
dində  anadan  olub.  Özünün  dediyinə  görə,  aşıqlığı  şəkili  (Sis- 
yan  rayonu)  Aşıq  Elmandan,  cəhrili  Aşıq  Südeyibdən  və  şıx- 
mahmudlu  Aşıq  Ehsandan  öyrənib.  Qoşma,  gəraylı janrlarında 
bir neçə şeiri vardır.
QOŞMA
DEYƏRLƏR
Ağıldan, helimdən kamil olsan da,
Sarsağa qoşulsan, sarsaq deyərlər.
Mərifət, düşüncən qabil olsa da,
Yaltaq ilə gəzsən, yaltaq deyərlər.
Elm dəryasında olsan da dərin,
Zər doğrayıb, qızıl kəssən də elin,
Məclisdə bilməsən oturmaq yerin, 
Düşüncəsiz, ya da axmaq deyərlər.
Fərrux dolanmağın deyildir çətin,
Böyüyün, kiçiyin saxla hörmətin,
Qabil adam olsan, ariflər yəqin,
Barmaqla göstərib, bir bax deyərlər.
%
GƏRA YU
NAXÇIVANA GÜN DOĞUBDUR!
Ay həzərat, xəbər tutun,
Naxçıvana gün doğubdur,
Şölə saçır ayla, ulduz,
Naxçıvana gün doğubdur!
80


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə